Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-431/2026 08.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məməmmədəli oğluna və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məməmmədəli oğluna və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 Məməmmədəli oğlundan və cavabdeh1 müştərək qaydada 11000 (on bir min) manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh2 ona özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq övladı X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla ondan ## ###### 2021-ci il tarixdə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək" ailəvi istirahət mərkəzində 11000 manat pulu almışdır. Bundan əlavə olaraq 2022- ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ** saylı ünvanda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında bacısı X6 vasitəsilə cavabdeh2 600 manat pul göndərib. Bir neçə gün sonra yenə Saatlı şəhəri, Heydər Əliyev prospekti ** saylı ünvanda yerləşən “Araz" Supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Sahibə məxsus “xxxx" ASC-yə aid **************** nömrəli kart hesabına 400 manat pul göndərmişdir. 12000 manat pul vəsaitini cavabdeh2 ondan qanunsuz olaraq mənimsəmişdir. cavabdeh2 bu qanunsuz hərəkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və onun barəsində cinayət işi başlanmış, daha sonra barəsində məhkəmənin müvafiq ittihamedici hökmü verilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı cinayət işi üzrə ##.##.2024-cü il tarixli hökmünə əsasən cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmündən bir neçə gün sonra digər cavabdeh cavabdeh1 onun evinə gələrək 1000 manat pul verərək, qalan pulu da yaxın zamanlarda qaytaracağına söz verməsinə dair ona qəbz vermişdir. Seymur həmin qəbzi ona verməklə cavabdeh2 barəsində ona qarşı heç bir tələb və şikayətinin olmaması və guya onun tərəfindən ona dəymiş maddi ziyanın tam ödənilməsinə dair məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizənin verilməsinə inandıraraq nail olmuşdur. Seymur həmin qəbzi verməklə Sahib tərəfindən ona vurulmuş maddi ziyanın özü tərəfindən ödənilməsinə dair üzərinə öhdəlik götürmüşdür. O da Seymurun həmin sözlərinə və qəbzlə üzərinə öhdəlik götürdüyünə inanaraq məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, məhkum olunmuş şəxslə barışdığını bildirmişdir. Bunun da nəticəsində Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı cinayət işi üzrə ##.##.2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslər X1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılmasına xitam verilməsi, məhkum edilmiş şəxs cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün ləğv edilməsi, cavabdeh2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsi, cavabdeh2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Əslində ona dəymiş maddi ziyan bu günədək ödənilməmişdir. Son günlərədək Sahib və Seymur onu hər gün aldadaraq pulu yaxın günlərdə qaytaracaqlarına inandırmışlar. Cavabdehlər son günlər artıq telefon zənglərinə də cavab vermirlər. Ona görə də, o, məcbur olub Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı cinayət işi üzrə ##.##.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Şikayətin verilməsi müddətini ötürdüyündən Bakı Apellyasiya Məhkəməsi onun şikayətini geri qaytarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı oğlu iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Rüstəmov Seymur Sahib oğluna məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Cavabdeh cavabdeh1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. ##.##.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı, həmdə 2-ci qrup əlil olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Lətafət Ağakişiyeva), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçının nümayəndəsivəkili Vəkil İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil elektron qaydada ərizə ünvanlayaraq, cavabdeh tərəfin onlara məhkəmə prosesləri gedişində 6300 manat pulu ödədiyini, hazırda cavabdehlərin 4700 (dörd min yeddi yüz) manat borcu qaldığını, qeyd edilənlərin nəzərə alınaraq cavabdehlərdən cəmi 4700 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 12000 manat pulun verilməsi işin mübahisəsiz halıdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı iş üzrə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini bildirmişdir. Hazırkı ərizədə isə bildirir ki, pul əslində ona ödənilməmiş, cavabdeh1 onu inandıraraq pulu ödəyəcəyi vədinə aldanmış, bu səbəbdən ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin ərizəni verərkən iradə ifadəsini bildirmişdir. Yəni ərizəni verib-verməmək məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Şəxsin verdiyi yazılı ərizə onun daxili iradəsinin hüquqi nəticə doğuran xarici ifadəsi hesab olunur. İddiaçının iradəsinin formalaşmasına təsir edən hər hansı məcburiyyət, təzyiq və ya aldadılma halı müəyyən edilmədiyindən, bu iradənin sonradan dəyişdirilməsi hüquqi əhəmiyyət daşımır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı müəyyən etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmünün surətindən görünür ki, cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cavabdeh2 ## ######## 2023-cü il tarixdən ## ######## 2023-cü il tarixədək 1 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cavabdeh2 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcın ## ######## 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqlarının izah edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh2 AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli hökmü ləğv edilmiş və cavabdeh2 təqsirləndirildiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş və cavabdeh2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Sahibə ümumilikdə 12000 manat pul vermişdirlər, həmin pulun 7000 manatı qaytarılmış, hazırda 5000 manat borc ödənilməmişdir. Şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Sahib onlara pulu qaytaracağını söz verərək, onları aldatmışdır. İddiaçı Seymura etibar etdiyi üçün cinayət işində pulun ödənilməsi barədə ərizə vermişdir. Faktiki olaraq hazırda Sahibin 5000 borcu qalıb. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məməmmədəli oğlu və cavabdeh1 (zamin kimi) Sabib Rüstəmovun törətdiyi dələduzluq cinayəti nəticəsində ona vurmuş olduğu 12000 məbləğində maddi ziyanın ödənilməmiş qalan 4700 manatının (iddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı ərizə verərək, 6300 manatın ödənildiyini, 4700 manatın ödənilmədiyini bildirmişdir) ödənilməsini xahiş edir. Tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 21.3, 1096.1,1096.2,1097.1,1097.3-cü maddələri təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 1(007)- **/**** nömrəli hökmü ilə müəyyən edilir ki, cavabdeh2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda İddiaçı özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq İddiaçı övladı X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla İddiaçı ## ###### 2021-ci il tarixdə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək” ailəvi istirahət mərkəzində 11000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ** saylı ünvanda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında İddiaçı bacısı X6 vasitəsilə göndərdiyi 600 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində İddiaçı Saatlı şəhəri Heydər Əliyev prospekti ** saylı ünvanda yerləşən “Araz” Supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid 4169 7413 3155 **** nömrəli kart hesabına göndərdiyi və Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ** saylı ünvanda yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında quraşdırılmış bankomatlardan birindən çıxartdığı 400 manat, ümumilikdə isə İddiaçı məxsus 12000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayətləri verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdeh2 AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ləğv edilmiş və cavabdeh2 təqsirləndirildiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş və cavabdeh2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Qərarda qeyd olunur ki, zərərçəkmiş şəxs İddiaçı notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, məhkum olunmuş şəxslə barışdığını bildirmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı iş üzrə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini bildirmişdir. Hazırkı ərizədə isə bildirir ki, pul əslində ona ödənilməmiş, cavabdeh1 onu inandıraraq pulu ödəyəcəyi vədinə aldanmış, bu səbəbdən ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Məhkəmə iddiaçının ona vurulmuş ziyanın ödənilməsinə münasibətdə, ziyanın ödənilməsi barədə ərizə vermək yolu ilə iradə ifadəsini bildirməsini əsas gətirərək sonradan ziyanın ödənilməməsi barədə iddia qaldırmasını əsassız hesab etmiş və iddianı bu əsasla rədd etmişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarının 5.12-ci bəndindən qeyd edilmişdir ki, bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Kollegiya Plenumun yuxarıda qeyd edilən mövqeyi baxımından çıxış edərək qeyd edir ki, hazırki işdə də iddiaçı cinayət işinin məhkəmə baxışı zamanı Bakı Apellyasiya Məhkəməsində ona vurulmuş zərərin ödənilməsi barədə ərizə versə də, tərəflərin heç biri həmin ziyanın ödənildiyini təsdiq etmir, o cümlədən şahid ifadələri və iş materialları ilə də müəyyən edilir ki, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı qərarından sonra, yəni iddiaçı tərəfindən ərizə verilməsindən sonra iddiaçıya vurulmuş ziyana görə cavabdeh cavabdeh2 bacıları tərəfindən ümumilikdə müvafiq olaraq 1000+6000+300=7300 manat pul ödənilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, həmin ərizədən sonra cavabdeh tərəfin özü və ya bacısı tərəfindən vurulmuş zərərin bir hissəsinin ödənilməsi iddiaçının mövqeyini haqlı çıxarmaqla, ona ərizənin pulun veriləcəyi vədi ilə yazılmasını, həmin vaxtı ödənişin ödənilməməsini təsdiq edir. Belə olan halda iddiaçı tərəfindən ərizə verilsə belə vurulmuş zərərin ona ödənilməmiş qalması, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Vurulmuş zərərin cavabdeh cavabdeh1 tutulmasına münasibətdə kollegiya qeyd edir ki, S.cavabdeh1Rüstəmovun aldığı pulu qaytaracağına vəd verərək, iddiaçıya ##.##.2024-cü il tarixli ərizə vermiş və həmin ərizə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı çıxarılmazdan əvvəl verilmişdir. Lakin qeyd edilən ərizədən sonra cavabdeh cavabdeh2 tərəfindən vurulmuş ziyanla bağlı iddiaçıya ödənişlər həyata keçirilmişdir. Bu isə onu göstərir ki, ərizənin hüquqi mahiyyəti aradan qalxmış və yeni yaranan əsasa söykənmişdir. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin bacısı Dilarə ilə iddiaçı arasında olan səs yazılarını sübut növü kimi qəbul etməsə də, kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya ziyan vurması və həmin ziyanın cinayət nəticəsində yaranan ziyan olması işin mübahisəsiz halıdır. Cavabdehin bacısı Dilarə tərəfindən hazırki qətnamə qəbul edilənə qədər cavabdehin adından onun tapşırığı ilə 7300 manat pul ödənilməsi məhz elə hüquq münasibətinin iştiraçısı kimi Dilarənin iddiaçı ilə danışıqlarının mötəbər sübut kimi qəbul edilməsini istisna edə bilməz. Beləliklə kollegiya hesab edir ki, iddiaçıya vurulmuş zərərin 4700 manatın hissəsi ödənilməmiş qalmışdır. İddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 4700 (üç yüz) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh2 4700 (üç yüz) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az təşkil etdiyindən, yəni 4700 manat olduğundan qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 4700 (üç yüz) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-431/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-431/2026
08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver