Məhkəmə qərarları › İş №2(3-9)-551/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-551/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-551/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## ######## 2011-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi hökm edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli 2(041)- ***/**** saylı qətnaməsindən görünür ki, “xxxx” ASC-nin İddiaçı qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı 2671 manat 20 qəpik məbləğdə vurulmuş zərər və 20 manat məbləğdə dövlət rüsumu, cəmi 2691 manat 20 qəpik məbləğdə pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin rəisi R İ.Əfəndiyevə ünvanlanmış, ünvan 1 yaşayan Cavabdeh tərəfindən ##.##.2011-ci il tarixdə verilmiş və öz imzası ilə imzalanmış ərizədən görünür ki, ## ##### 2011-ci il tarixdə onun “VAZ-2110” markalı ** KG *** nömrəli dayanmış avtomaşınına ** US *** nömrə nişanlı avtomaşının sürücüsü İddiaçı tərəfindən avtoqəza nəticəsində avtomaşınına dəymiş ziyan tamamilə onun tərəfindən ödənilmişdir. Ona görə də, İddiaçı qarşı heç bir şikayəti və tələbi yoxdur. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 2500 manat pul vəsaitinin tutulmasını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə uyğun olaraq, pulun qaytarılmadığı müddət üçün 5% miqdarında faizinin hesablanaraq ödənilməsini və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ##### 2011-ci il tarixdə saat 19 radələrində sürücülük vəsiqəsi olmadan dayısı X1 məxsus idarə etdiyi “VAZ-2107” markalı ** ES *** nömrəli avtomobili Kürdəmir şəhəri Bakı prospektində Kürdəmir şəhəri istiqamətində hərəkət edərkən nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla, nəqliyyat vasitələrini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan surətlə hərəkət etdirməli olduğu və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən Bakı prospektində X4 məxsus ərzaq malları satışı dükanının qarşısında yolun sağ tərəfində hərəkətsiz dayanmış Cavabdeh məxsus VAZ2110 markalı ** KG *** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində sürücü İddiaçı idarə etdiyi avtomobildə olmuş sərnişin İbrahimov Sahil Savalan oğlu sağ bazu sümüyünün dəyişmiş qəlpəli və qapalı sınığı ilə müşayət olunan az ağır zərər vurmaya aid bədən xəsarəti, “VAZ-2110” markalı ** KG *** dövlət nömrə nişanlı avtomobilin yanında dayanmış, piyadalar Cavabdeh sol qamış sümüyünün qapalı sınığı ilə müşayiət olunan az ağır zərər vurmaya aid bədən xəsarəti və X2 isə sidik kisəsinin cırılması, çanaq və baldır sümüklərinin sınması nəticəsində daxili qanitirmə və travmatik şok ilə müşayət olunub ölümünə səbəb ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən cinayət işi başlanmış, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə həmin Məcəllənin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona iki il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli ## ######## 2011-ci il tarixdən hesablanması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalında həbs edilməsi hökm edilmişdir. İstintaq zamanı tərəfindən Cavabdeh ## ##### 2011-ci il tarixdə “VAZ 2110” markalı ** KG *** dövlət nömrəli dayanmış avtomobilə avtoqəza nəticəsində avtomobilə dəymiş 2500 manat ziyan tamamilə ödənilmiş və İddiaçı heç bir şikayət və tələbinin olmaması barədə ərizə təqdim edilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən ona qarşı 2671 manat məbləğində zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 2671 manat 20 qəpik məbləğində vurulmuş zərər və 20 manat məbləğində dövlət rüsumu, cəmi 2691.20 manat məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin icrası barədə məlumatı olmamışdır. Belə ki, Cavabdeh ödədiyi 2500 manat pul vəsaiti sığorta şirkəti tərəfindən nəzərə alınmasını düşünmüşdür. ##.##.2025-ci il tarixdə çalışdığı "X3 FZE" şirkəti tərəfindən əmək haqqından sentyabr ayı üçün hesablanan əmək haqqından 900 manat pul vəsaitinin tutulmasının şahidi olmuşdur. Sonradan növbəti ayda 300 manat tutulmasını və hazırda 2025-ci ilin dekabr ayında noyabr ayı üçün əmək haqqından daha 300 manat pul vəsaitinin tutulması olmuşdur. Qeyd edilən tutulmaların araşdırılması zamanı məlum olmuşdur ki, tutulmalar Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə görə icra edilmişdir. Hadisə nəticəsində “VAZ 2110” markalı ** KG *** dövlət nömrəli avtomobilə avtoqəza nəticəsində vurulmuş 2500 manat ziyan tərəfindən nəqliyyat vasitəsini idarə edən Cavabdeh ödənilmişdir. Ödənişlə bağlı mülki iş üzrə işə baxılarkən bu barədə məlumat verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi əsasında ödəməli olduğu pul vəsaiti təkrarən ödənildiyindən, Cavabdeh əsassız varlanmışdır. Odur ki, Cavabdeh ödənilmiş 2500 manat pul vəsaitinin qaytarılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən pulun qaytarılması təmin edilməmişdir. İDDİAYA QARŞI ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ## ##### 2011-ci il tarixdə dayısı X1 məxsus “VAZ-2107” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan Kürdəmir şəhəri, Babək prospektində Kürdəmir şəhəri istiqamətində idarə edərkən həmin prospektdə yolun sağ tərəfində saxladığı ona məxsus olan “VAZ-2110” markalı ** KG *** dövlət nömrə nişanlı avtomobilə çırpıb toqquşmuşdur. İddiaçı törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomobildə olan sərnişin və o özü az ağır zərərvurmaya aid bədən xəsarətləri almışlar. M.S.Əliyev aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. İddiaçı törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “VAZ 2110” markalı ** KG *** dövlət nömrə nişanlı avtomabilə 2500 manat məbləğdə maddi ziyan dəymiş və həmin ziyan "xxxx" ASC tərəfindən ona ödənilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən ona ödənildikdən sonra sığorta şirkəti İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən "xxxx" ASC tərəfindən ona ödənilən sığorta ödənişinin İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsində ondan tələb etdiyi 2500 manat onun törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsatər yetirməklə bağlı olan ödənişdir, “VAZ-2110” markalı ** KG *** dövlət nömrə nişanlı avtomobilinə vurduğu maddi ziyana görə “xxxx” ASC tərəfindən ödənilən sığorta ödənişidir. İddiaçı tərəfindən ona borc və ya maddi ziyana görə heç bir pul məbləği verilməmişdir. Həmçinin iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələblərinin təmin edilməməsini xahiş edir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Rahid Mehdiyev) ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İşin faktiki hallarından görünür ki, İddiaçı ##.##.2011-ci il tarixdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində bir nəfərin ölümü, digər iki nəfərin, o cümlədən hazırkı iş üzrə Cavabdeh sol qamış sümüyünün qapalı sınığı ilə müşayiət olunan az ağır zərərvurmaya aid bədən xəsarəti alması baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı İddiaçı təqsiri Kürdəmir Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə müəyyən edilmiş və o, həmin əmələ görə məhkum edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə ilə idarə etdiyi və “xxxx” ASC-də sığortalanmış X7 məxsus avtomobilə maddi zərər dəymiş, dəymiş zərər sığorta hadisəsi kimi qiymətləndirilmiş və sığorta müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən sığortalıya (X7) 2671,20 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Sonradan sığorta şirkəti tərəfindən ödənilmiş məbləğin zərərə səbəb olan şəxsə qarşı reqres qaydasında tutulması məqsədilə məhkəməyə müraciət edilmiş və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə “xxxx” ASC-nin iddiası təmin edilmişdir. Həmin işə baxılarkən cavabdeh qismində çıxış edən İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və işə onun iştirakı ilə baxılmışdır. Cavabdeh əsassız varlandığını iddia edərək ondan 2500 manat pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassızdır və həmçinin iddia müddəti keçmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh ## ##### 2011-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sol qamış sümüyünün qapalı sınığı ilə müşayiət olunan az ağır zərərvurmaya aid xəsarət almışdır. Cavabdeh birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs kimi verdiyi ifadəsində bildirmişdir ki, hadisə nəticəsində sol çiyni və başı yaralanmış, sol ayağı isə sınıq olmuşdur və təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsində İddiaçı nümayəndəsinin məhkəməyə Cavabdeh İddiaçı valideynləri tərəfindən ödənilmiş pul vəsaitinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin sağlamlığına vurulmuş zərərin və ya müalicə xərclərinin əvəzi kimi verilmədiyi, bu məbləğin yalnız “VAZ-2110” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi zərərin əvəzi kimi verildiyini təsdiq edən sübut təqdim edə bilmədiyi göstərilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü pul tələbi mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan və cavabdeh tərəfindən ##.##.2011-ci il tarixdə istintaq orqanına təqdim edilmiş ərizədə yalnız baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyanın ödənildiyi göstərilmiş, lakin həmin ərizədə konkret olaraq nə qədər pul vəsaitinin ödənilməsi barədə qeyd aparılmamışdır. Bu səbəbdən həmin sənəd ödənilmiş pul vəsaitinin məhz avtomobilə dəymiş maddi zərərin əvəzi kimi, yoxsa cavabdehin sağlamlığına vurulmuş zərərin və müalicə xərclərinin qarşılanması məqsədilə verildiyini birmənalı şəkildə müəyyən etməyə imkan vermir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən isə bu halı təsdiq edən hər hansı əlavə yazılı sübut, qəbz, razılaşma və ya digər mötəbər sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı hesab edilə bilməz. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi sığorta münasibətləri çərçivəsində həyata keçirilmiş və sonradan həmin məbləğin zərərə səbəb olan şəxsdən tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bu isə göstərir ki, həyata keçirilmiş ödənişlər mövcud hüquq münasibətləri və qanuni əsaslar çərçivəsində baş vermişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı mübahisəli hüquq münasibətləri və bununla bağlı mümkün tələblər barədə ən geci sığorta şirkətinin iddiasına baxılarkən, yəni ##.##.2012-ci il tarixli qətnamənin qəbul edildiyi zaman məlumatlı olmuşdur. Həmin işə baxılarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və işə onun iştirakı ilə baxılmışdır. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ilə məhkəməyə yalnız 2025-ci ildə müraciət etmişdir. Beləliklə, iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan etibarən on ildən artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb qanunvericilikdə nəzərdə tutulmuş müddətlər keçdikdən sonra təqdim edilmişdir. Belə ki, hazırkı tələb- əsassız varlanma ilə bağlı tələblər üzrə nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra irəli sürülmüşdür. Eyni zamanda ümumi iddia müddəti də keçmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci, 1095-ci, 372-ci, 373.1-ci, 373.2-ci, 375-ci, 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində VAZ 2110 markalı ** KG *** dövlət nömrəli avtomobilə avtoqəza nəticəsində vurulmuş 2500 manat ziyan tərəfindən nəqliyyat vasitəsini idarə edən Cavabdeh ödəmişdir. Ödənişlə bağlı mülki işə baxılarkən məlumat verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli qətnaməsi əsasında ödəməli olduğu pul vəsaiti təkrarən ödənildiyindən Cavabdeh əsassız varlanmışdır. Qeyd edilən səbəblərdən Cavabdeh ödənilmiş 2500 manat pul vəsaitinin qaytarılması barədə cavabdehə müraciət etmiş, lakin pulun qaytarılması təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin satılarkən getdiyi yol (kilometraj) və nasaz vəziyyətdə olarkən getdiyi məsafə bir daha sübut edir ki, iddiaçı avtomobilə istirahət vermədən amansızcasına idarə etmişdir. Tutulmaların araşdırılması zamanı məlum olmuşdur ki, bu Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə görə icra edilmişdir. Qeyd edilən hallar ona 2025-ci ilin sonlarında məlum olmuşdur. Bu səbəbdən hesab edir ki, mən iddia müddətini ötürməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəfin avtomobilinə dəymiş zərərə görə ödəniş etməklə yanaşı, onun aylıq xərclərini də qarşılamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş etiraz ərizəsində göstərmişdir ki, iddiaçıdan aldığı pul onun sağlamlığına vurulmuş zərərə görə, sığorta tərəfindən edilən ödəniş isə avtomobilə dəymiş zərərə görə kompensasiya xarakteri daşımışdır. Lakin sonrakı məhkəmə iclaslarında qarşı tərəf iştirak edərək onu tanımadığını bildirmişdir. Cavabdehə ödəniş etdikdən sonra sığorta şirkəti tərəfindən də ona müvafiq ödəniş həyata keçirilmişdir. “xxxx” tərəfindən 2025-ci ilin may ayında ondan həmin məbləğ tam şəkildə tutulmuşdur. Cavabdehə 2500 manat ödəmiş, sığorta isə 2600 manat məbləğdə ödəniş etmişdir. Bu ödənişi cinayət işinin istintaqı və məhkəmə prosesi zamanı etmişdir. Qeyd edir ki, avtomobilə vurulmuş zərərə görə kompensasiya ödəmişdir. Eyni zamanda, cavabdeh cinayət işi üzrə verdiyi ərizəsində avtomobilinə dəymiş zərərin tam ödənildiyini göstərmişdir. Sığorta şirkəti isə onun əvəzinə müvafiq ödənişi həyata keçirmişdir. Hadisə 2011-ci ilin may ayında baş vermiş, bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olmuşdur. Həmin dövrdə proseslə məşğul olduğu üçün 2012-ci ildə keçirilmiş məhkəmə iclasında bibisinin əri X8 onun əvəzinə iştirak etmiş, lakin bu barədə ona məlumat verməmişdir. Qətnamədən 6 ay əvvəl məlumatı olmuşdur. Cəza müddətini 2015-ci ildə tam başa vurmuşduur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi yuxarıda qeyd olunan qərardakı hüquqi mövqeyi nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: MM-in 1091.1-ci maddəsində əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsində əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bundan başqa MM-in 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiqetmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləcə, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar