Məhkəmə qərarları › İş №2(3-9)-674/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-674/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-674/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən (hakim. E.Hüseynov) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Cavabdeh Cavabdeh onlardan 15000 manat borc istəyib, onlar da, ailədə məsləhətləşdikdən sonra cavabdeh Cavabdeh 15000 manat borc verməyi qərarlaşıblar və ## ###### 2025-ci il tarixdə Cavabdeh qeyd olunan məbləğdə, yəni 15000 manat borc verib. Sonradan pulunu ondan tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulunu verməkdən imtina etmişdir. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək iddiaçının tələbinin əsasız olmasına görə rədd edilməsi və həmin şəxslərin ondan hədə-qorxu ilə pul tələb etmələri faktının araşdırılmasından ötrü mühafizə orqanlarına - Masallı rayon prokurorluğuna qərardad göndərilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, o, həmin şəxsi tanımır, onunla heç bir münasibəti, əlaqələri olmamış və ondan heç bir pul vəsaiti almamışdır. O, Masallı rayonunun Musaküçə kəndində yaşayır. Əvəllər Masallı rayon Komunal Xidməti idarəsində fəhlə işləmişdir. Masallı rayonunun Həsənli kənd sakini X3 (bu həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş İddiaçı əridir) ona 2025-ci il iyun ayında 1200 manat pul vəsaitini faizlə borca verərək onun kapital banka aid olan 4169 7414 5323 **** saylı əmək haqqına dair kartını almış və 4 ay müddətində hər aylıq əmək haqqını və sonda daha 200 (iki yüz) manat pulunu həmin kartdan çıxarmışdır. Bu fakt onun kartından çıxarılan pulların əks olunduğu bankomatlarla müəyyənləşdirilə bilər. Bəxtiyar Hüseynov ona borca pulu verəndə ondan qəbz almaq adı ilə bir kağıza imza etdirmişdir. Sonradan bilmişdir ki, o həmin kağıza ondan güya 1200 (min iki yüz) manat deyil, 15000 (on beş min) manatı borca pul almağını yazıb. Həmin yazını da, o, yazmamışdır. Onun məhkəməyə hansı sənədləri təqdim etməsindən belə məlumatı yoxdur. Ona 1200 (min iki yüz) manat pulu hər ay üçün 378 (üç yüz yetmiş səkkiz) manat faiz hesabı hesablanmışdır. Onun pula ehtiyyacı olduğuna görə onunla razılaşaraq əmək haqqı kartını ona vermişdir. O, 1200 manat pulu hər ay hesabına 378 (üç yüz yetmiş səkkiz) manat faiz ödəməklə ona vermişdir. Dörd ay müddətində onun əmək haqqı kartından ayda 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ümumilikdə 1512 (min beş yüz on iki) manat pul çıxardıqdan sonra 2025-ci ilin noyabr ayında ondan əmək haqqı kartını tələb etmişdir. O, əvvəlcə kartı vermək istəməmiş, israrla kartını ondan tələb etdikdə o, kartdan 200 (iki yüz) manat da, pulu çıxardıb sonra kartı ona qaytarmışdır. Bu hesabla ondan aldığı 1200 (min iki yüz) manat pulun əvəzinə ona 1700 (min yeddi yüz) manat qaytarmışdır. 2026-cı ilin yanvar ayında işdən azad olunandan sonra ona əmək haqqının ödənilməsi dayandırılmışdır. Bundan sonra Bəxtiyar Hüseynov ondan güya 15000 manat pulu borca almağını deyərək həmin ona imza etdirdiyi kağızı göstərərək ondan həmin məbləğdə pulu tələb etməyə başlayaraq onu hədələməyə başlamışdır. O isə ona belə bir yazılmış kağız vermədiyini bildirdikdə o, Masallı Rayon Məhkəməsində çalışan dostları vasitəsilə ondan həmin pulu alacağını bildirmişdir. O isə ondan aldığı pulu artıqlaması ilə ona qaytardığını bildirmişdir. Bundan sonra özünün əlil olan qardaşı Qafur Hüseynovu öyrədərək onu onun qayınatasının işlədiyi mağazaya göndərərk onu da, təhdid edərək hədələməklə pul tələb etməyə başlamış və indiyə qədər də bunu davam etdirir. Ondan belə niyə etdiyini soruşduqda isə pulun qardaşı Qafura məxsus olmasını bildirməklə öz imkanlarından istifadə edərək onu tutduracağı ilə hədələməyə başlamışdır. Artıq Bəxtiyar və onun qardaşı Qafur onun evinə də, hücum çəkərək ailəsini də, təhdid edirlər. Bəxtiyar Hüseynov və onun qardaşları özlərinin bu hərəkətlərindən əl çəkməyrək ailəsini daim təhdid edərək hədələməkdən çəkinmirlər. Sonradan bilmişdir ki, onlar bu yollarla ayrı-ayrı vətəndaşları, iş adamlarını, hətta dövlət strukturlarında işləyən şəxsləri də, şantaj etməkdən belə çəkinmirlər. Bu qardaşlar uzun müddətdir ki, Masallı rayon sakinlərni öz iyrənc hərəkətləri ilə bezdirmişlər. Bəxtiyar Hüseynov buna qədər Dövlət Sosial Müdafiə fondunda da, saxta sənəd düzəltməklə məşğul olmuşdur. Respublikada həmin orqanlarda olan korrupsiya cinayəti aşkarlanan vaxtı Bəxtiyar Hüseynov və onun qardaşlarının necə cinayət məsuliyyətindən kənarda qalmaları da, hamıda təəccüb doğurur. Masallı Rayon Məhkəməsindən ona bildiriş gələndə isə bilmişdir ki, o, məhkəməyə ona qarşı pul tələbi ilə iddia tələbini irəli sürməsində özünün adından və qardaşının adından, öz arvadının adından müraciət etmişdir. Ona görə də, Bəxtiyar Hüseynovun hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Masallı rayon Prokurorluğuna və Masallı rayon Polis şöbəsinə rəsmi ərizlər ilə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə baxışı iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı İddiaçı tanımır. Lakin onun həyat yoldaşı Bəxtiyar Hüseynovdan 2025ci ilin iyun ayında 1000 manat borca pul almışdır. Bəxtiyar Hüseynov puldan 200 manatı faiz olaraq götürmüş və ona 800 manat pul vermişdir. Bunun əvəzində əmək haqqı kartını həmin günü ona vermişdir. İkinci dəfə bundan iki ay sonra Bəxtiyar Hüseynovdan 700 manat borca pul almışdır. Bəxtiyar Hüseynov puldan 200 manatı faiz olaraq götürmüş və ona 500 manat pul vermişdir. Bəxtiyar Hüseynov onun kartından birinci dəfə 200 manat, sonra hər ay 378 manat olmaqla 4 ay əmək haqqını çıxarıb özünə götürmüşdür. Əlavə olaraq o, Bəxtiyar Hüseynovun kartına 50 manat və 28 manat pul göndərmişdir. 2025-ci ilin dekabr ayında Bəxtiyar Hüseynovdan kartını geri almışdır. X5 müqaviləyə imza etdirmişdir. Müqavilənin sonunda olan imza və yazılar ona məxsus olsa da, 15000 manat yazı ona məxsus deyildir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı İddiaçı ## ##### 2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğuna görə məhkəməyə gələ bilmədiyini nəzərə alıb onun iştirakı olmadan işə baxılaraq xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, 2(5-145)-471/2026 qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manatın tutularaq iddiaçı İddiaçı Aydın qızına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə razılaşmır. Şikayətdə göstərilmişdir ki, o, Masallı rayonunun Musaküçə kəndində yaşayır, əvvəllər Masallı Rayon Kommunal Xidməti İdarəsində fəhlə işləmiş, 2025-ci ilin iyun ayında Masallı rayonunun Həsənli kənd sakini X3 1.200 manat məbləğində pulu faizlə borc almış və bunun müqabilində Kapital Banka məxsus əməkhaqqı kartını ona vermişdir. Bildirmişdir ki, Bəxtiyar Hüseynov ondan qəbz almaq adı ilə boş kağıza imza almış, sonradan həmin sənədə guya 15.000 manat borc alınması barədə məlumat yazmışdır. O, yalnız sənədin bir vərəqinə imza etdiyini, yazıların isə ona məxsus olmadığını, digər vərəqin sonradan doldurulduğunu qeyd etmişdir. Şikayətçi göstərmişdir ki, dörd ay ərzində əmək haqqı kartından hər ay 378 manat olmaqla ümumilikdə 1.512 manat, daha sonra isə əlavə 200 manat çıxarılmış, beləliklə 1.200 manat borca görə ümumilikdə 1.700 manat geri qaytarmışdır. Bundan sonra Bəxtiyar Hüseynov guya 15.000 manat borc aldığını iddia edərək onu hədələməyə başlamış, sonradan həyat yoldaşı X2 adından məhkəməyə pul tələbi ilə müraciət etmişdir. X6 tanımadığını, onunla heç vaxt müqavilə bağlamadığını və ondan heç bir pul almadığını bildirmiş, Bəxtiyar Hüseynovun hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Masallı Rayon Prokurorluğuna və Masallı Rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd etmişdir. Həmçinin məhkəmənin müqavilənin həqiqiliyini, müqavilədəki yazıların və imzaların kim tərəfindən icra edilməsini, Şəfəqət Rzayevanın müqavilənin tərəfi olubolmamasını, əməkhaqqı kartı üzrə bank çıxarışlarını, telefon danışıqlarını və digər halları araşdırmadığını, müqavilənin etibarlı əqd olub-olmadığını müəyyən etmədən qətnamə qəbul etdiyini göstərmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavabında göstərmişdir ki, müqaqvilənin aşağı hissəsi onun tərəfindən yazılmaqla doldurulmuş və imzası ilə təsdiqlənmişdir. Lakin o bunları edərkən müqavilədə hansı məbləğdə pul vəsaiti yazılmasına diqqət etməmişdir. Hesab edir ki, həmin hissə Bəxtiyar tərəfindən sonradan doldurulmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin o, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə cavabdeh apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulu bir il müddətində İddiaçı qızına qaytarılması barədə öhdəlik götürmüşdür. ## ###### 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə razılaşmır. Şikayətdə göstərilmişdir ki, o, Masallı rayonunun Musaküçə kəndində yaşayır, əvvəllər Masallı Rayon Kommunal Xidməti İdarəsində fəhlə işləmiş, 2025-ci ilin iyun ayında Masallı rayonunun Həsənli kənd sakini X3 1.200 manat məbləğində pulu faizlə borc almış və bunun müqabilində Kapital Banka məxsus əməkhaqqı kartını ona vermişdir. Bildirmişdir ki, Bəxtiyar Hüseynov ondan qəbz almaq adı ilə boş kağıza imza almış, sonradan həmin sənədə guya 15.000 manat borc alınması barədə məlumat yazmışdır. O, yalnız sənədin bir vərəqinə imza etdiyini, yazıların isə ona məxsus olmadığını, digər vərəqin sonradan doldurulduğunu qeyd etmişdir. Şikayətçi göstərmişdir ki, dörd ay ərzində əməkhaqqı kartından hər ay 378 manat olmaqla ümumilikdə 1.512 manat, daha sonra isə əlavə 200 manat çıxarılmış, beləliklə 1.200 manat borca görə ümumilikdə 1.700 manat geri qaytarmışdır. Bundan sonra Bəxtiyar Hüseynov guya 15.000 manat borc aldığını iddia edərək onu hədələməyə başlamış, sonradan həyat yoldaşı X2 adından məhkəməyə pul tələbi ilə müraciət etmişdir. X6 tanımadığını, onunla heç vaxt müqavilə bağlamadığını və ondan heç bir pul almadığını bildirmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 15.000 manat borcun tutulmasını tələb etmiş, iddianın əsası kimi tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli yazılı borc müqaviləsini məhkəməyə təqdim etmişdir. Həmin müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 15.000 manat məbləğində pul almış və həmin məbləği bir il müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi məhz bu yazılı müqaviləyə, tərəflərin izahatlarına və iş üzrə təqdim olunmuş digər sübutlara əsaslanaraq tərəflər arasında borc münasibətlərinin yaranmasını müəyyən etmişdir. Mülki Məcəllənin 324, 329, 385 və 389-cu maddələrinin tələblərinə əsasən tərəflərin iradəsini əks etdirən yazılı müqavilə mülki hüquq və vəzifələrin yaranması üçün hüquqi əsas təşkil edir və cavabdehin həmin müqavilədən irəli gələn öhdəliyi icra etməli olduğu düzgün olaraq müəyyən edilmişdir.

2. Cavabdeh Kollegiyanın iclası zamanı bildirmişdir ki, o, cavabdeh iddiaçını tanımadığını, lakin onun həyat yoldaşı Bəxtiyar Hüseynovdan 2025-ci ilin iyun ayında 800 manat və bundan 2 ay sonra 500 manat borca pul götürdüyünü, Bəxtiyar Hüseynovun hər dəfə puldan 200 manat faiz götürdüyünü, bundan başqa kartından 200 manat və hər ay 378 manat olmaqla 4 ay əmək haqqını çıxarıb özünə götürdüyünü, əlavə olaraq 50 manat və 28 manat olmaqla onun kartına pul göndərdiyini, ona borcu qalmadığını, sonradan qeyd olunan müqaviləyə imza etdiyini, müqavilənin sonunda olan imza və yazıların ona məxsus olduğunu, lakin 15000 manat yazının ona məxsus olmadığını bildirmişdir. Belə olan halda, kollegiya xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir. Kollegiya cavabdeh Cavabdeh həmin şəxslərin ondan hədəqorxu ilə pul tələb etmələri faktının araşdırılmasından ötrü mühafizə orqanlarına - Masallı rayon prokurorluğuna qərardad göndərilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı xüsusi qərardad qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

3. Apellyasiya şikayətində cavabdeh əsas etibarilə İddiaçı tanımadığını, pulu ondan deyil, guya onun həyat yoldaşı Bəxtiyar Hüseynovdan aldığını, faktiki olaraq cəmi 1.200 manat borc götürdüyünü, əməkhaqqı kartını ona verdiyini, kartdan pul çıxarıldığını və sonradan boş kağıza atdığı imzadan istifadə edilməklə 15.000 manatlıq sənəd tərtib edildiyini göstərmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər yalnız cavabdehin mülahizələrindən ibarətdir və heç bir mötəbər sübutla təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsində cavabdeh özü də müqavilənin sonunda olan imza və yazıların ona məxsus olduğunu etiraf etmiş, yalnız "15.000 manat" qeydinin ona aid olmadığını bildirmişdir. Lakin həmin iddianı təsdiq edən hər hansı ekspert rəyi, yazılı sübut və ya digər obyektiv sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh üzərinə düşən sübutetmə yükünü yerinə yetirmədiyindən, məhkəmənin onun etirazlarını əsaslı hesab etməməsi qanunauyğun olmuşdur.

4. Şikayətdə həmçinin göstərilmişdir ki, məhkəmə xəttşünaslıq ekspertizası keçirməmiş, müqavilədəki yazıların kim tərəfindən yazıldığını, iddiaçının imzasının həqiqiliyini, bank kartı üzrə məlumatları, telefon danışıqlarını, kamera görüntülərini və digər halları araşdırmamışdır. Kollegiya bu dəlilləri də əsaslı hesab etmir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır, MPM-in 77.1-ci maddəsinə əsasən isə sübutetmə vəzifəsi tərəflərin üzərinə düşür. Cavabdeh öz iddialarını təsdiq edən hər hansı bank çıxarışı, videogörüntü və ya digər sübut təqdim etməmiş, müqavilənin saxtalaşdırıldığını təsdiq edən ekspertiza keçirilməsi üçün də hüquqi baxımdan əsas yaradan ilkin sübutlar ortaya qoymamışdır. Bu səbəbdən yalnız ehtimallara və fərziyyələrə əsaslanaraq ekspertiza təyin edilməsinin zəruriliyi barədə nəticəyə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutların həcmi və məzmunu çərçivəsində işə baxmaqla prosessual qanunvericiliyin tələblərini pozmamışdır.

5. Apellyasiya şikayətində İddiaçı məhkəmə iclasında iştirak etməməsinə, teleqramın guya həyat yoldaşı tərəfindən göndərilməsinə və iddiaçının şəxsən dindirilməməsinə də istinad edilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəməyə teleqram göndərərək xəstə olması səbəbindən iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. MPM-in 185.4-cü maddəsinə əsasən tərəf lazımi qaydada xəbərdar edildiyi halda onun iştirakı olmadan işə baxılması mümkündür. Buna görə də iddiaçının məhkəmə iclasında iştirak etməməsi qətnamənin qanunsuz hesab edilməsi üçün əsas yaratmır. Cavabdehin teleqramın həqiqiliyi ilə bağlı ehtimalları isə hər hansı obyektiv sübutla təsdiqlənməmişdir.

6. Kollegiya həmçinin nəzərə alır ki, cavabdehin Bəxtiyar Hüseynovun faizlə pul verməsi, əməkhaqqı kartını özündə saxlaması, onu hədələməsi, digər şəxslərə qarşı da oxşar iddialar irəli sürməsi, hüquq-mühafizə orqanlarına müraciət etməsi barədə göstərdiyi hallar hazırkı mübahisənin predmetinə aid deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlə Bəxtiyar Hüseynov arasında hər hansı digər borc münasibətinin və ya mübahisənin mövcud olması iddiaçı ilə cavabdeh arasında bağlanmış yazılı borc müqaviləsindən irəli gələn öhdəliyin mövcudluğunu aradan qaldırmır. Cavabdeh həmin hallarla bağlı müstəqil qaydada aidiyyəti üzrə məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malik olsa da, bu hallar hazırkı mülki mübahisənin həllinə təsir göstərmir.

7. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1 və 448.1-ci maddələrinə istinad etməklə düzgün nəticəyə gəlmişdir ki, cavabdeh yazılı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən borcun qaytarılmasına görə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda MPM-in 88-ci maddəsinə uyğun olaraq təqdim olunmuş sübutları məcmu halında qiymətləndirmiş, cavabdehin etirazlarını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmamasını əsaslandırmış və iddianı təmin etmişdir. Apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin bu hüquqi qiymətləndirməsini təkzib edən yeni sübut təqdim edilməmiş, yalnız əvvəllər irəli sürülmüş və məhkəmə tərəfindən qiymətləndirilmiş dəlillər təkrar olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar