Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-436/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması. Şirvan şəhəri, ## ### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh və onun qəyyumu (bacısı oğlu) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən (hakim. L.Qasımzadə) iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “xxxx” Kommersiya Bankı ASC cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu olmaqla, cəmi 6029,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,70 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla “xxxx” KB ASC-nin rəsmi internet səhifəsində (www.xxxx.az) yerləşdirilmiş ##.##.2023-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə” ilə tanış olduğunu və onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. X2 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir (Standart Şərtlərin preambulası). Standart şərtlərə və təsdiq ərizəsininn 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün ##.##.2024-cü il tarixində ##.##.2029-cu il tarixinədək illik 29% olmaqla istehlak məqsədləri üçün 5300 manat nağd kredit cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bank tərəfindən 1-ci qrup əlillərə kredit verilir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclasında qohumu (bacısı oğlu) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telman oğlunun müşayəti ilə cavabdeh Cavabdeh iştirak etmişdir. Məhkəmə iclasında cavabdehin qohumu (bacısı oğlu) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telman oğlu daysının ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq diaqnozu ilə 1-ci qrup əlil olduğunu, özünü idarə edə bilmədiyini, məhkəmə iclasına sakit durması üçün iynə vurub gətirdiyini, məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildiyini, bu borcdan məlumatları olmadığını bildirmişdir. Neftçala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim: L.Qasımzadə) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Buna görə də iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün ##.##.2029-cu il tarixədək, illik 29% olmaqla 5.300 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh Neftçala Rayon Məhkəməsinin 2(053) ***/**** nömrəli, ##.##.2014-cü il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehlə kredit müqaviləsi bağladığı zaman, yəni ##.##.2024-cü il tarixdə 10 ilə yaxın müddət imiş ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi 1-ci qrup əlillərə kredit verildiyini qeyd etmiş və cavabdehə də 1-ci qrup əlil olduğu üçün kredit verildiyini qeyd etmişdir. İddiaçı Bank kredit verən zaman cavabdehin 1-ci qrup əlil olsada hansı diaqnozla 1-ci qrup əlil olduğunu araşdırmamışdır. Lakin cavabdehin məlumatlarında onun hansı diqanozla 1-ci qrup əlil olduğu görünmüşdür. Belə ki, cavabdeh ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq diaqnozu ilə 1-ci qrup əlildir. Bu da cavabdehin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığının göstəricisidir. Cavabdeh ilə ##.##.2024-cü il tarixli kredit müqaviləsi bağlanan zaman fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan ##.##.2024-cü il tarixli kredit müqaviləsi etibarsızdır. Birinci instansiyası məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28, 324, 337.2, 337.4, 342, 389.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28, 324, 337.2, 337.4, 342, 389.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadı ilə Cavabdeh mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından və hazırkı iddia isə fəaliyyət qabiliyyəti olmayan şəxs olaraq ona qarşı qanuni nümayəndəsi cəlb edilmədən qaldırıldığından, tələbə məhkəmədə baxılması mümkün olmadığından “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Kassasiya instansiya məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün olmayan qanunvericiliyə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin normalarda “mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmamaq” və “iddianın fəaliyyət qabiliyyəti olmayan şəxs olaraq ona qarşı qanuni nümayəndəsi cəlb edilmədən qaldırılmağı” kimi əsaslar iş üzrə icraata xitamın əsası kimi göstərilməmişdir. Yəni qənaət ondan ibarətdir ki, icraata xitamın əsasları mövcud deyil. Bu da o deməkdir ki, işə mahiyyəti üzrə baxılmalı idi. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək “xxxx” KB ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, Neftçala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(053)- ***/**** saylı qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40.75 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddiası rədd edilmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, cavabdeh Neftçala Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, kredit müqaviləsi bağlanan zaman da artıq uzun müddət fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh ağır dərəcəli əqli gerilik və ağır kəmağıllıq diaqnozu ilə 1-ci qrup əlil olmuş, bu isə onun öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığını göstərmişdir. Şikayətdə göstərilmişdir ki, qətnamə qəbul edilərkən işin faktiki və hüquqi halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsi kredit müqaviləsini etibarsız hesab etsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq etibarsız əqd nəticəsində əldə olunanların geri qaytarılması məsələsini həll etməmiş, bankdan götürülmüş vəsaitin qaytarılması barədə qərar çıxarmamışdır. Bundan əlavə, cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq onun üzərində qəyyum təyin edilməmiş, məhkəmə isə MPM-in 254.1.2 və 256.0.1-ci maddələrinin tələblərinə uyğun olaraq icraatı dayandırıb qəyyumun iştirakını təmin etməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, bu səbəbdən cavabdeh nümayəndə vasitəsilə təmsil olunmaq hüququndan məhrum olmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam aydınlaşdırılmamış və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, daxili araşdırmalarının nəticəsi olaraq ona məlumat verilmişdir ki, cavabdeh yaxınları ilə şəxsən bankın Neftçala flialına gəlmiş və “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlər” ilə tanış olmuş, onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmiş və lazımı prosedurlar həyata keçirildikdən sonra 5300 manat nağd kredit cavabdehin ödəniş kartına köçürülmüşdür. Hətta cavabdeh tərəfindən müəyyən ödənişlər də edilmiş və onun 5039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu qalmışdır. Kollegiyanın iclasında iştirak edən Cavabdeh qəyyumu (bacısı oğlu) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh Cavabdeh onun dayısıdır və o dayısının üzərində qəyyum təyin olunmuşdur. Onun kredit götürməsini bilməmişdir. Dayısının kredit götürməsini onun birkartından tutulmalar aparıldığında bilmişdir. O, özü dayısını Neftçalada kredit götürmək üçün bir neçə banka aparmış, lakin xəstə olduğu üçün banklardan ona kredit verilməsinin mümkünsüz olduğunu bildirmişlər. Onun hazırkı krediti necə götürməsindən xəbəri olmamışdır. Lakin sonradan öyrənmişdir ki, xalası oğlunun dostu X4 Cavabdeh “xxxx” KB ASC-yə apararaq həmin bankın əməkdaşı Qoşqarın köməkliyi ilə hazırkı krediti götürmüşlər. O, hazırkı kredit müqaviləsini qəbul etmir (bəyənmir). Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40.75 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
33. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. 1105.1. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs olmaqla bankla onun arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı hissəsində düzgün nəticəyə gəlinsə də, məhkəmənin iddianın rədd edilməsi qənaətinə gəlməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün ##.##.2029-cu il tarixədək, illik 29% olmaqla 5300 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırmağı və ssuda hesabı açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» KB ASC-yə 5039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu olmaqla, cəmi 6029,53 manat borcu yaranmışdır. İş materiallarında olan “xxxx” ##.##.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixinə İddiaçı ASC-yə 5039,90 manat əsas, 604,28 manat faiz, 15,81 manat cərimə borcu olmaqla, cəmi 5659,99 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 80,30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsinin şifahi sorğusu əsasında əldə edilmiş Neftçala Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarına əlavə olunmuş ƏƏSMN TSEK sonuncu müayinəyə dair məlumatı verilməsi barədə ##.##.2020-ci il tarixli məlumatından müəyyən edilir ki, ##.##.1959-cu il təvəllüdlü Cavabdeh ##.##.2020-ci il tarixdən ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq diaqnozu ilə müddətsiz 1-ci qrup əlil təyin edilmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq Neftçala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan ##.##.1959cu il təvəllüdlü Cavabdeh barəsində 2012-ci il tarixindən hazırki dövrə qədər Komissiya tərəfindən hər hansı qərar qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala Rayonu İcra Hakimiyyəti başçısının ## #### 2014-cü il tarixli, *** nömrəli sərəncamından müəyyən edilir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Neftçala rayonu Qaraqaşlı kənd sakini Cavabdeh bacısı oğlu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən 40,35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Göründüyü kimi iddia rədd edilmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsini etibarsız hesab etsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq etibarsız əqd nəticəsində əldə olunanların geri qaytarılması məsələsini həll etməmiş, bankdan götürülmüş vəsaitin qaytarılması barədə qərar çıxarmamışdır. Həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam aydınlaşdırılmamış və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.
1. İşin mübahisəsiz hallarına görə, “Ağır kəmağıllılıq” diaqnozu ilə öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan cavabdeh, Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2014-cü il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Neftçala Rayon İcra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli sərəncamı ilə cavabdehə bacısı oğlu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qəyyum təyin edilməsi qərara alınmış, həmçinin ƏƏSMN TSEK-in sonuncu müayinəyə dair ##.##.2020-ci il tarixli məlumatına əsasən, cavabdehə ##.##.2020-ci il tarixdən “ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq” diaqnozu ilə müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan cavabdeh ##.##.2024-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla iddiaçı Bankın rəsmi internet səhifəsində (www.xxxx.az) yerləşdirilmiş ##.##.2023-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlər” ilə tanış olduğunu və onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. X2 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir (Standart Şərtlərin preambulası). Standart şərtlərə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün ##.##.2024cü il tarixində ##.##.2029-cu il tarixinədək illik 29% olmaqla istehlak məqsədləri üçün 5.300 manat nağd kredit cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.
2. İlk növbədə qeyd olunmalıdır ki, istənilən iddia üzrə işə baxılarkən iddia tələbindən asılı olmayaraq tərəflər arasındakı müqavilə münasibətlərinin etibarlı olub olmamasının araşdırılmalı olması məhkəmələrin əsas vəzifəsindən biridir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354 cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
3. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh Neftçala Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Göründüyü kimi, iddiaçı ilə kredit müqaviləsi bağladığı zaman cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşdur. İddiaçı kredit verən zaman cavabdeh 1-ci qrup əlil olsada ona hansı diaqnozla 1-ci qrup əlil olmasını araşdırmamışdır. Lakin cavabdehin məlumatlarında onun “ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq” diaqnozu ilə 1-ci qrup əlil olması görsənmişdir. Bu da cavabdehin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığını göstərir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış mübahisəli ##.##.2024-ci il tarixli kredit müqaviləsini etibarsız hesab etmişdir.
5. Mülki qanunvericiliyə görə (maddə 386.1) öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qanunvericilik öhdəliyin yaranmasının əsasən 3 növünü fərqləndirmişdir. Bunlar 1) müqavilədən yaranan öhdəlik, 2) zərər vurmadan yaranan öhdəlik və 3) əsassız varlanmadan yaranan öhdəliklərdir. Hazırkı işdə tərəflər arasında müqavilə olsa da həmin müqavilə etibarsız müqavilədir. Çünki, müqavilə tərəflərindən biri fəaliyyət qabliyyəti olmayan şəxsdir. Mülki Məcəllənin 28.8ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin adından əqdləri yalnız onun qəyyumu bağlaya bilər. Həmin Məcəllənin 342.1-ci maddəsinə görə isə psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Həmçinin qəyyumu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh tərəfindən bağlanmış kredit müqaviləsini bəyənməməklə onu qəbul etməmişdir. Bu baxımdan cavabdeh tərəfindən bağlanmış kredit müqaviləsi bağlandığı andan hüquqi nəticə yaratmayan etibarsız əqd hesab edilməlidir.
6. Həmçinin müəyyən edilir ki, hazırkı işdə zərər vurmadan yaranan öhdəlik əlamətləri aşkar edilmir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər (delikt) vurulmamışdır.
7. Lakin müəyyən edilir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehin kart hesabına 5300 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin məbləğdən qismən ödəniş edilmiş və 5039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu qalmışdır. Müəyyən edilir ki, cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Məhz Kollegiya hesab edir ki, hazırkı iddianın hüquqi əsasını mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları təşkil etməlidir. Belə ki, Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yalnız müqavilənin etibarsızlığını müəyyən etməklə kifayətlənmiş, həmin etibarsız əqd nəticəsində tərəflərin əmlak vəziyyətində yaranmış dəyişikliklərə hüquqi qiymət verməmişdir. Halbuki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər Məcəllədə başqa nəticələr nəzərdə tutulmamışdırsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır.
8. İş materialları ilə müəyyən olunur ki, bank tərəfindən cavabdehin hesabına faktiki olaraq 5300 manat kredit vəsaiti köçürülmüş, cavabdeh həmin vəsaiti əldə etmişdir. Müqavilənin etibarsız hesab olunması bu vəsaitin tələb edilməsi ilə əlaqədar hüquqi əsasın aradan qalxmasına səbəb olmuşdur. Belə olan halda cavabdeh həmin məbləğ həddində əsassız varlanmışdır. Kollegiya nəzərə alır ki, fəaliyyət qabiliyyəti olmayan şəxsin hüquqlarının müdafiəsi məqsədilə onun bağladığı əqd etibarsız sayılsa da, bu hal digər tərəfin verdiyi əmlakın tamamilə qarşılıqsız qalmasına əsas vermir. Həmçinin, kollegiya hesab edir ki, cavabdehin məsuliyyəti yalnız faktiki əldə etdiyi əsas məbləğlə məhdudlaşmalıdır. Çünki faiz və cərimə tələbləri etibarlı müqavilə öhdəliyinin mövcudluğundan irəli gəlir. Hazırkı işdə isə kredit müqaviləsi etibarsız hesab edildiyindən cavabdehin müqavilə üzrə faiz, cərimə və digər əlavə ödənişləri ödəmək öhdəliyi yaranmamışdır. Fəaliyyət qabiliyyəti olmayan şəxsə münasibətdə müqavilə məsuliyyəti tətbiq edilə bilməz. Buna görə də iddia yalnız cavabdehin əsassız varlandığı əsas borc hissəsində təmin oluna bilər. Apellyasiya şikayətinin bankın faiz və cərimə borcunun da tutulmalı olması ilə bağlı dəlilləri bu səbəbdən əsaslı hesab edilmir. Həmin tələblər yalnız etibarlı kredit müqaviləsi mövcud olduqda yarana bilər. Halbuki iş üzrə müəyyən edilmiş hallar göstərir ki, cavabdeh müqavilə bağlandığı vaxt fəaliyyət qabiliyyəti olmayan şəxs olmuş və müqavilə hüquqi nəticə doğurmamışdır. Buna görə də yalnız bank tərəfindən verilmiş və cavabdehin əldə etdiyi 5039,90 manat əsas borc məbləğinin əsassız varlanma qaydasında geri qaytarılması mümkündür. Beləliklə, kollegiya hesab edir ki, Neftçala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi cavabdehin əsassız varlandığı əsas borc məbləği hissəsində təmin edilməli, digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80,30 manat dövlət rüsumunun (və 0,40 manat xidmət haqqının) 70,40 manat hissəsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40,75 manat dövlət rüsumunun (və 0,40 manat xidmət haqqının) 35,20 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASCyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 5039,90 (beş min otuz doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80,30 manat dövlət rüsumunun (və 0,40 manat xidmət haqqının) 70,40 manat hissəsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40,35 manat dövlət rüsumunun (və 0,40 manat xidmət haqqının) 35,20 manat hissəsi tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.