Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-609/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən (hakim Səkinəxanım Məmmədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qaşı “pul tələbi”nə iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 5710 (bes min yeddi yüz on) manat əsas borc və dəymiş ziyana görə 5710 (beş min yeddi yüz on) manat olmaqla ümumilikdə 11420 (on bir min dörd yüz iyirmi) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, yaxından tanıdığı Cavabdeh müxtəlif vaxtlarda, yəni ## ##### 2023-cü ildə 2210 (iki min iki yüz on) manat, ## ### 2023-cü il tarixdə 2500 (iki min beş yüz) manat, # ###### 2024-cü il tarixdə isə 1000 (bir min) manat pul vermişdir. Cavabdeh pulu ondan alaraq başqa adamlara vermişdir. Dəfələrlə pulu tələb etsə də, cavabdeh borcu qaytarmaqdan imtina edir. Cavabdehin hazırda ona borcu 2210+2500+1000=5710 manat olmuşdur. Cavabdeh 16 aprel, 25 may, 9 yanvardan indiyə qədər müddətə ona xeyli miqdarda, yəni 5710 manat əsas borc qədər də ziyan maddi vurmuşdur. Cavabdeh Cavabdeh aldığı borcların hamısını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib bildirmişdir ki, işdə olan ## ##### 2023-cü il, ## ### 2023-cü il və # ###### 2024-cü il tarixli borc qəbzlərdəki imzalar ona məxsusdur. Oğluna məxsus pensiya və çörək pulu kartını iddiaçıya verərək həmin qəbzlərdə qeyd olunan pulları faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, məhkəmə MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Füzuli Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh 5710 (beş min yeddi yüz on) manat borc pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək tam ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün haları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, iddiaçıdan borc aldığı pulları (2210 manat, 2500 manat və 1000 manat) ona qaytarmışdır. Puların qaytarılması faktını təsdiq etmək üçün oğluna məxsus pensiya və "çörək pulu" kartlarını iddiaçıya vermişdir. Iddiaçı həmin kartlardan vəsaitləri nağdlaşdırmaq yolu ilə borcu faizləri ilə birlikdə geri almışdır. Məhkəmə onun bu izahatını araşdırmadan, yalnız iddiaçının təqdim etdiyi qəbzləri əsas götürərək birtərəfli qərar vermişdir. Iddiaçıya verdiyi kartlardan pulun kim tərəfindən çıxarılması barədə məhkəmə tərəfindən müvafiq banklara sorğular verilməmişdir. Onun məhkəmədə iştirak etməməyinə səbəb oğlunun ağır xəstə olması idi. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalıdır. Borcun ödənildiyi üsulu (bank kartlarının verilməsi) göstərsə də, məhkəmə həmin kartlar üzrə dövriyyənin araşdırılması üçün banklara sorğu göndərməmiş və ya iddiaçıdan bu barədə izahat tələb etməmişdir. Bu, işin halarının tam və obyektiv araşdırılmaması deməkdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Lakin onun üzrlü səbəbdən iştirak edə bilməməyi və borcun qaytarılmasına dair vacib faktları şifahi şəkildə daha ətraflı izah etmək imkanının olmaması işin nəticəsinə mənfi təsir göstərmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinə imkansızlıqdan gedə bilməmişdir. Öhdəsində hərbidən 2-ci qrup əlil övladı var. Hər dəfə məhkəməyə ərizə yazıb göndərmişdir ki, imkansızlıqdan gələ bilmir, ancaq soruşulurdu ki, çəkilən qol sənindir. Bildirmişdi ki, bəli çəkilən qol onundur. 2023-cü ildən dövlətin onlara ayırdığı sosial çörək pulu kartı iddiaçıda olubdur və kartdan pulları iddiaçı çıxardıb. Iddiaçının kartdan pulu harda çıxarmasına dair bank çıxarışlarını da çıxartmışdır. Bundan əlavə hərbidən 2-ci qrup əlil övladımın pensiya kartı da, iddiaçıda olubdur. Iddiaçının ondan tələb etdiyi pul faiz puludur. Iddiaçını səkkiz ildir ki, faizə pul verən kimi tanıyır. Çətin vəziyyətdə olduqda, pul lazım olanda gedib pul götürüb faizi ilə bir yerdə ödəmişdir. Ona qarşı verilən iddia tanıdığı bir insana verilən pulun iddiasıdır. Onları da məhkəməyə veribdir. Qarşı tərəf demək olar ki, on nəfərdən səkkizini faiz üçün məhkəməyə veribdir. Onun kartından, övladının kartından, hətta həyat yoldaşının da maaş kartından pulları çıxıbdır. Iddiaçı kartdan pulları çıxardıb və iddiaçıya ümumiyyətlə borcu yoxdur. Banka sorğu verilərək kartdan pulun kim tərəfindən çıxarılmasının öyrənilməsini xahiş edir. Iddiaçıdan əvvəllər də pul götürmüşdür, götürdüyü pulları əlbə-əl qaytarırdı. Sonra hansı ki, 220 manat dövlət onlara sosial pul ayırmışdı, həmin kartı vermişdi. Daha sonra kartında dəyişiklik oldu, pul ödəyib qurtarıb kartı geri almışdı. Bunlar 2023-cü ildən əvvəl olub. Birinci dəfə 2023-cü ilin aprel ayında iddiaçıdan pul götürüb, dövlətin ayırdığı sosial çörək pulu kartını iddiaçıya vermişdi. Ikinci borcda isə oğlunun pensiya kartını iddiaçıya vermişdi. Sosial çörək pulu kartı öz adınadır və karta hər ay 220 manat pul yatırdı. Birinci pulu ödəməmişdən digər pulları götürmüş, kartını iddiaçıya vermişdi ki, kartdan pulu çıxarsın. Bir daha təsdiq edir ki, ##.##.2023-cü il tarixdə 2210 manat pul alanda iddiaçıya öz adına olan sosial çörək pulu kartını vermişdi. Ikinci dəfə ##.##.2023-cü il tarixdə 2000 manat pul alanda oğlunun pensiya kartını iddiaçıya vermişdi. Ikinci dəfə 2500 manat deyil 2000 manat almışdır. Iddiaçı pulu verəndə məsələn 2000 manat verirdisə faizini hesablayıb qəbzə elə yazırdı. Oğlu 2-ci qrup əlildir və Azərbaycan Beynəlxalq Bank kartından pensiyasını alırdı. Hazırda ünvan 1 ünvanında yaşayır. Kartları təxminən 9 ay olar ki, iddiaçıdan götürmüşdür, hesablamışlar ki, artıq borcu ödəmişlər. Ona görə də kartı iddiaçıdan götürmüşdür. Oğlum hazırdada həmin kartdan pensiya alır. Çörək pulu kartı öz adınadır və kartına yeniləmə getdiyi üçün iddiaçıdan götürmüşdü. Kartı iddiaçıdan nə vaxt götürdüyümü dəqiq deyə bilmir, ancaq təxminən bu vaxtdan 9 ay əvvəl iddiaçıdan kartı götürmüşdür. ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, cavabdeh ondan pul alıb başqa şəxslərə verib və geri qaytarmamışdır. Ağdaş Rayon Məhkəməsinə getmiş, orada ondan pulu kimə verdiyini soruşmuşdular. O da, pulu Cavabdeh verdiyini demişdir. Ağdaş Rayon Məhkəməsi iddiasının rədd edilməsi barədə qərar çıxarmışdır. Cavabdeh Cavabdeh 2022-ci ildən bəri ona heçbir kart verməyib. 2100 manatı evinin kreditini ödəmək üçün almışdır. Pulu ona inanaraq vermişdir, ancaq pulu geri qaytarmamışdır. 2500 manatı isə gözəllik salonuna aparat almaq üçün istəmişdi. 1000 manat pulu sonra vermişdir. Ancaq aldığı pulların heç birini geri qaytarmamışdır. Lənkəran Rayon Məhkəməsində başqa bir şəxs onu tanımadığını, pulu Cavabdeh aldığını demişdi. Cavabdeh etibarından istifadə edərək ondan pulu alıb başqa şəxslərə vermiş və geri qaytamamışdır. Həmin pullar başqa qəbzlər üzrə verdiyi pullardır. Cavabdeh Cavabdeh nə çörək pulu kartını, nədə oğluna məxsus pensiya kartını ona verməyib. Hazırda ünvan 2 ünvanında yaşayır. Cavabdehə inandığı üçün borcunu qaytarmamış digər borcları da vermişdir. Cavabdehin 10 dənə kimya terapiyasının pulunu vermişdir. Cavabdehə rəhmi gəldiyi üçün ona pul verirdi. Bir daha təsdiq edir ki, cavabdeh Cavabdeh nə çörək pulu kartı, nədə oğluna məxsus pensiya kartını ona verməyib və heç vaxt həmin kartlardan pul çıxarmamışdır. “xxxx” ASC-yə və “xxxx” ASC-yə sorğu verilərək cavabdeh Cavabdeh adına olan məcburi köçkün kartı (kart nömrə: 4169 7420 3922 6416) üzrə 2023-cü ilin aprel ayından 2025-ci ilin yanvar ayınadək olan dövr üçün, cavabdehin əlil oğlu X1 adına olan pensiya kartı üzrə 2023-cü ilin may ayından 2025-ci ilin oktyabr ayınadək olan dövr üçün hesabdan çıxarış məlumatlarının, həmin dövr ərzində bankomatlardan kartlara yatırılan pul vəsaitlərini məxaric etmiş şəxsin fotoşəkillərinin, videogörüntüsünün məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. “xxxx” ASC tərəfindən diskdə təqdim olunan fotoşəkillərə baxış keçirilən zaman ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərində cavabdehin əlil oğlu X1 adına olan pensiya kartına yatan pul vəsaitlərinin iddiaçı İddiaçı tərəfindən çıxarılması aydın şəkildə müşahidə olunmuş, iddiaçı özü də, pulların onun tərəfindən çıxarılmasını etiraf etmişdir. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib əlavə olaraq bildirdi ki, xxxxdan təqdim olunan kart hesabından çıxarışda əks olunan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində çıxarılan pullar iddiaçı İddiaçı tərəfindən çıxarılmışdır. Bundan başqa iddiaçı Sabunçu rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 50 ünvanında yaşayır və orada evi var. Hesabdan çıxarışda görünən Sabunçu rayonu və Nərimanov rayonu ərazisində bankomatlardan çıxarılan pullar iddiaçı tərəfindən çıxarılmışdır. Ona məxsus çörəkpulu kartından heçbir kredit çıxarılmırdı, həmin kart iddiaçıda olub və kartdan pulları iddiaçı çıxarmışdır. Iddiaçıya heçbir borcu yoxdur. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edib izahatında əlavə olaraq göstərdi ki, cavabdehin oğluna məxsus Azərbaycan Beynəlxaq Bank kartı ondadır. Cavabdehin həmin kartda kredit borcu var. Həmin karta köçürülən pul kreditə olan borca görə çıxılır. Həmin kartdan 100 manat pul çıxartmışdır. Yerdə qalan pul kreditə çıxılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 50 ünvanında deyil, qeydiyyatda olduğu ünvanda yaşayır. Cavabdehə məxsus kartdan isə hər ay 350 manat kredit borcuna görə pul çıxılırdı. Həmin kartdan 10 ay 100 manat pul çıxartmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğvini, həmin hissədə də, iddanın rəddini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslı olmaqla mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. -##.##.2023-cü il tarixli borc alma haqqında izahatda qeyd olunur: “mən Cavabdeh yaxından tanıdığım İddiaçı 2210 manat borcu 10 ay müddətində qaytarmaq şərti ilə alıram” borc verənin imzası: var Ələkbərov, borc alanın imzası var, Cavabdeh ##.##.2023-cü il” - ##.##.2023-cü il tarixli Qəbzdə qeyd olunur: “mən Cavabdeh yaxından tanıdığım İddiaçı 2500 manat borc alıram, dəymiş ziyanı ödəməklə” borc verənin imzası: var, Ələkbərov, borc alanın imzası: var, Cavabdeh ##.##.2023-cü il.” -##.##.2024-cü il tarixli borc alma haqqında izahatda qeyd olunur: “mən Cavabdeh yaxından tanıdığım İddiaçı 1000 manat borcu 2 ay müddətində qaytarmaq şərti ilə alıram” borc verənin imzası: var, Ələkbərov, borc alanın imzası: var, Cavabdeh ##.##.2024-cü il. Apellyasiya baxışı zamanı “xxxx” ASC tərəfindən təqdim olunan cavabdehin əlil oğlu X1 adına olan pensiya kartı üzrə hesabdan çıxarışdan və ATM-dən karta yatan pul vəsaitini nağdılaşdıran şəxsin fotoşəkillərindən görünür ki, ##.##.2023-cü ildə karta yatırılan 327.21 manat, ##.##.2024cü ildə yatırılan 366.86 manatın 236 manatı iddiaçı İddiaçı tərəfindən çıxarılmışdır. Apellyasiya baxışı zamanı “xxxx” ASC tərəfindən təqdim olunan hesabdan çıxarış məlumatlarından görünür ki, ## ##### 2023-cü ildə karta yatan 240 manat, ## ### 2023-cü ildə karta yatan 240 manat, ##.##.2023-cü ildə karta yatan 240 manat, ##.##.2023-cü ildə karta yatan 240 manat, ##.##.2023-cü ildə karta yatan 240 manat, ##.##.2023-cü ildə yatan 200 manatın 190 manat hissəsi, ##.##.2024-cı ildə yatan 180 manatın 7 manat hissəsi, ##.##.2024-cü ildə yatan 180 manat, ##.##.2024-cü ildə yatan 180 manat, ##.##.2024-cü ildə yatan 180 manatın 50 manat hissəsi, ##.##.2024-cü ildə yatan 200 manatın 190 manat hissəsi, ##.##.2024-cü ildə yatan 180 manat olmaqla 188 manat, ##.##.2024-cü ildə yatan 50 mnatın 49 manat hissəsi, ##.##.2024-cü ildə yatan 180 manat, ##.##.2024-cü ildə yatan 180 manat, ##.##.2024-cü ildə yatan 180 manat, ##.##.2024-cü ildə yatan 180 manat olmaqla ümumilikdə 2954 manat vəsait iddiaçının yaşadığı və qeydiyyatda olduğu ərazilər üzrə Sabunçu rayonu Ramana qəsəbəsində və Nərimanov rayonu ərazisində yerləşən ATM-lərdən məxaric edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsində iddiaçının sübut kimi təqdim etdiyi qəbzlərdəki imzanın ona məxsus olmasını bildirməsini əsas götürmüş, iddianın əsas borca aid hissədə sübuta yetməsi və təmin olunması qənaətinə gəlmişdir. Bununla belə birinci instansiya məhkəməsi cavabdehin məcburi köçkün kartının, həmçinin cavabdehin əlil oğlunun pensiya kartının iddiaçıya təqdim olunması və həmin kartlara yatan pul vəsaitlərinin iddiaçı tərəfindən çıxarılması yolu ilə borcunun tam ödənilməsinə dair məlumatları üzərində ətraflı araşdırma aparmamış, cavabdehə prosessual hüquq və vəzifələrini izah etməmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onu xəbərdar etməmiş, prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir (MPMin 14.1-ci madd). Apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırmalar zamanı banklara sorğular verilərək kartlardan vəsaitləri məxaric etmiş şəxslərin fotoşəkilləri və hesabdan çıxarış məlumatları istənilmişdir. Ilkin mərhələdə iddiaçı cavabdehə və onun əlil oğluna məxsus bank kartlarının ona verilməsini inkar etsə də, bankdan ATM-dən pul vəsaitlərini çıxaran şəxslər sırasında onun da fotoşəkillərinin olduğunu əyani müşahidə edib bildirmişdir ki, cavabdehin oğluna məxsus Azərbaycan Beynəlxaq Bank kartı ondadır. Cavabdehin həmin kartda kredit borcu var. Həmin karta köçürülən pul kreditə olan borca görə çıxılır. Həmin kartdan 100 manat pul çıxartmışdır. Yerdə qalan pul kreditə çıxılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 50 ünvanında deyil, qeydiyyatda olduğu ünvanda yaşayır. Cavabdehə məxsus kartdan hər ay 350 manat kredit borcuna görə pul çıxılırdı. Həmin kartdan 10 ay 100 manatdan pul çıxarmışdır. Banklardan təqdim olunan hesabdan çıxarış məlumatları və fotoşəkllər əsasında cavabdehin əlil oğlu X1 adına olan pensiya kartından ##.##.2023-cü ildə 327.21 manat, ##.##.2024-cü ildə karta yatırılan 366.86 manatın 236 manat hissəsi olmaqla ümumilikdə 563.86 manat pulun, cavabdeh Cavabdeh adına olan məcburi köçkün kartından isə ##.##.2023-cü tarixindən ## ###### 2024-cü il tarixinədək olan dövr ərzində 2954 manat pulun iddiaçı tərəfindən yaşadığı və qeydiyyatda olduğu ərazilər üzrə Sabunçu rayonu Ramana qəsəbəsində və Nərimanov rayonu ərazisində yerləşən ATM-lərdən məxaric edildiyi müəyyən olunmuşdur. Beləliklə cavabdeh tərəfindən iddiaçıya verilən kartlardan iddiaçının məxaric etdiyi ümumi məbləğ 563,86+2954=3517,86 manat təşkil edir. Belə olan halda isə cavabdehin iddiaçıdan ümumilikdə almış olduğu 5710 manat borc qarşılığınqda icra edilməmiş öhdəliyi (5710- 3517,86=2192,14) 2192,14 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-cı maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini tapdığından qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə mübahisələndirilən iddianın təmin olunan hissəsində ləğv olunmalı və həmin hissədə iddianın qismən təmin olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, iş üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ödənilmiş 135 manat dövlət rüsumunun iddianın təmin olunan (2192:11420X100=19,19) 19.2% hissəsinə mütənasib olan 25,92 manat hissəsi cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 2192,14 (iki min yüz doxsan iki manat 14 qəpik) manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olan ödənilmiş dövlət rüsumunun 25,92 manat hissəsi tutularaq iddiaçı İddiaçı ödənilsin, dövlət rüsunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Ilham Əsədov
Məhkəmə qərarları › İş №2(3-9)-609/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-609/2026
10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver