Məhkəmə qərarları › İş №2(3-9)-597/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-597/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-597/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları: Iddiaçının təqdim etdiyi, əl ilə yazılmış vərəqdən görünür ki: “Mən Cavabdeh A.O. ##.##.2023. Yaxın dostum İddiaçı borc olaraq 15000 manat pul alıram. Aldığım pulu ##.##.2023 tarixdə tam şəkildə ödəyəcəm. imza. şəxsiyyət vərəqəsi seriyası. AA4228720. Yazdıqlarımın doğruluğunu öz imzamla təsdiq edirəm. imza. Mən İddiaçı ##.##.2023. Dostum Cavabdeh A.O borc olaraq 1500 manat borc pul verirəm. ##.##.2023 tarixdə geri qaytarmaq şərtiylə imza” Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı, R X1 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası DIN-in rəhbərliyinə elektron müraciət edərək göstərmişdir ki, Kürdəmir rayonu, Şıxımlı kənd sakini Cavabdeh ##.##.2023-cü il tarixdə qəssab dükanı açmaq məqsədilə onun 15000( on beş min) manat pulunu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Material üzrə İddiaçı ilkin izahatı alınarkən ümumi məbləğin 10000 (on min) manatını Kürdəmir rayonu ərazisində verməsini, sonuncu 5000 (beş min) manatı isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Avropa" otelinin qarşısında verdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir Kürdəmir rayon sakini tanıyır. Abdurahman Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yolun kənarında qəssab dükanı işlətmişdir. Abdurahmanla münasibəti yaxın olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sonuncu dəfə 2023-cü ilin aprel ayında Abdurahman onunla görüşən zaman Abdurahman ona şərik olmaq təklifi etmiş, münasibəti yaxın olduğu üçün Abdurahmana inanmış və ona şərik olmağa razılıq vermişdir. Səhəri günü həmin qəssab dükanında Abdurahmanla görüşərək 12000(on iki min) manat pul vermiş, pulu alan zaman Abdurahman ona konkret qazanc məbləği söz verməsə də, ayın sonunda hesablaşmada ona qazancı yarı böləcəyinə söz vermişdir. Bundan başqa Abdurahman ondan pulu alarkən həmin pula kəndlərdən satış məqsədilə quzu alacağını bildirmişdir. Həqiqətən də Abdurahmanla birlikdə ayrı-ayrı şəxslərdən təxminən 30-40 baş xırdabuynuzlu heyvan almışlar. Bundan sonrakı ay ərzində həqiqətən də Abdurahmanın quzuları kəsərək həmin dükanda satmasının şahidi olmuş, lakin ayın sonunda onunla hesablaşma apararkən Abdurahman ona cəmi 300 manat aylıq qazane olmasını bildirmiş və həmin pulun da nisyə ət satışı etdiyi üçün ayrı-ayrı şəxslərdə olmasını demişdir. Abdurahmandan niyə bu qədər az qazane olmasını soruşduqda sonuncu ona alver olmadığını bildirərək bəhanələr danışmış, hətta bir dəfə ona verdiyi puldan 3000 manatını əvvəldən borclu olduğu Əlvan adlı şəxsə verdiyini demişdir. Lakin arabir Abdurahman ona müəyyən məbləğlərdə pul verərək qazancın bundan ibarət olmasını bildirmişdir. Daha sonra təkrar həmin pula onunla birlikdə quzu almışdır. Növbəti ayda da eyni qaydada alver olmasını gördükdə Abdurahmandan verdiyi 12000 (on iki min) manatı qaytarmasını tələb etmiş, lakin Abdurahman ona pulu qaytarmaq əvəzinə əlavə olaraq Rusiya Federasiyasına getmək məqsədilə yol pulu kimi 1000 (min) ABŞ dolları borc pul istəmişdir. Həmin vaxt ət satışı mağazası artıq ziyan etdiyi üçün tam bağlanmışdır. Abdurahman ona Rusiya Federasiyasına getdikdən sonra orada işləyərək ona olan borcunu qaytaracağına söz vermiş, Abdurahmanla bir neçə gün sonra, daha dəqiq ##.##.2023-cü il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən "Çinar" kafesində görüşərək orada sonuncuya istədiyi min ABŞ dolları pulu borc qismində vermişdir. Bu zaman Abdurahmana öz xətti ilə yazdıraraq ondan 15000 (on beş min) manat borclu olması barədə yazılı iltizam almışdır. Iltizamda Abdurahman ona ## ######## 2023-cü il tarixdə həmin pulu qaytaracağını bildirmişdir. Bundan sonra həqiqətən də Abdurahman ayrı-ayrı vaxtlarda onun istifadəsində olan karta 200 manat, 100 manat və 200 ABŞ dolları olmaqla ümumilikdə 640 manat pul göndərmiş, lakin Rusiya Federasiyasına getdikdən sonra ondan əlavə olaraq borc qismində 800 ABŞ dolları pul göndərməyini istəmiş, bu səbəbdən qaynına məxsus mağazaya 800 ABŞ dollarını vermişdir. Lakin həmin vaxtdan bu yana Abdurahman ona cəmi 120 manat pul göndərmişdir. Bu səbəbdən Abdurahman barəsində DIN-in rəhbərliyinə şikayət etmək qərarına gəlmişdir. Abdurahmana 15000 manat pul versə də sonuncu ayrı-ayrı vaxtlarda istifadəsində olan karta cəmi 760 manat pul göndərmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Mabud oğlunu uzun müddətdir Kürdəmir rayon sakini kimi tanıyır. 2022- ci il tarixdən 2023-cü ilin iyul ayına kimi Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yolun kənarında qardaşına məxsus ət satışı dükanı icarəyə götürmək yolu ilə işlətmişdir. Ramin 2023-cü ilin aprel ayında ona yaxınlaşaraq şərik olmaq istədiyini bildirmiş, Raminə şərik kimi onunla işləyən Əlvana 3000 manat borcu olmasını bildirmiş və ondan ayrılmaq istədiyini bildirmiş, Raminə həmin pulu verəcəyi təqdirdə sonuncu ilə şərik olmağa razılıq vermişdir. Lakin Ramin ona 3000 manat əvəzinə 2500 manat verə biləcəyini demiş, razılaşdıqdan sonra Ramin ona dükanda 2500 manat pul vermişdir. Bundan sonrakı ay ərzində alver zəif olsa da Raminə iki ay ərzində 1500 manat qazanc vermişdir. Lakin Ramin ona alış-verişin zəif olmasını bildirərək verdiyi 2500 manatdan başqa əlavə 1500 manat da verməli olduğunu və ümumilkdə 4000 manat borclu olduğunu bildirmişdir. Əvvəlcə etiraz etsə də sonradan Raminlə razılaşmışdır. Lakin Raminə dükanda alış-veriş zəif olduğu üçün bağlamaq qərarına gəldiyini və Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Həmçinin Ramindən yol pulu olaraq borca 1000 ABŞ dolları məbləğində pul verməsini istəmiş, Ramin ona 1000 ABŞ dollarını verdikdə ağ kağıza guya ona 15000 manat borclu olmağı barədə yazı yazdırmış, Raminə həmin vaxt cəmi 4000 manat borclu olsa da, Ramin ona həmin yazını yazmağının heç bir əhəmiyyəti olmadığını bildirmiş və yazdıqdan sonra 1000 ABŞ dolları verəcəyini demişdir. Yazını yazdıqdan bir gün sonra Ramin ona 1000 ABŞ dolları pul vermiş, Rusiya Federasiyasına getdikdən sonra 2023-cü ilin iyul ayından dekabr ayına kimi Raminə ümumilikdə 2450 manat pulu "xxxx" pul köçürmə şirkəti vasitəsilə göndərmişdir. Lakin sonradan yenidən pula ehtiyacı yarandığı üçün Raminlə əlaqə saxlamış və ona 800 ABŞ dollar borc verməsini istəmiş, Ramin də deyilən məbləği qaynı vasitəsilə ona göndərmişdir. Lakin sonradan maddi vəziyyətində yaranan çətinliklərlə bağlı Raminə olan borcunu tam ödəyə bilməmiş, Rusiya Federasiyasından gəldikdən sonra taksi fəaliyyəti ilə məşğul olmuş və Raminə əlavə olaraq 200 manat qaytarmışdır. Sonradan Raminin onun barəsində heç bir əsas olmadan 15000 manat borclu olmağını və guya pulu Nəsimi rayonunda almağını deməsini öyrənmişdir. Hal-hazırda Raminə 1350 manat və 1800 ABŞ dolları məbləğində borcu qalmış, həmin məbləği maddi vəziyyətində yaranan çətinliklər aradan qalxdıqdan sonra tezliklə ödəyəcəkdir. Cavabdeh tanışı İddiaçı etibarından sui-stifadə edərək dələduzluq yolu ilə sonuncunun əmlakını ələ keçirməsi faktı öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15000 (on beş min) manat və dövlət rüsumu olaraq ödənilən 135 yüz otuz beş manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə cavabdeh Cavabdeh oğlu ondan 15000 manat borc pul istəmiş, aralarında razılaşma olandan sonra borc müqaviləsi bağlamışlar, müqavilənin şərtinə əsasən 2 ay müddətində borcu qaytarmalı idi. Hazırda cavabdeh borc müqaviləsinə əsasən borcu qaytarmamışdır. Etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Cavabdeh Cavabdeh iddiaya qarşı etiraz ərizəsində göstərmişdir ki, 2022-ci il tarixdən 2023cü ilin iyul ayına kimi Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yolun kənarında qardaşına məxsus ət satışı dükanı icarəyə götürmək yolu ilə işlətmiş. Ramin 2023-cü ilin aprel ayında ona yaxınlaşaraq onunla şərik olmaq istədiyini bildirmişdir. O Raminə şərik kimi onunla işləyən Əlvana 3000 manat borcu olmasını və sonuncudan ayrılmaq istədiyini bildirmiş. Raminə Əlvana borclu olduğu pulu verəcəyi təqdirdə onunla şərik olmağa razılıq vermiş. Ramin ona 3000 manat əvəzinə 2500 manat verərək bu barədə razılaşmışlar. Bundan sonrakı ay ərzində alver zəif olsa da ona iki ay ərzində 1500 manat qazanc vermişdir. Ramin ona alış-verişin zəif olmasını bildirərək verdiyi 2500 manatdan başqa əlavə 1500 manat da verməli olduğunu və ümumilkdə 4000 manat borclu olduğunu bildirmiş. O əvvəlcə etiraz etsə də sonradan onunla məcbur qalıb razılaşmış, Raminə dükanda alış-veriş zəif olduğu üçün bağlamaq qərarına gəldiyini və Rusiya Federasiyasına getmək istədiyini bildirmiş, həmçinin ondan yol pulu olaraq borca 1000 ABŞ dolları məbləğində ona pul verməsini istəmiş. Ramin ona 1000 ABŞ dollarını verdikdə ona ağ kağıza guya ona 15000 manat borclu olmağı barədə yazı yazdırdı. O Raminə həmin vaxt cəmi 4000 manat borclu olsa da, Ramin ona həmin yazını yazmağının heç bir əhəmiyyəti olmadığını bildirdi və yazdıqdan sonra 1000 ABŞ dolları verəcəyini dedi. O yazdıqdan bir gün sonra Ramin ona 1000 ABŞ dolları pul vermiş. O Rusiya Federasiyasına getdikdən sonra 2023-cü ilin iyul ayından dekabr ayına kimi Raminə ümumilikdə 2450 manat pulu "Zolotaya korona" pul köçürmə sistemi vasitəsilə göndərmiş, sonradan yenidən pula ehtiyacı yarandığı üçün Raminlə əlaqə saxlamış və ona 800 ABŞ dollar borc verməsini istəmiş. Ramin də deyilən məbləği qaynı vasitəsi ilə ona göndərmişdir. Sonradan maddi vəziyyətində yaranan çətinliklərlə bağlı Raminə olan borcunu tam ödəyə bilməmişdir. Rusiya Federasiyasından gəldikdən sonra taksi fəaliyyəti ilə məşğul olmuş və Raminə əlavə olaraq 200 manat da borcu qaytarmışdır. Beləliklə onun hal-hazırda Raminə cəmi 1350 manat və 1800 ABŞ dolları məbləğində borcu qalmışdır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Xaliq Imanov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1800 (bir min səkkiz yüz) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, 1350 (bir min üç yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat pulun tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tələb etdiyi 15000 manat pulun faktiki əsasını təşkil edən cavabdehlə arasında olan ##.##.2023-cü il tarixli sadə yazılı qeydlərinə istinad etdiyi halda, həmin pulun ##.##.2023-cü il tarixdə deyil ayrı-ayrı vaxtlarda cavabdehə verdiyini bildirmiş, lakin bu halları təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə həm polis şöbəsində, həm də məhkəmədə verdiyi izahatında iddiaçıya 1350 manat və 1800 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri “Cavabdeh tərəfindən dediklərini təsdiq edən sübut və ya dəlil təqdim edilməmişdir. Onu dedikləri formal mülahizələrdən başqa heç bir şey deyil. Məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq əvəzinə prosessual və maddi hüquq normalarını pozmuş, yaranmış müqavilə münasibətlərinə deyil, cavabdehin özünümüdafiə məqsədi ilə dediyi əsassız ifadələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. MPM-nin 106, 191 maddələrinə düzgün istinad edilməmişdir. Məhkəmə işdə olan şahid ifadələrinə və sənədlərə düzgün hüquqi qiymət verməyərək, dana çox Kürdəmir rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Həmin qərar preyudisial əhəmiyyətə malik olsa da, istənilən zaman şikayət və ya nəzarət qaydasında ləğv edilə bilər. Bu səbəblərdən də MPM-nin 106-cı maddəsi səhv tətbiq edilmişdir. Işdə iştirak edən şəxslərin izahatları o zaman mötəbər hesab edilə bilər ki, o işdə olan digər sübutlarla təsdiq edilsin. Ortada borcla bağlı yazılı əqd və öhdəlik varsa, bu digər sübutlarla yanaşımütləq olaraq prioritet qüvvəyə malik olmalıdır. Cavabdehin hərəkətlərinə öhdəliyin lazımınca və vaxtında yetirilmədiliyi prizmasından qiymət verilməlidir. Istər sadə yazılı, istər notarial qaydada təsdiq edilməsi müqavilə münasibətlərinin faktiki hallarına təsir göstərə bilməz. Ortada 15.000 manatın qaytarılmasına dair yazılı öhdəlik var. 1800 ABŞ dolları isə artıq məhkəmənin qətnaməsinin qərar hissəsində öz əksini tapmışdır. Iddia tam təmin olunduğu halda, dövlət rüsumu isə 35 manat deyil, 135 manat məbləğində tam olaraq cavabdehdən alınıb mənə ödənilməlidir”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı izahatında bildirmişdir ki, 15000 manat pul vermişdir. Aralarında şifahi borc müqaviləsi bağlanılmışdır. Ondan qəssab dükanı açmaq üçün borc aldı. Işləyib pul qazanacaq, qazancı aralarında böləcəkdilər. Cavabdeh aldığı pulları mənimsəyib, pulu hissə-hissə alıb. Bir neçə dəfə 6000, 7000 və s. borc pul götürüb heyvan alıb, satıb, pulu qaytarmışlar. Sonuncu dəfə xaricdə işləmək üçün gedəcəyini, yol xərci üçün pula ehtiyacı olduğunu bildirib borc almışdır. Ona 2500 manat deyil az qaytarmasına baxmayaraq, o, 2500 verdiyini qəbul etmişdir. Qəssab dükanının yeri cavabdehin olub. Borc pul alıb onu özünə ortaq etmişdir. 15000 manat cavabdehin borc pul götürməsi barədə qəbzin əslini birinci instansiya məhkəməsində təqdim etmişdir. Cavabdeh xaricə gedəndə 1000 dollar bir alıb, daha sonra başqa şəxslə 800 dollarda bir vermişdir. Qəbzi cavabdeh özü yazıb, imzalayıb. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, qəbzi iddiaçı yazıb, o, imza etmişdir. O, qəssablıq fəaliyyəti ilə məşğuldur. Iddiaçıdan iki dəfə faizə borc alıb qaytarmışdır. Üçüncü dəfə borc alanda ortaqlıq təklif etmiş, aralarında razılaşmışlar. Daha sonra iddiaçı ilə ortaqlığa son vermişlər. Qurbanlıq bayramında yenidən ona ortaqlıq təklif etmiş, 1500 manat pul vermiş, o da almışdı. Onun iddiaçıya 15000 manat borcu yoxdur. Birgə fəaliyyətləri dövründə iddiaçıya 3500 manat borcu qalmışdır. Iddiaçı hesablamada səhv edib 4000 borc olduğunu bildirmiş və o da 4000 manat borcu olmasına razılıq vermişdir. Xaricə getmək üçün iddiaçıdan 1000 dollar almışdır. Daha sonra ona 800 dollar da bir borc verdi. Ümumilikdə 1800 dollar borc almışdır. Xaricdən bank hesabı ilə iddiaçıya borcunun bir hissəsini, 2450 manatını göndərmişdir. Iddiaçı onu məcbur etmişdir ki, “səndən 15.000 manat alacağam” məzmununda yazsın. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı İddiaçı iddia tələbinin təmin olunmayan hissəsindən apellyasiya şikayəti versə də, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs – borclu başqa şəxsin kreditorun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, kreditorun isə borcludan onun vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, lakin bu Məcəllədə nəzərdə tutulmuş hallarda öhdəlik başqa əsaslardan da əmələ gələ bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə uyğun hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 106.3.-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdikləri izahatları, təqdim olunmuş yazılı sübutları, apellyasiya şikayətinin dəlillərini, habelə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır. Işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında müəyyən müddət ərzində pul münasibətləri mövcud olmuş, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pul vəsaitləri almış və həmin vəsaitlərin qaytarılmasına dair öhdəlik götürmüşdür. Tərəflər arasında pul münasibətinin və müəyyən məbləğdə borcun mövcudluğu cavabdehin özü tərəfindən də bütövlükdə inkar edilməmişdir. Tərəflər arasındakı mübahisə əsasən cavabdehin aldığı pulun ümumi məbləği, qaytarılmış hissəsi və hazırda mövcud olan qalıq borcun həcmi ilə bağlıdır. Iddiaçı tələbinin əsası kimi cavabdehin öz xətti ilə tərtib və imza etdiyi ## #### 2023-cü il tarixli yazılı sənədə istinad etmişdir. Həmin sənəddə cavabdeh Cavabdeh iddiaçı İddiaçı borc olaraq 15.000 manat pul aldığını, aldığı pul vəsaitini ## ######## 2023-cü il tarixdə tam şəkildə qaytaracağını göstərmiş, sənəddə yazılanların doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Sənədin məzmunundan onun təsadüfi xarakterli qeyd deyil, məhz borc münasibətini və borcun qaytarılmasına dair öhdəliyi təsdiq etmək məqsədilə tərtib olunduğu aydın görünür. Həmin sənəddə kreditor və borclunun şəxsiyyəti, borcun məbləği, pulun borc olaraq alınması, borcun qaytarılmalı olduğu tarix və cavabdehin imzası öz əksini tapmışdır. Buna görə həmin sənəd tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini, borcun məbləğini və cavabdehin qaytarma öhdəliyini müəyyən etməyə imkan verən yazılı sübutdur. Cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində həmin sənəddəki yazının və imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh sənədi özünün imzaladığını açıq şəkildə etiraf etmiş, yalnız həmin sənədi məcburiyyət qarşısında imzaladığını bildirmişdir. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, borc müqaviləsi üzrə borcalanın əsas vəzifəsi aldığı pul vəsaitini razılaşdırılmış müddətdə və məbləğdə borcverənə qaytarmaqdan ibarətdir. Borcalan aldığı pul vəsaitini müəyyən olunmuş müddətdə qaytarmadıqda müqavilədən irəli gələn öhdəliyi pozmuş olur və borcverən həmin öhdəliyin məcburi icrasını tələb etmək hüququ əldə edir. Hazırkı işdə cavabdehin iddiaçıdan borc olaraq pul alması və həmin pulun qaytarılması öhdəliyini üzərinə götürməsi onun öz xətti və imzası ilə tərtib etdiyi sənədlə təsdiq edilir. Həmin sənəddə pul vəsaitinin borc olaraq alınması və müəyyən tarixdə qaytarılmasının öhdəlik kimi qəbul edilməsi açıq şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən təqdim edilmiş ## #### 2023-cü il tarixli sənədin notarial qaydada təsdiq edilmədiyini, həmin sənədin sadə yazılı qeyd formasında tərtib olunduğunu və orada göstərilən halları birbaşa və ya dolayısı ilə təsdiq edən əlavə sübutların təqdim edilmədiyini əsas gətirərək onu mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu yanaşmasını maddi hüquq normalarının düzgün təfsirinə əsaslanan yanaşma hesab etmir. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsində üç min manatdan artıq məbləğdə olan borc müqaviləsinin yazılı formada bağlanması tələb edilsə də, fiziki şəxslər arasında bağlanan borc müqaviləsinin notarial qaydada təsdiq olunması barədə tələb müəyyən edilməmişdir. Yazılı forma ilə notarial forma fərqli hüquqi anlayışlardır. Qanunvericilik əqdin sadə yazılı və notarial formalarını bir-birindən fərqləndirir və yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda əqdin notarial qaydada təsdiq olunmasını tələb edir. Buna görə də fiziki şəxslər arasında bağlanmış borc müqaviləsi üzrə tərtib olunmuş sadə yazılı sənədin yalnız notarial qaydada təsdiq edilməməsinə görə mötəbər sübut kimi qəbul edilməməsi Mülki Məcəllənin 739.2-ci maddəsinin məzmununa və məqsədinə uyğun deyildir. Qanun fiziki şəxslər arasında üç min manatdan artıq məbləğdə olan borc münasibətinin yazılı sübutla təsdiq edilməsini tələb edir, lakin həmin yazılı sübutun mütləq şəkildə notarius tərəfindən təsdiq edilməsini nəzərdə tutmur. Məhkəmə isə qanunla müəyyən edilməmiş əlavə forma tələbi irəli sürməklə sadə yazılı sənədin sübut əhəmiyyətini aradan qaldıra bilməz. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri xüsusilə nəzərə alır. Konstitusiya Məhkəməsinin həmin Qərarında borc müqaviləsi üçün nəzərdə tutulmuş yazılı forma tələbinin hüquqi mahiyyəti, məqsədi və ona əməl edilməməsinin nəticələri geniş şəkildə şərh edilmişdir. Konstitusiya Məhkəməsi göstərmişdir ki, əqdlərin etibarlılıq şərti kimi yazılı forma tələbinin əsas məqsədi tərəflərin iradəsinin dəqiq müəyyən edilməsinə, onların üzərlərinə götürdükləri öhdəliklərin düşünülmüş şəkildə qəbul edilməsinə və mübahisə yarandığı halda hüquq münasibətinin mövcudluğu ilə şərtlərinin mötəbər şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və tərəflərin müqavilə öhdəlikləri üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin sabitliyi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir. Konstitusiya Məhkəməsi, Forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından) bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır. Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar. Həmin Qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Qərarın nəticə hissəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. 3-cü hissəsində qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı mübahisə Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarı qüvvəyə mindiyi vaxt apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan həmin Qərarda ifadə olunmuş hüquqi mövqelər bu işin həlli zamanı da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin həmin Qərarı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra qəbul olunsa da, bu hal onun hazırkı işə tətbiqini istisna etmir. Çünki Konstitusiya Məhkəməsi Qərarın tətbiq dairəsini müəyyən edərkən orada ifadə olunmuş hüquqi mövqelərin hazırda məhkəmələrin icraatında olan mübahisələrə də şamil edilməli olduğunu birbaşa göstərmişdir. Hazırkı iş üzrə məhkəmə baxışı yekunlaşmadığından və mübahisə apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan işə tətbiq edilməli normalar Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh nəzərə alınmaqla tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeləri hazırkı işin hallarına tətbiq edildikdə görünür ki, iddiaçı öz tələbini sadəcə şifahi mülahizələrlə deyil, birbaşa cavabdehin öz xətti və imzası ilə tərtib etdiyi yazılı sənədlə əsaslandırmışdır. Bu sənəd tərəflər arasında borc münasibətinin mövcudluğunu, borcun məbləğini, qaytarılma müddətini və cavabdehin aldığı məbləği qaytarmaq iradəsini aydın şəkildə təsdiq edir. Belə olan halda, borcun mövcudluğunu təsdiq edən birbaşa yazılı sübut olduğu halda, həmin sübutun notarial qaydada təsdiq edilməməsi səbəbindən nəzərə alınmaması nə Mülki Məcəllənin 739.2-ci maddəsinin məzmununa, nə də Konstitusiya Məhkəməsinin bu normanın mahiyyəti ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərə uyğundur. Hazırkı işdə təqdim olunmuş sənədin sübut əhəmiyyəti həm də onunla güclənir ki, cavabdeh sənədin onun tərəfindən tərtib və imza olunmasını mübahisələndirməmişdir. Cavabdeh, əksinə, sənəddəki imzanın ona aid olduğunu etiraf etmiş, yalnız sənədi guya məcburiyyət qarşısında imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin məcburiyyət barədə dəlilini inandırıcı və mötəbər hesab etmir. Belə ki, cavabdeh sənədin hansı konkret şəraitdə, kim tərəfindən və hansı qanunsuz təsir nəticəsində imzaladılmasını aydın və ardıcıl şəkildə izah etməmişdir. O, iradəsinin formalaşmasına təsir göstərən fiziki və ya psixi məcburiyyətin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, bununla bağlı vaxtında hüquq mühafizə orqanlarına müraciət etməmiş və sənədin etibarsız hesab edilməsi barədə müstəqil tələb irəli sürməmişdir. Cavabdehin sənədi məcburiyyət qarşısında imzalaması barədə sonradan verdiyi ümumi izahat, həmin halı təsdiq edən obyektiv sübutlar mövcud olmadığı halda, onun öz xətti ilə tərtib etdiyi və imzası ilə təsdiq etdiyi yazılı öhdəliyin hüquqi və sübut əhəmiyyətini aradan qaldıra bilməz. Əks yanaşma borcalana hər hansı yazılı öhdəliyi sonradan sadəcə məcburiyyət altında imzaladığını bildirməklə onun icrasından yayınmaq imkanı verərdi ki, bu da mülki dövriyyənin sabitliyi, müqavilə intizamı, hüquqi müəyyənlik və tərəflərin vicdanlı davranması prinsipləri ilə uzlaşmazdı. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh tərəflər arasında borc münasibətinin mövcudluğunu bütövlükdə inkar etməmişdir. Cavabdeh həm hüquq mühafizə orqanında, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı iddiaçıdan müəyyən məbləğlərdə pul aldığını, həmin pulun müəyyən hissəsini qaytardığını və iddiaçı qarşısında borcunun qaldığını bildirmişdir. Beləliklə, cavabdehin izahatları tərəflər arasında borc münasibətinin mövcudluğu barədə iddiaçının dəlillərini müəyyən hissədə təsdiq edir. Lakin cavabdehin borcun ilkin məbləği, qaytardığı məbləğlər və qalıq borcun həcmi barədə müxtəlif vaxtlarda verdiyi izahatlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir və öz aralarında ziddiyyət təşkil edir. Cavabdeh bir izahatında iddiaçı qarşısında 1.350 manat və 1.800 ABŞ dolları borcunun qaldığını bildirmiş, başqa izahatında isə 2.500 manat və 1.800 ABŞ dolları borcunun olduğunu göstərmişdir. Digər izahatlarında iddiaçıdan əvvəlcə 2.500 manat, sonradan 1.500 manat, daha sonra isə 1.000 və 800 ABŞ dolları aldığını bildirmiş, qaytardığı məbləğlərlə bağlı da fərqli rəqəmlər göstərmişdir. Cavabdehin izahatlarının birində iddiaçıya “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə 2.450 manat və əlavə olaraq 200 manat qaytardığı göstərildiyi halda, digər izahatlarda qaytarılan məbləğ və qalıq borcla bağlı fərqli məlumatlar verilmişdir. Bu rəqəmlər arasında məntiqi və riyazi uyğunluq müəyyən edilmir. Cavabdeh məhkəmə iclasında iş materiallarında olan əvvəlki izahatlarındakı ziddiyyətlərin səbəbi barədə suallara da ardıcıl və aydın cavab verə bilməmişdir. Onun verdiyi cavablar qalıq borcun konkret hansı hesablamaya əsasən müəyyən edildiyini və hansı ödənişlərin borcun hansı hissəsinə aid edildiyini müəyyənləşdirməyə imkan verməmişdir. Bundan əlavə, cavabdeh 15.000 manat məbləğində borc öhdəliyinin hansı səbəbdən tərtib edilməsi barədə də bir-birini tamamlamaq əvəzinə bir-biri ilə uzlaşmayan izahatlar vermişdir. O, bir tərəfdən həmin vaxt iddiaçıya cəmi 4.000 manat borclu olduğunu, digər tərəfdən isə əlavə 1.000 ABŞ dolları almaq üçün 15.000 manat borclu olması barədə sənəd yazmağa razılaşdığını bildirmişdir. Cavabdehin faktiki borcunun iddia etdiyi kimi əhəmiyyətli dərəcədə az olduğu halda, nə üçün öz xətti ilə 15.000 manat borc aldığını və həmin məbləği müəyyən tarixdə tam şəkildə qaytaracağını yazması ağlabatan və inandırıcı şəkildə izah edilməmişdir. Həmçinin cavabdehin izahatından belə nəticə çıxır ki, o, sənədin məzmununu anlamış, orada göstərilən məbləği görmüş və bundan sonra sənədi imzalamışdır. Bu hal onun yazılı öhdəliyin məzmunundan xəbərsiz olması ehtimalını istisna edir. Cavabdehin sonradan öz müdafiəsi məqsədilə verdiyi ziddiyyətli izahatlar, həmin izahatları təsdiq edən obyektiv yazılı sübutlar təqdim edilmədiyi halda, onun daha əvvəl yazılı şəkildə ifadə etdiyi və imzası ilə təsdiq etdiyi iradə bəyanını aradan qaldıran mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna tətbiq edilməli hüquq normalarına uyğun qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi işdə iştirak edən şəxslərin izahatlarının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmasını və qiymətləndirilməsini tələb edir. Bu baxımdan cavabdehin izahatları təcrid olunmuş şəkildə deyil, onun imzaladığı borc sənədi, tərəflərin sonrakı davranışları, edilmiş ödənişlər və bütün iş materialları ilə birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə cavabdehin izahatlarını onun öz xətti və imzası ilə tərtib etdiyi yazılı öhdəliklə müqayisəli şəkildə qiymətləndirməmiş, həmin izahatlarda olan ziddiyyətləri aradan qaldırmamış, cavabdehin yalnız onun üçün əlverişli olan bəyanatına üstünlük vermiş, tərəflər arasında sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə cavabdehin 1.350 manat və 1.800 ABŞ dolları borcunun qalması barədə izahatını nəticə üçün əsas götürsə də, həmin izahatın cavabdehin digər izahatları ilə ziddiyyət təşkil etməsinə, qalıq borcun hansı hesablamaya əsasən müəyyən edilməsinə və cavabdehin bildirdiyi ödənişlərin mötəbər sübutlarla təsdiq olunubolunmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qalıq borcla bağlı birtərəfli izahatı yalnız onun müəyyən məbləğdə borcun mövcudluğunu inkar etməməsi baxımından nəzərə alına bilər. Lakin həmin izahat borcun məbləğinin məhz cavabdehin göstərdiyi həcmdə müəyyən edilməsi üçün kifayət etmir. Borcun məbləği işdə olan bütün sübutların, xüsusən cavabdehin özünün tərtib və imza etdiyi yazılı öhdəliyin əsasında müəyyənləşdirilməlidir. Borcun müəyyən hissəsinin qaytarılması məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, borcun alınması və qaytarılmalı olması iddiaçı tərəfindən sübut edildikdən sonra öhdəliyin icra olunduğunu, yəni borcun tam və ya qismən qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə yalnız kreditorun xeyrinə lazımınca icra nəticəsində xitam verilir. Buna görə də cavabdeh borcun tam və ya qismən qaytarıldığını bildirirsə, həmin icranı təsdiq edən mötəbər sübutlar təqdim etməlidir. Cavabdeh isə 15.000 manat məbləğində borcun 2.500 manatdan artıq hissəsini qaytardığını təsdiq edən ödəniş qəbzləri, bank hesabından çıxarışlar, pul köçürmə sənədləri və ya başqa mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı apellyasiya baxışı zamanı cavabdehin 15.000 manat borcdan 2.500 manat qaytardığını bildirmişdir. Iddiaçının öz əleyhinə olan bu faktı etiraf etməsi sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Iddiaçı tərəfindən həmin məbləğin qaytarılmasının təsdiq edilməsi cavabdehi bu hissədə əlavə sübut təqdim etmək vəzifəsindən azad edir. Beləliklə, 15.000 manat məbləğində borcun mövcudluğu cavabdehin yazılı öhdəliyi ilə, həmin borcun 2.500 manat hissəsinin qaytarılması isə iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatla təsdiq edilir. Bu halda cavabdehin iddiaçı qarşısında qalan borcu 12.500 manat (15.000 manat – 2.500 manat) təşkil edir. Odur ki, cavabdehdən tutulmalı olan qalıq borcun 12.500 manat təşkil etməsi işdə olan sübutların məcmusu ilə müəyyən olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehdən 1.800 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan məzənnə ilə manatla tutulması barədə gəldiyi nəticəni də qanuni və əsaslı hesab etmir. Belə ki, məhkəmədə iddia icraatının predmetini iddiaçının irəli sürdüyü konkret maddi-hüquqi tələb müəyyən edir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən 15.000 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etmişdir. Iddia ərizəsində cavabdehdən ayrıca 1.800 ABŞ dollarının tutulması barədə müstəqil tələb irəli sürülməmişdir. Iddiaçının işin faktiki halları barədə izahatında cavabdehə müxtəlif vaxtlarda ABŞ dolları ilə də pul verdiyini bildirməsi özlüyündə iddianın predmetinin dəyişdirilməsi və ya ayrıca xarici valyuta tələbinin irəli sürülməsi kimi qiymətləndirilə bilməz. Iddianın predmeti iddiaçının məhkəmədən xahiş etdiyi konkret hüquqi müdafiə vasitəsi ilə müəyyən olunur. Hazırkı işdə həmin tələb 15.000 manatın tutulmasından ibarət olmuşdur. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Bu normanın məqsədi məhkəmə baxışının iddiaçı tərəfindən müəyyən edilmiş predmet və hədlər daxilində aparılmasını təmin etmək, tərəflərin iradəsindən kənar yeni hüquqi nəticə yaradılmasının qarşısını almaqdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının irəli sürmədiyi ayrıca 1.800 ABŞ dollarının tutulması barədə qərar qəbul etməklə iddia tələbinin həddindən kənara çıxmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi borcun manatla müəyyən edildiyi və iddiaçının da məhz manatla ifadə olunan pul tələbi irəli sürdüyü halda, cavabdehin ziddiyyətli izahatlarından yalnız 1.800 ABŞ dolları borcunun qalması barədə hissəni seçərək həmin məbləğin tutulmasını qət etmişdir. Məhkəmə bu nəticəyə gələrkən xarici valyuta ilə ifadə olunan məbləğin iddianın predmetinə daxil olub-olmamasını, həmin məbləğin 15.000 manatlıq yazılı öhdəlikdən ayrıca tələb təşkil edibetmədiyini və ona dair müstəqil iddia tələbinin mövcudluğunu müəyyən etməmişdir. Nəticədə birinci instansiya məhkəməsi, bir tərəfdən, iddiaçının istinad etdiyi 15.000 manatlıq yazılı öhdəliyi notarial qaydada təsdiq edilmədiyinə görə sübut kimi qəbul etməmiş, digər tərəfdən isə eyni borc münasibəti çərçivəsində cavabdehin yalnız özünün verdiyi ziddiyyətli izahat əsasında iddiaçının tələb etmədiyi 1.800 ABŞ dollarının tutulması barədə qətnamə qəbul etmişdir. Bu yanaşma həm sübutların qiymətləndirilməsi qaydalarına, həm iddia tələbinin hədlərinə, həm də məhkəmə qətnaməsinin qanuni və əsaslı olması tələbinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi onun mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normalarına və işə baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməsini nəzərdə tutur. Qətnamənin əsaslılığı isə məhkəmənin gəldiyi nəticələrin iş üzrə müəyyən edilmiş faktiki hallara və araşdırılmış sübutların məcmusuna uyğun olmasını tələb edir. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməli, sübutları qarşılıqlı əlaqədə qiymətləndirməli, hansı sübutu hansı səbəbdən qəbul və ya rədd etdiyini göstərməli və nəticəsini işin faktiki hallarına uyğun şəkildə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir. Belə ki, məhkəmə Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuş yazılı forma tələbini notarial təsdiq tələbi kimi qiymətləndirmiş, qanunla nəzərdə tutulmayan forma şərtini borc sənədinin mötəbərliyinin müəyyən edilməsi üçün meyar kimi qəbul etmiş, cavabdehin öz xətti və imzası ilə tərtib etdiyi 15.000 manatlıq borc sənədinin hüquqi və sübut əhəmiyyətini əsassız olaraq aradan qaldırmışdır. Məhkəmə cavabdehin həmin sənəddəki yazını və imzanı mübahisələndirməməsinə lazımi hüquqi qiymət verməmiş, məcburiyyət barədə dəlilin hər hansı sübutla təsdiq olunub-olunmamasını araşdırmamış, cavabdehin müxtəlif vaxtlarda verdiyi izahatlarda olan mühüm ziddiyyətləri aradan qaldırmamış, onun öz müdafiəsinə xidmət edən birtərəfli izahatını yazılı sübutdan üstün tutmuşdur. Eyni zamanda məhkəmə borcun qaytarılması ilə bağlı sübutetmə yükünü düzgün müəyyən etməmiş, cavabdehin qaytardığını bildirdiyi məbləğləri təsdiq edən obyektiv sübutların mövcudluğunu yoxlamamış, iddiaçının manatla ifadə etdiyi tələb əvəzinə ayrıca tələb edilməmiş 1.800 ABŞ dollarının tutulmasını qət etməklə iddia tələbinin həddindən kənara çıxmış, sübutları ayrıayrılıqda və məcmu halda obyektiv, hərtərəfli və tam qiymətləndirməmiş və işin müəyyən edilmiş faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yol verilmiş pozuntular yalnız qətnamənin iddianın təmin edilməmiş hissəsinə aid deyildir. Həmin pozuntular borc münasibətinin hüquqi əsasının, borcun məbləğinin, onun hansı valyutada müəyyən edilməsinin, qaytarılmış hissənin və qalıq borcun həcminin müəyyən olunmasına bütövlükdə təsir etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Məhkəmə 15.000 manatlıq yazılı öhdəliyi sübut kimi qəbul etmədiyinə görə cavabdehin birtərəfli izahatına əsaslanmış, məhz həmin səhv qiymətləndirmənin nəticəsi olaraq 1.350 manat və iddia edilməyən 1.800 ABŞ dollarının tutulmasını qət etmişdir. Buna görə qətnamənin ayrı-ayrı hissələrinin qüvvədə saxlanılması işin faktiki və hüquqi hallarına uyğun nəticənin əldə edilməsinə imkan vermir. Bu baxımdan qətnamənin yalnız iddianın rədd edilmiş hissəsində ləğv olunması və ya dəyişdirilməsi kifayət deyildir. Qətnamənin əsasını təşkil edən hüquqi qiymətləndirmə bütövlükdə səhv olduğundan, həmin qətnamə tamamilə ləğv edilməli və iş üzrə müəyyən olunmuş hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutların məcmusuna qiymət verərək tərəflər arasında borc münasibətinin mövcud olduğunu, cavabdehin iddiaçıdan 15.000 manat borc aldığını və həmin məbləği ## ######## 2023-cü il tarixədək qaytaracağını öz xətti və imzası ilə təsdiq etdiyini, yazılı sənədin ona məxsus olduğunu və imzanı özünün icra etdiyini etiraf etdiyini müəyyən edir. Cavabdehin sənədi məcburiyyət qarşısında imzalaması barədə dəlili hər hansı mötəbər sübutla təsdiq edilməmiş, borcun məbləği və qaytarılmış hissəsi barədə verdiyi izahatlar bir-biri ilə ziddiyyət təşkil etmiş, o, borcun 2.500 manatdan artıq hissəsini qaytardığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Iddiaçı isə apellyasiya baxışı zamanı cavabdehin 2.500 manat qaytardığını etiraf etmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi 12.500 manat təşkil edir. Qeyd olunanların məcmusuna əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 15.000 manat borc alması yazılı sübutla təsdiq olunsa da, həmin borcun 2.500 manat hissəsinin qaytarılması iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatla müəyyən edilir. Buna görə iddianın 12.500 manat hissəsində təmin edilməsi, qalan 2.500 manat hissəsində isə təmin edilməməsi üçün hüquqi və faktiki əsaslar mövcuddur. Iddiaçının apellyasiya baxışı zamanı 2.500 manatın qaytarıldığını bildirməsi onun faktiki olaraq həmin hissədə borcun mövcudluğunu mübahisələndirmədiyini göstərir. Bu səbəbdən apellyasiya şikayətinin apellyasiya baxışı zamanı dəqiqləşdirilmiş mövqeyi nəzərə alınmaqla təmin edilməsi və iddianın qismən təmin olunması bir-biri ilə ziddiyyət təşkil etmir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır. Cavabdeh Cavabdeh 12.500 manat məbləğində borc tutularaq iddiaçı İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Iş materiallarında olan ödəniş sənədindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 135 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə 15.000 manat məbləğində iddia tələbinin 12.500 manat hissəsi təmin edildiyindən, ödənilmiş 135 manat dövlət rüsumunun təmin edilmiş tələbə mütənasib hissəsi 112 manat 50 qəpik (135 manat × 12.500 manat / 15.000 manat), təmin edilməyən tələbə mütənasib hissəsi isə 22 manat 50 qəpik təşkil edir. Buna görə iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 112 manat 50 qəpik hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan 22 manat 50 qəpik hissəsi iddiaçıya, iş üzrə apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət e t d i: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112 (yüz on iki) manat 50 (əlli) qəpik tutularaq iddiaçı İddiaçı verilsin. Iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 22 (iyirmi iki) manat 50 (əlli) qəpik hissəsi iddiaçı İddiaçı aid edilsin. Iddia tələbi qalan hissədə rədd olunsun. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar