AzərbaycanǝRespublikasıǝadından Qətnamə Şirvanǝşəhəri İşǝ№ǝ2(3-9)-783/2026 29.07.2026 ŞIRVANǝAPELLYASIYAǝMƏHKƏMƏSI İddiaçıǝİddiaçıǝcavabdehǝCavabdehǝoğlunaǝqarşıǝdəymişǝziyanınǝödənilməsiǝtələbinə dairǝmülkiǝişǝüzrə Q Ə T N A M Ə S İ Açarǝsözlər:ǝdəymişǝziyanınǝ(mal-qoyun)ǝödənilməsiǝtələbi. Şirvanǝşəhəri, ##ǝ####ǝ2026-cıǝil Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarətǝtərkibdə,ǝƏhmədliǝMuradǝİlhamǝoğlununǝkatibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə İltifat oğlunun iştirakıǝilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən (hakim. V.Qasımov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməniǝqəbulǝetdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31000 manat məbləğində zərərin və 183 manat dövlət rüsumunun alınıb ona verilməsiǝbarədəǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Biləsuvar rayonu Nərimankənd kəndində yaşamaqla mal-qara saxlamaqla ailəsini dolandırır. Təsərrüfatlarında 42 baş mal qara var. Bunlardan 7 başı şəhid ailəsi olan Arif Əbiliovun olmaqla iddiaçı baxır. Hər gün iddiaçı həmin heyvanları səhər kəndin otlaq sahəsinə aparır. Kəndin otlaq sahəsi kəndin yolunun digər tərəfindədir. İddiaçı kəndlərinin girişində və çıxışında “Yol hərəkəti haqqında” Qanuna əsasən “Xəbərdarlıq nişanı” olan heyvan keçidi işarəsi qoyulmuşdur. Kəndlərinin ərazisində digər yerdə bir işarə yoxdur. Bütün kənd sakinləri kimi iddiaçı da hər gün heyvanlarını həmin ərazidən otlaq sahəsinə aparır. ## ####### 2024-cü il tarixdə saat 07 radələrində iddiaçı heyvanlarını qanunla müəyyən edilmiş əraziyə gətirərək, nəqliyyat vasitəsi gəlmədiyini görüb yoldan keçirməyə başlamışdır. Daha sonra yola paralel yol boyu örüş sahəsinə tərəf aparmağa başlamışdır. Bu vaxt Cavabdeh “Mersedes” markalı yük avtomaşınla yüksək sürətlə kənd ərazisinə daxil olmuşdur. Həmin avtomaşın sürətini azaltmadan yolun kənarına çatmış və 10 baş qoyun və 2 baş inəyini təkərləri ilə üstündən keçərək öldürmüşdür. 3 başa isə xəsarət yetirmişdir. Həmin avtomaşını idarə edən Cavabdeh hadisədən sonra avtomaşını saxlamışdır. Polis tərəfindən səthi araşdırma aparılmaqla, guya qanunun tələblərini iddiaçının pozması müəyyən edərək tərtib etdiyi protokolu baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən isə heç bir araşdırma aparılmadan polisin protokolu əsas götürülməklə iddiaçı cərimə edilmişdir. Uzun sürən məhkəmə araşdırmalarından sonra Biləsuvar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı qərarı ilə iddiaçının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli olmadığı müəyyən edilmişdir. Qarşı tərəf apelyasiya şikayəti versə də Şirvan Apelyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(106)- ***/**** saylı qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı qərarı qüvvədə saxlanılmışdır. Hadisə nəticəsində cavabdeh idarə etdiyi avtomaşınla iddiaçıya məxsus 10 baş qoyun və 2 baş inəyini təkərləri ilə üstündən keçərək tələf etmişdir. 3 başa isə xəsarət yetirmişdir. Hazırda ana qoyunun orta bazar qiyməti 450- 500 manatdır. Cavabdehin hərəkəti nəticəsində iddiaçıya 10 baş ana qoyunun tələf olmuşdur. Onların bazar qiyməti 5 min manat edir. İddiaçının yaşadığı zonada bir ana qoyun ildə 1-2 bala verir. 2024-cü ildə tələf olmuş hər qoyunun 1 bala versəydi bu 10 baş, 2025-ci ildə də hər qoyun 10 baş doğsaydı bu da 10 baş edir. Göründüyü kimi iddiaçıya 20 baş da əlavə zərər dəymişdir. Bunların da orta bazar qiyməti cəmi 10 min manat edir. Cəmi qoyunlarına görə cavabdeh iddiaçıya 15 min manat zərər vurmuşdur. Cavabdehin hərəkəti nəticəsində 2 baş ana inəyi tələf olmuşdur. Bir baş ana inəyin bazar dəyəri 2500-3000 manat etməklə, 2 başa görə 6 min manat edir. Hər il inək bir bala verdiyindən 2 ildə iddiaçı 4 baş inək zərəri vurmuşdur. Bu da orta hesabla 10 min manat edir. Ümumilikdə iddiaçıya cavabdeh 16 min manat da inəklərinə görə vurmuşdur. Cəmi qoyun və inəyə görə cavabdeh iddiaçıya 31 min manat zərər vurmuşdur. Göstərilənlərəǝəsasənǝiddianınǝtəminǝolunmasınıǝxahişǝetdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 da, eyni məzmunlu izahataǝverərəkǝiddianınǝtəminǝolunmasınıǝxahişǝetmişdir.ǝ Məhkəmə baxışında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edib, iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Biləsuvar Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə o, zərərçəkən kimi tanınmış və onun avtomobilinə ziyan dəymişdir. O, idarə etdiyi “Mersedes aktros 1843 yük” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətində hərəkətdə olmuşdur. İddia ərizəsində qeyd olunan inzibati xətaya dair işdə məhkəmə tərəfindən hadisǝ yerinə baxış zamanı çəkilmiş fotoşəkillər yük avtomobilinin hərəkət istiqamətinin əksinə, yəni Biləsuvar rayonu istiqamətindən İmişli rayonu istiqamətinə olan hissəyə aiddir. Əgər məhkəmə hadisə yerinə baxış zamanı müəyyən etdiyi kimi olsaydı o zaman avtomobilin sol hissəsinə deyil, sağ hissəsinə ziyan dəyməli idi. İmişli istiqamətindən gələrkən heyvan keçidi üçün olan nişanla hadisə yeri arasında təxminən 1 km məsafə olmuş və bu məsafədə 4 yol kəsişməsi mövcuddur. Qanunvericiliyin tələbinə əsasəndə yol nişanları yol kəsişmələrində öz qüvvəsini itirir. Əlavə olaraq bildirir ki, hadisə sutkanın qaranlıq vaxtında baş vermişdir. Ona görəǝdəǝiddianınǝrəddǝolunmasınıǝxahişǝetmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdehǝheçǝbirǝüzrlüǝsəbəbǝolmadanǝməhkəməninǝbaxışǝiclasındaǝiştirakǝetməmişdir. Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2(5-150)-176/2026 qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 8550 manat, ödənilmiş dövlət rüsumunun 105,5 manat hissəsi, cəmi 8655,5 (səkkiz min altı yüz əlli beş manatǝəlliǝqəpik)ǝmanatǝməbləğindəǝpulǝalınaraqǝiddiaçıǝİddiaçıǝverilməsiǝqətǝedilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Saatlı rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilərək iddianın tam təmin edilməsinə dairǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsə də, məhkəmə tərəfindən tələbi ədalətli araşdırılmamış, mülkiyyət hüququ pozulmuş, ədalətsiz araşdırma nəticəsində mülkiyyətindən qismən məhrum edilmiş və qarşı tərəfə imtiyaz verilməklə ədalətsiz qətnamə qəbul olunmuşdur. Biləsuvar rayonu Nərimankənd kəndində mal-qara saxlamaqla ailəsini dolandırır, təsərrüfatında 42 baş iribuynuzlu və xırdabuynuzlu heyvan olmuş, ## ####### 2024-cü il tarixdə səhər saatlarında heyvanlarını qanunla müəyyən edilmiş örüş sahəsinə apararkən cavabdeh idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yüksək sürətlə hərəkət edərək 10 baş qoyunu və 2 baş inəyi təkərləri altında saxlayaraq tələf etmiş, 3 baş heyvana isə xəsarət yetirmişdir. İddiaçı hesab etmişdir ki, tələf olmuş 10 baş ana qoyun hər il bala verdiyindən iki il ərzində 20 baş quzu əldə edəcəkdi, 2 baş ana inəkdən isə iki il ərzində 4 baş buzov alınacaqdı. Buna görə də ona yalnız heyvanların dəyəri deyil, həmin heyvanlardan əldə ediləcək gəlir də daxil olmaqla əldən çıxmış fayda vurulmuşdur. Məhkəmə əldən çıxmış faydanın real faktlara əsaslanmalı olması barədə nəticəyə gəlsə də, heyvanların gəlir əldə etmək məqsədilə saxlanıldığını, onun yeganə dolanışıq mənbəyinin məhz bu təsərrüfat olduğunu nəzərə almamış, nəticədə əldən çıxmış faydanın ödənilməsini əsassız olaraq rədd etmişdir. Bundan əlavə, məhkəmənin sübutetmə qaydalarına dair normalara və mülkiyyət hüququna dair müddəalara istinad etməsinə baxmayaraq, özünün həmin hüququ pozan nəticəyə gəldiyi, bununla da Konstitusiyanın, Avropa İnsan Hüquqları Konvensiyasının və Mülki Məcəllənin zərərin tam ödənilməsini nəzərdə tutan müddəalarının tələblərinin pozulduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi əldən çıxmış faydanın mövcudluğunu sübut kimi qəbul etməmiş, halbuki iddiaçı yalnız heyvandarlıqla məşğul olmaqla dolandığını və həmin heyvanların gəlir əldə etmək məqsədilə saxlanıldığını göstərmişdir. Cavabdeh heç bir sübut təqdim etmədiyi halda məhkəmə onun mövqeyini əsas götürmüş, MPM-in 77.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, eyni zamanda MPM-in 88-ci maddəsinin tələblərinə zidd olaraq onun mülkiyyət hüququnu pozmuş, nəticədə ona vurulmuş zərərin tam həcmdə əvəzinin ödənilməsinə dair iddiasını əsassız olaraq qismən təmin etmişdir. Bu səbəbdən Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilərək iddianınǝtamǝtəminǝedilməsiǝbarədəǝyeniǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiyaǝşikayətinəǝqarşıǝyazılıǝetirazǝverilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, onunǝdəlillərinəǝuyğunǝizahatǝvermişǝvəǝiddiasınınǝtamǝtəminǝolunmasınıǝxahişǝetmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə İltifat oğlu apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişlər. Qeyd etmişlər ki, məcbur olaraq birinci instansiya məhkəməsininǝqətnaməsiǝiləǝrazılaşmışlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və yaǝdəyişdirilməsiǝdispozitivlikǝvəǝçəkişməǝprinsipininǝpozulmasıǝkimiǝqiymətləndirilməlidir.” Hazırkı işdə iddaçı apellyasiya şikayətində Saatlı rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığınıǝqismənǝyoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəǝşəraitindəǝəldəǝedəcəyiǝgəlirlərǝ(əldənǝçıxmışǝfayda)ǝbaşaǝdüşülür.ǝ 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yaǝhərəkətsizlikdir).ǝ 1096.2-ciǝmaddəsinəǝgörəǝdeliktǝtörətmişǝşəxsǝmülkiǝhüquqǝməsuliyyətiǝdaşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzunaǝvurulmuşǝzərərinǝəvəziǝzərərvuranǝtərəfindənǝtamǝhəcmdəǝödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıǝvəǝonlardanǝistifadəǝetməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyiǝhallarıǝsübutǝetməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədənǝsaxlanılmalıdır.ǝ Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarının surətindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** saylı qərarından Cavabdeh vəkili X5 tərəfindən verilmiş şikayət təminǝedilməmiş,ǝqərarǝdəyişdirilmədənǝsaxlanılmışdır.ǝ İş materiallarında olan fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs X12 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Muğan zonasında təsərrüfatlarda olan xırdabuynuzlu heyvanlar ildə 1-2 bala, iri buynuzlu heyvanlar isə ildə bir bala verir. Ana qoyunların bazar qiyməti təxminən 450-500 manat arası olur. Ana inəyin bazar qiyməti təxminənǝ2500-3000ǝmanatǝarasıǝolur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X7” X3 ## ##### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin Elektron Qiymət İnformasiya Portalından (www.aqrarbazar.az), eləcə də X2 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə edilmiş məlumatlara əsasən, bir baş yerli ana qoyunun qiyməti onun cinsindən və yaşından asılı olaraq 300-550 manat, bir baş yerli ana inəyin qiyməti isə cinsindən,ǝyaşındanǝvəǝçəkisindənǝasılıǝolaraqǝ1500-2800ǝmanatǝarasındaǝdəyişir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiyaǝşikayətiǝvermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsə də, məhkəmə tərəfindən tələbi ədalətli araşdırılmamış, mülkiyyət hüququ pozulmuş, ədalətsiz araşdırma nəticəsində mülkiyyətindən qismən məhrum edilmiş və qarşı tərəfə imtiyaz verilməklə ədalətsiz qətnamə qəbul olunmuşdur. Biləsuvar rayonu Nərimankənd kəndində mal-qara saxlamaqla ailəsini dolandırır, təsərrüfatında 42 baş iribuynuzlu və xırdabuynuzlu heyvan olmuş, ## ####### 2024-cü il tarixdə səhər saatlarında heyvanlarını qanunla müəyyən edilmiş örüş sahəsinə apararkən cavabdeh idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yüksək sürətlə hərəkət edərək 10 baş qoyunu və 2 baş inəyi təkərləri altında saxlayaraq tələf etmiş, 3 baş heyvana isə xəsarət yetirmişdir. İddiaçı hesab etmişdir ki, tələf olmuş 10 baş ana qoyun hər il bala verdiyindən iki il ərzində 20 baş quzu əldə edəcəkdi, 2 baş ana inəkdən isə iki il ərzində 4 baş buzov alınacaqdı. Buna görə də ona yalnız heyvanların dəyəri deyil, həmin heyvanlardan əldə ediləcək gəlir də daxil olmaqla əldən çıxmış fayda vurulmuşdur. Məhkəmə əldən çıxmış faydanın real faktlara əsaslanmalı olması barədə nəticəyə gəlsə də, heyvanların gəlir əldə etmək məqsədilə saxlanıldığını, onun yeganə dolanışıq mənbəyinin məhz bu təsərrüfat olduğunu nəzərə almamış, nəticədə əldən çıxmış faydanın ödənilməsini əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi əldən çıxmış faydanın mövcudluğunu sübut kimi qəbul etməmiş, halbuki iddiaçı yalnız heyvandarlıqla məşğul olmaqla dolandığını və həmin heyvanların gəlir əldə etmək məqsədilə saxlanıldığını göstərmişdir. Cavabdeh heç bir sübut təqdim etmədiyi halda məhkəmə onun mövqeyini əsas götürmüş, MPM-in 77.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, eyni zamanda MPM-in 88-ci maddəsinin tələblərinə zidd olaraq onun mülkiyyət hüququnu pozmuş, nəticədə ona vurulmuş zərərin tam həcmdə əvəzinin ödənilməsinə dair iddiasını əsassız olaraq qismən təmin etmişdir. Bu səbəbdən Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsiǝbarədəǝyeniǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.
1. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ## ####### 2024-cü il tarixdə cavabdehin idarə etdiyi yük avtomobili iddiaçıya məxsus 10 baş qoyunu və 2 baş inəyi vuraraq tələf etmiş, 3 baş qoyuna isə xəsarət yetirmişdir. Həmin hadisə nəticəsində cavabdehin hüquqazidd hərəkətləri ilə iddiaçıya maddi zərər vurulması Biləsuvar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı, həmin qərarın Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılması, eləcə də iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi cavabdehin deliktdən irəli gələn öhdəliyinin yarandığını düzgün müəyyən etmiş və Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə uyğun olaraq vurulmuş real zərərinǝəvəzininǝödənilməliǝolmasıǝbarədəǝhaqlıǝnəticəyəǝgəlmişdir.
2. Apellyasiya şikayətində əsas dəlil iddiaçının əldən çıxmış faydasının da ödənilməli olması ilə əlaqələndirilmişdir. Lakin kollegiya hesab edir ki, həmin dəlillər əsaslı deyildir. Çünki Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda hüququ pozulmasaydı şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən ibarət olsa da, belə gəlirin ödənilməsi üçün onun real, obyektiv və kifayət qədər sübutlarla təsdiq olunması zəruridir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iki il ərzində tələf olmuş 10 baş qoyundan mütləq qaydada 20 baş quzu, 2 baş inəkdən isə 4 baş buzov əldə edəcəyi barədə irəli sürdüyü mülahizələr yalnız ehtimallara əsaslanır. Baytarlıq arayışında və X7 məktubunda ana qoyunların ildə 1-2 bala, inəklərin isə ildə bir bala verdiyi göstərilsə də, həmin sənədlər konkret olaraq məhz iddiaçıya məxsus heyvanlardan hansı sayda bala alınacağını, həmin balaların sağ doğulacağını və qalacağını, bazar qiyməti ilə satılacağını və nəticədə iddiaçının iddia etdiyi məbləğdə gəlir əldə edəcəyini təsdiq etmir. Buna görə də həmin sənədlər əldən çıxmış faydanın konkret məbləğinin müəyyən edilməsi üçün kifayət edənǝsübutlarǝhesabǝolunaǝbilməz.
3. Birinci instansiya məhkəməsi real zərərin məbləğini müəyyən edərkən də iş üzrə mövcud sübutları obyektiv qiymətləndirmişdir. Məhkəmə iddiaçının tələb etdiyi kimi bir baş ana qoyunun 500 manat, bir baş ana inəyin isə 3000 manat olması barədə iddianı şərtsiz qəbul etməmiş, X7 rəsmi məlumatında göstərilən qiymət intervalını əsas götürərək hər iki tərəfin mənafelərini nəzərə almaqla bir baş ana qoyunun qiymətini 425 manat, bir baş ana inəyin qiymətini isə 2150 manat müəyyən etmiş, nəticədə real zərərin 8550 manat təşkil etdiyiǝbarədəǝnəticəyəǝgəlmişdir.ǝ
4. Apellyasiya şikayətində məhkəmənin Konstitusiyanın, Avropa İnsan Hüquqları Konvensiyasının, Mülki Məcəllənin və MPM-in müddəalarını pozduğu göstərilsə də, həmin istinadlar yalnız formal (ümumi) xarakter daşıyır və birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi zamanı konkret hansı prosessual pozuntuya yol verdiyini göstərmir. Qətnamədən görünür ki, məhkəmə MPM-in 14.2, 76.1, 77.1, 80 və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq edilmiş, iş üçün əhəmiyyət kəsb edən və qarşılıqlı müqayisədə qiymətləndirilmiş sübutlara əsaslanmış, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi qaydalarını düzgün tətbiq etmişdir. İddiaçının əldən çıxmış fayda barədə istinad etdiyi hallar isə MPM-in 77.1-ci maddəsinin tələb etdiyi səviyyədə sübuta yetirilmədiyindən, həmin hissədə iddianın təmin edilməməsi qanuniǝolmuşdur.
5. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, işǝüzrəǝbirinciǝinstansiyaǝməhkəməsininǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılmalıdır.ǝǝ Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədənǝsaxlayaǝbilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formalǝmülahizələrəǝgörəǝləğvǝediləǝbilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiyaǝşikayətiǝveriləǝbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ciǝmaddələriniǝrəhbərǝtutaraq,ǝməhkəməǝkollegiyası Qət etdi: İddiaçıǝtərəfindənǝverilmişǝapellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2(5-150)-176/2026 saylı qətnaməsiǝmübahisələndirilənǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyənǝolunanǝqaydadaǝkassasiyaǝşikayətiǝveriləǝbilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ayǝkeçdikdənǝsonraǝqanuniǝqüvvəyəǝminir.