Məhkəmə qərarları › İş №2(3-9)-74/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-74/2026

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-74/2026 24.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Mahir Abdulla oğlu Əsədli və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, İddiaçı iştirakı ilə, Beyləqan Rayon Мəhkəməsinin 04 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat bank faizi pulunun, ən azı 5 dəfə onun yanına gedib gəlməklə çəkdiyi ən azı 100 manat yol xərcinin, Şəki Rayon Məhkəməsinə gedib- gəlməyə çəkdiyi ən azı 100 manat yol xərcinin, kassasiya şikayətini yazdırmaq üçün vəkilə etdiyi 100 manat ödənişin, Beyləqan Rayon Məhkəməsinə ən azı iki dəfə gediş-gəliş üçün çəkəcək ən azı 150 manat yol xərcinin, 100 manatlıq çəkdiyi mənəvi ziyana görə pulun və 41 manat dövlət rüsumunun əvəzinin, cəmi 2090 (iki min doxsan) manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: 2024-cü ildə Ağsu Rayon Məhkəməsinin 1(016)-47/2023 saylı işi üzrə hökmü ilə AR CM-nin 188-ci maddəsi ilə 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzası onunla əlaqədar idi ki, rayon mərkəzindən təxminən 35-40 km aralıda olan yaşadığı kəndində yerləşən mədəniyyət evinin müdiri olaraq onun həyətində qış mövsümü zamanı orada qaz olmadığından, elektrik qızdırıcısından da istifadə etmək mümkün olmadığından həyətdəki ağaclardan kəsib iş yerlərində yanacaq kimi istifadə etmişdir. İş üzrə ibtidai istintaq aparılarkən çox narahat olduğundan, bir nəfər onu cavabdehlə tanış etdirmişdir ki, onun məhkəmə işlərində yaxınları var, hər cür kömək edə bilər. Telefon əlaqəsi saxlayıb gedib Cavabdeh ilə onun Bakı şəhərinin, Nərimanov rayonu ərazisində, Azadlıq prospekti ilə İnqilab küçəsinin arasında yerləşən iş yerində görüşmüşdür. Cavabdeh ona nə işlə məşğul olduğunu deməmişdir. Qabaqcadan dediyindən təqsirləndirilən şəxs qismində cəlb edilmə qərarını ona aparmışdır. O, qərarı oxuyub dedi ki, onluqdur, Ədliyyə Nazirliyində yaxın adamı vardır, onun vasitəsi ilə ona cəza verdirməyəcək. Buna görə ondan 4000 manat pul istəmişdir. O, cavabdehə demişdir ki, iş üzrə dəymiş ziyan 3704 manatdır, həmin miqdar ziyanı da ödəməlidir, ancaq pulu olmadığından, məcburdur ki, kredit götürsün. O, Ağsu rayonuna qayıdıb həyat yoldaşı Hacıyeva Fəridəni xx.xx.2023-cü il tarixində “Kapital Bank”ın Şamaxı rayon filialına aparıb onun adına bankdan 7800 manat, 22 faizlə kredit götürmüşdür. 2004-cü ilin mart ayında götürdüyü kreditdən 4000 manat pulu aparıb cavabdehə iş yerində - 6 saylı otaqda sayıb vermişdir. Lakin cavabdehin heç bir köməyi olmamış və məhkəmə haqqında 3 il müddətində azadlığın məhdudlaşdırılması haqqında hökm çıxartmışdır. Şəki Apellyasiya Məhkəməsinə şikayət yazdırmış və həmin məhkəməyə getmiş, məhkəmə şikayətini təmin etməmişdir. Bu haqda da cavabdeh məlumat verəndə dedi ki, kassasiya şikayəti versin, ora vasitəsi ilə məsələnin həll etdirəcəkdir. Ağsu rayon Vəkil Bürosunun vəkili ilə müqavilə bağlayıb 100 manat büronun hesabına ödəniş etdirməklə kassasiya Şikayəti yazdırıb göndərmişdir. Həmin məhkəmədən də şikayəti təmin olunmaması haqqında qərar gələndə cavabdehə kəskin narazılığını bildirib demişdir ki, niyə onu zülmə salıb faizlə kredit götürmüş, əlavə ödəniş etdirmiş, bu qədər get gələ görə əlavə xərcə salmış, pulunu qaytarmışdır. O, bundan sonra, ancaq hissə ilə ondan aldığı 4000 manat pulu qaytarmış, kreditlə götürdüyü pulun 1500 manat pulunu isə qaytarmamışdır. Odur ki, cavabdehin ona olan hərəkətlərindən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt’ə məlumat vermişdir. Bununla əlaqədar Nəsimi RPİ-nin təhqiqat şöbəsinə çağırılıb izahat verərkən cavabdehin ona kreditlə pul götürüb ona verməyində aldandığını və 1500 manat faizlə ödədiyi pulun verilməsini tələb etmişdir. Araşdırma ilə əlaqədar Nəsimi RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı 20 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmişdir ki, tələbində qeyd edilən xüsusatlar mülki hüquqi xarakterli olduğundan bu haqda məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Beləliklə cavabdeh onu aldadaraq kreditlə götürdüyü puldan 4000 manat alıb öz ehtiyacına sərf edərək uzun müddətdən sonra qaytarmaqla ödədiyi 1500 faiz pulunun tutulub ona ödənilməsini, ən azı 5 dəfə onun yanına gedib gəlməklə çəkdiyi ən azı 100 manat yol xərcini, Şəki Apellyasiya Məhkəməsinə gedib-gəlməyə çəkdiyi ən azı 100 manat yol xərcini, kassasiya şikayətini yazdırmaq üçün vəkilə etdiyi 100 manat ödənişi, Beyləqan Rayon Məhkəməsinə ən azı iki dəfə gediş-gəliş üçün çəkəcəyi ən azı 150 manat yol xərci, 100 manatlıq çəkdiyi mənəvi ziyana pulunun və 41 manat dövlət rüsumunun, cəmi 2090 (iki min doxsan) manat pul məbləğini ödəməlidir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim Xatın Cabbarlı) 04 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehin 4000 manat pulu ondan 2024-cü ilin may ayında almasını və sonradan kartına hissə-hissə atmasını Nəsimi RPİ-nin təhqiqat şöbəsin təhqiqatçısı 20 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmiş izahatı ilə təsdiq etmişdir. Deməli, pulun alınması və qaytarılması faktı sübut olunmuşdur. Lakin cavabdeh pulun ondan alınma vaxtını və nə məqsədlə alınmasını düzgün göstərməmişdir. Haqqında Ağsu rayon məhkəməsinin hökmündən sonra cəzanın ləğvinə çalışırdı. Bu zamanlarda bir tanışı cavabdehi onunla tanış edib bildirdi ki, o bu işi edə bilər, onun Ədliyyə Nazirliyində tanışı var. Cavabdeh onu cəzadan azad etdirmək üçün 4000 manat pul istədi. Apellyasiya şikayəti yazdırıb göndərdi. Cavabdehə pul verilməsi üçün pulu yox idi, özünün Dəmir Bankda krediti olduğundan arvadının adına 07 dekabr 2023-cü il tarixdə pul götürməli oldu və haradasa 1 ay keçməmiş apellyasiya məhkəməsində işə baxılmamışdı, 2024-cü ilin haradasa yanvar ayında 4000 manat kredit pulunu cavabdehə aparıb iş otağında sayıb verdi və bildirdi ki, arxayın olsun. Apellyasiya məhkəməsinə gedib-gəldi, şikayəti təmin edilmədi. Sonra dedi ki, kassasiya şikayəti yazdırıb göndərsin, orada onun işini həll etdirəcəkdir. Dediklərini etdi və Ali məhkəmədən ona çağırış üçün bildiriş gələndə bu haqda ona bildirdi, o, isə dedi ki, ora getməsi, orada danışılıb, ora tapşırılıb, orada şikayəti təmin ediləcəkdir, lakin orada da təmin edilməyəndən sonra o ondan pulu tələb etdi, o, pulu təxminən 3 ay ərzində hissə-hissə onun kartına göndərdi. Lakin məhkəmə işin bu faktiki hallarını ətraflı aydınlaşdırmamışdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ayda 254 manat kredit ödəyir. O, faiz qismində ödədiyi 1500 manat pulun alınıb ona verilməsini, cəmi 2090 manat ödənilən pulun ona qaytarılmasını istəyir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir. Birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, İddiaçı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161- Qaynar xətt” əlaqə mərkəzinə müraciətində “Ədalət” adlı şəxsin onun etibarından sui- istifadə edərək 4000 manat manat pul vəsaitinin ələ keçirməsini bildirmiş və AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli, RGRR5237242B173 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, X1 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə, 7800 manat məbləğində kredit götürmüş kreditin aylıq ödənişləri 245,75 manat olmaqla, xx.xx.2027-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Hazırki tələbində iddiaçı ona vurulmuş ziyanı cavabdehdən tələb etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanı tələb edə bilər. Bu zaman tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, iddiaçı iddia tələbini Cavabdeh məhkəmə instansiyalarında barəsində aparılan cinayət işi ilə əlaqədar onu cəzadan azad etdirəcəyini vəd edərək həyat yoldaşının adına Kapital Bankdan 22 faizlə 7800 manat pul götürməyə vadar etməklə bundan 4000 manatını alıb öz işinə sərf etməklə, lakin verdiyi vədi yerinə yetirməyərək sonuncu məhkəmə instansiyası qurtarandan sonra tələbinə əsasən aldığı pulu hissə-hissə geri qaytardığından ödədiyi 1500 manat bank faizi pulu qaytarması ilə əsaslandırmışdır. Müəyyən edilmişdir ki, həmin kredit müqaviləsi iddiaçı ilə deyil onun arvadı ilə bank arasında bağlanmış, eləcə də, kredit 07 dekabr 2023-cü il tarixdə verilmiş, iddiaçı isə cavabdehə pulu 2024-cü ilin may ayında vermişdir. Qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Bu halların hər-hansı birinin sübuta yetirilməməsi iddianın rədd edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, hazırki halda iddiaçı ona ziyan vurulduğunu, ziyan olduğu halda ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinə gedib-gəlməsi üçün 100 manat yol xərci, kassasiya şikayətini yazdırmaq üçün vəkilə 100 manat, Beyləqan Rayon Məhkəməsinə ən azı iki dəfə gediş-gəliş üçün çəkəcəyi 150 manat yol xərci tələb etsə də, bununla əlaqədar müvafiq sübutları, eləcə də cavabdehin təqsirli hərəkətlərinə, bu səbəbdən zərərə düşməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı həm də mənəvi zərər tələb etmişdir. Mahiyyətcə iddiaçı ona vurulmuş mənəvi ziyanı əsas tələbi ilə əlaqələndirmişdir. İddiaçının əsas tələbi olan pul tələbini təmin etmək üçün əsas yoxdur. Bu baxımdan da mənəvi ziyan tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiyanın qənaətinə görə iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Мəhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(020)-1640/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar