Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-447/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə giriş-çıxışına qonşuluqda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq *00 (yüz) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət etmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı *6.0*.2026-cı il tarixli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə olunmuş, vəsatətdə buraxılmış müddəti üzrlü hesab edərək, apellyasiya şikayətini qəbul edib mülki işin iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı ##.##.2025- ci il tarixli qətnaməsindən apellyasiya şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini, əks halda şikayətin 7 iş günü ərzində mülkü işlə birlikdə Şirvan Apeleyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı **.03.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *30.*.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. *30.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. *30.3.-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin prosessual müddətlərə dair normalarına əsasən, prosessual müddətlərin buraxılması yalnız üzrlü səbəblərin mövcudluğu sübuta yetirildiyi hallarda bərpa edilə bilər. Prosessual müddətin bərpası institutunun məqsədi tərəfin iradəsindən asılı olmayan və obyektiv xarakter daşıyan halların mövcudluğu səbəbindən prosessual hüquqların həyata keçirilməsinin mümkün olmamasının aradan qaldırılmasıdır. Bu baxımdan müddətin bərpası istisna xarakterli prosessual institut olmaqla, yalnız həqiqətən üzrlü və sübut olunmuş səbəblər mövcud olduqda tətbiq edilə bilər. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (Miragall Escolano İspaniyaya qarşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 5*). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsindən imtina olunması qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi tərəflərə qanunla nəzərdə tutulmuş qaydada göndərilmiş, cavabdehə isə həmin qətnamə *4.05.2025-ci il tarixdə şəxsən təqdim olunmuş və bu hal iş materiallarında olan qəbzlə təsdiqini tapmışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə müəyyən edilmiş bir aylıq müddət məhz həmin tarixdən hesablanmalıdır. Göstərilən normanın tələbinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən etibarən bir ay müddətində verilə bilər. Həmin müddət keçdikdən sonra verilmiş şikayət isə MPM-in 363.*.3-cü maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Eyni zamanda, qanunvericilik buraxılmış prosessual müddətin bərpasını istisna etməsə də, belə bərpanın mümkünlüyü yalnız müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olması ilə şərtləndirilir. Prosessual müddətin bərpası institutunun mahiyyəti ondan ibarətdir ki, şəxs öz iradəsindən asılı olmayan, obyektiv və qarşısıalınmaz hallar səbəbindən hüququndan vaxtında istifadə edə bilmədiyi hallarda bu hüququnun bərpasına imkan yaradılsın. Məhz bu baxımdan, müddətin bərpası üçün göstərilən səbəblər istisna xarakter daşımalı, real, inandırıcı və sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə cavabdeh müddətin buraxılmasının səbəbi kimi onun hərbi xidmətlə əlaqədar teztez ezamiyyətlərdə olmasını göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu hal öz-özlüyündə prosessual müddətin üzrlü hesab edilməsi üçün kifayət etmir. Belə ki, cavabdeh tərəfindən göstərilən səbəbin onun apellyasiya şikayəti vermək imkanını tam aradan qaldırdığına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, müasir şəraitdə şəxsin digər vasitələrlə – nümayəndə təyin etməklə və ya digər qanuni üsullarla öz prosessual hüquqlarını həyata keçirmək imkanı mövcuddur. Cavabdeh isə bu imkanlardan istifadə edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Halbuki, prosessual hüquqların həyata keçirilməsi üçün zəruri diqqət və qayğı göstərilməsi tərəflərin öz üzərinə düşən vəzifədir. Kollegiya həmçinin qeyd edir ki, prosessual müddətlər hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi məqsədi daşıyır və bu müddətlərə riayət olunması ədalətli məhkəmə araşdırmasının mühüm elementlərindən biridir. Müddətlərin əsassız olaraq bərpa edilməsi isə tərəflər arasında hüquqi balansın pozulmasına və məhkəmə qərarlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsinə səbəb ola bilər. Beləliklə, cavabdehin müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasına dair dəlilləri nə kifayət qədər əsaslandırılmış, nə də sübutlarla təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı, ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, cavabdeh Cavabdeh şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.*-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.*, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-35/2025 saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-447/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-447/2026
29.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver