Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-756/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, həmçinin işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim etməklə iddia tələbinin həcmini dəyişərək cavabdehdən vurulmuş zərərin əvəzi kimi 7.560 manat, xxxxnə ödənilmiş 300 manat və ödədiyi dövlət rüsumunun əvəzi kimi 90 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, ## #### 2025-ci il tarixdə idarə etdiyi “Mersedes Benz E240” markalı **GD*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonundan Salyan rayonu, Şorsulu kəndi istiqamətində hərəkət edərkən, saat 15.15 radələrində ondan irəlidə hərəkət edən “Niva” markalı **CB*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək məqsədilə xəbərdarlıq işarəsi verib yolun boş olan sol hissəsinə çıxdığı zaman, “Niva” markalı **CB*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh qəflətən sola dönmə manevri etmiş və nəticədə cavabdehin idarə etdiyi avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. Daha sonra o, idarəetməni itirmiş və avtomobil yolun sol kənarında olan dəmir elektrik dirəyinə dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər və o xəsarət almışlar. Hadisəni törətmiş Cavabdeh barəsində Azərbaycan Respublikası IXM-nin 332.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin hadisə nəticəsində avtomobilinə 10.909 manat məbləğində ziyan dəymişdir. Avtomobilə ziyan dəyməsi faktı “Avto Təmir” Servis Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli qüsur aktı ilə təsdiqlənir. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmış, cavabdeh ziyanın əvəzinin ödənilməsindən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, hadisə onun deyil, iddiaçının təqsiri üzündən baş verib. Belə ki, ## #### 2025-ci ildə saat 15:15 radələrində Neftçala-Xolqaraqaşlı yolunda idarə etdiyi “Niva” markalı avtomobillə yaxınlıqdakı fermadan çıxıb evinə gedərkən kənd yolu olduğu üçün avtomobili 20-30 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olduğu yoldan kəndin içinə gedən yola daxil olmaq üçün sola dönmə işığını yandırmış və əyləci sıxıb sürəti azaldaraq torpaq yola daxil olarkən arxadan 140-150 km/saat sürətlə gələn və iddiaçıya məxsus olan “Mercedes Benz” markalı avtomobil onu soldan ötüb keçmək istəyərkən, iddiaçının avtomobilinin sağ ön hissəsi onun avtomobilinin sol ön hissəsinə dəymişdir. Daha sonra iddiaçıya məxsus avtomobil yolun sol kənarında olan dəmir işıq dirəyinə dəyərək dayanmış və işıq dirəyi də aşmışdır. Iddiaçı yaşayış yerlərində qanunla müəyyən edilmiş sürət həddini aşdığına görə Azərbaycan Respublikası IXM-nin müvafiq maddəsi ilə inzibati qaydada cəzalandırılmışdır. Hadisə zamanı iddiaçının səs siqnalı verərək xəbərdarlıq etməsinə və 75-85 km/saat sürətlə hərəkət etdiyinə dair bildirdikləri həqiqətə uyğun deyil. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Ceyhun Qədimov), iddianın təmin edilməsi, cavabdeh Cavabdeh vurduğu zərərin əvəzi kimi 7.560 (yeddi min beş yüz altmış) manat, xxxx MMC-yə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məlumat göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Kollegiya üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 925-1.1-ci “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925- 1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Icbari sığortalar haqqında haqqında Azərbaycan Respublikası Qanunu: 4.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır: 24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçı İddiaçı maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Iş materiallarına əlavə edilmiş Neftçala Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqinin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## #### 2025-ci il tarixli qərarından görünür ki, müvafiq yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Iş materiallarına əlavə edilmiş Neftçala Rayon Polis X2 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası IXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş DIN DYP WEB Portalından əldə olunmuş çıxarışdan görünür ki, cavabdeh yuxarıda qeyd olunan cəriməni ## #### 2025-ci ildə ödəmişdir. Iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən, eləcə də iş materiallarına əlavə olunmuş kompakt diskdəki fotoşəkillərdən və audiovideo yazılardan iddiaçıya məxsus avtomobilin bir çox hissəsinin əzilərək sıradan çıxdığı, cavabdehə məxsus avtomobilin ön sol künc hissəsinin əzildiyi görünür. Iş materiallarına əlavə edilmiş ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən X1 tərəfindən verilmiş qüsur aktlarından görünür ki, «Mercedes Benz E240» markalı, **GD*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumi məbləği 10.909 manat təşkil edir. Iş materiallarına əlavə edilmiş Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş, HK- */*** nömrəli materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ## #### 2025-ci ildə verilmiş */*** nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21213 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes Benz E240 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü İddiaçı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 75-85 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur». Iş materiallarına əlavə edilmiş xxxx MMC-nin eksperti tərəfindən ## ###### 2026- cı ildə verilmiş ƏEM/Y **-***/** nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «## #### 2025-ci ildə Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisində “Mercedes Benz E240” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ21213” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E240” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği 7 560,0 (yeddi min beş yüz altmış) manat təşkil edir». ## ###### 2026-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı İddiaçı tərəfindən 300 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ## #### 2025-ci il tarixdə idarə etdiyi “Mersedes Benz E240” markalı **GD*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonundan Salyan rayonu, Şorsulu kəndi istiqamətində hərəkət edərkən, saat 15:15 radələrində ondan irəlidə hərəkət edən “Niva” markalı **CB*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək məqsədilə xəbərdarlıq işarəsi verib yolun boş olan sol hissəsinə çıxdığı zaman, “Niva” markalı **CB*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh Cavabdeh qəflətən sola dönmə manevri etmiş və nəticədə cavabdehin idarə etdiyi avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. Daha sonra o, idarəetməni itirmiş və avtomobil yolun sol kənarında olan dəmir elektrik dirəyinə dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər və o xəsarət almışlar. Hadisəni törətmiş Cavabdeh Azərbaycan Respublikası IXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən göndərilmiş məktubdan görünür ki, yardımçı hüquqi şəxs “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qüsur aktı ilə ##.##.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 5000 (beş min) manat məbləğində qiymətləndirilmişdir. Şirvan RETSI-nin Neftçala EŞ-yə məxsus işıq dirəyinə isə qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində 1006,54 (bir min altı manat, əlli dörd qəpik) manat məbləğində zərər dəymişdir. ASC tərəfindən İddiaçı hesabına, onun ##.##.2025-ci il tarixli razılıq ərizəsi əsasında “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4162,13 (dörd min yüz altmış iki manat, on üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Icbari sığortalar haqqında haqqında Azərbaycan Respublikası Qanunun 24.1.4-cü maddəsinə görə zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 925-1-ci maddəsinə görə də, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Hazırki formalaşmış məhkəmə təcrübəsinə əsasən, eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbi baxımından məhkəmənin təşəbbüsü ilə “xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, ASC-yə sorğu göndərilərək sığorta hadisəsi nəticəsində toplanmış materialların-ziyan aktı, ödəniş qəbzi, tərəflərin ziyan aktı ilə razılaşmaları barədə ərizələri və hadisəyə dair digər sənədlərin surətlərinin təqdim edilməsi tələb edilmişdir. Belə ki, sığorta hadisəsi nəticəsində toplanmış materialların tələb edilməsində məqsəd sığorta hadisəsi zamanı sığorta şirkətləri tərəfindən dəymiş zərərin müəyyələndirilməsi üçün qiymətləndirmə aparılıb-aparılmamasının, həmin qiymətləndirmə nəticələri ilə zərərçəkən tərəfin tanış edilib-edilməməsinin müəyyən edilməsidir. Çünki yuxarıda qeyd edilən normaların tələbləri baxımından, sığorta hadisəsi nəticəsində zərərçəkən şəxs əmlaka dəyən zərərə görə sığortaçı tərəfindən müəyyənləşdirilmiş məbləğlə razılaşmadıqda və ya tərəflər arasında razılıq əldə edilmədikdə müstəqil ekspert dəvət etməklə zərərin miqdarının qiymətləndirilməsi tələb edə bilər. Hazırki işdə də “xxxx" ASC tərəfindən “xxxx” MMC vasitəsi ilə qiymətləndirmə aparılmış, “xxxx” MMC tərəfindən dəymiş zərərin hesablanmasına dair AKT-da “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 5000 (beş min) manat məbləğində qiymətləndirilmişdir. Lakin məhkəmə tərəfindən tələb edilən sığorta materiallarında həmin ziyan AKTı ilə iddiaçı İddiaçı tanış edilməsi müəyyən edilməmiş, yalnız ona siğorta hadisəsi nəticəsində 4162,13 manat siğorta ödənişini alması barədə “razılıq ərizəsi” alınmışdır. Kollegiya qeyd edir ki, Siğorta şirkətləri tərəfindən zərərçəkənin dəymiş ziyan aktı ilə tanış edilməsi ona görə vacibdir ki, ilk öncə zərərçəkən aparılan qiymətləndirmə ilə razılaşmadığı halda müstəqil ekspert dəvət edilməsi yolu ilə həmin ziyanın yenidən müəyyən edilməsini tələb edə bilsin. Digər tərəfdən həmin ziyan aktı ilə tanış olub həmin aktla razılaşan zərərçəkən daha sonra siğorta ödənişini aldıqdan sonra yenidən başqa qiymətləndirmə aparmaq yolu ilə daha artıq ziyan müəyyən edib hüquqdan sui-isitifadə etməklə məhkəmədə iddia qaldırmasın. Hazırki işdə də “xxxx"xxxx” MMC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair AKT-la tanış edilməmiş, nəticədə iddiaçı İddiaçı müəyyən edilmiş zərərin həcmindən məlumatlı olmayaraq yenidən iddia qaldırmaq yolu ilə cavabdeh Cavabdeh dəymiş zərərin əvəzi kimi 7.560 manat pul tələb etmişdir. Kollegiya qeyd edir ki, “xxxx" ASC tərəfindən zərərçəkən iddiaçı İddiaçı ziyan aktı ilə tanış edilsəydi, məhkəmə qarşısında tələbetmə hüququ yalnız müəyyən edilmiş 5000 manat zərərdən siğorta ödənişi ödənildikdən sonra geriyə qalan 838 manat həddində ola bilərdi. Cavabdeh Cavabdeh özü də iddiaya etirazında dəymiş zərərin məbləğinin “xxxx” MMC tərəfindən müəyyən edilən ziyan aktı ilə müəyyən edilməsini xahiş etsə də, yuxarıda qeyd edildiyi kimi iddiaçı həmin ziyanın hesablanmasına dair AKT-dan məlumatsız olmuşdur. Belə olan halda iddiaçı İddiaçı məruz qaldığı zərərin miqdarını yalnız özü siğorta ödənişini aldıqdan sonra müstəqil qiymətləndirmə aparmaq yolu ilə müəyyən etmişdir, o zaman iddia tələbi də qismən əsaslıdır. Iddia tələbi zərərin həcminə münasibətdə 7.560 (yeddi min beş yüz altmış) manat həddində olduğundan və siğorta ödənişi də 4162,13 manat ödənildiyindən, dəymiş zərərin ümumi məbləğindən siğorta ödənişinin məbləği çıxılmalı, qətnamə dəyişdirilərək zərərin məbləği 3397,87 (üç min üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat müəyyən edilməlidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (§ 27, 36-38). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə 2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair ## ##### 2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə ## #### 2023-cü il tarixli qərarlar). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəymiş ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 3397,87 (üç min üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat pul alınaraq iddiaçı İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Iş materiallarından göründüyü kimi cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 3397,87 (üç min üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat, yəni 5000 manatdan az təşkil etdiyindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəymiş ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 3397,87 (üç min üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat pul alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-756/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-756/2026
14.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver