Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-535/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iddiaçı “xxxx" ASC-nin Salyan filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ***/** nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Iddiaçı “xxxx" ASC-nin Salyan filialı ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ***/**/* nömrəli ipoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 ünvanında yerləşən 2 otaqlı, 31.6 kv.m yaşayış, 67.8 kv.m köməkçi sahədən ibarət * nömrəli mənzil ipotekaya qoyulmuşdur. Iddiaçı “xxxx" ASC-nin cavabdeh cavabdeh1 ünvanladığı ##.##.2020-ci il tarixli bildirişin surətindən görünür ki, ## ####### 2020-ci il tarixə cavabdehin iddiaçıya 12086.60 manat əsas borc, 8834.91 manat faiz borcu, 4387.48 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1730.40 manat, ümumilikdə isə 27039.39 manat borcu vardır. ##.##.2020-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya 12086.60 manat əsas borc, 8834.91 manat faiz borcu, 4387.48 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1730.40 manat, ümumilikdə isə 27039.39 manat borcu vardır. Iddiaçı “xxxx" ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 ünvanladığı ##.##.2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə məhkəməyə müraciət edilmədən ipoteka predmetini (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh1 ilə X8 ## #### 1977-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra qadına “Nəzirova” soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2008-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X2 küçəsində istifadədə olan 0.0246 ha torpaq sahəsində yerləşən ** nömrəli, 1 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 67.8 kv.m ümumi, 31.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh1 ##.##.2020-ci il tarixdə Salyan şəhərində ölmüşdür. Azərbaycan Respublikası Salyan rayon Icra Hakimiyyəti Salyan Mənzil Istismar Təmir Tikinti Istehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli məktubundan görünür ki, mərhum cavabdeh1 ünvan 5 ünvanında yaşamış, lakin “xxxx” MMC-nin balansında olan yaşayış binalarında mərhumun adında heç bir miras əmlakı yoxdur. Mərhum cavabdeh1 aşağıda göstərilən vərəsələri var: 1. 1955-ci il təvəllüdlü arvadı cavabdeh2; 2. 1993-cü il təvəllüdlü X11; 3. 1978-ci il təvəllüdlü X10. X4 Xidmət Mərkəzində Notariat ofisinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, mərhum cavabdeh1 vərəsələri hazırki günə kimi X4 Xidmət Mərkəzində notariat ofisinə müraciət etməmiş, vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirici Şirkəti tərəfindən verilmiş ##.##.2025ci il tarixli, **/**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 (ünvan 4) ünvanında yerləşən * saylı mənzilin hesablanmış bazar dəyəri 65000 (altmış beş min) manat, likvid dəyəri 56000 (əlli altı min) manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2020-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 27039.39 manat - bundan 12086.60 manat əsas, 8834.91 manat faiz, 4387.48 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1730.40 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx" ASC-nin Salyan filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2014-cü il tarixli ***/** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. ##.##.2020-ci il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 27039.39 manat təşkil edir. Bundan 12086,60 manat əsas, 8834,91 manat faiz, 4387,48 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1730,40 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2-ci, 2.1-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə, görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. “Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və ************* saylı ##.##.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Şirvan Kommersiya Məhkəməsinin *-*-*(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı ##.##.2021-ci il tarixdə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 15016.56 manat bundan - 11616.20 manat əsas, 996.29 manat faiz, 724.84 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1679.23 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdeh cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 ünvanında yerləşən 2 otaqlı, 31.6 kv.m yaşayış, 67.8 kv.m köməkçi sahədən ibarət * nömrəli mənzilə yönəlməsi, yuxardakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra “Fond” adlanacaq) cavabdehlər cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Salyan Rayon Məhkəməsinin icraatında *(***)-***/**** saylı mülki iş vardır. Həmin mülki iş üzrə cavabdeh cavabdeh1 ilə “xxxx ASC” arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh1 cəmi 27.039,39 (iyirmi yeddi min otuz doqquz manat, 39 qəpik) manatbundan 12.086,60 (on iki min səksən altı manat, 60 qəpik) manat əsas, 8834,91 (səkkiz min səkkiz yüz otuz dörd manat 91 qəpik) manat faiz, 4387,48 (dörd min üç yüz səksən yeddi manat, 48 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1730.40 (min yeddi yüz otuz manat, 40 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Salyan fillalı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2014-cü il tarixli ***/** nömrəli kredit müqaviləsinə əsasən sax abdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 2 otaqlı, 31,6 kv.m yaşayış, 67,8 kv.m köməkçi sahədən ibarət * nömrəli mənzil ipotekaya qoyulmuşdur. ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 31,6 kv.m yaşayış, 67,8 kv.m köməkçi sahədən ibarət * nömrəli mənzilin ipotekaya qoyulması barədə Bank ilə cavabdeh2 arasında ##.##.2014-cü il tarixli ***/**/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Bildirir ki, iddia tələbinin artırılması zərurəti yaranmışdır. Odur ki, cəmi 15.016,56 (on beş min on altı manat 56 qəpik) manat - bundan 11.616,20 (on bir min altı yüz on altı manat, 20 qəpik) manat əsas, 996,29 (doqquz yüz doxsan altı manat, 29 qəpik) manat faiz, 724,84 (yeddi yüz iyirmi dörd manat 84 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1679,23 (min altı yüz yetmiş doqquz manat, 23 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdeh cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 31,6 kv.m yaşayış, 67,8 kv.m köməkçi sahədən ibarət * nömrəli mənzilə0 yönəlməsi - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsatin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vasait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2021-ci il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat cavabdeh cavabdeh1 ölməsi ilə əlaqədar dayandırılmışdır. Daha sonra iddiaçı ##.##.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12086.60 manat əsas, 12233.57 manat faiz, 4387.48 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3318 manat faiz, cəmi 32025.65 manat faiz borcun və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 40 manat dövlət rüsumunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan Salyan şəhəri, X.R.Ulutürk 89 ünvanında yerləşən * saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin icraatında iddiaçı leğv prosesində olan İddiaçı ASC-nin cavabdeh cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair"tələbinə dair mülki iş mövcuddur. Həmin iddia ərizəsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.086,60 (on iki səksən altı manat, 60 qəpik) manat əsas, 8.834 91 (səkkiz min səkkiz yüz otuz dörd manat, 57 qəpik) manat faiz, 4.387,48 (dörd min üç yüz seksn yeddi manat, 48 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.730,40 (bir min yeddi yüz otuz manat, 40 qəpik) manat faiz, cəmi 27.039,39 (iyirmi yeddi min otuz doqquz manat, 39 qəpik) manat borcun və ipoteka predmetinə tutmanın qeydyyata alınması üçün iştifadə edilən 30 (otuz) manat dövlət rusumunun cavabdeh cavabdeh1 tutulması və tələbin ipoteka predmetinə yönəlməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bildiririk ki, proses zamanı məlum olmuşdur ki, cavabdeh1 vəfat edib. Bu səbəbdən Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərardadı ilə işdə tərəf olan şəxs vəfat etdiyi üçün icraat dayandırılmışdır. Borclu mərhum cavabdeh1 vəfatı ilə bağlı vərəsəlik isinin açılıb-açılmaması, açıldığı təqdirdə isə notarial işində olan sənədlərin istənilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Sorğumuzla tələb olunan məlumatlarla əlaqədar "Elektron Notariat" informasiya sistemində olan bütün məlumatlar əsasən mərhum cavabdeh1 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində mərhum cavabdeh1 emlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "Ipoteka haqqinda" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq X7 ##.##.2016-cı il tarixli ***/** saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 12.086,60 (on iki min səksən altı manat, 60 qəpik) manat əsas, 12.233,57 (on iki min iki yüz otuz üç manat, 57 qəpik) manat faiz, 4.387,48 (dörd min üç yüz səksn yeddi manat, 48 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.318,00 (uç min üç yüz on səkkiz) manat faiz, cəmi 32.025,65 (otuz iki min iyirmi beş manat, 65 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qaytarılması məqsədi ilə ipoteka qoyan cavabdeh2 məxsus olan Salyan şəhəri, X.R.ulutürk 89 ünvanında yerləşən * saylı mənzilə tutmanın yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə iddia tələbimizə dəqiqləşdirmə verilməsi zərurəti yaranmışdır. Ərizədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2023-cü il tarixli qərarı borclu cavabdeh1 vəfatından sonra qəbul edilmişdir və bu səbəbdən hazır ki iş üzrə iddia tələbin dəqiqləşdirməsi zərurəti indi yaranmışdır. Odur ki, 12.086,60 (on iki səksən altı manat, 60 qəpik) manat əsas, 12.233,57 (on iki min iki yüz otuz üç manat, 57 qəpik) manat faiz, 4.387,48 (dörd min üç yüz səksn yeddi manat, 48 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.318,00 (üç min üç yüz on səkkiz) manat faiz, cəmi 32.025,65 (otuz iki min iyirmi beş manat, 65 qəpik) manat faiz borcun və ipoteka predmetinə tutmanın qeydyyata alınması üçün istifadə edilən 40 (qırx) manat dövlət rüsumunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan Salyan şəhəri, X.R.ulutürk 89 ünvanında yerləşən * saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı iddiaçı ##.##.2023-cü il tarixdə “icraatın təzələnməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair *(***)-**/**** saylı mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin icraatında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" tələbinə dair mülki iş mövcuddur. Həmin iddia ərizəsi üzrə iddiaçı ləğv prosesində olan ASC cavabdehlər cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmiş borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.086,60 (on iki səksən altı manat, 60 qəpik) manat əsas, 8.834,91 (səkkiz min səkkiz yüz otuz dörd manat, 57 qəpik) manat faiz, 4.387,48 (dörd min üç yüz səksən yeddi manat, 48 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 1.730,40 (bir min yeddi yüz otuz manat, 40 qəpik) manat faiz, cəmi 27.039,39 (iyirmi yeddi min otuz doqquz manat, 39 qəpik) manat borcun və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 30 (otuz) manat dövlət rüsumunun cavabdeh cavabdeh1 tutulması və tələbin ipoteka predmetinə yönəlməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bildiririk ki, proses zamanı məlum olmuşdur ki, cavabdeh1 vəfat edib. Bu səbəbdən Salyan Rayon Məhkəməsinin 2(057)- ***/**** saylı qərardadı ilə işdə tərəf olan şəxs vəfat etdiyi üçün icraat dayandırılmışdır. Borclu mərhum cavabdeh1 vəfatı ilə bağlı vərəsəlik işinin açılıbaçılmaması, açıldığı təqdirdə isə notarial işində olan sənədlərin istənilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Sorğuyla tələb olunan məlumatlarla əlaqədar "Elektron Notariat" informasiya sistemində olan bütün məlumatlar əsasən mərhum cavabdeh1 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində mərhum cavabdeh1 əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq cavabdeh1 ##.##.2016-c il tarixli ***/** saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 12.086,60 (on iki min səksən altı manat, 60 qəpik) manat əsas, 12.233,57 (on iki min iki yüz otuz üç manat, 57 qəpik) manat faiz, 4.387,48 (dörd min üç yüz səksən yeddi manat, 48 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.318,00 (üç min üç yüz on səkkiz) manat faiz, cəmi 32.025,65 (otuz iki min iyirmi beş manat, 65 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qaytarılması məqsədi ilə ipoteka qoyan cavabdeh2 məxsus olan Salyan şəhəri, X.R.Ulutürk 89 ünvanında yerləşən * saylı mənzilə tutmanın yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə iddia tələbimizə dəqiqləşdirmə verilməsi zərurəti yaranmışdır. Ərizədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2023-cü il tarixli qərarı borclu cavabdeh1 vəfatından sonra qəbul edilmişdir və bu səbəbdən hazır ki iş üzrə iddia tələbin dəqiqləşdirməsi zərurəti indi yaranmışdır. Bu səbəbdən hesab edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-46/2023 iş üzrə icraat təzələnməlidir. Odur ki, icraatda olan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı "kredit borcunun qaytarılması və tələbin ipoteka predmetlərinə yönəldilməsi" tələbinə dair 2(057)- **/**** saylı mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul etmək və işə mahiyyəti üzrə baxmağı xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Vəsilə Əliyeva) iddia tələbi qismən təmin edilərək, 12086.60 (on iki min səksən altı manat altmış qəpik) manat əsas, 5739.39 (beş min yeddi yüz otuz doqquz manat otuz doqquz qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3318.0 manat faiz, cəmi 21343.99 manat borc məbləği, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş və cavabdeh cavabdeh2 mülkiyyətində olan Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 (ünvan 4) ünvanında yerləşən 31.6 kv. m yaşayış, 67.8 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı * nömrəli mənzilə yönəldilməsi, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 (ünvan 4) ünvanında yerləşən 31.6 kv. m yaşayış, 67.8 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı * nömrəli mənzil ilkin satış qiyməti 56000 (əlli altı min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti ləğv prosesində olan ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcun qaytarılmasına ödənilsin. Ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam qaytarılmasına kifayət etmədiyi halda, qalan məbləğ cavabdeh2 tutulması, ipoteka predmeti olan X.R.Ulutürk küçəsi, ev 9 (ünvan 4) ünvanında yerləşən 31.6 kv. m yaşayış, 67.8 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı * nömrəli mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay ərzində cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdeh cavabdeh2 alınaraq X15 hesabına keçirilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 300 manat məbləğində pul cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirici Şirkətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 269.1, 307.6, 307.7, 309.1, 385.1, 386.1, 399.1, 399.2, 399.3, 399.4, 442, 460, 739, 1151.1, 558, 1306, 427.1, 427.3-cü maddələrinə, «Ipoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.2, 10.4, 11.1, 11.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarına, Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 101.3, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır ki, kredit müqaviləsi müddətli hüquqi münasibət yaratdığından müqavilədə müəyyən edilmiş kredit müddəti bitdikdən sonra həmin müqavilə üzrə müqavilə faizlərinin və cərimə faizlərinin hesablanması qanunvericiliyin tələblərinə zidddir. Iş üzrə təqdim edilmiş hesablamalardan görünür ki, kredit müqaviləsi 2014-cü ildə bağlanmasına baxmayaraq sonrakı uzun müddət ərzində faiz və cərimə hesablanması davam etdirilmişdir. Məhkəmə hesab edir ki, müqavilə müddəti başa çatdıqdan 3 ildən artıq dövr üzrə müqavilə faizlərinin və cərimə məbləğinin hesablanması qanunvericiliyin tələblərinə zidddir, çünki bu halda kreditor artıq müqavilə faizləri deyil, yalnız qanunla nəzərdə tutulan gecikdirilmiş öhdəliyə görə məsuliyyət tələb edə bilər. Bu səbəbdən məhkəmə borcun məbləğini müəyyən edərkən kredit müqaviləsinin qüvvədə olduğu müddəti nəzərə alır və həmin müddətdən sonrakı dövr üzrə müqavilə üzrə hesablanmış faiz və cərimə məbləğini əsaslı hesab etmir. Salyan Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2014-cü il tarixli, ***/** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 ## ### 2025ci l tarixinə (sual üzrə tarixinə) İddiaçı ASC-yə olan borcu 17826.55 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 12087.16 manat, faiz borcu üzrə - 5739.39 manat. Həmin rəyə əlavə olunmuş məktubdan görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə iclası zamanı ekspert Sevil Həşimova ilə videokonfrans əlaqə sistemindən istifadə edilməklə əlaqə saxlanılmış, o, rəydə texniki yanlışlıq olduğunu, hesablamaların qərardadda qoyulan sual üzrə ##.##.2017-ci il tarixə hesablandığını bildirmişdir. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək həmin rəyi sübut kimi qəbul etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbində əsas borc üzrə tələb etdiyi məbləğ (12086.60 manat) ekspertin müəyyən etdiyi məbləğdən (12087.16 manat) az məbləğ təşkil edir. Məhkəmə ekspert rəyində qeyd olunan məbləğ ilə razı olsa da, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair müraciət olmadığından, iddia tələbindən kənara çıxmayaraq həmin tələb üzrə qətnamə çıxarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 3318 manat faiz borcunun tələb edilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, borclu cavabdeh1 ##.##.2020-ci il tarixdə vəfat etmiş, iddiaçı tərəfindən isə məhkəməyə sonradan müraciət edilmişdir. Lakin işin mahiyyətindən görünür ki, ilkin iddia kredit öhdəliyindən irəli gələn tələblə bağlı olsa da, sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş və tələb ipoteka müqaviləsinə əsaslanaraq tutmanın birbaşa ipoteka predmetinə yönəldilməsi kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd edilməsini xahiş etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin iddia tələbi əvvəlcə Şirvan Kommersiya Məhkəməsinə təqdim edilmiş, məhkəmə tərəfindən işin kommersiya məhkəməsinə aidiyyəti olmadığı müəyyən edildiyindən iş aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmədə icraat davam etdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq məhkəməyə vaxtında müraciət etmiş, iş prosessual qaydada aidiyyəti üzrə başqa məhkəməyə göndərilmiş və həmin icraat Salyan Rayon Məhkəməsində davam etdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan hal iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə, eyni zamanda, tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Iş materiallarında olan Salyan Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirici Şirkəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 (ünvan 4) ünvanında yerləşən * saylı mənzilin hesablanmış bazar dəyəri 65000 (altmış beş min) manat, likvid dəyəri 56000 (əlli altı min) manat təşkil edir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi maddi və prosessual hüququ normalarının pozulması ilə nəticələndiyindən ləğv edilməlidir. Belə ki, tərəfimizdən Məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə göndərilmiş və iddianın rədd edilməsi xahiş edilmişdir. Lakin Məhkəmə həmin ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Halbuki cavabdeh cavabdeh1 iddia verilən zaman artıq vəfat etmişdir. Iddiaçı tərəfindən mülki iş məhkəməyə verilən zaman pretenziya qaydalarına riayət olunmamışdır. Iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş olsa belə, iş üzrə vərəsələr müəyyən olunmamış və vərəsəlik işi açılmamışdır. Iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etsək də Məhkəmə nəzərə almamışdır. Həmin ərizədə işinhalları geniş şəkildə əks olunmuşdur. Əgər cavabdeh cavabdeh1 iddia verildikdən sonra vəfat etsə idi, bu zaman Məhkəmə tərəfindən icraat dayandırılmalı və vərəsələrin dairəsi müəyyən olunmalı idi. Halbuki iddiaçı iddia ərizəsini verən zaman artıq cavabdeh1 aylar əvvəl vəfat etdiyindən iddia ərizəsi yolverilməzliyə görə qəbul edilməkdən imtina edilməli və ya sonradan işə baxılan zaman iş üzrə icraata xitam verilməli idi. Mülki Məcələnin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Yəni ilk öncə cavabdehə qarşı pul tələbinə dair iddia təmin edilməli sonra isə ipotekaya qoyulan əmlaka yönəldilməli idi. Məhkəmədən çox xahiş edirəm ki, iddiaçı təşkilatın iddia ərizəsinə və sonradan təqdim etdiyi iddia tələb həcminin dəyişdirilməsi barədə ərizələrdə həmişə cavabdeh kimi vəfat etmiş şəxs Məmmədkərim qeyd edilmişdir. Yəni cavabdeh2 heç vaxt vərəsə kimi cavabdeh olması qeyd edilməmişdir. Bu da onu göstərir ki, əsas öhdəliklə bağlı cavabdeh müəyyən edilmədən və iddia vərəsəyə qarşı verilmədən birbaşa ipotekaya yönəltmə olmuşdur. Halbuki iddiaçı təşkilat iddia müddətini ötürmüş və hazırki tarixə qədər cavabdeh2 vərəsə kimi cavabdeh deyil, ipoteka qoyan kimi cavabdeh kimi qeyd etmişdir. Iddiaçı təşkilat ən azından cavabdehin əvəz edilməsi kimi ərizə verə bilərdi ki bunu da etməmişdir. Məhkəmə maddi və prosessual normaları pozaraq iddia ərizəsini baxılmamış və ya xitam vermiş olmalı olduğu halda bunu etməmiş və ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə baxaraq yekun məhkəmə qərarı qəbul etmişdir. Hətta Məhkəmə öz qərarında qeyd etmişdir ki, “Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, borclu cavabdeh1 ##.##.2020-ci il tarixdə vəfat etmiş, iddiaçı tərəfindən isə məhkəməyə sonradan müraciət edilmişdir. Lakin işin mahiyyətindən görünür ki, ilkin iddia kredit öhdəliyindən irəli gələn tələblə bağlı olsa da, sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş və tələb ipoteka müqaviləsinə əsaslanaraq tutmanın birbaşa ipoteka predmetinə yönəldilməsi kimi dəyişdirilmişdir”. Halbuki əsas tələb təmin edilmədən əlavə öhdəliyə yönəltmə edilməməli idi.”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel2023-cü il tarixli Qərarında da qeyd olunduğu kimi, borclunun ölümühalında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələ ilə əlaqədar qeyd edilmişdir ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Yəni ilk öncə cavabdehə qarşı pul tələbinə dair iddia təmin edilməli sonra isə ipotekaya qoyulan əmlaka yönəldilməli idi. Məhkəmədən çox xahiş edirəm ki, iddiaçı təşkilatın iddia ərizəsinə və sonradan təqdim etdiyi iddia tələb həcminin dəyişdirilməsi barədə ərizələrdə həmişə cavabdeh kimi vəfat etmiş şəxs Məmmədkərim qeyd edilmişdir. Yəni cavabdeh2 heç vaxt vərəsə kimi cavabdeh olması qeyd edilməmişdir. Bu da onu göstərir ki, əsas öhdəliklə bağlı cavabdeh müəyyən edilmədən və iddia vərəsəyə qarşı verilmədən birbaşa ipotekaya yönəltmə olmuşdur. Halbuki iddiaçı təşkilat iddia müddətini ötürmüş və hazırki tarixə qədər cavabdeh2 vərəsə kimi cavabdeh deyil,ipoteka qoyan kimi cavabdeh kimi qeyd etmişdir. Iddiaçı təşkilat ən azından cavabdehin əvəz edilməsi kimi ərizə verə bilərdi ki bunu da etməmişdir. Məhkəmə maddi və prosessual normaları pozaraq iddia ərizəsini baxılmamış və ya xitam vermiş olmalı olduğu halda bunu etməmiş və ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə baxaraq yekun məhkəmə qərarı qəbul etmişdir”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Iş üzrə vərəsələrin dairəsi müəyyən edilməli idi. Lakin məhkəmə tərəfindən vərəsələrin dairəsi müəyyən edilmədən mülki işə baxılmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır, tərəflər arasında razılığın əldə olunması mümkün olmamışdır. Qarşı tərəf müvafiq banka müvafiq ərizə təqdim etməli olsa da, həmin ərizə təqdim edilməmişdir. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: (tərəflər arasında hüquq münasibətinin yarandığı tarixə) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də, həmin Məcəllənin 319.1- ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1.-ci maddəsinə əsasən Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «Ipoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. Ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Ipoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarına əsasən borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələ ilə əlaqədar qeyd edilmişdir ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı deyil və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh1 arasında ## ###### 2014-cü il tarixli, ***/** nömrəli kredit müqaviləsi bağlanaraq sonuncuya 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15.000 manat kredit verilmiş, həmin kredit öhdəliyinin təminatı kimi isə cavabdeh2 mülkiyyətində olan Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 9 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuş və bu barədə Bankla cavabdeh2 arasında ##.##.2014-cü il tarixli, ***/**/* nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh2 əsas kredit müqaviləsi üzrə borcalan olmasa da, həmin kredit öhdəliyinin icrasını özünə məxsus daşınmaz əmlakla təmin etmiş ipoteka qoyandır. Bu səbəbdən onun hazırkı mübahisədə hüquqi statusu yalnız mərhum borclunun vərəsəsi olubolmaması ilə deyil, ilk növbədə özünün tərəf olduğu ipoteka müqaviləsindən irəli gələn hüquq və vəzifələrlə müəyyən edilir. Iş materialları ilə həmçinin müəyyən olunur ki, kredit müqaviləsinin 36 aylıq müddəti ## ###### 2017-ci ildə başa çatmış, əsas öhdəlik müqavilədə nəzərdə tutulmuş qaydada icra edilməmiş, borcalan cavabdeh1 isə bundan xeyli sonra – ## ###### 2020-ci ildə vəfat etmişdir. Borclunun ölüm faktı iş materiallarında olan ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir. Göstərilən hal hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ borclunun ölümü nəticəsində deyil, təmin edilmiş əsas öhdəliyin lazımınca icra edilməməsi nəticəsində yaranmışdır. Hazırkı halda isə əsas kredit öhdəliyinin icra müddəti və borclunun həmin öhdəliyi yerinə yetirməməsi onun ölümündən əvvəl mövcud olmuşdur. Başqa sözlə, borclunun vəfat etdiyi ##.##.2020-ci il tarixədək ipoteka ilə təmin edilmiş öhdəliyin icra müddəti artıq başa çatmış və öhdəliyin pozulması faktı yaranmışdır. Apellyasiya şikayətində Mülki Məcəllənin 269.5-ci maddəsinə istinad edilərək ipotekanın aksessor xarakter daşıdığı, buna görə də ilk növbədə əsas öhdəlik üzrə borcun vərəsələrdən tutulması barədə qətnamə qəbul edilməli və yalnız bundan sonra ipoteka predmetinə tutma yönəldilə biləcəyi göstərilmişdir. Kollegiya həmin dəlillə razılaşmayaraq qeyd edir ki, ipotekanın aksessor xarakterli olması ipoteka hüququnun əsas öhdəliyin mövcudluğundan və taleyindən asılı olmasını ifadə edir. Lakin bu hüquqi xüsusiyyət əsas öhdəlik üzrə borcun tutulması haqqında ayrıca məhkəmə aktının qəbul edilməsini və yalnız həmin məhkəmə aktından sonra ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edən prosessual ardıcıllıq müəyyən etmir. Başqa sözlə, aksessorluq prinsipi maddi-hüquqi bağlılığı ifadə edir, kreditorun əvvəlcə borcluya və ya onun vərəsələrinə qarşı ayrıca pul tələbi ilə məhkəməyə müraciət etməsini ipotekaya tutmanın yönəldilməsinin məcburi prosessual şərtinə çevirmir. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsi də öhdəliyin icrasının gecikdirilməsi halında ipoteka saxlayana ipoteka ilə yüklü edilmiş obyektin açıq hərracdan satılmasını tələb etmək hüququ verir. Birinci instansiya məhkəməsi də göstərilən normaları hazırkı hüquq münasibətinə tətbiq etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hazırkı iş üzrə əsas öhdəlik hələ borclunun sağlığında pozulmuş, kredit müqaviləsi üzrə ödəniş müddəti başa çatmış və ipoteka saxlayanın təminat predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Borclunun sonradan vəfat etməsi artıq yaranmış ipoteka hüququnu aradan qaldırmır və ipoteka saxlayanı öz təminat hüququndan məhrum etmir. Bu baxımdan apellyasiya şikayətinin mərhum cavabdeh1 vərəsələrinin müəyyən edilməməsi və onlara qarşı ayrıca tələb irəli sürülməməsi ilə bağlı dəlilləri də qətnamənin ləğvinə əsas vermir. Iş materiallarından görünür ki, mərhumun ailə üzvləri və ehtimal olunan vərəsələrinin dairəsi barədə məlumat məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış qalmamışdır. Salyan rayon Mənzil Istismar Təmir Tikinti Istehsal Birliyinin ##.##.2023-cü il tarixli məktubunda mərhumun arvadı cavabdeh2, oğlu X11 və qızı X10 onun vərəsələri kimi göstərilmiş, eyni zamanda notariat orqanının məlumatından mərhumun ölümündən sonra vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Lakin vərəsəlik işinin notariat orqanında açılmaması öz-özlüyündə əsas öhdəliyin və onu təmin edən ipoteka hüququnun xitamına səbəb olan hal deyildir. Birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquqi mövqeyə görə, borclunun ölümü “Ipoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsi əsası kimi müəyyən edilməmişdir. Buna görə borclunun ölümü və ya ölümündən sonra notariat qaydasında vərəsəlik işinin açılmaması ipoteka qoyanın əvvəllər öz iradəsi ilə yaratdığı əşya-hüquqi təminatı aradan qaldırmır. Apellyasiya şikayətində cavabdeh2 iddia ərizələrində vərəsə kimi deyil, ipoteka qoyan kimi cavabdeh göstərilməsinin qanun pozuntusu olduğu da irəli sürülmüşdür. Kollegiya hesab edir ki, həmin dəlil də əsaslı deyil. Çünki hazırkı tələb üzrə cavabdeh2 münasibətdə hüquqi nəticə onun mərhumun vərəsəsi statusundan deyil, özünün ##.##.2014-cü il tarixli ipoteka müqaviləsinin tərəfi və ipoteka predmetinin mülkiyyətçisi olmasından irəli gəlir. Buna görə də onun vərəsə kimi deyil, ipoteka qoyan kimi cavabdeh qismində göstərilməsi iddia tələbinin hüquqi mahiyyətinə uyğundur. Həmçinin şikayətdə ilkin iddianın cavabdeh1 ölümündən sonra onun adına verildiyi, buna görə iddianın qəbul edilməsindən imtina olunmalı və ya iş üzrə icraata xitam verilməli olduğu göstərilmişdir. Kollegiya hesab edir ki, bu dəlil də birinci instansiya məhkəməsinin yekun qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Iş materiallarından cavabdeh1 ##.##.2020-ci ildə vəfat etdiyi, ilkin müraciətin isə bundan sonra edildiyi müəyyən olunur. Bununla belə, işə baxıldığı müddətdə iddiaçı tərəfindən tələb dəqiqləşdirilmiş, mübahisənin predmeti ipoteka müqaviləsindən irəli gələn tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi kimi formalaşdırılmış və yekun olaraq iş yaşayan fiziki şəxs olan ipoteka qoyan cavabdeh2 qarşı həll edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin giriş və nəticə hissələrindən də görünür ki, yekun məhkəmə aktı ölmüş cavabdeh1 qarşı deyil, cavabdeh2 məxsus ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qəbul edilmişdir. Iddiaçının ##.##.2023-cü il tarixli dəqiqləşdirmə ərizəsində də tələb cavabdeh2 mülkiyyətində olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan sonra boşaldılması kimi formalaşdırılmışdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsi iddiaçıya qanunda müəyyən edilmiş şərtlər daxilində iddianın əsasını və ya predmetini dəyişmək, habelə iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququ verir. Birinci instansiya məhkəməsi də iddianın dəqiqləşdirilməsinə məhz həmin norma baxımından hüquqi qiymət vermişdir. Belə olan halda, ilkin iddia ərizəsində ölmüş borclunun adının göstərilməsi faktına əsaslanaraq sonradan formalaşdırılmış və ipoteka qoyana qarşı yönəlmiş ayrıca maddi-hüquqi tələbin ümumiyyətlə mahiyyəti üzrə həll edilməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlmək olmaz. Iş üzrə yekun məhkəmə müdafiəsinin predmeti artıq ölmüş şəxsdən pul tutulması deyil, mövcud ipoteka müqaviləsindən irəli gələn təminat hüququnun ipoteka qoyana qarşı həyata keçirilməsi olmuşdur. Bu səbəbdən apellyasiya şikayətində iddiaçı tərəfindən “cavabdehin əvəz edilməsi” barədə ayrıca ərizə verilməməsinin iş üzrə icraata xitam verilməsini zəruri etməsi barədə dəlil də qəbul edilə bilməz. Hazırkı halda yekun tələb ölmüş şəxsin prosessual hüquq varisinə qarşı əvvəlki tələbin davam etdirilməsindən ibarət olmamış, ipoteka qoyanın özünün tərəf olduğu ipoteka müqaviləsindən irəli gələn tələb kimi ona qarşı irəli sürülmüş və cavabdeh2 həmin tələb üzrə cavabdeh kimi işdə iştirak edərək müdafiə hüququndan istifadə etmişdir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Iş materiallarından görünür ki, ##.##.2014-cü il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, müqavilə üzrə ümumi icra müddəti ##.##.2017-ci ildə başa çatmış, iddiaçı isə ##.##.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericilik müqavilə tələbləri üzrə üç illik iddia müddəti müəyyən edir. Beləliklə, ilkin tələb müqavilədə nəzərdə tutulmuş yekun icra müddətinin başa çatmasından üç il keçməmiş məhkəməyə təqdim edilmişdir. Ilkin müraciətin əvvəlcə Şirvan Kommersiya Məhkəməsinə verilməsi və daha sonra həmin məhkəmənin qərardadı ilə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsi də iddiaçının məhkəməyə müraciət tarixini dəyişdirmir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi yeni iddianın verilməsi deyil, başlanmış məhkəmə icraatının prosessual qaydada səlahiyyətli məhkəmədə davam etdirilməsidir. Mülki Məcəllə də müəyyən edilmiş qaydada iddia irəli sürülməsini iddia müddətinin axımına təsir edən hüquqi hal kimi müəyyən edir. Iddiaçının sonradan tələbini dəqiqləşdirməsi də hazırkı halda tamamilə yeni və əvvəlki mübahisə ilə əlaqəsi olmayan hüquq münasibətinə dair ayrıca iddia irəli sürülməsi kimi qiymətləndirilə bilməz. Həm ilkin tələb, həm də sonradan dəqiqləşdirilmiş tələb eyni ##.##.2014-cü il tarixli kredit müqaviləsinə, onun icra edilməməsinə və həmin öhdəliyin təminatı üçün eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsaslanmışdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sonradan tələbini dəqiqləşdirməsinə əsas verən hallar əsas öhdəliyin və ipoteka təminatının yaranmasına səbəb olan faktiki hallar deyil, borclunun ölümü nəzərə alınmaqla kreditorun pozulmuş hüququnun hansı hüquqi üsulla müdafiə edilməsinin tələb olunması olmuşdur. Apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən pretenziya qaydasına əməl edilmədiyi də göstərilmişdir. Lakin bu dəlil iş materiallarının faktiki məzmunu ilə təkzib olunur. Belə ki, işdə olan ##.##.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı həm cavabdeh1, həm də ipoteka qoyan cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildiriş ünvanlamış, məhkəməyə müraciət olunacağı barədə məlumat vermişdir. Buna görə şikayətin iddiaçının ipoteka qoyana əvvəlcədən müraciət etməməsi barədə faktiki əsası iş materialları ilə təsdiq edilmir. Kollegiya, həmçinin qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin müəyyən etdiyi kredit borcunun konkret məbləğinin hesablanmasının düzgünlüyünü təkzib edən hər hansı mötəbər sübut və ya alternativ hesablama təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi borcun məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası keçirmiş, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirmiş və iddiaçının tələb etdiyi məbləğlə məhdudlaşmışdır. Məhkəmə, eyni zamanda, müqavilə müddəti başa çatdıqdan sonrakı dövr üçün müqavilə faizlərinin və cərimələrin hesablanmasını tam həcmdə qəbul etməyərək həmin tələbləri qismən təmin etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş, kredit və ipoteka müqavilələrinin mövcudluğunu, əsas öhdəliyin icra edilməməsini, ipoteka predmetinin cavabdeh2 məxsus olmasını, borclunun ölümünün ipoteka hüququna təsirini və iddia müddəti ilə bağlı etirazı araşdıraraq mübahisənin müəyyən edilmiş hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkzib edən yeni mötəbər sübut təqdim edilməmiş, əsasən borclunun iddia verilməzdən əvvəl ölməsi və vərəsələrə qarşı ayrıca pul tələbi irəli sürülməməsi faktlarına istinad edilmişdir. Halbuki göstərilən hallar, yuxarıda şərh edilən maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alındıqda, ipoteka qoyana qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbin irəli sürülməsini istisna etmir. Xüsusilə nəzərə alınmalıdır ki, əsas öhdəliyin pozulması borclu cavabdeh1 ölümündən əvvəl baş vermiş və bununla da kreditorun ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ borclunun sağlığında yaranmışdır “Ipoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Borclunun sonradan vəfat etməsi həmin hüququ aradan qaldırmamış, ipoteka müqaviləsinə xitam verməmiş və ipoteka qoyan cavabdeh2 müqavilə üzrə yaratdığı əşya-hüquqi təminatı qüvvədən salmamışdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən – iddia müddətinin ötürülməsi, pretenziya qaydasına əməl edilməməsi, ilkin iddianın ölmüş şəxsə qarşı verilməsi, vərəsələrin ayrıca cavabdeh qismində cəlb edilməməsi, cavabdeh2 vərəsə kimi deyil, ipoteka qoyan kimi cavabdeh göstərilməsi və əsas borcun əvvəlcə vərəsələrdən tutulması barədə ayrıca məhkəmə aktı qəbul edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin mümkün olmaması barədə dəlillər iş materialları və tətbiq edilməli maddi hüquq normaları ilə təsdiq olunmur. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, Salyan Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi qanuni və əsaslı hesab edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-535/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-535/2026
05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver