Məhkəmə qərarları › İş №2(3-9)-716/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-716/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Şirvan şәhәri İş № 2(3-9)-716/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi vә mәruzәsi, hakimlәr Əliyev Qasım Vәli oğlu vә Heydәrov Tofiq Xudayar oğlundan ibarәt tәrkibdә, Isazadә Salman Raqif oğlunun katibliyi, İddiaçı vә onun nümayәndәsi nümayәndә2, Cavabdeh vә onun nümayәndәlәri (vәkil) Vәkil vә (qardaşı) nümayәndә1 Atәş oğlunun iştirakları ilә, Masallı Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qәtnamәsindәn Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk Cavabdeh borclu olduğu 20987 manat mәblәğdә pulun, 152.96 manat ödәdiyi dövlәt rüsumunun alınaraq verilmәsini xahiş etmişdir. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, fәrdi әmәklә mәşğuldur. Cavabdehi әvvәldәn tanıyırdı vә münasibәtlәri normal olmuşdur. 2025-ci ilin avqust ayında cavabdeh ona zәng vuraraq ondan 5000 manat borc pul istәyәrәk, bizneslә mәşğul olduğunu, qazanxxxxan ona da pul verәcәyini bildirmişdir. Ona 5000 manatının olmadığını, 2700 manat pulunun olduğu vә 1 aylıq borca verә bilәcәyini bildirmişdir. Onunla razılaşıb 2700 manat pulu götürmüşdür. Borcunu qaytarmamış, ##.##.2025-ci il tarixdә ondan yenidәn 20000 manat borca pul istәmiş, qazanxxxxan artıqlaması ilә qaytaracağına söz vermişdir. Hәmçinin 2025-ci ilin oktyabr ayının 25-nә kimi ona olan bütün borclarını qazancla birlikdә qaytaracağına söz vermişdir. Ona pulunun olmadığını, qazancın normal olacağı halda “xxxx” ASC-nin Masallı filialından kredit götürә bilәcәyini bildirmişdir. Onunla razılaşaraq bankdan 12300 manat kredit götürәrәk cavabdehә vermişdir. Banka aylıq ödәnişi 692.80 manat, fazilә birlikdә ümumi borcu isә 16627 manat tәşkil edir. Cavabdeh etiraz etmәdiyini 16627 manat vә 2700 manatı tam şәkildә qaytaracağına öhdәlik götürmüşdür. Hәmçinin aralarında olan borc münasibәtinin cavabdehin valideyinlәrinin vә qardaşının bilmәmәsini xahiş etmişdir. 2025ci ilin oktyabr ayının әvvәllәrindә cavabdeh ondan yenidәn pul istәdi, qızıllarını Masallı rayonunda yerlәşәn “Grand” Kredit tәşkilatında girov qoyaraq 1660 manat pul götürüb cavabdehә vermişdir. Cavabdehә ümumilikdә 2700+12300+1660=16660 manat borca pul vermişdir. Hәmçinin 12300 manat götürdüyü kreditin faizi olan 4327 manat pulu da cavabdeh öz üzәrinә götürmüşdür. Cavabdehin ümumilikdә borcu 20987 manat mәblәğ tәşkil edir. Dәfәlәrlә borcunu istәsә dә, heç bir nәticәsi olmamışdır. Borclu olması barәdә ailәsinә deyәcәyini ona bildirmişdir. Istifadә etdiyi avtomobili hәyәtinә gәtirib pulun әvәzindә girov qoymuşdur. Avtomobilin yanında qalaraq ona olan borcundan 15300 manatını tam şәkildә etiraf etmişdir. Ona görә 15300 manatını etiraf etdi ki, hәmin görüntülәri valideynlәrinә birdәn tәqdim edәr. Sәhәri gün gәlәrәk avtomobilinә müştәri çıxdığını, tәcili dәyәrindәn aşağı qiymәtә sataraq ona olan borcunu tam şәkildә ödәyәcәyinә söz vermişdir. Ancaq, avtomobili götürdükdәn sonra yenә onu aldadaraq pulunu qaytarmamışdır. “Wotsapp” yazışmalarında isә ona olan 21000 manat borcunu tәsdiqlәmişdir. Onun barәsindә Masallı rayon polis şöbәsinә şikayәt etmiş, qeyri-obyektiv araşdırma nәticәsindә cinayәt işinin başlanılması rәdd edilmişdir. Masallı Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәtnamәsi ilә (hakim Zeynal Zeynalov) iddianın qismәn tәmin edilmәsi, Cavabdeh 16660 manat vә 139.98 manat mәblәğindә dövlәt rüsumunun alınaraq İddiaçı verilmәsi, iddianın qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, mәhkәmә araşdırmasına әsasәn İddiaçı Cavabdeh müxtәlif vaxtlarda iş qurmaq niyyәti ilә pul vermişdir. Cavabdeh isә pul mәblәğlәrinin ayrı-ayrı vaxtda qәbul etmәsinә etiraz etmir vә aldığı pulun qaytarıldığını bildirir. Hazırda iddiaçı cavabdehә verdiyi 2700 manat, 12300 manat vә 1660 manat pulu, hәmçinin cavabdehә pul vermәsi üçün bankdan götürdüyü 12300 manat kreditin faizi olan 4327 manat tәlәb edir. Cavabdeh polis şöbәsindә izahatında iddiaçıdan ayrı-ayrı vaxtlarda 1000 manat, 4000 manat, 5000 manat, 3000 manat, 4000 manat vә 3000 manat, ümumillikdә 20000 manat pul almasını etiraf etmişdir. Lakin işin faktiki hallarına әsasәn cavabdehin iddiaçıya 16660 manat ödәnilmәli pul öhdәliyinin olması müәyyәn olunmuşdur vә mәhkәmә hәmin hissәdә iddianı әsaslı hesab edir. Iddiaçı tәrәfindәn yekun olaraq 16660 manat mәblәğdә pul vәsaitinin cavabdehә verilmәsi vә cavabdeh tәrәfindәn hәmin pul mәblәğinin alması müәyyәn vә sübut olunmuş, hazırkı vәziyyәtdә mübahisә verilmiş pulun mәblәği ilә bağlı olmuşdur. Belә ki, cavabdehin “xxxx” ani mesajlaşma tәtbiqi vasitәsi ilә göndәrilmiş mesajlarda 21000 manat vә Masallı rayon polis şöbәsindә 20000 manat pul alınmasını etiraf etmәsini, hәmçinin videogörüntüdә 15300 manat borcunun olmasını bildirmәsini, hәmin görüntünün tәzyiq altında etmәsini bildirmәsinә qiymәt verәrәk hesab edir ki, iddiaçının tәlәbi 16660 manat hissәdә әsaslı hesab edilir. Hazırkı vәziyyәtdә sübutetmә vәzifәsinin bölgüsü baxımından pulun tam şәkildә geri qaytarılmış olmasını sübut etmәk vәzifәsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçıdan aldığı pulun qaytarıldığını bildirsә dә, qaytarılması ilә bağlı mәhkәmәyә hәr hansı sübut tәqdim etmәmişdir. Iddiaçının cavabdehә pul vermәsi üçün bankdan götürdüyü kreditin faizinә görә 4327 manat tәlәb hissәsinә münasibәtdә mәhkәmә qeyd edir ki, bu barәdә aralarında hәr hansı razılaşma olmadığı üçün iddia hәmin hissәdә tәmin edilmәmәlidir. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin (MM) 1091.1 vә 1091.2-ci maddәlәrinә istinadla әsaslandırmışdır. Qәtnamәdәn Cavabdeh apellyasiya şikayәti verәrәk onun lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, videogörüntü vә sәs yazısı qanunsuz sübutdur vә sübutetmәdә istifadә edilә bilmәz. Çünki bu cür videogörüntü vә sәs yazısı birbaşa şәkildә konstitusion hüquqlarını pozur. Ikincisi, videogörüntü vә sәs yazısının kәnar şәxslәr tәrәfindәn görülmәsini vә eşidilmәsini istәmir. Ötәn mәhkәmә iclaslarında şahidi olmuşdur ki, üzәrindә “Press” yazısı olan geyimdә vә böyük ehtimal ki, iddiaçını tanıyan şәxslәr mәhkәmә iclasında iştirak etmişlәr. Hәmin şәxslәrin nә mәqsәdlә mәhkәmә iclaslarında iştirak etdiyini bilmir. Ola bilәr ki, hәmin şәxslәr mәtbuat vә media qurumlarının nümayәndәlәridir. Cavabdeh olduğu mәhkәmә işi üzrә iclasda kәnar şәxslәrin iştirakına etiraz edir. Iddiaçıdan ötәn müddәt әrzindә bir neçә dәfә kiçik mәblәğlәrdә borc alaraq, iddiaçının tәyin etdiyi faizlәrlә birlikdә hәmin mәblәğlәri tam şәkildә geri qaytarmışdır. Hәr dәfә borc aldığı zaman da iddiaçıdan xahiş etmişdir ki, ailә üzvlәrinә vә valideynlәrinә, qardaşına bu borclar barәdә heç nә demәsin. Çünki çalışmışdır ki, ailә üzvlәri vә valideynlәri, qardaşı şәxsi borcuna görә narahat qalmasınlar, ehtiyac olmadan stress vә hәyәcan keçirmәsinlәr. Iddiaçıya hal-hazırda heç bir borcu yoxdur. Iddiaçı onun lizinq müqavilәsinin predmeti olan idarә etdiyi maşının qarşısını kәsәrәk, hәmin maşını kәnddәki evinin hәyәtinә sürdürmüş, onu mәcbur etmәyә çalışmışdır ki, lizinqdә olan maşın onun hәyәtindә qalsın. Bunun sәbәbini soruşduqda isә iddiaçı ona borcu olduğunu bildirmişdir. Iddiaçı demişdir ki, әgәr maşını onun hәyәtindә saxlamasa, borc barәsindә valideynlәrinә vә qardaşına mәlumat verәcәkdir. Cavabında izah etmәyә çalışmışdır ki, indiyә kimi bütün borc mәblәğlәrini ödәmişdir. Maşın artıq onun deyil vә lizinq müqavilәsi әsasında bankındır. Iddiaçı maşını onun әlindәn ala bilmәz vә bu barәdә ailә üzvlәrinә dә heç nә demәk lazım deyil. Iddiaçı ona demişdir ki, ancaq bir şәrtlә maşını onun hәyәtindәn götürә bilәr: borcu olması ilә bağlı videoçәkiliş edәrәk orada bildirsin ki, iddiaçıya 15000 manat borcu vardır. Maşınına görә mәcbur qalaraq, sәrbәst iradә ifadәsi olmasa da, iddiaçının videosunda borcu olduğunu demişdir. Əsas mәqsәdi maşını geri almaq idi. Video isә tәzyiq altında, mәcburiyyәt qarşısında çәkilib. Iddiaçının mәhkәmәyә sübut kimi tәqdim etdiyi bank krediti borc cәdvәli, “xxxx” yazışması şәkli dә saxta sübutlardır, etibarlı vә әsaslı sübutlar deyil. Iddiaçı ilә “xxxx” üzәrindәn belә bir yazışma olmasını, belә cümlәlәr yazdığımı xatırlamır. Cavabdeh nümayәndәsi vәkil Vәkil mәhkәmә iclasında izahat verәrәk bildirdi ki, iddiaçının öz әrizәsindә istinad etdiyi vә mәhkәmәyә tәqdim etdiyi sübutlar, Cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında qәrar, kredit müqavilәsi vә “xxxx” yazışmalarından ibarәtdir. Iddiaçı iddia edir ki, 2025-ci ilin avqust ayının ortalarında, sentyabr ayının 22-dә vә oktyabr ayının 2-dә cavabdehә müvafiq olaraq 2700 manat, 12300 manat vә 1660 manat mәblәğdә pul vәsaiti vermişdir. Lakin cavabdeh tәrәf olaraq bildirir ki, qeyd olunan tarixlәrdә iddiaçı tәrәfindәn cavabdehә hәr hansı pul vәsaiti verilmәmişdir. Başqa sözlә, yalnız cavabdehin iddiaçıdan pul vәsaiti alıb-almaması deyil, mәhz iddiaçının qeyd etdiyi tarixlәrdә hәmin mәblәğlәri cavabdehә faktiki olaraq verib-vermәmәsi dә mübahisәlidir. Iddiaçı 2700 manat mәblәğdә pul vәsaitinin 2025-ci ilin avqust ayının ortalarında cavabdehә verildiyini bildirmişdir. Halbuki, borc münasibәtlәrindә yalnız borc barәdә razılaşmanın mövcudluğu deyil, pul vәsaitinin faktiki olaraq verilmәsi dә sübuta yetirilmәlidir. Hazırkı iş üzrә isә 2700 manat mәblәğdә pul vәsaitinin cavabdehә faktiki verilmәsini tәsdiq edәn hәr hansı mötәbәr sübut mövcud deyildir. Eyni zamanda, cinayәt işinin materiallarında da mәhz 2700 manat mәblәğdә pul vәsaitinin cavabdeh tәrәfindәn iddiaçıdan alınmasını tәsdiq edәn sübut yoxdur. Iddiaçı daha sonra bildirmişdir ki, 2700 manat mәblәğdә borc qaytarılmadığı halda, 2025-ci il sentyabr ayının 20-dә cavabdeh ondan iş görmәk mәqsәdilә bir günlük 20000 manat pul istәmişdir. Iddiaçının izahatına görә, o, bankdan faizlә kredit götürәrәk 12300 manat mәblәğdә pul vәsaitini iki gün sonra, yәni sentyabr ayının 22-dә cavabdehә vermişdir. Lakin iddiaçının mәhkәmәyә tәqdim etdiyi kredit müqavilәsindәn görünür ki, hәmin kredit 2025-ci il avqust ayının 22-dә götürülmüşdür. Belәliklә, iddiaçının mәhkәmәyә verdiyi izahatla tәqdim etdiyi yazılı sübut arasında açıq ziddiyyәt mövcuddur. Iddiaçı daha sonra bildirmişdir ki, 2025-ci il oktyabr ayının 2-dә әvvәlki mәblәğlәr qaytarılmadığı halda, cavabdeh ondan әlavә 5000 manat pul istәmiş, iddiaçı isә qızıl-zinәt әşyalarını lombarda qoymaqla әldә etdiyi 1660 manat mәblәğdә vәsaiti cavabdehә vermişdir. Lakin hәmin pul vәsaitinin dә mәhz göstәrilәn tarixdә vә mәhz cavabdehә verilmәsini tәsdiq edәn mötәbәr sübut iş materiallarında mövcud deyildir. Bundan әlavә, iddia әrizәsindә göstәrilәn hallar ilә Cinayәt işinin rәdd edilmәsi haqqında qәrarda әks olunan iddiaçının izahatları arasında da mühüm ziddiyyәtlәr mövcuddur. Belә ki, qәrarda qeyd olunur ki, iddiaçı 1660 manat mәblәğdә pul verdiyi zaman cavabdehin 15300 manat borcu ilә bağlı etirafını da videoya çәkmişdir. Əgәr iddiaçı cavabdehin 15300 manat borcu barәdә etirafını videoya çәkmәk imkanına malik olmuşdursa, pul vәsaitinin faktiki verilmәsi anını da videoçәkilişә almaq mümkün idi. Lakin pulun verilmәsi ilә bağlı hәr hansı video vә ya digәr obyektiv sübutun tәqdim edilmәmәsi hәmin pul vәsaitlәrinin faktiki olaraq cavabdehә verilmәsi barәdә iddianın әsaslılığına şübhә yaradır. Eyni zamanda, mәhkәmәyә tәqdim edilmiş videoçәkilişin mötәbәrliyi dә şübhә doğurur. Belә ki, videonun konkret olaraq nә vaxt çәkilmәsi, onun çәkilişindәn sonra hәr hansı müdaxilәyә mәruz qalıb-qalmaması vә videonun tam vә dәyişdirilmәmiş formada tәqdim edilib-edilmәmәsi müәyyәn olunmamışdır. Bu halların müәyyәn edilmәsi üçün videonun ekspertizadan keçirilmәsi zәruri olduğu halda, birinci instansiya mәhkәmәsindә videonun ekspertizaya göndәrilmәsi ilә bağlı verdiyimiz vәsatәtlәr tәmin edilmәmişdir. Bundan başqa, cavabdehin mövqeyinә görә iddiaçının tәlәb etdiyi 15300 manat mәblәği faktiki olaraq 8000 manat әsas borcun faizlәrlә birlikdә hesablanması nәticәsindә formalaşmış mәblәğdir. Başqa sözlә, iddiaçının qeyd etdiyi 2700 manat, 12300 manat vә 1660 manat mәblәğlәrdә pul vәsaitlәrinin ayrı-ayrı tarixlәrdә borc kimi verilmәsi barәdә irәli sürdüyü versiya әslindә faizlә pul vermәsi faktını pәrdәlәmәyә yönәlmiş әsassız izahatlardan ibarәtdir. Cavabdehin iddiaçı qarşısında 8000 manat mәblәğdә borcu olmuşdur. Bu borcun tәminatı mәqsәdilә iddiaçı cavabdehin avtomobilini öz hәyәtindә saxlamışdır. Hәmin videoçәkiliş zamanı iddiaçı cavabdeh 15300 manat mәblәğdә borcu olduğunu etiraf etdiyi halda avtomobili buraxacağını bildirmiş, lakin sonradan avtomobili buraxmamışdır. Yalnız cavabdeh tәrәfindәn 2300 manat mәblәğindә ödәniş edildikdәn sonra avtomobil iddiaçının hәyәtindәn götürülmüşdür. Videoçәkilişin isә 2025-ci ilin payız aylarında aparıldığı bildirilir. Lakin onun konkret tarixi, çәkiliş şәraiti vә әldә edilmә üsulu müәyyәn edilmәmişdir. Mәhkәmә sübutetmә yükünün bölüşdürülmәsi mәsәlәsindә düzgün mövqe tutmamışdır. Belә ki, mәhkәmә sübut etmәk yükünü cavabdehin üzәrinә qoymuşdur. Halbuki, iddiaçı öz tәlәbini әsaslandıran halları, o cümlәdәn mübahisәli mәblәğlәrin konkret tarixlәrdә cavabdehә faktiki olaraq verilmәsini sübut etmәli idi. Mәhkәmәnin qәtnamәsindәn görünür ki, iddiaçının pul vәsaitlәrinin cavabdehә faktiki verilmәsini tәsdiq edәn mötәbәr sübutlara istinad edilmәmiş, buna baxmayaraq iddianın әsaslı olduğu qәnaәtinә gәlinmişdir. Hesab edir ki, bu hal sübutetmә qaydalarının düzgün tәtbiq edilmәmәsi ilә nәticәlәnmiş prosessual pozuntudur vә qәbul edilmiş qәtnamәnin qanuniliyinә vә әsaslılığına tәsir etmişdir. Digәr tәrәfdәn, 2025-ci il oktyabr ayının 15-dә Masallı Rayon Prokurorluğuna şikayәt edilmiş, hәmin şikayәt üzrә işin araşdırılması üçün 2025-ci il oktyabr ayının 22-dә rayon polis idarәsinә göndәriş verilmişdir. Müvafiq şikayәt verildikdәn sonra, 2025-ci il oktyabr ayının 17-dә qarşı tәrәf tәrәfindәn dә şikayәt verilmişdir. Qeyd olunanlara әsasәn apellyasiya şikayәtinin tәmin edilmәsini vә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsini xahiş etdi. Cavabdeh nümayәndәsi nümayәndә1 Atәş oğlu mәhkәmә iclasında izahat verәrәk bildirdi ki, qardaşı Cavabdeh iddiaçıdan aldığı pul vәsaitlәrinin әvәzi olaraq atasına mәxsus avtomobil vә qızıl-zinәt әşyaları verilmişdir. Lakin hәmin avtomobil vә qızıl-zinәt әşyalarının verilmәsi ilә bağlı hәr hansı yazılı sәnәd vә ya digәr sübut mövcud deyildir. Vәkil tәrәfindәn verilmiş izahat vә irәli sürülmüş mövqe ilә razıdır. İddiaçı mәhkәmә iclasında izahat verәrәk bildirdi ki, pul vәsaitlәrini faizlә vermәmişdir. Taksi fәaliyyәti ilә mәşğuldur. Cavabdeh 2700 manat, 12300 manat vә 1660 manat olmaqla, ümumilikdә 16.660 manat mәblәğlәrdә pul vәsaiti vermişdir. 2700 manat mәblәğdә pul vәsaitini evdә olan şәxsi vәsaitindәn götürәrәk, 12300 manat mәblәğdә vәsaitini bankdan kredit götürmәklә, 1660 manat mәblәğdә vәsaiti isә qızıl-zinәt әşyalarını lombarda qoymaqla әldә edib vermişdir. Hәmin pul vәsaitlәrindәn cavabdeh tәrәfindәn hәr hansı ödәniş edilmәmişdir. Hazırda da bankdan götürdüyü kredit üzrә 13 aydır ödәnişlәr hәyata keçirir. Mәhkәmәyә tәqdim etdiyi videoçәkilişi özü çәkmişdir. Videogörüntüdә 16660 manat mәblәğdә pul verdiyini cavabdeh tәrәfindәn tam şәkildә bildirilmәmәsinin sәbәbi valideynlәrinin bu mәblәği eşidәrәk daha böyük hesab etmәmәlәri ilә bağlı olmuşdur. Videoçәkiliş zamanı cavabdehә qarşı hәr hansı mәcburetmә, tәzyiq vә ya hәdә-qorxu tәtbiq edilmәmiş vә könüllü olaraq çәkilmişdir. Sübut kimi tәqdim edilmiş “xxxx” yazışmaları onunla Cavabdeh arasında aparılmış yazışmalardır. Əmrah mәhkәmәyә gәlsә, üzlәşәrәk bunu sübut edә bilәr. Hәmin yazışmalar 2025-ci ildә baş vermişdir, lakin dәqiq tarixlәrini hazırda xatırlamır. 21000 manat mәblәğ cәmi 4327 manat tәşkil edәn bank faizlәri dә nәzәrә alınmaqla hesablanmış mәblәğdir. Birinci instansiya mәhkәmәsinin qәtnamәsinin dәyişdirilmәdәn saxlanılmasını xahiş edir. İddiaçı nümayәndәsi nümayәndә2 mәhkәmә iclasında izahat verәrәk bildirdi ki, videoçәkiliş aparıldıqdan 12 gün sonra borc tәlәbi ilә bağlı mәhkәmәyә müraciәt etmişlәr. Apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş edir. Masallı rayon polis şöbәsinin ## ####### 2025-ci il tarixli Cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında qәrarına görә Cavabdeh izahatında göstәrmişdir ki, Masallı rayonu Şıxlar kәndindә qeydiyyatda olmaqla yaşayr. Masallı rayonu Isi kәnd sakini İddiaçı әvvәllәr tanımış onun İddiaçı ilә aralarında әdavәti vә düşmәnçiliyi olmamışdır. 2023-cü il tarixdә ayını xatırlamadığı vaxtda Bakı şәhәrinә getmәk üçün taksi kimi fәaliyyәt göstәrәn İddiaçı ilә telefon әlaqәsi saxlayaraq Bakı şәhәrinә getmәk istәdiyini Amilә bildirmişdir. Hәmin vaxt o, kartdan pul çıxarmaq istәmәsini İddiaçı bildirmişdir. O, İddiaçı avtomobilindәn düşәrәk, bankomatdan pul çıxarmaq istәdikdә özünә mәxsus olan bank kartında pulun olmadığını aşkar etmişdir. İddiaçı onun kartına pulun hәlә köçmәdiyini bildirmişdir. Amil ona 1000 manat pul tәklif edәrәk, 1000 manata 300 manat әlavә faizini verәcәyini ona bildirmişdir. Amil ilә aralarında razılaşaraq faizә 1000 manat pul götürmüşdür. 15 gün sonra o, faizә götürdüyü 1000 manat pulu vә 300 manat faizi ümumilikdә 1300 manat pulu X1 rayonu әrazisindә vermişdir. 3 gün sonra İddiaçı 4000 manat pulu faizә götürәrәk, 10 gündәn sonra әlavә olaraq 400 manat üzәrindә faiz pulu ilә birlikdә 4400 manat qaytarcağına söz verәrәk, pulu İddiaçı almışdır. Tәxminәn 10 gün sonra o, Amilin ona faizә verdiyi 4400 manat pulu X1 rayonu Qәriblәr kәndi әrazisindә qaytarmışdır. 2024-cü il tarixdә aylarını xatırlamadığı vaxtda İddiaçı ona 5000 manat pul lazım olmasını ona bildirir. Hәmin vaxt İddiaçı ona 15 günlük verdiyi 5000 manat pulun üzәrindә әlavә olaraq faiz pulu 1000 manat pul verәcәyini ona bildirmişdir. Hәmin vaxt o, İddiaçı ilә aralarında razılşmış vә İddiaçı pulu qәbul etmişdir. 15 gün sonra İddiaçı faizә götürdüyü 5000 pulun faizini yәni 1000 manatını İddiaçı qaytarmışdır. Tәxminәn 4 gün sonra o, İddiaçı әlavә olaraq 3000 manat pulu alaraq 600 manat 15 günlük 3600 manat qaytarmaq şәrti ilә İddiaçı pul almış vә İddiaçı 8000 manat pul borcu olmuşdur. Ümumi 8000 manat pulun faizi hәr 15 gündәn bir 1600 manat İddiaçı vermiş, әsas borc 8000 manat yerindә qalmaq şәrtilә. 2024-cü il tarixdә qış aylarında yağışlı havada o, Masallı rayonu Ərkivan qәsәbәsi әrazisindә İddiaçı 3600 manat pulu vermişdir. Onun İddiaçı 5000 borcu qalmışdır. 2025-ci il tarixdә mart ayında әlavә olaraq İddiaçı 4000 manat pulu 1 günlük faizә götürәrәk, 2 gün sonra 1200 manat pul faiz borcunu verәrәk, 4000 üstә gәl 5000 ümumilikdә İddiaçı 9000 ümumilkdә borcu qalmışdır. Hәr 15 gündәn bir 5000 manat pulun faizi olaraq 1000 manat faiz pulunu İddiaçı vermişdir. 4000 manat pulun faizi 800 manat olduğundan 700 manata İddiaçı ilә razılaşaraq 700 manatdan hәr ay İddiaçı ödәniş etmişdir. O, verdiyi pulların hәr hansı bir kağız vә yaxud sәnәd üzәrindә qeydiyyatını aparmamışdır. Onun halhazırda İddiaçı әsas borcu ümumilkdә 9000 manat olduğundan 4000 manat pulu 2025-ci il tarixdә qış aylarında verәrәk, 5000 manat borcu qalmışdır. Sonra yenidәn әlavә olaraq tәxminәn 5 gün sonra әlavә olaraq 3000 manat pul götürәrәk hәr ay 600 manat ödәniş etmişdir. Hal-hazırda onun İddiaçı 8000 manat pul borcu әsas borc qalmışdır. İddiaçı ona faizә verdiyi pulları qaytara bilmәdiyi üçün İddiaçı dostuna mәxsus olan lizinq avtomobili BMW markalı **-VB-*** dövlәt qeydiyyat nömrә nişanlı avtomobili o, idarә etdiyi vaxt İddiaçı pulu verә bilmәdiyi üçün onun idarә etdiyi avtomobilini Masallı rayonu Qәriblәr kәndi әrazisindә Oba marketin qarşısında idarә etdiyi avtomobilә әylәşәrәk, faiz pulu verә bilmәdiyi üçün avtomobilә әylәşәrәk avtomobilini yaşadığı evinin hәyәtinә sürdürüb avtomobilini girov götürәrәk pulu 2 günә qaytardıqdan sonra verәcәyini ona bildirmişdir. Hәmin vaxt İddiaçı telefon vasitәsi ilә onun çıxışlarını telefona çәkәrәk, onun özünü tәqdim edәrәk, faizlә birlikdә 15300 manat pul borcunun olmasını onu öyrәdәrәk, ondan mәcbur olaraq video çәklişdә çıxış etmişdir. Hәmin vaxt o, avtomobili İddiaçı yaşadığı evin hәyәtindә saxlayaraq gedib 2300 manat pul gәtirib İddiaçı verәrәk, hәmin vaxt onun idarә etdiyi avtomobili İddiaçı mәxsus olan yaşadığı evin hәyәtindәn götürüb getmişdir. Hal hazırda onun İddiaçı heç bir mәblәğdә borcu qalmayıbdır. Onu videoya çәkәrәk, mәcbur çıxış etdirmişdir. Onun hal hazırda İddiaçı borcu qalmamışdır. “xxxx” diskdә olan “xxxx” ani mesajlaşma tәtbiqi vasitәsi ilә göndәrilmiş mesajlardan görünür ki, Cavabdeh iddiaçıdan dәfәlәrlә ona borc vermәsini xahiş etmişdir. Hәmçinin iddiaçının sualına: “Sәn demisәn Amilә borcum var 21000 manat?” Cavabdeh cavab vermişdir. “xxxx” diskdә olan videogörüntüdәn görünür ki, Cavabdeh İddiaçı 15300 manat borcunun olmasını bildirir. MPM-in 14.2-ci maddәsinә әsasәn mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir. MPM-in 217.2-ci maddәsinә әsasәn qәtnamә mübahisәli hüquq münasibәtinin yarandığı zaman qüvvәdә olan maddi hüquq normalarına vә işin baxılması zamanı qüvvәdә olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı vә 372.7-ci maddәlәrinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır; apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır; apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә tәrkibi birinci instansiya mәhkәmәsinin qәtnamәsini apellyasiya şikayәtinin dәlillәri üzrә mübahisәlәndirilәn hissәdә yoxlanılmasını düzgün hesab edir. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin (MM) 385.1-ci maddәsinә әsasәn öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır. MM-in 425.1-ci maddәsinә görә öz hüquqlarını hәyata keçirәrkәn vә vәzifәlәrini icra edәrkәn tәrәflәrdәn hәr biri vixxxxanlılığın tәlәb etdiyi tәrzdә, yәni şәrtlәşdirilmiş vaxtda vә yerdә lazımi şәkildә, öhdәliyin şәrtlәrinә vә bu Mәcәllәnin tәlәblәrinә müvafiq surәtdә, belә şәrtlәr vә tәlәblәr olmadıqda isә işgüzar adәtlәrә vә ya adәtәn irәli sürülәn digәr tәlәblәrә müvafiq surәtdә hәrәkәt etmәlidir. MM-in 442-ci maddәsinә әsasәn öhdәliyin icra edilmәmәsi dedikdә, onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür. MM-in hazırda qüvvәdә olan 739.1-ci maddәsinә әsasәn borc müqavilәsinә görә bir tәrәf (borcverәn) pul vәsaitinә vә ya digәr әvәz edilәn әşyalara mülkiyyәt hüququnu digәr tәrәfә (borcalana) vermәyi öhdәsinә götürür, borcalan isә aldıqlarını müvafiq olaraq eyni mәblәğdә pul vәsaiti vә ya eyni keyfiyyәtdә vә miqdarda olan eyni növlü әşyalar şәklindә borcverәnә qaytarmağı öhdәsinә götürür. MM-in 739.2-ci maddәsinә әsasәn borc müqavilәsi predmetinin mәblәği üç min manatdan çoxdursa vә ya mәblәğindәn asılı olmayaraq, müqavilәnin iştirakçılarından biri hüquqi şәxsdirsә, borc müqavilәsi yazılı formada bağlanılmalıdır. MM-in 740.1-ci maddәsinә әsasәn qanunda vә ya müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, borcverәn borcalandan müqavilәdә nәzәrdә tutulmuş qaydada vә mәblәğdә faiz almaq hüququna malikdir. Mәhkәmә tәrkibi qeyd edir ki, işin mübahisәsiz hallarına görә İddiaçı tәrәfindәn Cavabdeh müxtәlif vaxtlarda pul vәsaitlәrinin verilmәsini sonuncu inkar etmir. Cavabdeh Masallı rayon polis şöbәsindә araşdırma zamanı izahatında İddiaçı 20000 manat pul alınmasını etiraf etmiş, işdә olan videogörüntüdә isә Amilә 15300 manat borcunun olmasını bildirmişdir. Cavabdehin iddiaçıya 16660 manat mәblәğdә borcunun olmasına dair isә işdә iddiaçının izahatından başqa hәr hansı sübut aşkar edilmir. Göründüyü kimi, cavabdeh iddiaçı ilә olan münasibәtlәri çәrçivәsindә sonuncuya 15300 manat mәblәğdә borcunun olmasını etiraf etmiş vә bu fakt videogörüntü ilә tәsdiq edilmişdir. Qeyd edilәn videogörüntünün hәdә-qorxu, mәcburiyyәt vә digәr tәsir altında әldә edilmәsi yalnız mülahizәlәrdә göstәrilmişdir. Hazırkı halda cavabdeh borcun iddiaçıya iddia etdiyi mәblәğdә geri qaytarılmasını sübut etmәk vәzifәsi daşıyır. Ancaq buna dair mәhkәmәyә hәr hansı mötәbәr vә әsaslı sübut tәqdim etmәmişdir. Bundan әlavә, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn birinci instansiyası mәhkәmәsinin maddi hüquq normalarını düzgün tәtbiq edib-etmәmәsi yoxlanılarkәn hüquqi mәsәlәlәrin düzgün qiymәtlәndirilmәsi üçün işin faktiki hallarının nәzәrә alınması vә onlara istinad olunması çox vacibdir. Qeyd edilәnlәrә әsasәn tәrkib hesab edir ki, birinci instansiya mәhkәmәsi mübahisә predmeti ilә bağlı tәrәflәr arasındakı qarşılıqlı münasibәtlәri üzrә hüquqi nәticәyә gәlәrkәn tәtbiq edilmәli olan maddi hüquq normalarını düzgün tәtbiq etmәmişdir. Ilk öncә, mәhkәmә tәrkibi bildirir ki, hәr hansı iddia tәlәbi üzrә hüquqi dәyәrlәndirmә prosesi ilk addım kimi iddiaçının tәlәbinә uyğun gәlәn qanuni әsasın tapılmasından vә mәhkәmәyә bildirdiyi faktiki halların hәmin әsasın dispozisiya şәrtlәrinә uyğun olmasının yoxlanılmasından ibarәtdir. Tәlәbin qanuni әsası dedikdә, qanunun elә müddәası başa düşülür ki, o, bir tәrәfә qarşı tәrәfdәn nәyisә etmәyi vә ya nәyisә etmәmәyi tәlәb etmәyә imkan verir. Əgәr irәli sürülmüş iddia tәlәb(lәr)inin qanuni әsası tapılırsa vә faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şәrtlәri ilә uzlaşırsa (habelә cavabdehin etiraz vә müdafiә vasitәlәrinә görә aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa әsassız hesab edilir. Mәhkәmәnin vәzifәsi ilk növbәdә qanunun mәtni ilә işdәn, yәni ayrı-ayrı tәlәblәrin qanuni әsaslarının tapılmasından, onların dispozisiya şәrtlәrinin müәyyәnlәşdirilmәsindәn vә lazım olduğu halda onların hüquqi mәnasını tәfsirin kömәkliyi ilә aydınlaşdırmaqdan ibarәtdir. Sonrakı mәrhәlәdә mәhkәmә qanunda yetәrincә mücәrrәd vә ümumi formulә edilmiş dispozisiya şәrtlәrini konkret hala tәtbiq etmәlidir. Bununla bәrabәr, mәhkәmә tәrkibi hüquqi müәyyәnlik prinsipinә dә toxunmağı zәruri hesab edir. Bu prinsip hüququn aliliyinin әsas xüsusiyyәtlәrindәn biri kimi çıxış edir. Hәr bir qanunun vә ya onun hәr hansı bir müddәasının hüquqi müәyyәnlik prinsipinә cavab vermәsi olduqca vacibdir. Bunun tәmin edilmәsi üçün hüquq normaları birmәnalı vә aydın olmalıdır. Bu isә öz növbәsindә hәr kәsә onun hüquq vә azadlıqlarını müdafiә edәcәyinә, hüquq tәtbiq edәnin hәrәkәtlәrinin isә qabaqcadan bilmәsinә imkan vermәlidir. Bu prinsip azadlıq vә toxunulmazlıq hüququnun mәhdudlaşdırılması şәrtlәrinin milli qanunvericilikdә aydın vә dәqiq tәsbitini, hüquq tәtbiq etmә praktikasının qanunun eyni cür vә dürüst tәfsirinә әsaslanmasını, müxtәlif mәhkәmә qәrarlarında hüququn tәtbiqi mәsәlәlәrindә ardıcıllığın gözlәnilmәsini, yәni qanunun tәtbiqi tәcrübәsinin şәxslәr üçün gözlәnilәn olmasını nәzәrdә tutur. Bu sәbәbdәn dә, işә baxan mәhkәmәlәr hüquqi müәyyәnlik prinsipinin yüksәk sәviyyәdә gözlәnilmәsi vә mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsi baxımından hüququn tәtbiqindә tәrәflәrin mövqeyindәn vә hüquqi әsaslandırmasından asılı deyildir. Belәliklә, mәhkәmә tәrkibi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilib-edilmәmәsi mәsәlәsi apellyasiya qaydasında yoxlanılarkәn iddia tәlәbinin hәlli ilә bağlı mәsәlәyә düzgün hüquqi qiymәtin verilmәdiyi, mәhkәmә tәrәfindәn mübahisәli hüquq münasibәtini tәnzimlәyәn maddi hüquq normalarının düzgün tәtbiq olunmaması müәyyәn edilmişdir. Mәhkәmә tәrkibi bütün iş materiallarını araşdıraraq vә sübutlara hәrtәrәfli qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәflәr arasında cәrәyan edәn mövcud münasibәtlәrә yanlış olaraq әsassız varlanmaya dair maddi hüquq normalarını tәtbiq etmişdir. Belә ki, “Azәrbaycan Respublikası Konstitusiyasının 13-cü maddәsinin İ hissәsinin vә 29-cu maddәsinin İ vә II hissәlәrinin tәlәblәri baxımından Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 329.1, 337.1 vә 739.2-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2026-cı il tarixli qәrarında göstәrilmişdir ki, bu Qәrarının tәsviri-әsaslandırıcı hissәsindә ifadә olunmuş hüquqi mövqelәrә әsasәn mәsәlә qanunvericilik qaydasında hәll edilәnәdәk fiziki şәxslәr (tәrәflәr) arasında Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 739.2-ci maddәsi üzrә borc müqavilәsi vә onun şәrtlәrinin tәrәflәrin hәr hansı yazılı sübutlara istinad etmәklә tәsdiqlәnmәsi imkanı istisna edilmәmәlidir. Mәhkәmә tәrkibi hesab edir ki, “xxxx” ani mesajlaşma tәtbiqi vasitәsi ilә göndәrilmiş mesajlar, Masallı rayon polis şöbәsindә izahatlar, hәmçinin 15300 manat borcun etiraf olunduğu videogörüntü vә işdә olan digәr sübutlar qanunla müәyyәn edilmiş qaydada vә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun yuxarıda adıçәkilәn ## #### 2026-cı il tarixli qәrarındakı mövqeyә uyğun şәkildә hüquqi dәyәrlәndirilmәlidir. Qanunun tәlәbinә görә iddianın әsaslılığı tәqdim edilmiş mötәbәr vә güvәnli sübutların mәcmusu әsasında qiymәtlәndirilir. Mәhkәmә tәrkibi qeyd edir ki, Cavabdeh apellyasiya şikayәtinin dәlillәrindәn biri videogörüntünün qanunsuz hesab edilәrәk sübutetmә zamanı ondan istifadә edilmәmәsidir. Mәhkәmә tәrkibi bununla bağlı qeyd edir ki, “Əsәdovanın şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ##### 2021-ci il tarixli qәrarında göstәrilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fәrqlәndirilir. Bunlardan biri sübutların qanuna zidd әmәllәr nәticәsindә әldә olunması, digәri isә әldә olunan sübutların qanuna zidd şәkildә istifadә olunması halıdır. Mülki Prosessual Mәcәllәnin 76.3-cü maddәsindә qanunu pozmaqla әldә edilmiş sübutlardan istifadә olunmasına yol verilmәdiyi müәyyәn olunmuşdur. Qanunu pozmaqla әldә edilmiş sübut anlayışı mülki hüquq subyektlәrinin şәxsi toxunulmazlıq hüququnun pozulması nәticәsindә әldә edilmiş sübut mәnasını daşıyır. Insanın sәs, görüntü vә s. kimi şәxsiyyәti ilә bağlı olan dәyәrlәrinin onun iradәsi xaricindә istifadә olunmasının yolverilmәzliyi prinsipi insan şәxsiyyәtinin toxunulmazlığını vә ona olan hörmәti tәmin etmәk mәqsәdi daşıyır. Şәxs tәrәfindәn әqdin qarşı tәrәfinin bildirdiyi iradә ifadәlәrini әks etdirәn danışıqların hәmin münasibәt barәsindә yaranan hüquqi mübahisәnin hәllindә istifadә olunması öz-özlüyündә şәxsi toxunulmazlıq hüququna qәsd kimi qiymәtlәndirilә bilmәz. Belә ki, hәmin danışıq vә yazışmalar әqdin tәrәflәri üçün sirr deyildir vә mahiyyәt etibarı ilә aralarındakı hüquqi münasibәtlә bağlı bir-birlәrinә yazılı mәtn halında çatdırdıqları iradә ifadәlәrindәn vә bildirişlәrindәn fәrqlәnmir. Bu baxımdan başqa şәxslә deyil, birbaşa әlaqәdar tәrәflәr arasında olan danışıqların mülki mübahisәnin hәlli zamanı istifadә edilmәsi Mülki Prosessual Mәcәllәnin 76.3-cü maddәsi ilә nәzәrdә tutulan hallara aid edilә bilmәz. Göründüyü kimi, adıçәkilәn videogörüntüdәn hazırkı mülki iş üzrә sübut kimi istifadә edilmәsinә heç bir maneә yoxdur. Hәmçinin videogörüntünün hәqiqiliyi üzrә müvafiq ekspertizanın keçirilmәsinin zәrurliyi dә işdәn müәyyәn olunmur. Bundan başqa, mәhkәmә iclaslarında kәnar şәxslәrin iştirak etmәsinin yolverilmәzliyi barәdә cavabdehin dәlili üzrә diqqәtә çatdırılmalıdır ki, Azәrbaycan Respublikasının Konstitusiyasının 127-ci maddәsinә әsasәn bütün mәhkәmәlәrdә işlәrin icraatı açıq aparılır. Işә qapalı iclasda baxılmasına yalnız o halda icazә verilir ki, mәhkәmә açıq icraatın dövlәt, peşә vә kommersiya sirrinin açılmasına sәbәb olacağını güman edir, ya da vәtәndaşların şәxsi vә ya ailә hәyatının mәxfiliyini qorumaq zәrurәtinin mövcudluğunu müәyyәn edir. Eyni zamanda Mülki Prosessual Mәcәllәnin 10-cu maddәsinin tәlәbinә görә mәhkәmәlәrdә işlәrә aşkarlıq prinsipi әsasında baxılır. Dövlәt, peşә, kommersiya sirrinin açılması, şәxsi vә ailә hәyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şәxslәrin marağının gözlәnilmәsi sәbәblәri istisna olmaqla, bütün mәhkәmәlәrdә işlәrә aşkar baxılır. Öz vәzifәlәrinin icrası zamanı hakimlәr dövlәt sirri ilә işlәmәyә qanunvericiliklә nәzәrdә tutulmuş yoxlama tәdbirlәri keçirilmәdәn buraxılırlar. Işlәrә aşkar baxılması demokratik cәmiyyәtdә әxlaq, ictimai qayda, dövlәt tәhlükәsizliyi baxımından, hәmçinin digәr xüsusi hallarla әlaqәdar әdalәt mühakimәsinin maraqlarına toxunarsa, mәhkәmә baxışı vә ya onun bir hissәsi qapalı keçirilә bilәr. Mәhkәmә baxışında iştirak edәn şәxs övladlığa götürmә, vәrәsәlik, kommersiya, ixtira vә ya vergi sirrinin, elәcә dә qanunla qorunan digәr sirlәrlә yanaşı, hәmçinin şәxsi vә ailә hәyatının intim mәsәlәlәrinin qorunması mәqsәdi ilә mәhkәmә baxışını qapalı keçirmәyi tәlәb edә bilәr. Belәliklә dә, hazırkı mülki iş üzrә mәhkәmә baxışının vә ya onun bir hissәsinin qapalı keçirilmәsi üçün prosessual әsaslar mövcud olmamışdır. MPM-in 385.1.1-ci maddәsinә әsasәn maddi hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi mәhkәmә aktının apellyasiya qaydasında lәğvi üçün әsasdır. Tәrkib hesab edir ki, birinci instansiyası mәhkәmәsi tәrәflәr arasında mövcud faktiki münasibәtlәrә düzgün hüquqi qiymәt vermәdiyi üçün qәtnamә maddi hüquq normalarının tәtbiqi hissәsindә qanuni vә әsaslı sayıla bilmәz. MPM-in 384.0.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr. Bununla yanaşı, MPM-in 107 vә 119.1-ci maddәlәrinә әsasәn mәhkәmә xәrclәri dövlәt rüsumundan vә işә baxılması ilә әlaqәdar olan mәsrәflәrdәn ibarәtdir. Mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә münasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir. Mәhkәmә tәrkibi hesab edir ki, apellyasiya şikayәtinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu cavabdehin özünә aid edilmәlidir. Mәhkәmә tәrkibi şәrh olunanlara әsasәn vә MPM-in 382, 384.0.1, 385.2, 392, 402- ci maddәlәrini rәhbәr tutub QƏT ETDİ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Masallı Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qәtnamәsi lәğv edilsin vә iş üzrә yeni qәtnamә qәbul edilsin. Iddia qismәn tәmin edilsin. Cavabdeh 15300 (on beş min üç yüz) manat mәblәğdә pul vәsaiti alınaraq İddiaçı ödәnilsin. Qәtnamә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Qәtnamәdәn hәmin müddәt әrzindә şikayәt verilmәzsә, qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar