Məhkəmə qərarları › İş №2(3-9)-772/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-772/2026

01.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-772/2026 01.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 24450 manat və dövlət rüsumu kimi ödənilmiş 157 manat, ümumilikdə 24607 manat pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh maddi zərərin əvəzi olaraq 24450 manat və ödənilmiş 157 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24607 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-in 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 79 (yetmiş doqquz) manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Lakin iş üzrə iddianın qiyməti 24450 (iyirmi dörd min dörd yüz əlli) manat təşkil edir. Bu halda iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 163 (yüz altmış üç) manat 35 (otuz beş) qəpik təşkil edir. Qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayəti verilərkən iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Buna görə də, apellyasiya şikayətinin verilməsi zamanı 81 (səksən bir) manat 67 (altmış yeddi) qəpik məbləğdə dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 79 (yetmiş doqquz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, apellyasiya şikayəti üzrə dövlət rüsumu 2 (iki) manat 67 (altmış yeddi) qəpik məbləğində əskik ödənilmişdir. Qeyd edilməlidir ki, MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə tərkibi şərh edilənlərə əsasən və MPM-in 263-264, 366, 402.2.1-ci və 403cü maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar