Məhkəmə qərarları › İş №2(3-9)-747/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-747/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-747/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X3 ibarət tərkibdə; Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər X4 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; Işin halları: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Imişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və X4 19500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehləri uzun müddəidir tanıyır. Ailəvi olaraq, bir-birlərinin evinə mütəmadi gediş-gəlişləri olmuşdur. X7 l Qarabağ müharibəsində şəhid olmuşdur. Bununla əlaqədar, dövlət tərəfindən şəhid ailələrinə 11000 (on bir min) manat pul verilmişdir. Rəfiqəsi olan cavabdeh2 evində olan puldan məlumatlı idi. Təxminən 2019-cu illərin əvvəllərində cavabdeh cavabdeh2 digər cavabdeh cavabdeh1 ilə geyim və heyvandarlıq biznesi qurmaqda olduqlarını bildirirək evdə saxladığını, puldan həmin biznesə sərmayə kimi qoymağı və əvəzində qoyulmuş sərmayəyə uyğun yaxşı gəlir əldə edəcəklərini bildirdi. Beləliklə 2019-cu ilin fevral ayında Nahidənin özünə ilkin olaraq 6.600 (altı min altı yüz) manat pulu öz evində verdi, qısa müddətdən sonra cavabdeh cavabdeh2 evlərinə gəldi və tanımadığı şahid2, Arifə Nuriyevanın, şahid4, Nailə Nuriyevanın adına üzərində xxxx yazılmış kartları ona verərək, özünün və Elməddinin qohumları və dost tanışları olmasını bildirməklə həmin kartlara pul köçürməyini bildirdi və söylədi ki, köçürülən məbləğlər şərikli biznes qurmaq üçün Imişli rayonu, Qızılkənd kəndində yaşayan 2-ci cavabdeh X4 çatacaq. Soruşanda ki, bu adamları tanımadığı halda onların bank kartlarına köçürüləcək pullara da özü və Elməddin cavabdehlik daşıyırlar. Bundan sonra, Nahidə Tubu adlı tanımadığı qadınla həyətlərinə gəldi və təqdim edərək dedi ki, Tubu xala Elməddinin qaynanasıdır, özü Imişli rayonunda gəlinlik biznesi ilə məşğuldur. Elməddin göndərib 1500 ( min beş yüz) manat pul istəyir. Həmin vaxt Tubu adlı qadına 1500 (min beş yüz) manat pul verdi. Bir neçə gün sonra Nahidə özü ilə Fəqan adlı bir şəxslə həyətlərinə gəldi və Nahidə Elməddinin adından ona yenə 1500 ( min beş yüz) verməyini istədi. Fəqan anasına aid bank kartını ona təqdim etdi, söylədi ki, kart anası Nailə Nuriyevaya aiddir. Cavabdeh cavabdeh2 söylədi ki, istədiyi 1500 manat biznes şəriki Elməddinə çatacaq, onun bu sözündən sonra 1500 manatı Fəqana verdi. Sonradan cavabdeh Elməddin Əliyev telefonla bildirdi ki, Nahidə vasitəsilə tanımadığı şahid4 bank kartını göndərir ki, kartı götürüb özü üçün 3 (üç min) manal pulu Nahidəyə ver, o pulu ona gətirəcək. 3000 (üç min) manat məbləğdə pulu Nahidəyə verdi ki, Elməddin Əliyevə aparsın. Bir müddət sonra 2-ci cavabdeh Elməddin Əliyev birinci cavabdeh Nahidə vasitəsi ilə yenidən şahid2 adlı şəxsə aid bank kartını göndərdi və ona dedi ki, 1550 (min beş yüz əlli) manatı versin. Nahidə ona gətirəcək, həmin məbləği Nahidəyə verdi. Növbəti dəfə cavabdeh Elməddin Əliyev birinci cavabdeh cavabdeh2 vasitəsi ilə tanımadığı Arifə Nuriyevaya aid bank kartını göndərdi və telefonla dedi ki, 1550 (min beş yüz əlli) manat versin. Nahidə ona gətirəcək, o da 1000 (min) manatı Nahidəyə verdi, həmin 1000 (min) manatı bu vaxta qədər ona qaytarmamışdır. Bu pul vermələrin təsdiqi kimi Elməddin ona zəng edib, pulu şəxsən aldığını bildirirdi. Sonradan isə hissə-hissə Nahidənin göstərişinə görə pulu Imişli rayonunun Qızılkənd kəndində yaşayan X4 ünvanına poçt vasitəsi ilə Nahidənin öz adından, tanımadığı X1, X2 və adı yadında qalmadığı digər şəxslərin adından köçürmüşdür. Bu pulları da Elməddin almışdır, belə ki, almağını özü ona telefon vasitəsi ilə bildirirdi. Cavabdeh cavabdeh2 göstərişinə görə və onun təşkilatçılığı ilə 1000 (min) manat məbləğindən yuxarı məbləğdə olan pullar Imişli rayonundan Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olan taksi sürücləri vasitəsi ilə göndərdi. 2020-2022-ci illər ərzində ölkədə pandemiya dövrü olduğu üçün Nahidənin ona söylədiyinə görə restoran işi, yəni biznesin qurulması ilə məşğul ola bilməmişdir. Pandemiya dövrü başa çatdıqdan sonra cavabdeh2 biznes işlərinin gedişatının nə yerdə olduğunu soruşdu, onun qeyri-müəyyən cavabları və davranışından hiss etdi ki, Nahidə ona yalan danışır. Ozü öz əlaqələri vasitəsi ilə araşdırma aparıb, müəyyən etdi ki, cavabdeh2 və Elməddin Əliyev heç bir biznes işinin qurulması ilə məşğul olmamışlar. Hər iki cavabdehin məşğuliyyəti aldatma yolu ilə özgəsinin pul vəsaitlərini ələ keçirmək və mənimsəmək olmuşdur. Cavabdehlər vahid niyyətlə onun pul vəsaitlərini müştərək biznes işini qurmaq adı altında aldadaraq mənimsəmişlər. Beləliklə, cavabdehlər cavabdeh2 və Elməddin Əliyevə 2019-cu ilin fevral ayından həmin ilin aprel ayınadək olan zaman ərzində 21.900 (iyirmi bir min doqquz yüz) manal məbləğində pul vermişdir. Həmin 21.900 (iyirmi bir min doqquz yüz) manat məbləğində puldan cavabdeh cavabdeh2 hazırkı vaxta qədər 2.400 (iki min dörd yüz) manat geri qaytarmışdır. Cavabdehlər tərəfindən geri qaytarılmamış məbləğin həcmi 19.500 (on doqquz min beş yüz) manal təşkil edir. Pul vəsaitlərinin geri qaytarılması üçün cavabdehlə apardığı danışıqlar uzun zaman çəkmiş, lakin heç bir nəticə verməmişdir. Əmlakın geri tələb edilməsi məqsədilə Bakı şəhərində müxtəlif hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin orqanlar qeyd etdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Beləliklə, hesab edir ki, cavabdehlərlə olan və qanunsuz olaraq özlərində saxlanılan 19.500 (on doqquz min beş yüz) manal məbləğində pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X8 ona qarşı irəli sürdüyü "pul tələbinə dair" iddia tələbi tamamilə əsassızdır, yalan və böhtandan başqa bir şey deyildir və onu qəbul etmir. Iddiaçı öz ərizəsində qeyd edir ki, guya onunla çoxdan tanışdır və bir-birilərinin evinə mütəmadi gediş gəlişləri olmuşdur. Ən böyük yalan ilk cümlədən başlayır. Çünki onu əvvəllər tanımamışdır. Onunla tanışlığı 2019-cu ilin sentyabr ayında olub. Belə ki, qeyd edilən ayda gəlini xəstə olduğu üçün ona pul lazım idi. Qohumlardan, tanışlardan kimin faizlə borca pul verə biləcəyini soraqlaşırdı. Canəli adlı kirvə ona bildirdi ki, Dilşad (Dilşadı Gülşən kimi tanımışlar. Görəsən o nə üçün əsl adını gizlədib?) adlı bir nəfər faizə pul verir və özü ona zəng vuraraq borc pul istəyənin olduğunu bildirdi. Dilşad da Canəlidən onu tanıyıb tanımadığını soruşub. Canəli də onu tanıdığını deyib. Bu tanışlıqdan sonra onlara getdi və Dilşaddan 15%-lə 1000 (min) manat borc pul aldı. Təxminən bu pulu beş aya ödəyəndən sonra ondan bir daha (15% olmaqla 500 (beş yüz) manat da aldı. Üç ay ərzində bu pulu da ödədikdən sonra onunla arada heç bir alış-veriş qalmamışdır. Ümumilikdə ondan 1500 (min beş yüz ) manat borc almış, faizi ilə birlikdə ona 2400 (iki min dörd yüz) manat qaytarmışdır. Borcu qaytardıqdan sonra ondan girov kimi saxladığı bank kartını da geri almışdır. Əgər ona borcu olsaydı, o bank kartını geri qaytarmazdı və bu müddətdə Dilşad bir dəfə də olsun pul tələbi ilə bağlı nə onlara gəlmiş, nə də zəng vurmamışdur. Əvvəllər o dəfələrlə xahiş edirdi ki, əlində xeyli pul var, borc istəyən olsa yönəltsin. O Dilşadla Elməddinin atası Şəhadət Əliyevi tanış etmişdir. Çünki Elməddin onun gəlini Nəzrinin xalasının həyat yoldaşıdır. Şəhadət Əliyev də 2019-cu ilin dekabr ayında ondan 1000 (min manat) 15%-lə pul alıb və 7-8 ay ərzində faizi ilə birlikdə özünə qaytarıb. Bildiyinə görə Elməddin təxminən 2020-ci ilin may-iyun aylarında onun iştirakı olmadan Dilşaddan 2000 (iki min) manat faizlə borca pul alıb və həmin ilin sonlarında borcunu faizi ilə birlikdə qaytarıb. Iddia ərizəsində qeyd edir ki, guya Elməddin hansısa biznes qurmaq üçün kimlərinsə kartını ona göndərərək ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul almışdır. Onda belə bir sual yaranır: Adları çəkilən şəxslər nə üçün başqaları üçün öz bank kartlarını girov qoyur? Elməddinlə heç bir iş birliyi olmamışdır. Bu da onların uydurduqları daha bir yalandır. Qeyd edir ki, Elməddini Dilşadla o tanış etməmişdir, Elməddin tərəfindən kimlərinsə kartlarının Dilşada təqdim edilərək pul götürülməsindən də xəbəri olmayıb və bu pul alış-verişində heç vaxt iştirak etməmişdir. Iddiaçının adlarını qeyd etdiyi kart sahiblərinin məhkəməyə cəlb edilməsini və nə üçün onların bank kartlarının İddiaçı olduğunun araşdırılmasını xahiş edir. İddiaçı ona böhtan atması və şəhid qardaşının adından istifadə edərək ona və digərlərinə iri məbləğdə faizə pul verərək qanunsuz qazanc əldə etməsi də yəqin ki, növbəti məhkəmə araşdırmasının predmeti olacaqdır. Qeyd edir ki, birinci Qarabağ Şəhidlərinin ailələrinə ödənilən pul məbləği 11000 (on bir min) manat deyil, 6600 (altı min altı yüz) manat olmuşdur. Yəqin ki, məhkəmənin yekun qərarından sonra İddiaçı barəsində böhtanla bağlı Imişli Rayon Prokurorluğuna ərizə ilə müraciət edəcək. Qoy Dilşad sübut etsin ki, tələb etdiyi 19500 (on doqquz min beş yüz ) manat borc necə yaranmışdır. Bir daha qeyd etmək istəyir ki, iddia ərizəsində qeyd edilən tələb tamamilə əsassızdır və məhkəmə tərəfindən bu iddia rədd edilməlidir. Çünki onun tələblərinin heç birində konkret olaraq nə bir tarix yaxud hər hansı bir qeyd dəqiq göstərilməyib. Tələblərini sübut edən heç bir dəlil yoxdur. Faizlə borc verənlərin öz hesabat dəftərləri olur və bu dəftərlərdə kimə, hansı şərtlərlə, hansı müddətə, hansı məbləğdə borc verilməsi dəqiq öz əksini tapır. Əgər onda onunla bağlı belə bir qeyd varsa, məhkəməyə təqdim edə bilər. Belə çıxır ki, kim gəldi, kimin adından gəldi Dilşad xanım əvvəl verib almadığı pulların taleyi ilə maraqlanmadan, yenə də heç bir sorğusual etmədən hər kəsə pul verə bilər. Bu qədər pulun haradan əldə edilməsi də maraq doğurur. Çünki pullar o qədər səxavətlə, araşdırılmadan istənilən şəxslərə verilir ki, başqa cür düşünmək olmur. Onun tanımadığı şəxslərin bank kartlarını girov götürməklə, sifarişlə borc verməsinin məqsədini də anlamaq olmur. O da maraqlıdır ki, nə üçün Dilşad Elməddinə borc verdiyi pulları ondan tələb edir? Bu proseslərdə heç vaxt iştirak etməmiş və heç kimə zamin durmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, ilk dəfə Elməddinin atası ondan təsərrüfat qurmaq üçün 1000 manat borc aldı, sonra qaytardı. Daha sonra oğluna sosial yardım düzəltmək adı ilə ondan pul götürdü. Pulları ondan Nahidə vasitəsilə alırdılar. Sonra Elməddin də Nahidənin vasitəsilə ondan külli miqdarda pul aldılar və qaytarmadılar. Ona bank kartları verirdilər ki, pulları kartdan götürsün. Amma kartın içində pul olmurdu. Qardaşı şəhid olub, onun ölüm pulu idi, dövlət vermişdi. Biznes qurmaq adıyla ondan pulu aldılar. Elməddini görməmiş, tanımır. Pulu Nahidə vasitəsilə verirdi. Elməddinlə telefonla danışırdı. X9ynanasıdır. Elməddinin atası rəhmətə gedib. Pulun yarısını maşınla göndərmişdir, ona görə qəbzlər azdır. Paltar şəkilləri olan nömrə Elməddinə məxsusdur. şahid4, Şəhadət Əliyev, şahid2, Arifə Nuriyeva, Nailə Nuriyevaya aid olan kartlar 2019-cu il ərzində ona verilmişdir. Cavabdehlərə pul məbləğlərini borc vermək üçün həmin kartlardan biri taksi maşını ilə, digər kartlar isə cavabdeh cavabdeh2 tərəfindən ona Elməddin Əliyevin adından təqdim edilmişdir. Cavabdehlər onu biznes qurmaq adı ilə aldadıblar. Ona paltarların fotoşəkilləri göndərilmişdir. Şəkilləri Elməddin göndərib. Guya bizneslə məşğul olurdu. Ona bildirmişdirlər ki, həmin paltarların alveri ilə məşul olacaqlar. 4 min manat Nahidə, 13 min manat isə Elməddin ona borcludur. Elməddin Nahidə vasitəsilə kartları göndərib. 1 kartı taksi ilə göndərmişdir. Qalanını isə Nahidə gətirib. Cavabdeh cavabdeh2 kartları bağlatdırdı. Onun pulunu ödəmədi. O Qara Qarayevdən poçtla Elməddingilə Nahidənin adı ilə 850 manat bir dəfə, sonra 1000 manat göndərib. Onun çekləri Nahidədədir. Çeki vermir. Elməddinin atası 1000 manatı qaytardı. Amma 850 manatı qaytarmadılar. Polisə müraciət etmişdir, lakin cavabdehlər heç biri polis bölməsinə gəlməmişlər. Hər dəfə Elməddinə pul göndərmək üçün Nahidə ona yaxınlaşırdı, sonradan Elməddin də zəng edirdi ki, pul çatıb. Pulu istəyən vaxtı bilmişlər ki, Elməddin tutulub. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, götürdüyü pulu iddiaçıya geri qaytarmışdır. Onlar iddiaçını əvvəllər Gülşən adlı xanım kimi tanımışlar. Yalnız məhkəməyə iddia verildikdən sonra bilmişlər ki, iddiaçının adı Dilşaddır. Iddiaçıya kartları o təqdim etməmişdir. Özü də iddiaçıdan pul almış, hazırda isə iddiaçıya heç bir borcu yoxdur. Bu səbəbdən onun kartı da iddiaçıda deyil. Pulu qaytarmasaydı, iddiaçı da onun kartını qaytarmazdı. Elməddin iddiaçıdan pul almışdır. Amma nə qədər olduğunu xatırlamır. Həmin kartların sahiblərini də tanımır. Ehtimal edir ki, onlar Elməddinin qohumlarıdır. Iddiaçıya özünün 2 kartını vermişdir. Daha sonra borcunu qaytardıqdan sonra kartları qaytarılmışdır. Özü ondan 1500 manat pul götürmüşdür. Elməddin onun gəlininin xalasının yoldaşıdır. Elməddindən və Elməddinin atasından başqa heç kimi tanımır. Elməddinin atasını iddiaçı ilə tanış etmişdir. Atası isə Elməddini iddiaçı ilə tanış etmişdir. Məclisdə söhbət əsnasında Elməddinlə iddiaçı danışmış, tanış olmuşlar. Elməddin iddiaçıdan faizə pul götürmüşdür. Kart sahibi Tubunu tanıyır. Gəlininin nənəsidir. Arifəni, Elnuru, Fatmanı, Nailəni isə tanımır. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı bildirdiyi halları sübut etməlidir. Hazırda isə iş materiallarında pulun Nahidəyə verilməsi, Nahidənin ona borcunun olması barədə heç bir sübut yoxdur. Hesab edirsə ki, Əliyev Elməddin ona borcludur, iddianı cavabdeh2 qarşı deyil, yalnız Əliyev Elməddinə qarşı qaldırmalıdır. Iddiaçı tanımadığı və görmədiyi cavabdehə niyə pul vermişdir? cavabdeh2 Əliyev Elməddinə verilən pullardan xəbəri olmamışdır. Özü də bildirir ki, yalnız Elməddinə verilən 2000 manat puldan xəbəri olmuşdur. Belə çıxır ki, kim gəldi, kimin adından gəldi iddiaçı əvvəl verib almadığı pulların taleyi ilə maraqlanmadan, yenə də heç bir sorğusual etmədən hər kəsə pul verə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, pulu yoldaşı Elməddin yox, qaynatası iddiaçıdan borc kimi götürmüşdü. 2000 manat pul idi. 1000 manat Elməddin götürdü, 1000 manat da qaynatası. Başqa puldan xəbəri yoxdur. şahid2 kartını qoyub faizlə pul götürmüşdülər. Başqa heç bir kartların sahiblərini tanımır. Elməddin həbsdən 3 ildir çıxıb. Bacısının qızı Nahidənin gəlini olub, Nahidəni ona görə tanıyır. Elməddin 2 həftədir ki, əməliyyat olub. Bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmir. Iddiaçıya Elməddin tərəfindən göndərilən paltar şəkillərindən onun xəbəri yoxdur. Son məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X5 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bundan başqa, məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişlər. Həmin ərizəni müdafiə edir və iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsini xahiş edir Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Gülsaba Ağayeva), iddiaçı İddiaçı cavabdehlər X4 və cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh Elməddin Əliyevin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(mübahisə baş verən zaman qüvvədə olan) 740.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (mübahisə baş verən zaman qüvvədə olan) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Iş materiallarında olan Xətai RPI-nin 35-ci PB-nin təhqiqatçısı R Vəzirə Şamilovanın ##.##.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X6 ##.##.2020-ci il tarixdə 35-ci PB-nə izahatında vətəndaş cavabdeh2 və onun yaxın qohumları X4, qaynanası Tubu, qaynı arvadı Nailənin ümumilkdə 19500 manat pul aldıqlarını və bu günə kimi qaytarmadıqlarını bildirmişdir. Izahatı alınması üçün cavabdeh2 050- ***-**-** nömrəli mobil telefonu ilə bir neç dəfə əlaqə saxlanılmış və 35-ci PB-nə dəvət olunmuşdur. cavabdeh2 35-ci PBnə gəlməkdən imtina etmişdir. Bu səbəbdən izahatın alınması mümkün olmamışdır. Beləliklə vətəndaş X6 ərizəsində göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilmişdir. Odur ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Iş materiallarına şahid4 məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti-02/2023), Şəhadət Əliyevə məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti-05/20), şahid2 məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti- 04/20), Arifə Nuriyevaya məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti- 02/21), Nailə Nuriyevaya məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti- 07/20) əlavə olunmuşdur. Cavabdeh cavabdeh2 məxsus kartın şəkli mövcud olsa da həmin kart faktiki olaraq iddia ərizəsinə əlavə olunmamışdır. Iş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, +************ mobil telefon nömrəsindən iddiaçıya yeni paltarların şəkilləri göndərilmişdir. Iddiaçı həmin nömrənin Əliyev Elməddinə məxsus olduğunu bildirmişdir. Iş materiallarında olan +************ mobil telefon nömrəsindən iddiaçıya ##.##.2019-cu il tarixdə, ##.##.2019-cu il tarixdə şahid4, Xavər Abdullayevaya aid olan bank kartlarının şəkilləri göndərilmişdir. Iddia ərizəsinə əlavə olunmuş əlyazmalarda avtomobil markaları, dövlət qeydiyyat nömrələri qeyd olunmuş, pul məbləği ilə bağlı hər hansı məlumat mövcud deyildir. Poçt göndərişləri ilə cavabdehlər X4 ##.##.2019-cu il tarixdə 272 manat, ##.##.2019-cu il tarixdə 688 manat, ##.##.2019-cu il tarixdə 292 manat, ##.##.2019-cu il tarixdə 292 manat, cəmi 1544 manat pul göndərilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Iddiaçı hazırki iddia ilə cavabdehlərdən 19500 manat pul tələb edir və ona istinad edir ki, o və cavabdehlər birgə biznes qurmalı idilər. Bu adla özünü şəxsən görmədiyi və tanımadığı cavabdeh Əliyev Elməddinə dəfələrlə cavabdeh cavabdeh2 vasitəsilə pul göndərmişdir, daha sonra cavabdeh Əliyev Elməddinin öz adına poçtla pullar göndərmişdir. Bunun müqabilində ona müxtəlif şəxslərə aid olan bank kartları verilmişdir ki, həmin kartlardan pulları çıxarsın. O bir neçə dəfə kartlardan pul da çıxarmışdır, lakin sonradan kartlarda heç bir pul olmamışdır. Bundan başqa, o Imişli rayonunda işləyən taksi fəaliyyəti ilə məşğul olan şəxslər vasitəsilə də dəfələrlə Elməddinə pullar göndərmişdir, lakin həmin şəxsləri tanımır. Fərqli taksi sürücüləri və maşınlar olmuşdur. Baxılan iş üzrə iddiaçı cavabdehlərdən 19500 manat borcun qaytarılmasını tələb edir. Iddiaçı sübut qismində cavabdeh cavabdeh2 ilə olan yazışmalara, 2019- 2021-ci illərdə müxtəlif dövlət orqanlarına yazılı müraciətlərinin olmasına, ona verilən bank kartlarına, poçt göndərişlərinə, əlyazmalara və s. istinad edir, bildirir ki, cavabdeh cavabdeh2 pulun bir qismini-6600 manat pulun 2400 manatını ona qaytarsa da, qalan 4200 manatı qaytarmamışdır. Iddiaçı 19500 manatı hər iki cavabdehdən tələb etməsini onunla əsaslandırmışdır ki, onunla iş birliyi ilə bağlı üçü də razılığa gəlmişlər. Əliyev Elməddin onu məhz cavabdeh2 vasitəsilə aldatmışdır. Bu səbəbdən cavabdehlərdən birgə 19500 manat pulun ödənilməsini tələb edir. Cavabdeh cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının dediyi kimi, gəlini xəstə olduğu üçün iddiaçıdan pul götürmüşdür, lakin borcunu ona tam qaytarmışdır. Bu səbəbdəndir ki, o borc müqabilində özünə aid bank kartını iddiaçıya versə də, sonradan borcunu tam ödədiyindən iddiaçı onun kartını qaytarmışdır. O borcunu ödəməsəydi, kartı ona qaytarılmazdı. O iddiaçını faizə pul verən şəxs kimi tanımış, bu səbəbdən ona pul üçün müraciət etmişdir. Ümumilikdə faizlərlə birlikdə ona 2400 manat pul vermiş, bununla da iddiaçıya heç bir borcu yoxdur. Elməddinlə onun və iddiaçının arasında heç bir iş birliyi olmamışdır. Elməddinə iddiaçı tərəfindən pul verildiyini bilir, lakin pulun məbləğini bilmir. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Iş materiallarından görünür ki, iddiaçı cavabdeh cavabdeh2 hazırda ona borclu olması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Həm iddiaçı, həm cavabdeh cavabdeh2 tərəfindən 2400 manat pulun iddiaçıya qaytarıldığını qəbul etsələr də, qalan hissədə cavabdeh iddianı qəbul etməmişdir. Bundan başqa, iddiaçı poçtla Elməddingilə Nahidənin adı ilə 850 manat bir dəfə, sonra 1000 manat göndərdiyini, çeklərin Nahidədə olduğunu bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, cavabdeh isə öz növbəsində həmin halları qəbul etməmişdir Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının cavabdeh2 münasibətdə iddia tələbini iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə rədd etmişdir. Kollegiya cavabdeh X4 qarşı iddiana tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının vəsatəti ilə sübutların təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülmüş, +************ mobil telefon nömrəsinin 2019- 2020-ci ildə X4 istifadəsində olub-olmaması ilə bağlı məlumatların «xxxx» MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəməyə «xxxx Telekom» MMC-dən daxil olmuş ##.##.2025-ci il tarixli cavab məktubu ilə müəyyən olunur ki, +************ mobil telefon nömrəsi ##.##.2016- cı ildən ##.##.2019-cu ilə kimi X4 istifadəsində olmuşdur. Beləliklə, geyim əşyaları şəkillərinin X4 tərəfindən iddiaçıya göndərilməsi müəyyən olunmuşdur. Əliyev Elməddinlə iddiaçı arasında şəxsi yazışmaların da olduğu müəyyən olunmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə şəxsi telefonda olan cavabdeh X4 ilə olan yazışmalar təqdim olunmuşdur. Iddiaçının telefonunda olan həmin yazışmalara baxış keçirilmişdir. Yazışmalarla müəyyən olunur ki, cavabdeh Əliyev Elməddin iddiaçıya “Nahidə sənin ayağını yumağa layiq deyil. Gözəlsən..., şəkil at..., xalatda at...” kimi müxtəlif vaxtlarda yazılı vatsapp smsləri göndərmişdir. Iddiaçı şəxsi xarakterli digər yazıların çoxunun silindiyini bildirmişdir, iddiaçı ilə cavabdeh arasında çoxsaylı zənglər müşahidə olunmuş, pulla bağlı isə hər hansı yazışmanın olmadığı müəyyən olunmuşdur. Bir yazışmada qısa mətnlə kartın göndəriləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının sübut qismində təqdim etdiyi şahid4 məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti02/2023), Şəhadət Əliyevə məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti-05/20), şahid2 məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti-04/20), Arifə Nuriyevaya məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti-02/21), Nailə Nuriyevaya məxsus “xxxx” ASC-yə aid **************** saylı kart (etibarlılıq müddəti-07/20) üzrə kart sahiblərinə aid olan bütün fərdiləşdirmə məlumatlarının- ad, ata adı, soyad, Finkod, qeydiyyat yeri, doğum tarixi və şəxsiyyət vəsiqəsi üzrə və faktiki yaşayış yeri məlumatları və s. əks etdirən videogörüntülərin “xxxx” ASC-dən götürülməsi qərara alınmışdır. Sorğu kart sahiblərinin şahid qismində dindirilməsi üçün ad, ata adı, soyad, Finkod, qeydiyyat yeri, doğum tarixi və şəxsiyyət vəsiqəsi üzrə və faktiki yaşayış yeri məlumatlarının müəyyən edilməsi hissəsində məhkəmə üçün əhəmiyyətli olmuşdur. “xxxx” ASC-dən daxil olmuş ##.##.2025-ci il tarixli cavab məktubu ilə kart sahiblərinin məlumatları təqdim olunmuşdur. Bundan sonra, birinci instansiya məhkəməsi tərəfindən şahid1, şahid5 Həmi qızı, şahid4, şahid3, şahid2 məhkəmə iclaslarına şahid qismində çağırılmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının vəsatəti əsasında *(***)-****/**** nömrəli mülki iş üzrə +************ telefon nömrəsi ilə iddiaçıya məxsus 055-622-65-14 mobil telefon nömrəsi arasında 2019-cu il # ###### tarixindən 2020-ci ilin sonunadək Vatsapp yazışmaları, Vatsapp proqram təminatı üzərindən göndərilən və daxil olan yazışmaların mətnləri, səsli mesajların məzmunu, zənglərlə bağlı məlumatların «xxxx» MMC-dən və “xxxx” MMC-dən götürülməsi qərara alınmışdır. «xxxx Telekom» MMC-dən daxil olmuş ##.##.2026-cı il tarixli cavab məktubu ilə həmin dövr üzrə yalnız zənglər siyahısına dair məlumatların olduğu, iddiaçı ilə cavabdeh arasında ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək çoxsaylı (200-dən çox) uzunmüddətli (zəng müddəti 10, 20, 30,50 dəqiqə) telefon danışıqlarının olduğu müəyyən olunmuşdur. Toplanmış sübutlar əsasında, eyni zamanda iş materiallarında olan poçt qəbzləri ilə iddiaçı tərəfindən cəmi 1544 manat pulun cavabdeh Elməddin Əliyevə göndərildiyi müəyyən olunmuşdur. Elməddinin nümayəndəsi məhkəmə iclasında Elməddinə cəmi 1000 manat pulun verildiyini, həmin pulun Elməddin tərəfindən qaytarıldığını bildirmiş, lakin pulun qaytarılması barədə nümayəndənin bildirdiklərini iddiaçı qəbul etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş fleşkartda iddiaçı ilə cavabdeh cavabdeh2 arasında pulla bağlı yalnız cavabdeh2 səslərinin təqdim olunduğu müzakirə və mübahisələr olmuşdur. Iddiaçı tərəfindən göndərilmiş səslər olmasa da, cavabdeh cavabdeh2 tərəfindən Elməddin Əliyevin qaynanası Tubuya göndərilməsi ehtimal olunan səslərdə Elməddin Əliyev tərəfindən pulun iddiaçıya qaytarılmalı olduğu bildirilir. Pulun məbləği ilə bağlı heç nə bildirilmir. Digər səs yazılarında isə cavabdeh2 tərəfindən nalayiq ifadələrlə iddiaçıya pulun qaytarılması ilə bağlı heç bir kömək olunmayacağı, “bundan sonra nə istəyirsən et, hara şikayət edirsən et” məzmunlu səslərin göndərildiyi müəyyən olunur. Səs yazılarında cavabdeh cavabdeh2 tərəfindən pul ödənilməli olması, bununla bağlı cavabdeh2 tərəfindən hər hansı etiraf etməsi, yaxud təkzib etməsi müəyyən olunmur. Yalnız Elməddinin qohumlarına müraciət olunaraq “Elməddin pulu qaytarmasa, Gülşən xanım bizim başımıza oyun açacaq” kimi iradlar bildirməsi müəyyən olunur. Bakı şəhəri ilə Imişli rayonu arasında fəaliyyət göstyərən taksi sürücüləri tərəfindən cavabdehə nə qədər pulun verildiyi müəyyən olunmamışdır. Pulun kimə, nə vaxt verilməsi, hansı məbləğdə olması mötəbər sübutlarla təsdiqini tapmamışdır. Iddiaçı taksi sürücülərini tanımadığını bildirmişdir. Iddiaçı ilə cavabdeh cavabdeh2 arasında olan səs yazılarında da Elməddinin borclu olduğu görünsə də, səs yazılarında hansı məbləğdə borcun olduğunu nə iddiaçı, nə də cavabdeh bildirmirlər. Kart sahibləri isə məhkəmə iclasında şahid qismində çağırılsalar da, məhkəmə iclaslarında iştirak etmədiklərindən iddiaçıya təqdim olunmuş kartlar hazırda iddianın əsaslılığı ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas vermir Digər tərəfdən sorğu məktublarına cavablar isə iddiaçı və cavabdeh Elməddin Əliyev arasında yazışmaların olduğunu sübut etsə də, məhz borcun məbləği ilə bağlı hər hansı sübut olmamışdır. Belə ki, tərəflər arasında çoxsaylı şəxsi yazışmaların da olduğu müəyyən olunmuşdur. Bu isə bir tərəfdən məhz pul, daha sonra borlcla bağlı yazışmaların olduğu, digər tərəfdən isə borcun məbləği ilə bağlı nəticəyə gəlməyə imkan vermir. Iddiaçı və cavabdeh Elməddin Əliyev aralarında şifahi borc münasibətlərinin olduğunu qəbul edir. Belə ki, bunu poçt göndərişləri təsdiq edir. Lakin həmin fotoşəkilin mövcudluğu, tərəflər arasında iş birliyinin, 19 min borcun olduğu kimi nəticə yaratmır. Bundan başqa, iddiaçı və cavabdehlər arasında hər hansı iş birliyi ilə bağlı razılaşmanın olması, birgə fəaliyyətlə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Yalnız 1544 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdeh Elməddin Əliyevə verildiyi təsdiqini tapmışdır. Lakin cavabdeh Elməddin Əliyev tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. Iradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. Iddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Iddiaçı ##.##.2020-ci ildə pulu cavabdeh Elməddin Əliyevdən geri tələb etmək üçün polis şöbəsinə müraciət etsə də, hazırkı iddia ilə məhkəməyə ##.##.2025-ci ildə müraciət etmiş, bununla da sözügedən pul tələbi üzrə üç illik iddia müddətini ötürmüşdür. Kollegiya məhkəmənin bu mövqeyi ilə də razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçılar tərəfindən Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar