Məhkəmə qərarları › İş №2(3-9)-751/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-751/2026

23.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-751/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “notariat hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: notariat hərəkətinin qanunsuz hesab edilməsi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “notariat hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən (hakim. N.Alməmmədov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2023-cüil tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsinə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən ## ##### 2024-cü il tarixdə 8i-5607 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizə əsasında “Elektron Notariat” X5 xitam verilməsi ilə bağlı aparılmış notariat hərəkətinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-*- *(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli icra sənədinə əsasən 344978,78 (üç yüz qırx dörd min doqquz yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu, cəmi 345003,78 (üç yüz qırx beş min üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ödənilməsi nəzərdə tutulmuşdur. O, icra məmurunun hərəkətsizliyindən şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Rövşən Əhmədovun hərəkətsizliyinin qanunsuz hesab edilərək Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ## #### 2023- cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Rövşən Əhmədovun üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, qeyd olunan qətnamə (icra vərəqəsi) üzrə tələblər cavabdeh (borclu) olan onun tərəfindən iddiaçı (tələbkar) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 8i-11330 reyestr nömrəsi ilə təsdiq edilmiş ## ###### 2023-cü il tarixli ərizəsinə (şikayət və tələbin olmaması barədə) əsasən artıq icra edilmiş və həmin məbləğ tələbkara ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov onun şikayətinə cavab məktubunda bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ## #### 2023- cü il tarixli icra sənədinin verilmə tarixi ərizənin verilmə və notariat qaydada təsdiq edilmə tarixindən sonra olduğundan hazırki icra işinin icraatı davam etdirilir və icraata xitam verilməsindən imtina edilmişdir. Bakı Kommersiya Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmənin qərardadından görünür ki, hazırkı işdə icra sənədi üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, borcu öz şikayətində tələbkarın ## ###### 2023-cü il tarixli ərizəsi ilə ona qarşı hər hansı tələbi olmadığını bildirdiyini qeyd etsə də, tələbkar tərəfindən təqdim edilmiş qeyd edilən ərizəyə dair ## ####### 2025-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, ərizə artıq qüvvədən düşmüşdür. Onun vəkilinin verdiyi sorğuya cavab olaraq Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin xüsusi notariusu Rəfail Məmmədov ## ###### 2025-ci il tarixli, **** saylı məktubunda qeyd etmişdir ki, ## ###### 2023-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizəyə “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 16-1-ci bəndinin 3-cü hissəsinə əsasən ## ##### 2024-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizə əsasında “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən xitam verilmişdir. Göstərdiklərinə əsasən hesab edir ki, ## ###### 2023-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsinə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən ## ##### 2024-cü il tarixdə 8i-5607 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizə əsasında “Elektron Notariat” X5 xitam verilməsi ilə bağlı notariat hərəkəti qanunsuzdur. Ona görə də, ## ###### 2023-cüil tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsinə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən ## ##### 2024-cü il tarixdə 8i-5607 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizə əsasında “Elektron Notariat” X5 xitam verilməsi ilə bağlı aparılmış notariat hərəkətinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələblərinə müvafiq qaydada, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia müdafiə etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2(5-106)-129/2026 qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “notariat hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin mahiyyətini düzgün müəyyən etməmiş, hazırkı işə aidiyyəti olmayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsini və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 16-1-ci bəndini tətbiq etmişdir. Halbuki həmin normalar müqavilənin bağlanılmasına üçüncü şəxsin verdiyi qabaqcadan razılığın ləğv edilməsini tənzimləyir və hazırkı işdə üçüncü şəxsin razılığı ilə bağlanan əqddən söhbət getmir. Şikayətdə qeyd edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2023-cü il tarixli ərizəsi müqavilənin bağlanmasına verilmiş razılıq deyil, öhdəliyin icra olunmasını və kreditor tərəfindən qəbul edilməsini təsdiq edən sənəddir. Buna görə də həmin münasibətlərə Mülki Məcəllənin 324.1, 527.1, 528 və 529.1-ci maddələri tətbiq edilməli olduğu halda məhkəmə bu normaları tətbiq etməmiş, nəticədə iş üzrə maddi hüquq normalarını düzgün müəyyən etməmişdir. Notarius tərəfindən ## ###### 2023-cü il tarixli ərizəyə “Elektron Notariat” informasiya sistemində xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, həmin ərizədə notarius sənədin məzmununu deyil, yalnız ərizəçinin imzasının həqiqiliyini təsdiq etmişdir və nə “Notariat haqqında” Qanunda, nə də “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda sənədlərdəki imzanın həqiqiliyinin təsdiq edilməsinə dair notariat hərəkətinin sonradan ləğv edilməsi və ya ona xitam verilməsi nəzərdə tutulmamışdır. Bu cür yanaşma öhdəliyin icrasını təsdiq edən sənədlərin hüquqi qüvvəsini aradan qaldırır və gələcəkdə sui-istifadə hallarına şərait yaradır. Həmçinin göstərilmişdir ki, “Notariat haqqında” Qanunun 67-ci maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 16-1-ci bəndinin 3-cü hissəsinin Mülki Məcəllənin 324.1, 527.1, 528 və 529.1-ci maddələrinə uyğunluğu hüquqi müəyyənlik baxımından şərhə ehtiyac yaratdığından, məhkəmə MPM-in 13.6-cı maddəsinə əsasən Konstitusiya Məhkəməsinə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə yalnız cavabdehin mövqeyini təkrar etmiş, iddia ərizəsində irəli sürülmüş çoxsaylı hüquqi dəlillərə ümumiyyətlə münasibət bildirməmiş, bununla da Konstitusiyanın 129-cu maddəsinin, MPM-in 217-ci maddəsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin əsaslandırılmış məhkəmə qərarı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərin tələblərini pozmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə iddiaçı apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 356-cı maddəsinə görə əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 16-1-ci bəndinə əsasən müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat ofisinin adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və “Elektron notariat” informasiya sistemində yerləşdirilməlidir. Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Kommersiya Məhkəməsinin e*- *(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli icra sənədindən görünür ki, 344978,78 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu, cəmi 345003,78 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Qəsəm oğlu tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Qəsəm oğlunun İddiaçıdan heç bir şikayət və hər hansı tələbi yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ## ##### 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Qəsəm oğlu ##.##.2023-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Şəxsi istəyi səbəbindən həmin ərizədən imtina etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, ## ###### 2023-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizəyə “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 16-1-ci bəndinin 3-cü hissəsinə əsasən ## ##### 2024-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində 8i-11330 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ərizə əsasında “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən xitam verilmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Ağcabədi Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin mahiyyətini düzgün müəyyən etməmiş, hazırkı işə aidiyyəti olmayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsini və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 16-1-ci bəndini tətbiq etmişdir. Halbuki həmin normalar müqavilənin bağlanılmasına üçüncü şəxsin verdiyi qabaqcadan razılığın ləğv edilməsini tənzimləyir və hazırkı işdə üçüncü şəxsin razılığı ilə bağlanan əqddən söhbət getmir. Şikayətdə qeyd edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2023-cü il tarixli ərizəsi müqavilənin bağlanmasına verilmiş razılıq deyil, öhdəliyin icra olunmasını və kreditor tərəfindən qəbul edilməsini təsdiq edən sənəddir. Buna görə də həmin münasibətlərə Mülki Məcəllənin 324.1, 527.1, 528 və 529.1-ci maddələri tətbiq edilməli olduğu halda məhkəmə bu normaları tətbiq etməmiş, nəticədə iş üzrə maddi hüquq normalarını düzgün müəyyən etməmişdir. Notarius tərəfindən ## ###### 2023-cü il tarixli ərizəyə “Elektron Notariat” informasiya sistemində xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, həmin ərizədə notarius sənədin məzmununu deyil, yalnız ərizəçinin imzasının həqiqiliyini təsdiq etmişdir və nə “Notariat haqqında” Qanunda, nə də “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda sənədlərdəki imzanın həqiqiliyinin təsdiq edilməsinə dair notariat hərəkətinin sonradan ləğv edilməsi və ya ona xitam verilməsi nəzərdə tutulmamışdır. Bu cür yanaşma öhdəliyin icrasını təsdiq edən sənədlərin hüquqi qüvvəsini aradan qaldırır və gələcəkdə suiistifadə hallarına şərait yaradır. Həmçinin göstərilmişdir ki, “Notariat haqqında” Qanunun 67ci maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 16-1-ci bəndinin 3-cü hissəsinin Mülki Məcəllənin 324.1, 527.1, 528 və 529.1-ci maddələrinə uyğunluğu hüquqi müəyyənlik baxımından şərhə ehtiyac yaratdığından, məhkəmə MPM-in 13.6-cı maddəsinə əsasən Konstitusiya Məhkəməsinə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə yalnız cavabdehin mövqeyini təkrar etmiş, iddia ərizəsində irəli sürülmüş çoxsaylı hüquqi dəlillərə ümumiyyətlə münasibət bildirməmiş, bununla da Konstitusiyanın 129-cu maddəsinin, MPM-in 217-ci maddəsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin əsaslandırılmış məhkəmə qərarı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərin tələblərini pozmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materiallarından müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2023-cü il tarixli icra sənədi ilə İddiaçı 345.003,78 manat məbləğində pul vəsaitinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xeyrinə tutulması müəyyən edilmiş, sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2023-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, daha sonra isə ## ##### 2024cü il tarixdə həmin ərizədən şəxsi iradəsinə əsasən imtina etdiyini bəyan etmişdir. Məhz bundan sonra notariat orqanı “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 16-1-ci bəndinin tələblərinə uyğun olaraq əvvəlki ərizəyə “Elektron Notariat” informasiya sistemində xitam vermişdir. Birinci instansiya məhkəməsi də bu ardıcıllığı araşdıraraq notariusun qanunvericiliyin tələblərinə uyğun hərəkət etdiyi nəticəsinə gəlmişdir.

2. Apellyasiya şikayətində əsas dəlil ondan ibarətdir ki, məhkəmə Mülki Məcəllənin 356cı maddəsini və Təlimatın 16-1-ci bəndini hazırkı münasibətə tətbiq etməməli, əksinə Mülki Məcəllənin 324.1, 527.1, 528 və 529.1-ci maddələrini tətbiq etməli idi, çünki ## ###### 2023cü il tarixli ərizə guya öhdəliyin icrasını təsdiq edən sənəd hesab olunmalı və birtərəfli qaydada ləğv edilə bilməzdi. Lakin kollegiya həmin mövqeni əsaslı hesab etmir. Belə ki, mübahisənin predmeti borcun icra edilib-edilməməsi, yaxud öhdəliyə xitam verilməsi deyil, notariat orqanının sonrakı notariat hərəkətinin qanuniliyidir. Hazırkı işdə məhkəmə borcun mövcudluğu və ya öhdəliyin icrası barədə hüquqi qiymət verməmiş, yalnız notariusun əvvəl təsdiq edilmiş ərizəyə sonradan xitam verməsinin qanuniliyini qiymətləndirmişdir. Buna görə də apellyasiya şikayətində göstərilən Mülki Məcəllənin öhdəliklərin xitamı ilə bağlı müddəaları mübahisənin predmetini dəyişmir və notariusun konkret notariat hərəkətinin qanuniliyinin qiymətləndirilməsi üçün həlledici əhəmiyyət daşımır.

3. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 324.1, 324.4 və 356-cı maddələrinə, habelə “Notariat haqqında” Qanunun 45-ci maddəsinə və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 16-1-ci bəndinə istinad etməsi işin hallarına uyğundur. Çünki iş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əvvəlki iradəsini dəyişərək həmin ərizədən imtina etmiş, notarius da məhz həmin yeni iradə ifadəsini rəsmiləşdirmişdir. Qanunvericilikdə şəxsin öz iradəsini dəyişməsini qadağan edən norma mövcud deyil. Əksinə, notariusun vəzifəsi müraciət edən şəxsin həqiqi iradəsini müəyyən etmək və onu qanunun tələblərinə uyğun rəsmiləşdirməkdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, nə qədər ki, ərizənin verilməsi və sonradan ondan imtina edilməsi qanunla qadağan edilməmişdir, notariusun həmin iradə ifadəsini təsdiq etməsi öz-özlüyündə qanunsuz hesab edilə bilməz.

4. Apellyasiya şikayətində ## ###### 2023-cü il tarixli sənədin yalnız imzanın həqiqiliyinin təsdiqi ilə bağlı notariat hərəkəti olması və buna görə də sonradan ona xitam verilməsinin mümkün olmaması barədə irəli sürülən dəlil də qətnamənin ləğvinə əsas vermir. Çünki həmin dəlil mahiyyət etibarilə normanın tətbiqinin düzgünlüyü ilə bağlı fərqli hüquqi mövqedən ibarətdir və notariat orqanının hərəkətinin açıq-aşkar qanunsuz olduğunu təsdiq edən hər hansı norma və ya məcburi məhkəmə təcrübəsi ilə təsdiqlənmir. Əksinə, iş materiallarında notariat orqanının öz hərəkətini məhz qüvvədə olan Təlimatın 16-1-ci bəndinə əsaslandırdığı, birinci instansiya məhkəməsinin də həmin normanı tətbiq etməklə hüquqi qiymət verdiyi görünür. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən hüquqi mülahizələr birinci instansiya məhkəməsinin hüquqi nəticəsinin yanlış olduğunu təsdiq etmir.

5. Həmçinin apellyasiya şikayətində hüquqi müəyyənlik prinsipinin pozulması, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsinin zəruriliyi və məhkəmənin iddiaçının bütün dəlillərinə ayrıca münasibət bildirməməsi barədə irəli sürülən dəlillər də qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V bəndinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Konstitusiyanın 130-cu maddəsinin VI bəndinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi yalnız tətbiq edilməli olan normanın Konstitusiyaya uyğunluğu barədə məhkəmədə əsaslandırılmış və aradan qaldırıla bilməyən şübhə yarandıqda mümkündür. Hazırkı işdə isə birinci instansiya məhkəməsi tətbiq edilməli hesab etdiyi hüquq normalarını müəyyən etmiş, həmin normaları işin hallarına tətbiq etmiş və notariusun hərəkətinin qanuni olması barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətində həmin nəticə ilə razılaşmamaq faktı özlüyündə normanın konstitusiyaya uyğunluğu barədə şübhənin mövcudluğunu göstərmir və MPM-in 13.6-cı maddəsi əsasında sorğu göndərilməsini zəruri etmir.

6. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar