Məhkəmə qərarları › İş №2(3-9)-521/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-521/2026

18.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-521/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından (hakim Muxtar Muxtarov) cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə ## #### 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2018-ci il tarixli, RB/IKNR-*** saylı kredit müqaviləsi üzrə 57672,3 manat əsas borc, 196,59 manat faiz borcu, 7,86 manat dəbbə pulu olmaqla cəmi 57876,68 manat məbləğində borcun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum, dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 60 manat pulun tutulması, tutmanın mülkiyyət hüququ ilə cavabdeh2 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 8-ə yönəldilməklə, əmlakın hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh2 və cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 8-dən çxarılmaları, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 77000 manat, likvid dəyərinin 69000 manat müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə ## ##### 2021-ci il tarixli poçt reyestrinə əsasən cavabdeh cavabdeh1 qeydiyyatda olduğu Kürdəmir rayonu Topalhəsənli kəndi, cavabdeh cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvanlarına göndərilmişdir. # ###### 2021-ci il tarixdə qətnamə icraya yönəldilmişdir. “xxxx” MMC-nin # ###### 2022-ci il tarixli hərrac protokoluna əsasən Kürdəmir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi əsasında verilən icra sənədi üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, mənzil 8 “Ipoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq 49087,50 manat borc əvəzinə tələbkar ipoteka saxlayan İddiaçı ASC-yə təklif olunmuş və sonuncu tərəfindən mülkiyyətinə qəbul edilmişdir. ## ###### 2025-ci ildə icra sənədi üzrə tələbkar İddiaçı ASC məktubla Sumqayıt şəhəri üzrə Icra Idarəsinə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi əsasında verilən icra sənədi üzrə borclu cavabdeh2 banka ödənilməmiş 10473 manat kredit borcunun qaldığını, borclunun Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri olduğunu bildirib, qalıq borcun borclunun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Sumqayıt şəhəri üzrə Icra Idarəsinin # ###### 2026-cı il tarixli müraciəti əsasında icra sənədi üzrə borcun ödənilməmiş qalan hissəsi borclunun əmək haqqına yönəldilmişdir. ## ###### 2026-cı ildə icra sənədi üzrə borclu cavabdeh2 ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək qətnaməni almadığını bildirib, surətinin Kürdəmir rayonu, Şahsevən kəndinə göndərilməsini xahiş etmişdir. # #### 2026-cı il tarixli qəbzə əsasən Kürdəmir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 təqdim olunmuşdur. Cavabdeh cavabdeh2 ## #### 2026-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəblərinin üzürlü hesab edilməsi, müddətin bərpa edilib apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddaiçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və arvadı cavabdeh1 qarşı iddia tələbi təmin edilmiş və hazırda həmin qətnamə əsasında onların banka ödənilməmiş qalıq 10473 manat kredit borcu və 30 manat dövlət rüsumuna dair borcla bağlı icra sənədi Sumqayıt şəri üzrə Icra Idarəsiinin böyük icra məmuru Rüfət Məmmədovun icraatındadır. Məhkəmənin qətnaməsindən onun və arvadının ümumiyyətlə xəbəri olmamışdır və bu məsləni Sumqayıt şəhəri üzrə Icra Idarəsindən qulluq etdiyi hərbi hissəyə göndərilən sənəd əsasında əmək haqqından tutulma olduqdan sonra məlumatı olmuşdur. Qeyd olunan qətnamə qəbul edilərkən o, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və bununla bağlı “müharibə veteranı” vəsiqəsi, həmçinin təltif olunmağı ilə bağlı xeyli sayda medalları da vardır. Başqa sözlə həmin məhkəmə qətnaməsi qəbul edilərkən o, vətənin keşiyində durmuş, dövlətə xidmət etmiş, bank isə bütün bunları nəzərə almadan və yaranmış vəziyyətdən istifadə edərək ona qarşı əssasız iddia qaldırmış və onu borclu vəziyyətə salmışdır. Nəticədə onun və arvadının iştirakı olmadan və çəkişmə prinsipinə əməl olunmadan qətnamə qəbul edilmişdir. Qətnaməni # #### 2026-cı il tarixdə əldə etmişdir. Buna görə də qətnamədən üzürlü səbəblərdən qanunla müəyyən edilmiş 1 ay müddətdə apellyasiya şikayətini verə bilmədiyi üçün prossesual müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsini, bərpa edilməsini və apelyyasiya şikayətini qəbul edib müki işin materialları ilə birlikdə apelyyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan cavabdeh cavabdeh2 şikayət verərək, ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət buraxılmış prosessual müddətin bərpasına dair ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina olunmasına dair qərardadı qanunsuz və əsassızdır. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 131.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu Ismayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə verilən qiymətlə razılaşır. Belə ki, iş materiallarına əsasən istər birinci instansiya məhkəməsindəki icraat zamanı, istərsə də, icra icraatı zamanı cavabdehlərin həm rəsmi qeydiyyat ünvanlarına, həm ipoteka predmeti olan daşınmaz əmlakın ünvanına dəfələrlə rəsmi bildirişlər göndərilmiş, bütün hərəkətlər barədə cavabdehlər məlumatlandırılmışlar. Ipoteka predmeti olan daşınmaz əmlakın hərrac protokoluna əsasən # ###### 2022-ci il tarixdən ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, keçən 3 il müddət ərzində də, qətnamə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Belə çıxır ki, icra sənədi üzrə borcun ödənilməmiş qalan hissəsi borclunun əmək haqqına yönəldilməsəydi, qətnamə mübahisələndirilməyəcəkdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna, kifayət qədər uzun müddət üçün buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar