Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-533/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh, borca verdiyi 10000 (on min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumuna görə 211 manatın alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdeh Cavabdeh hərbçi kimi tanıyır. Cavabdeh ondan ##.##.2025-ci il tarixdə 10000 (on min) manat borca pul almış, ##.##.2025-ci ildə borcunu qaytaracağına dair ona qəbz vermişdir. Lakin cavabdeh həmin borcunu qaytarmır. Aralarında müqavilə olmasına baxmayaraq borcunu ödəməkdən bəhanələr edərək imtina edir. Ona görə də məcbur olub məһkəməyə müraciət etməli oldu. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim V.Əliyeva) ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı şikayətində göstərmişdir ki, cavabdeh ##.##.2025-ci il tarixdə ondan qəbz əsasında 10.000 manat borc almış, aradakı müqaviləyə baxmayaraq müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iddianı sübutların yetərsizliyi əsası ilə rədd etmişdir. Şikayətə görə,qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə istinad edərək borc müqaviləsinin yazılı formada olmasını tələb etmişdir. İş materiallarında cavabdeh tərəfindən yazıldığı iddia edilən və 10.000 manat vəsaitin götürüldüyünü təsdiq edən yazılı ərizə (qəbz) mövcuddur. Lakin məhkəmə bu yazılı sənədi "faktiki verilməni etibarlı şəkildə təsdiq edən sübut" kimi qiymətləndirməmişdir. Şikayətə görə, cavabdehin öz əli ilə yazdığı və imzaladığı sənəd borc öhdəliyini təsdiq edən birbaşa sübutdur. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməyə borcludur. Məhkəmə MPM-in 14.2ci və 77.1 -ci maddələrinə istinad edərək aktivlik nümayiş etdirməmiş, sənədin həqiqiliyini yoxlamaq üçün ekspertiza təyin etməmişdir. Cavabdehin iddiaya qarşı hər hansı etiraz təqdim etməməsi, əslində tələbin sükutla qəbulu kimi qiymətləndirilməli olduğu halda, məhkəmə bunu nəzərə almamışdır. Prosessual məsələlər Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərərək bildirmişdir ki, o, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. İddiaçı ərizəsində həm də cavabdeh iştirak etmədiyi halda mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Kollegiya MPM-in 238.2-ci maddəsinə əsasən işə qiyabi icraata qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehə ##.##.2025-ci il tarixdə 10.000 (on min) manat məbləğində borc pul verdiyini, lakin cavabdehin həmin pulu qaytarmadığını bildirərək göstərilən məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən cavabdeh tərəfindən yazıldığı və hər iki tərəfin imzaladığı iddia edilən bir ədəd əl yazısına istinad etmiş və həmin sənədi ərizəyə əlavə etmişdir. İddiaçı aşağıdakı məzmunda yazılı sənədi təqdim etmişdir: “Mən, Cavabdeh özüm salyan rayonu İ.Abdulrəhimov küçəsi E58M1-də qeydiyyatdayam halhazırda tərtər rayonu, İsmayılbəyli kəndində N saylı hərbi hissədə V işləyirəm işimlə bağlı tərtər rayonu səhlabad kəndində yaşayıram Aşağıda yazıb göstərdiyim (10 min manat) 10000 manat onminmanat borc və kiriditsiz və sələmsiz borc götürürəm bu pulu bərdə rayonu kətəlpara kəndində yaşayan İddiaçı 2 ay müddətinə yəni ki götürdüyüm tarix ##.##.2025 qaytaracağım tarix ##.##.2025 bu tarixə qədər İddiaçı borc aldığım 10 min manat pulu qaytaracam öz xəttimlə yazdım imzamla təstiq edirəm İmza : Cavabdeh” Yazılı sənəd Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə sasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı tərəf cavabdehin adından yazılan və onun borcunun olduğunu etiraf etdiyi sadə əlyazma sənədi təqdim etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixdə iddiaçıdan 10.000 (on min) manat məbləğində borc pul götürdüyünü və borcunu ##.##.2025-ci il tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürdüyünü hər iki tərəf imzası ilə təsdiq etmişlər. Başqa sözlə, təqdim edilmiş yazılı sənədə (qəbzə) görə cavabdeh iddiaçıdan aldığı borc pul məbləğini ödəməyi öhdəsinə götürməsi barədə iddiaçı ilə qarşılıqlı razılığa gəlmişlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh yazılı qəbz verməklə iddiaçıdan 10000 manat borc alaraq həmin məbləği ##.##.2025-ci il tarixdə ödəməyi öhdəsinə götürsə də bu öhdəliyini yerinə yetirməmişdir. Ona görə iddiaçı borcunu geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf etirazını hər-hansı formada bildirməmişdir. Kollegiya hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdehdən 10000 manat alınıb iddiaçıya verilməlidir. MPM-in 244-cü maddəsinə əsasən cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 238, 244, 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Cavabdeh borca görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 211 manat (cəmi 10211 manat) pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 10 gün müddətində qiyabi qətnamənin ləğvinə dair ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-533/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-533/2026
10.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver