Məhkəmə qərarları › İş №2(3-9)-421/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-421/2026

07.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-421/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cəlilabad rayonu * saylı Notariat Ofisi və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: icra qeydinin ləğv edilməsi. Şirvan şəhəri, # ### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cəlilabad rayonu * saylı Notariat Ofisi və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. L.Mehrəliyeva) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cəlilabad rayonu * saylı Notariat Ofisi və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən borcun ödənilməsi haqqında ##.##.2025-ci il tarixli, *i-**** nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh notariusu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydinə əsasən Cəlilabad rayonu, Edişə kəndində qeydiyyatda olan İddiaçı ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 20419.79 manat tutulması qeyd edilmişdir. Cəlilabad rayon, Notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Belə ki, kredit müqaviləsi üzrə ödənişlərini gecikdirmədən vaxtıvaxtında ödəmiş, sonradan maddi vəziyyəti ilə əlaqədar ödənişlərdə gecikdirməyə yol vermişdir. Ancaq, onun borcu icra qeydində göstərildiyi kimi deyil, xeyli aşağıdır. Bank məhkəmədə iddia qaldırmadığından tələb edilən borc məbləğini mübahisə etmək imkanından məhrum olunmuşdur. Yalnız məhkəmədə, yuxarıda göstərilən məbləğdə hesablanmış borc məbləğini mübahisələndirə bilər. İcra qeydində borc məbləği 20419,79 manat qeyd edilsə də, ödəniləsi məbləğin əsas borc və faiz borcunun məbləği göstərilməmişdir. Göründüyü kimi Notariat Ofisi tərəfindən qeyd olunan icra qeydi verilərkən Təlimatın tələbləri pozulmuş, Təlimatın tələbinə uyğun olaraq göstərilməsi məcburi olan məlumatlar icra qeydində tam olaraq göstərilməmişdir. Beləliklə də, onun konstitusiyada nəzərdə tutulmuş hüquqlarım pozulur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, hal-hazırda hərbçi olduğu üçün xidmətdə olduğunu və bunun üçün də məhkəməyə gələ bilmədiyini bildirmiş və göstərmişdir ki, bank öz maraqlarına görə ondan şişirdilmiş faiz tələb edir. Bunun üçün də məhkəmə ekspetizasının keçirilməsi zəruridir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cəlilabad * saylı Notariat Ofisi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək Şirvan Apellyasiya Məhkəməsində şikayətin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xüsusi notariusu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydinə əsasən ondan ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş borc kimi 20419,79 manat tutulmasının göstərildiyini bildirmiş, lakin həmin borcun icra qeydində göstərildiyi məbləğdə olmadığını, faktiki borcun daha aşağı olduğunu qeyd etmişdir. O, kredit ödənişlərini əvvəlcə vaxtında yerinə yetirdiyini, sonradan maddi vəziyyəti ilə əlaqədar gecikmələrə yol verdiyini, lakin buna baxmayaraq bank tərəfindən borcun şişirdilmiş şəkildə hesablandığını göstərmişdir. Həmçinin qeyd etmişdir ki, bank tərəfindən məhkəməyə iddia verilmədiyindən tələb olunan borc məbləğini mübahisələndirmək imkanından məhrum olmuş, yalnız məhkəmə qaydasında həmin məbləği mübahisə edə bilər. İcra qeydində borcun tərkibi, yəni əsas borc və faiz borcu ayrıca göstərilməmiş, bu isə müvafiq təlimatın tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Bununla yanaşı, iddiaçı məhkəmə iclasında iştirak etməməsini hərbi xidmətdə olması ilə əsaslandırmış, bank tərəfindən ondan şişirdilmiş faiz tələb olunduğunu bildirmiş və borcun düzgün müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsinin zəruri olduğunu qeyd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Cəlilabad rayonu * saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək Şirvan Apellyasiya Məhkəməsində şikayətin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. 162-ci bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.1.4-cü bəndinə əsasən, notariusun icra qeydləri icra sənədi hesab olunur. 8.1-ci bəndinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Cəlilabad rayonu * saylı notariat kontorunun *i- **** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış, borclular İddiaçı və X2 icranı 10 gün ərzində könüllü olaraq təmin etməsi təklif edilmişdir. İcra sənədinə əsasən, borclular İddiaçı və X2 22.187,19 manat pul vəsaiti tutularaq, tələbkar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə ödənilməlidir. İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Cəlilabad rayonu * saylı notariat kontorunun *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra olunması və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. SMS bildiriş məlumatları barədə çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı xəbərdar edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən İddiaçı və X2 ünvanlanmış bildiriş və onların təhvil alınmasına dair xəbərnamə və aktdan məlum olur ki, İddiaçı öhdəliklərinə 5 (beş) iş günü ərzində icra etmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barədə notarius tərəfindən icra qeydi aparılacağı barədə ##.##.2025-ci il tarixində bildiriş göndərilmiş, ##.##.2025-ci il tarixində də imza atılmaqla təhvil almışdırlar. ##.##.2024-cü il tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinin surətindən müəyyən olunur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 21.700 manat pul məbləğini borc olaraq İddiaçı verməyi, İddiaçı isə kredit müqaviləsi üzrə müəyyən olunmuş qaydada və müddətlərdə ödənişlər etməyi öz üzərinə götürmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə X2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *******/***** nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ##.##.2024-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borc alanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır. Maliyyə arayışından görünür ki, İddiaçı ##.##.2024-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə ##.##.2025-ci il tarixə 20.419,79 manat əsas borcu, 1.742,40 manat faiz borcu olmaqla, ümumilikdə 22.162,19 manat borcu yaranmışdır. 8i-**** reyestr nömrəli icra qeydinin notarial qaydada təsdiqli surətindən görünür ki, ******* nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, borclu İddiaçı və X2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə vaxtında ödənilməmiş 22.162 manat 19 qəpik (iyirmi iki min yüz altmış iki manat on doqquz qəpik), habelə tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat) məbləğində dövlət rüsumu olmaqla, 22187 manat 19 qəpik (iyirmi iki min yüz səksən yeddi manat on doqquz qəpik) pul tutulmalıdır. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verməmiş, notariat orqanı tərəfindən icra qeydi verilməzdən əvvəl qanunvericilikdə nəzərdə tutulan qaydada xəbərdarlıq edilməli olduğu halda bu prosedura riayət olunmamış, bank tərəfindən borc məbləği əsassız və həddindən artıq şişirdilmiş şəkildə hesablanmışdır. Bundan əlavə, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.

1. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında ##.##.2024cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən banka məxsus 21.700 manat məbləğində kredit 48 ay müddətinə və illik 15 faiz dərəcəsi ilə verilmiş, iddiaçı isə müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş qaydada yerinə yetirməyi üzərinə götürmüşdür. Eyni zamanda həmin öhdəliklərin təminatı kimi zaminlik müqaviləsi bağlanmış və borcun ödənilməməsi halında birgə məsuliyyət müəyyən edilmişdir.

2. Məhkəmə tərəfindən araşdırılmış maliyyə arayışından müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixə iddiaçının banka olan borcu 20.419,79 manat əsas borc və 1.742,40 manat faiz olmaqla ümumilikdə 22.162,19 manat təşkil etmiş, həmin borc məbləği notarius tərəfindən aparılmış ##.##.2025-ci il tarixli icra qeydində də əks olunmuşdur. Bundan əlavə, icra sənədinə əsasən ümumilikdə 22.187,19 manat məbləğin tutulması müəyyən edilmişdir ki, bu da dövlət rüsumu ilə birlikdə hesablanmışdır.

3. Apellyasiya şikayətində irəli sürülmüş əsas arqumentlərdən biri notariat orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xəbərdarlıq prosedurunun pozulması ilə bağlı olsa da, iş materialları, o cümlədən birinci instansiya məhkəməsinin tədqiq etdiyi sübutlar bunun əksini göstərir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixdə bildiriş göndərilmiş, həmin bildiriş ##.##.2025-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir. Bundan sonra icra orqanı tərəfindən ##.##.2025-ci il tarixdə icraata başlanılması haqqında qərar qəbul olunmuş, həm yazılı bildiriş, həm də SMS vasitəsilə iddiaçı məlumatlandırılmışdır. Bu hallar “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş ən azı 20 gün əvvəl xəbərdarlıq edilməsi tələbinin yerinə yetirildiyini təsdiq edir və apellyasiya şikayətinin bu hissədəki dəlillərini əsassız edir.

4. Şikayətdə borcun məbləğinin şişirdilməsi və mübahisəli olması barədə irəli sürülmüş arqumentlər də öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi, notarius tərəfindən icra qeydinin aparılması üçün tələb borcun mübahisəsiz olmasına əsaslanmalıdır və bu hal kredit müqaviləsi, zaminlik müqaviləsi və maliyyə arayışı ilə təsdiq edilmişdir. İddiaçı kredit müqaviləsini könüllü olaraq imzalamış, onun şərtləri ilə razılaşmış və həmin müqavilədən irəli gələn öhdəlikləri icra etmədiyi üçün borc yaranmışdır. Borcun müəyyən hissəsinin ödənilməsi və ya məbləğlə razılaşmamaq icra qeydinin ləğvi üçün müstəqil hüquqi əsas təşkil etmir.

5. Həmçinin apellyasiya şikayətində göstərilən “icra qeydində borcun tərkibinin göstərilməməsi” ilə bağlı iddia da iş materialları ilə təkzib olunur, çünki maliyyə arayışında əsas və faiz borcları ayrı-ayrılıqda göstərilmiş və bu məlumatlar icra qeydinin aparılması üçün kifayət edən sənədlər sırasına daxildir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, notariat orqanı tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmış, təqdim edilmiş sənədlər borcun mübahisəsizliyini təsdiq etmiş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı prosessual və ya maddi hüquq pozuntusu aşkar edilməmişdir.

6. Bundan əlavə, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət verməməsi barədə ümumi xarakterli iddialar irəli sürülsə də, həmin iddialar konkret sübutlarla təsdiq olunmamış, əksinə iş materiallarından görünür ki, məhkəmə bütün təqdim edilmiş sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirmiş, nəticədə işin faktiki hallarına uyğun düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar