Məhkəmə qərarları › İş №2(3-9)-54/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-54/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-54/2026 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, e-2(022)-1179/2025 saylı qətnaməsindən (hakim. N.Mirzəyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi 12.923,44 (on iki min doqquz yüz iyirmi üç ABŞ dolları 44 sent) ABŞ dolları- bundan 4.847,18 (dörd min səkkiz yüz qırx yeddi ABŞ dolları 18 sent) ABŞ dolları əsas, 1.889,90 (bir min səkkiz yüz səksən doqquz ABŞ dolları 90 sent) ABŞ dollarıfaiz, 5.492,24 (beş min dörd yüz doxsan iki ABŞ dolları 24 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 694,12 (altı yüz doxsan dörd ABŞ dolları 12 sent) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 155,91 (bir yüz əlli beş manat 91 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, e-2(022)-1179/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8240 (səkkiz min iki yüz qırx) manat 21 (iyirmi bir) qəpik və ödənilmiş dövlət rüsumuna görə 102 (yüz iki) manat 40 (qırx) qəpik pul vəsaitin tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək çıxarılmış qətnamənin müddəti ötürülmüş müqaviləyə, yəni xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən tutulduğundan müddətin ötürülməsi tətbiq edilərək iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən (19 fevral 2026-cı il tarixdə) Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki Cavabdeh2 apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında. 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında. 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə. 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə. 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən apellyasiya şikayətindən imtina edilməsi əsası ilə apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, e-2(022)-1179/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar