Məhkəmə qərarları › İş №2(3-9)-740/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-740/2026

23.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-740/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 15085 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim Şahəddin Kələntərov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3000 (üç min) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 50 (əlli) manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Salyan Rayon Məhkəməsi ## #### 2026-cı il tarixli müşaiətedici məktubla apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Sonradan Salyan Rayon Məhkəməsi ## #### 2026-cı il tarixində qətnamədən cavabdeh cavabdeh1 tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirib, həmin şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ötrü iş materiallarının qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi hesab edir ki, qətnamədən cavabdeh cavabdeh1 tərəfindən də apellyasiya şikayəti verildiyindən, mülki iş apellyasiya icraatına qəbul edilmədən baxışından çıxarılaraq iş materialları həmin apellyasiya şikayətinin prosessual qanunvericiliyn tələblərinə uyğunluğu yoxlanılmasından ötrü Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0.6, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi q ə r a r a a l d ı: İş apellyasiya icraatına qəbul edilmədən baxışdan çıxarılsın. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmasından ötrü iş materialları Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar