Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-510/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə İbad oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İbad oğlunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi və Lənkəran rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı orta məktəbinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İbad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı İbad oğlu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi və Lənkəran rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı orta məktəbinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı İbad oğlunun cavabdeh Astara şəhəri Ş. Qasımov adına * saylı tam orta məktəbinə və qeyrilərinə qarşı hazırkı iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin qeyd hissəsinə müvafiq olaraq işçinin qanunsuz işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədinin icrasız qaldığı ## ###### 2021-ci ildən ## ######## 2024-cü ilədək olan dövr üzrə) orta əmək haqqının hesablanaraq cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəbindən tutulub iddiaçı İddiaçı İbad oğluna ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədi ilə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və bununla bağlı digər ödənişlərin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən icra sənədinin verildiyi ## ###### 2021-ci il tarixdən ## ######## 2024-cü il tarixədək her gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 (bir) faizi məbləğində ödəncin hesablanması və cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəbindən tutularaq iddiaçı İddiaçı İbad oğluna ödənilməsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq iddiaçıya ödənilməli olan 13 325 (on üç min üç yüz iyirmi beş) manat məbləğində əmək haqqları vəsaitini icra sənədinin verildiyi ## ###### 2021-ci il tarixdən ## ######## 2024-cü il tarixədək 15 000 (on beş min) manat məbləğin ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin hesablanaraq cavabdehdən iddiaçı İddiaçı İbad oğlunun xeyrinə tutulması, Astara Rayon Məhkəməsinin icraatında olmuş Astara Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mehdiyev Gündüz İsmayıl oğlunun "Icra sənədi üzrə icraata xitam verilməsi barədə" ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə tələbkar İddiaçı İbad oğlu tərəfindən verilmiş şikayətə baxılması ilə bağlı *(***)-**/**** saylı iş üzrə iddiaçı İddiaçı İbad oğlu tərəfindən hüquq xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkili X6 ödənilmiş 320 manat xidmət haqqının reqres qaydada cavabdehdən tutularaq iddiaçı İddiaçı İbad oğluna ödənilməsi, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ## ##### 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə müvafiq olaraq dəymiş ziyan qismində iddiaçıya vaxtında ödənilməmiş və ödənişi gecikdirilmiş məcburi işburaxma müddəti üzrə əmək haqlarının gecikdirilməsi nəticəsində iddiaçının və həyat yoldaşının götürməyə məcbur olduğu kredit öhdəliklərinin və onların faizlərinin cəmi 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunsuz olaraq işdən çıxarılmış, məhkəmə qətnaməsi ilə işə bərpa olunsa da, həmin qətnamə uzun müddət icra edilməmiş və məcburi işburaxma müddətinə görə əmək haqları vaxtında ödənilməmişdir. İcra orqanının hərəkətsizliyi və işəgötürənin öhdəlikdən yayınması nəticəsində iddiaçı əmək gəlirindən məhrum olmuş, bu isə ona maddi zərər vurmuşdur. Qanunvericiliyə əsasən, işəgötürən işçinin qanunsuz işdən çıxarılması və ödənişlərin gecikdirilməsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıyır və gecikdirilmiş ödənişlərə görə həm orta əmək haqqı, həm də faiz və digər kompensasiyalar ödənilməlidir. Buna görə də iddiaçının tələb etdiyi məbləğlərin tutulması və hüquqlarının tam bərpası qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı (hakim Şəfiqə Meybullayeva) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı orta məktəbdən ## ######## 2023-cü il tarixdən ## ######## 2024cü il tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş 13324 manat məbləğə illik beş faiz hesablanmaqla 666.25 manat məbləğində dəymiş ziyanın tutularaq iddiaçı İddiaçı İbad oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı orta məktəbdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarına əlavə edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İbad oğlunun işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" ## ###### 2023-cü il tarixli, *** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı İbad oğlunun Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilməsi, iddiaçı İddiaçı İbad oğlunun işdən çıxarılması ilə bağlı sözügedən (## ###### 2023-cü il tarixli, *** nömrəli) əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki ##.##.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) iddiaçı İddiaçı İbad oğlu əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi, iddiaçı İddiaçı İbad oğluna qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqlarının və bununla bağlı digər məcburi ödənişlərin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi, mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun, cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəbdən tutularaq İddiaçı İbad oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. ##.##.2024-cü il tarixli Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən Astara şəhər * saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə ##.##.2021-ci il tarixli, ** saylı əmr ləğv edilməli, o, Astara şəhər * saylı tam orta məktəbində psixoloq vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İcra sənədi ##.##.2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixdə "İcraata xitam verilməsi haqqında" qərar qəbul edilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə icra məmurunun "İcraata xitam verilməsi haqqında" ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2024-cu il tarixli qərardadı ##.##.2024-cü il tarixdə Lənkəran Rayon İcra va Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin təqdim etdiyi məlumatda bildirilir ki, borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi icra sənədinin tələbini könüllü icra müddətində təmin etmədiyindən borclunun bank hesabına ##.##.2024-cü il tarixdə inkasso sərəncamı tətbiq edilmişdir. İcra sənədi Lənkəran rayon İcra və Probasıya Şöbəsinin nəzarətindədir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, ## ###### 2025-ci il tarixində, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı İbad oğlu iştirak etmiş, Astara şəhər * saylı tam orta məktəbin nümayəndəsi iştirak etməmişdir. İddiaçı İbad oğlu 55 (əlli beş) manat məbləğində İMS rüsumu ödəmişdir. Kredit Bürosundan çıxarışlardan görünür ki, X2 aktiv kreditləri vardır. Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı İbad oğlunun verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Astara rayon İcra və Probasiya Şöbəsinin ## ####### 2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Astara rayon İcra və Probasiya Şöbəsinin ## ### 2023-cü il tarixli icra sənədi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Astara rayon İcra və Probasiya Şöbəsinin ## #### 2023-cü il tarixli icra vərəqəsinin aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Astara şəhəri,Ş.Qasımov adına * saylı tam ümumitəhsil məktəbinin direktoru olmuş X4 tərəfindən verilmiş ərizədən görünür ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən 1 illik iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barəsində qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələb şərti olaraq bir neçə hissədən ibarətdir: 1. ## ###### 2021-ci ildən ## ######## 2024-cü ilədək olan dövr üzrə dəymiş ziyan kimi orta əmək haqqının hesablanaraq ödənilməsi, 2. icra sənədinin verildiyi ## ###### 2021ci il tarixdən ## ######## 2024-cü il tarixədək her gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi, 3. icra sənədinin verildiyi ## ###### 2021-ci il tarixdən ## ######## 2024-cü il tarixədək ödənilməsi gecikdirilmiş 15 000 (on beş min) manata görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin hesablanaraq ödənilməsi, 4. hüquq xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkil X6 ödənilmiş 320 manat xidmət haqqının reqres qaydada cavabdehdən tutulması, 5. məcburi işburaxma müddəti üzrə əmək haqqlarının gecikdirilməsi nəticəsində iddiaçının və həyat yoldaşının götürməyə məcbur olduğu kredit öhdəliklərinin və onların faizlərinin, cəmi 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat pulun cavabdehdən tutulması. Məhkəmə qeyd etmişdir ki, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından iddiaçının hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab etmişdir ki, hazırkı iddianın qanuni əsasını 1-ci hissəyə münasibətdə Əmək Məcəlləsinin 300-cü maddəsi, 2,4,5-ci hissələrə münasibətdə 172.5-ci maddəsi təşkil edir. Məhkəmə iddia tələbinin əsaslılığına qiymət verməzdən öncə iddiaçının məhkəməyə müraciət etmək hüququnun ötürülüb-ötürülmədiyini araşdırmağı vacib hesab etmişdir. Belə ki, qanunvericiliyə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, tələbin 1-ci və 2-ci hissəsinə münasibətdə iş materiallarından da görünür ki, iddiaçı barədə qanunsuz əmr ## #### 2021-ci il tarixdə verilmiş, bundan sonra məhkəməyə müraciət edilmiş, iddia etdiyi dəymiş ziyan isə tələb edilməmişdir. Tələbin 5-ci hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı ## ######## 2023-cü il tarixdə işə bərpa olunmuş və həmin dövrdən götürdüyü kreditlərə görə ona dəymiş olan ziyan bəlli olmuşdur. Həmin vaxtdan isə 1 il müddət ərzində dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən iddia tələbinin 1,2,5-ci hissəsinə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 4-cü hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, tələbin 4-cü hissəsinə münasibətdə sübutetmə yükü də iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən vəkillə bağlanılmış müqavilə və vəkilə ödənilən haqq barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin 3-cü hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin tələbin qanuni əsasını Əmək Məcəlləsinin 195-ci maddəsinin a) bəndi və Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Belə ki, Astara Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı işə bərpa olunmuş və məcburi işburaxmaya görə ona işə bərpa olunduğu günədək haqq ödənilməsi nəzərdə tutulmuşdur. Bu qətnamə ilə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə hesab etmişdir ki, bu hissədə tələb qismən əsaslıdır. Belə ki, iddiaçı icra sənədinin verildiyi ## ###### 2021-ci il tarixdən ## ######## 2024-cü il tarixədək ödənilməsi gecikdirilmiş məbləğə 5% hesablanmaqla dəymiş zərəri tələb edir. Lakin, iş materiallarından görünür ki, icra sənədinin verildiyi 30 avqust tarixindən sonra iddiaçının özü tərəfindən apellyasiya şikayəti verilməklə icra üzrə icraat dayandırılmış, sonradan tərəflər arasında icra icraatı çərçivəsində mübahisələr olmuş, icra sənədi ## ######## 2023-cü ildə icra edilməklə iddiaçı işə bərpa edilmiş, # ###### 2023-cü il tarixdə 1427.77 manat məcburi işburaxma üçün iddiaçıya ödəniş edilmiş, 13324 manat isə ödənilmədən qalmışdır. Məhkəmə hesab etmişdir ki, tələbin 3-cü hissəsinə münasibətdə iddia qismən təmin edilməklə, iddiaçının işə bərpa edildiyi ## ######## 2023-cü il tarixdən ödənilməyən, ## ######## 2024-cü il tarixədə gecikdirilməklə ödənilən 13324 manat məbləğə illik 5% hesablanmaqla 666.25 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 386.1, 442, 445.1, 445.7-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 (4.1; 16), 172, 195, 196, 287, 288, 296, 300-cu maddələri, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli Plenum Qərarı, “İnsan Hüquqları və X7 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 217.3, 217.4, 220.4-cü maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.1-ci bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı İbad oğlu apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin iddiaçı İddiaçı İbad oğlunun iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi, iddia tələblərinin həmin hissələrdə də təmin edilməsi (tam təmin edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə səthi yanaşmış, işin hallarını demək olar ki, araşdırmamış, hətta cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı orta məktəbinin iddia müddətinin tətbiqi barədə ərizəsi mövcud olmadığı, həmin məktəb tərəfindən belə bir ərizə təqdim edilmədiyi halda, iş üzrə ümumiyyətlə tərəf olmayan fiziki şəxs - X4 ərizəsi əsasında iddia tələblərinə iddia müddətini tətbiq etmişdir. Ərizə hazırkı mülki iş üzrə ümumiyyətlə tərəf olmayan Rəna Hüseynova tərəfindən imzalanmış, nə cavabdeh məktəbin rəsmi blankında, nə də onun möhürü ilə möhürlənməmiş, sadəcə olaraq fiziki şəxs R.Hüseynova tərəfindən imzalanmış və özü tərəfindən vəzifəsi göstərilmişdir. Halbuki, hazırkı mülki iş üzrə cavabdeh direktor vəzifəsində çalışmasına baxmayaraq fiziki şəxs olan R.Hüseynova deyil, hüquqi şəxs Astara şəhəri, Ş.Qasımov adına * saylı tam ümumitəhsil məktəbi olduğundan məhz hüquqi şəxs tərəfindən hüquqi şəxsin rəsmi blankında və möhürü ilə təsdiq edilmiş formada verilmiş olsa idi belə bir ərizə məhz cavabdeh məktəbin ərizəsi kimi qiymətləndirilə bilərdi. Təsadüfi deyildir ki, hazırkı mülki işlə eyni tərəflər arasında Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli Qərardadından (Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə) da görünür ki, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti məhz qeyd olunan əsasla geri qaytarılmış, qərardadın əsaslandırıcı hissəsində isə məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, “Qətnamədən fiziki şəxs-məktəbinin direktoru X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırkı iş üzrə tərəflər iddiaçı İddiaçı İbad oğlu və cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəbidir. Apellyasiya şikayəti iş üzrə tərəf olmayan fiziki şəxs-məktəbinin direktoru X4 tərəfindən verilmişdir. Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəb dövlət müəssisəsi kimi hüquqi şəxs statusuna malikdir. MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu halda, apellyasiya şikayətini məktəbin öz adından vermək tələb olunur. Göründüyü kimi, Astara şəhəri Ş.Qasımov adına * saylı tam orta məktəb dövlət müəssisəsi kimi hüquqi şəxs statusuna malikdir. Lakin məktəbin direktoru X4 apellyasiya şikayətini prosessual nümayəndəlik çərçivəsində, yəni məktəbin adından deyil, öz şəxsi məlumatlarını göstərməklə birbaşa olaraq öz adından təqdim etmişdir. Halbuki o, yalnız məktəbi təmsil etmək səlahiyyətinə malikdir. Direktorun fərdi şəxs qismində şikayət verməsi hüquqi baxımdan düzgün hesab olunmur, çünki mübahisəli hüquq münasibətlərində tərəf şəxsən o deyil, məktəbin özüdür. Bundan əlavə, apellyasiya şikayətinə məktəbin rəsmi rekvizitləri (tam adı, hüquqi ünvanı, VÖEN-i və digər identifikasiya məlumatları) əlavə olunmalı idi. Onların əvəzinə direktor öz şəxsi məlumatlarını daxil etmişdir. Bu, şikayətin subyekt tərkibinin yanlış göstərilməsi deməkdir. Nəticədə, məhkəmə qarşısında tərəf məktəb yox, fərdi şəxs kimi görünür.” Hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadındakı R.Hüseynova barədə istinad olunan hüquqi mövqeyi eynilə hazırkı mülki işə də şamil etmək olar. Həmçinin, məhkəmə tərəfindən mübahisəli qətnamədə fiziki şəxs R.Hüseynovanın sözügedən ərizəsinin hər hansı rəsmi blankda dərc olunmadığı və ya hüquqi şəxsin möhürü ilə təsdiq edilmədiyi halda hüquqi şəxs olan məktəbin ərizəsi kimi qəbul edilməsi Azərbaycan Respublikası Prezidentinin ## ######## 2003-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə də zidd olmuşdur. Təlimatın 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Təlimatın 32-ci bəndinə əsasən əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi halarda başqa sənədlərə imza qoyulması ilə bərabər Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür vurulur. Dövlət gerbi əks olunmuş möhürü olmayan təşkilatlar əsas möhürdən istifadə edirlər. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır. Məhkəmə- Hüquq Şurasının ## #### 2025-ci il tarixli, * saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 8-ci bəndinə əsasən Məhkəmələrdə kargüzarlığın elektron qaydada aparılması Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcələlərinin tələblərinə, “Elektron imza və elektron sənəd haqqında”, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”, habelə bu Təlimata və digər aidiyyəti normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Həmin Təlimatın 87-ci bəndinə əsasən Məhkəmə icraatı ilə bağlı hazırlanan sənədlər prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın sənədlərin hazırlanması üçün ümumi tələblərinə və kompüter üsulu ilə hazırlanan sənədlərə dair tələblərinə uyğun olmalıdır. Belə ki, sözügedən ərizə istinad olunan Təlimatda dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəsmi sənədlərinin tərtibat və məzmun tələblərinə də tamamilə zidd olduğundan həmin ərizə belə hüquqi şəxs olan cavabdehin yox, məhz R.Hüseynovanın fiziki şəxs kimi şəxsi ərizəsi kimi xarakterizə oluna bilərdi. Beləliklə, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin, cavabdeh hüquqi şəxsin, yəni cavabdeh Astara şəhər * saylı tam orta məktəbin iddia müddətinin tətbiqi barədə hər hansı ərizəsi olmadığı halda məhkəmə nəticə etibarilə öz təşəbbüsü ilə və (və ya) hansı vəzifədə çalışmasına baxmayaraq iş üzrə ümumiyyətlə tərəf olmayan fiziki şəxs R.Hüseynovanın ərizəsi əsasında iddia tələblərinə iddia müddətini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə qanunsuz olaraq iddia müddəti tətbiq edərkən iddia müddətinin başlanması anını da düzgün hesablamamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı İbad oğlu ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Maddi ziyanın ödənilməsini Astara şəhər * saylı tam orta məktəbin direktorunun ## #### 2021-ci il tarixli ** saylı qanunsuz Əmri və Astara Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin vaxtında icra edilməməsi ilə əsaslandırır. Məsələ burasındadır ki, iddiaçının birinci tələbi ƏM 300-cü maddəsinin Qeyd hissəsinə və 172.5-ci maddələrinə əsaslanır. Məhz Astara Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə tərəflər arasında fərdi əmək mübahisəsinə son qoyulmuş, iddiaçının işə bərpa edilməli olması və ona əmək haqqlarının ödənilməli olması müəyyən edilmişdir. İddiaçının iddia tələbi isə qanunsuz işdənçıxarma əmrinin verildiyi tarixdən etibarən olan dövrü yox, məhz Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli icra sənədinin icrasız qaldığı dövrü əhatə edir. Belə olan halda iddia müddətinin qanunsuz işdənçıxarma tarixindən hesablanması tamamilə əsassızdır. Eyni zamanda, əmək haqqlarının 1334 manatlıq kəsr hissəsinin ödənişinin gecikdirilməsi ilə bağlı əmək hüququ pozuntusu məhkəmənin özünün də qeyd etdiyi kimi ## ######## 2025-ci il tarixədək davam etmişdir. İşçinin hüquqlarının pozulması prosesi məhz həmin tarixdə başa çatmış, həmin tarixədək icra sənədi üzrə tələbkar olan işçi məcburi işburaxma müddəti üzrə əmək haqlarının ödənişinə icra sənədi üzrə borclu olan hazırkı iş üzrə cavabdehin vədləri əsasında ümid etmiş, buna görə hüquqlarından istifadə edə bilməmişdir. Eyni zamanda, tutaq ki, işçi işə bərpa olunduğu tarixdə bununla bağlı məhkəmədə iddia qaldırmış olsa idi pozuntunun davam etdiyi dövrdə onun başa çatdığı tarixədək mütəmadi olaraq iddia tələbinin artırılması barədə ərizə verməli idi ki, bu da prosessual qənaət və prosessual səmərəlilik prinsipinə zidd olardı. Bundan başqa iddiaçı məsələn ## ######## 2023-cü il tarixdə işə bərpa olunarkən icra sənədi üzrə borclu işəgötürənin onun məcburi işburaxma müddəti üzrə əmək haqlarının ödənişinin əsas hissəsini - 13 324 manatını ## ######## 2025-ci il tarixədək gecikdirəcəyini qabaqcadan proqnozlaşdıra bilməzdi ki, bununla bağlı iddia da qaldıra bilsin. Həmçinin iddia tələblərindən də göründüyü kimi iddiaçı qanunsuz işdənçıxarma əmrinin verildiyi tarixdən deyil, məhz icra sənədinin verildiyi tarixdən etibarən müvafiq əsaslarla dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Belə olan halda məhkəmənin iddiaçı tərəfindən onsuz da tələb olunmayan dövrlər üzrə maddi ziyan məbləğlərinə iddia müddəti tətbiq etməsi tamamilə əsassız olmuşdur. Məhkəmə iddia tələbinin 4-cü hissəsini rədd edərkən sübutetmə yükünə əsaslanmış və qeyd etmişdir ki, həmin haqqın ödəniş məbləğinin həcminə hər hansı məhdudiyyət qoyulmasa da Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə müvafiq olaraq konkret halar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi qərara alınır. Başqa sözlə, həmin iş üzrə iddiaçının dövlət hesabına deyil, məhz müqavilə əsasında vəkilə təmsil olunmuş olması onun vəkilə ödənişli əsasla müqavilə bağladığını, bunun üçün ödəniş ödədiyini təsdiq edir. Həmin məbləğdən və bununla bağlı hər hansı qəbzin təqdim edilməsindən, qəbzdə hansı məbləğin göstərilməsindən asılı olmayaraq MPM-n 121.1-ci maddəsinin tələbinə müvafiq olaraq vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş haqqın məbləğinin qarşı tərəfdən tutulan həcmi ağlabatanlıq meyarı əsasında məhkəmə tərəfindən müəyyən edilməli idi. Məhkəmə isə MPM-in 121.1 ci maddəsini tətbiq etməli olduğu halda əsassız olaraq tətbiq etməmişdir. Mübahisəli qətnamədə qeyd olunmuşdur ki, “Belə ki, iddiaçı icra sənədinin verildiyi ## ###### 2021-ci il tarixdən ## ######## 2024 cü il tarixədək ödənilməsi gecikdirilmiş məbləğə 5% hesablanmaqla dəymiş zərəri tələb edir. Lakin, iş materialarından görünür ki, icra sənədinin verildiyi 30 avqust tarixindən sonra iddiaçının özü tərəfindən apelyasiya şikayəti verilməklə icra üzrə icraat dayandırılmış, sonradan tərəflər arasında icra icraatı çərçivəsində mübahisələr olmuş, icra sənədi ## ######## 2023-cü ildə icra edilməklə iddiaçı işə bərpa edilmiş, # ###### 2023-cü il tarixdə 1427.77 manat məcburi işburaxma üçün iddiaçıya ödəniş edilmiş, 13324 manat isə ödənilmədən qalmışdır. Məhkəmə hesab etmişdir ki, tələbin 3-cü hissəsinə münasibətdə iddia qismən təmin edilməklə, iddiaçının işə bərpa edildiyi ## ######## 2023-cü il tarixdən ödənilməyən, ## ######## 2024-cü il tarixədək gecikdirilməklə ödənilən 13324 manat məbləğə ilik 5% hesablanmaqla 666.25 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.” Məsələ burasındadır ki, icra sənədinin verildiyi 30 avqust tarixindən sonra iddiaçı tərəfindən iddia tələbinin təmin edilmədiyi hissədən apelyasiya şikayəti verilsə də cavabdeh tərəfindən apelyasiya şikayəti verilməmiş, iddiaçı tərəfindən apelyasiya şikayətinin verildiyi hissə məcburi işburaxma müddəti üzrə əmək haqqı tələbi ilə bağlı olmamış, beləliklə bununla bağlı tərəflər arasında apelyasiya qaydasında həl olunası hər hansı ixtilaf da mövcud olmamışdır. Belə olan halda qətnamə ondan apelyasiya şikayəti verməmiş cavabdehə münasibətdə qüvvədə olduğu halda və qətnamənin əmək haqqı ilə bağlı hissəsini bütün digər hissələr kimi mübahisələndirmədiyi halda cavabdeh əmək haqqlarını öz təşəbbüsü ilə ödəyə bilərdi. Başqa sözlə, iddiaçının qətnamənin onun iddia tələbinin təmin edilmədiyi hissədən apellyasiya şikayəti verməsi cavabdehi işəgötürən kimi özünün işçinin əmək haqlarını tam və vaxtında vermək öhdəliyindən azad etmirdi. Həmçinin iddaçının qətnamənin narazı qaldığı hissəsini mübahisələndirməsi ilə bağlı prosessual hüquqları onun əleyhinə istifadə oluna bilməzdi. Həmçinin qətnamənin iddiaçı tərəfindən mübahisələndirməsi və ya icra sənədinin məcburi icrasının bununla əlaqədar məcburi hal kimi dayandırılmalı olması borclu işəgötürənin könüllü icrasını istisna etmir və ya qadağan etmirdi. Məhkəmə işə baxarkən prosessual qənaət, prosessual səmərəlilik, məhkəməyə ictimai etimad prinsiplərini və məhkəmə qərarlarının sabitliyi prinsipini də pozmuş, süründürməçiliyə, prosesin lüzumsuz uzadılmasına yol vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə İbad oğlu apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək Astara Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin iddiaçı İddiaçı İbad oğlunun iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi, iddia tələblərinin həmin hissələrdə də təmin edilməsi (tam təmin edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Astara şəhəri Ş.Qasımov adına * saylı orta məktəbi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Odur ki, məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172-ci maddəsinin qeyd hissəsinə əsasən “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 195-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) bəndinə əsasən əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin qərarı (hökmü, qətnaməsi) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinin h bəndinə əsasən bu Məcəllə ilə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin ## #### 2024-cü il tarixədək qüvvədə olan 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün- işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 300-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin iddiaçı İddiaçı İbad oğlunun iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi, iddia tələblərinin həmin hissələrdə də təmin edilməsi (tam təmin edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hal-hazırda birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi, iddia tələblərinin həmin hissələrdə də təmin edilməsi (tam təmin edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş edir. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddia tələbinin təmin edilməmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı qanunsuz işdən çıxarılması və məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İddia tələbi aşağıdakı hissələrdən ibarətdir: -məcburi işburaxma müddəti üçün tam orta əmək haqqının ödənilməməsi nəticəsində dəymiş zərər; -əmək haqlarının gecikdirilməsinə görə gündəlik 1 faiz (kompensasiya) hesablanmasını; -gecikdirilmiş məbləğə görə illik 5% əlavə ödənişin tutulmasını; -icra prosesində çəkdiyi vəkil xərclərinin cavabdehdən tutulmasını; -əmək haqqı vaxtında ödənilmədiyi üçün yaranmış kredit borcları və faizləri şəklində maddi ziyanın (16228 manat) ödənilməsi. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin 1, 2 və 5-ci hissələri üzrə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 1 illik iddia müddətini buraxmış, 4-cü hissə üzrə isə tələb edilən vəkil xidmət haqqının ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, tələbin 3-cü hissəsi yalnız qismən əsaslı hesab edilmiş, belə ki, gecikməyə görə faiz bütün dövr üçün deyil, iddiaçının işə bərpa olunduğu tarixdən sonra faktiki ödənilməmiş məbləğə münasibətdə hesablanmalı sayılmış və bu əsasla iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Cavabdeh tərəf isə iddianın təmin edilən hissəsi ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin əsas və ilkin dəlili ondan ibarətdir ki, iddia müddətinin tətbiqi barədə ərizə fiziki şəxs tərəfindən təqdim olunmuşdur, halbuki mübahisənin tərəfi olan subyekt məktəb kimi hüquqi şəxs olduğundan, belə ərizə həmin hüquqi şəxsin adından və onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı idi. Məhkəmə tərkibi hesab edir ki, bu hal apellyasiya şikayətinin təmin edilməsi üçün əsas sayıla bilməz. İş materiallarına əlavə edilmiş Astara şəhəri,Ş.Qasımov adına * saylı tam ümumitəhsil məktəbinin direktoru X4 tərəfindən verilmiş ərizədən görünür ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən 1 illik iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barəsində qərar qəbul edilməsi xahiş edilmişdir. Belə ki, hüquqi şəxsin iradəsi onun səlahiyyətli orqanı və ya nümayəndəsi vasitəsilə ifadə olunmaqla konkret halda məktəbin direktoru həmin hüquqi şəxsi təmsil edən şəxs kimi çıxış etmişdir. Odur ki, ərizənin məhz direktor tərəfindən verilməsi onun hüquqi qüvvəsini şübhə altına ala bilməz. Əksinə, burada əsas məsələ ərizənin kim tərəfindən (fiziki şəxs və ya hüquqi şəxs statusu ilə) verilməsinin formal tərəfi deyil, onun məzmun etibarilə iddia müddətinin tətbiqinə yönəlmiş iradəni ifadə etməsidir. Cavabdeh məktəb hüquqi şəxs olsa da, onun adından çıxış edən direktor həmin hüquqi şəxsin qanuni təmsilçisi kimi prosessual hərəkətləri həyata keçirmək səlahiyyətinə malikdir. Buna görə də iddia müddətinin tətbiqi barədə ərizənin direktor tərəfindən imzalanaraq təqdim edilməsi, mahiyyət etibarilə hüquqi şəxsin, cavabdeh məktəbin adından verilmiş hesab olunmuşdur və bu hal prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə icraatında formal çatışmazlıqlar yalnız o halda hüquqi nəticələr doğura bilər ki, onlar işin mahiyyəti üzrə düzgün həllinə mane olsun və ya tərəflərin hüquqlarının pozulmasına səbəb versin. Hazırkı halda isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə məktəb direktoru hüquqi şəxsi təmsil etmə səlahiyyətinə malik olduğundan, onun iradə ifadəsi tam hüquqi qüvvəyə malikdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən işçi pul və digər əmlak tələbləri ilə bağlı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməlidir. İş üzrə müəyyən olunmuşdur ki, iddiaçı əmək hüquqlarının pozulması faktını hələ 2021-ci ildə, işdən çıxarıldığı və sonradan məhkəmə qərarı ilə işə bərpa olunduğu dövrdə bilmiş, həmçinin məcburi işburaxma müddətinə görə ona ödənişlərin edilməli olduğunu da həmin vaxtdan dərk etmişdir. Buna baxmayaraq, o, hazırkı iddiada tələb etdiyi ziyan və digər ödənişlərlə bağlı tələbləri qanunla müəyyən edilmiş 1 illik müddət daxilində deyil, daha gec, faktiki olaraq həmin hüquq pozuntularının baş verdiyi və ona məlum olduğu tarixdən xeyli sonra irəli sürmüşdür. İddiaçının iddia müddətinin yalnız icra sənədinin icra edilməməsi ilə bağlı dövrdən hesablanmalı olması barədə mövqeyi də əsassızdır. Çünki tələb edilən ödənişlər (orta əmək haqqı, məcburi işburaxma dövrü üzrə vəsaitlər və s.) birbaşa onun işdən çıxarılması və sonrakı dövrdə ödənişlərin həyata keçirilməməsi ilə bağlıdır və bu hallar iddiaçıya əvvəlcədən məlum olmuşdur. İcra prosesində gecikmələr isə yeni hüquq pozuntusu yaratmamış, yalnız mövcud öhdəliyin icrasının təmin edilməməsi ilə bağlıdır və bu hal iddia müddətinin başlanmasını yenidən hesablanmasına əsas verməmişdir. Həmçinin apellyasiya şikayətində iddia müddətinin başlanma anının səhv müəyyən edildiyi və hüquq pozuntusunun davamlı xarakter daşıdığı göstərilsə də, bu yanaşma işin faktiki hallarına uyğun deyildir. Belə ki, iddiaçının istinad etdiyi hüquq münasibəti-yəni işdən qanunsuz çıxarılma və bunun nəticələrinin aradan qaldırılması artıq Astara Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli icra sənədi ilə hüquqi qiymətini almış və həmin andan tərəflər arasında yeni hüquqi vəziyyət, icra münasibətləri yaranmışdır. Bu mərhələdən sonra iddiaçının hüququnun pozulması faktı ona məlum olmuş və o, bu pozuntu ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddət ərzində irəli sürmək imkanına malik olmuşdur. İş materiallarından və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, iddiaçı ## ######## 2023-cü il tarixdə işə bərpa edilmiş və ən geci həmin tarixdə ödənilməmiş məbləğlərin mövcudluğunu dəqiq bilmişdir. Buna baxmayaraq, o, həmin tələblərlə bağlı qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddiaçının iddia etdiyi kimi gecikmənin “davamlı hüquq pozuntusu” kimi qiymətləndirilməsi də əsassızdır, çünki hər bir ödəniş öhdəliyi konkret dövrə və məbləğə bağlı müstəqil öhdəlikdir və onların yerinə yetirilməməsi iddia müddətinin başlanmasını qeyri-müəyyən şəkildə uzadan fasiləsiz pozuntu kimi qəbul edilə bilməz. Əks yanaşma iddia müddəti institutunun mahiyyətini tam aradan qaldırar və hüquqi müəyyənlik prinsipini pozar. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia müddətinin başlanma anını düzgün müəyyən etmiş və iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə tərkibi vəkil xərclərinin təmin edilməməsinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində məhkəmənin MPM-in 121.1-ci maddəsini tətbiq etmədiyi iddia olunsa da, bu dəlil işin faktiki hallarına və sübutetmə qaydalarına ziddir. Belə ki, həmin norma yalnız vəkilə hüquqi yardım müqabilində həqiqətən ödənilmiş və sənədlərlə təsdiq olunan xərclərin ağlabatan həddə qarşı tərəfdən tutulmasına imkan verir. Halbuki iş materiallarında iddiaçı tərəfindən vəkillə bağlanmış müqavilənin mövcudluğunu və ya konkret məbləğdə ödəniş edildiyini təsdiq edən hər hansı sübut-qəbz, ödəniş sənədi və ya digər maliyyə sənədi təqdim edilməmişdir. Yalnız vəkillə təmsil olunma faktı özlüyündə ödənişin həyata keçirildiyini və onun məbləğini sübut edə bilməz. Bu halda məhkəmənin “ağlabatan məbləğ” müəyyən etməsi üçün əsas yoxdur. Əks yanaşma, yəni sübut olunmamış xərclərin belə avtomatik qaydada tutulması sübutetmə yükü prinsipini aradan qaldırar və əsassız varlanmaya şərait yaradardı. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti verməsi cavabdehin əmək haqqı ödənişlərini yerinə yetirməsinə mane olmamış və buna görə gecikmə tam şəkildə cavabdehin məsuliyyətinə aid edilməlidir. Lakin bu dəlil də işin faktiki halları ilə uzlaşmır. Belə ki, iş materiallarından görünür ki, icra sənədinin verilməsindən sonra icraat çərçivəsində mübahisələr yaranmış, icra icraatı dayandırılmış, daha sonra isə müxtəlif prosessual hərəkətlər həyata keçirilmişdir. Bu isə öhdəliyin dərhal və fasiləsiz icrasını obyektiv olaraq mümkünsüz etmişdir. Bundan əlavə, iddiaçının özü tərəfindən apellyasiya şikayətinin verilməsi icra prosesinin gedişinə təsir göstərən hal kimi qəbul edilməli və bu hal nəzərə alınmadan bütün gecikmə müddətinin cavabdehin üzərinə qoyulması ədalətli olmazdı. İddiaçının qeyd etdiyi kimi cavabdehin könüllü icra imkanının mövcud olması faktı da bu nəticəni dəyişə bilməz, çünki icra sənədi üzrə münasibətlər artıq mübahisəli xarakter almış və icra prosesi sabit və maneəsiz mərhələdə olmamışdır. Məhkəmə məhz bu halları nəzərə alaraq gecikmənin yalnız iddiaçının işə faktiki bərpa olunduğu ## ######## 2023-cü ildən sonrakı dövr üzrə qiymətləndirilməsini düzgün hesab etmişdir. Buna görə də apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(018)-879/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı İbad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(018)-879/2025 saylı qətnaməsi iddiaçı İddiaçı İbad oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-510/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-510/2026
04.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver