Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-794/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müəssisəyə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun-fiziki şəxs İddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilmiş 10000 manat ziyan, ödənilmiş 120 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödənilmiş 520 manat, cəmi 10640 manat Cavabdeh alınıb müəssisənin Masallı rayon Kapital Bank filialındakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona məxsus pərakəndə və topdan satış müəssəsi ilə cavabdeh Cavabdeh arasında ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh sürücü kimi işə qəbul olunmuşdur. ## #### 2023-cü il tarixdə “Tam maddi məsuliyyət” daşıması barədə onunla müqavilə imzalanmışdır. Cavabdeh Cavabdeh işlə əlaqədar intizam xətasına yol vermişdir. Belə ki, cavabdehin vəzifəsi işlədiyi müəssisəyə məxsus “xxxx” markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla müəssisənin ərzaq mallarını Masallı rayonun ərazisində yerləşən ayrı-ayrı satış nöqtələrinə paylamaq və eyni zamanda satış nöqtələrin sahiblərinin verdikləri borcları götürüb müəssisəyə təhvil verməkdən ibarət olmuşdur. İşlədiyi müddət ərzində yəni, ## ##### 2024-cü il tarixinə qədər cavabdeh sürücü işləmiş, müəsisəyə məxsus ərzaq mallarını ayrı-ayrı satış nöqtələrinə aparıb təhvil vermişdir. Həmin ərzaq məhsullarından dəyəri 10.019 manat məhsulun pulunu müəssisəyə verməmişdir. Bu barədə akt tərtib edilmiş və onun müəssisəyə 10.019 manat məbləğində zərər vurması məlum olmuşdur. Müəssisəyə borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bütün bunları nəzərə alaraq, onun müəssisəyə vurduğu zərər barədə Masallı rayon polis şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Cavabdehin polis şöbəsində izahatı alınmış, cavabdeh həmin ziyanın onun təqsiri üzündən vurulmasını etiraf etsə də, ziyanı bu günə kimi ödəməmişdir. Cavabdeh satış nöqtələrindən alıb topladığı pullar barədə müəssisəyə tam doğru məlumatlar vermədən ## #### 2024-cü ildən xəbər etmədən işə gəlməmişdir. O, ##.##.2024-cü il tarixdə təhvil-təslim aparılması üçün müəssisəyə dəvət olunmuş və satıcılarla üzləşmə aparıldığı zaman ona verilən pulları alıb müəssisəyə çatdırmamasını etiraf etmiş və balans adlı cədvəldə öz əlyazması ilə borcları qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Ellara Abbasova) ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 9326 manat pul, ödənilmiş dövlət rüsumuna görə 120 manat, vəkil xərcinə görə ödənilmiş 520 manatın 50%-i kimi 260 manatın alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, “xxxx” Ərzaq Ticarət Şirkətinin sahibkarı İddiaçı ilə “işçi” Cavabdeh arasında Tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Masallı RPŞ-nin İB-nin baş müstəntiqi Nəsirov Babək İsgəndər oğlunun ##.##.2024cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, Masallı rayonu Şərəfə kəndində valideynləri ilə birlikdə yaşayır. 2022-ci ilin dekabr ayından Masallı şəhəri H.Əliyev prospektində yerləşən “xxxx” pərakəndə və topdan satış müəssisəsində anbarda fəhlə kimi işləmiş, fevral ayından isə müəssisəyə məxsus xxxx markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü kimi işə düzəlmişdir. İşinin funksiyası rayon ərazisində olan kəndlərdəki dükanlara müəssisənin məhsullarını paylamaq, eyni zamanda dükan sahiblərinin verdikləri borcları götürüb müəssisəyə təhvil verməkdən ibarət olmuşdur. Daimi olaraq müəssisədən nisyə mal götürmüş şəxslərdən borcları aldıqdan sonra pulu müəssisəyə gətirib mühasib işləyən Əlikram Əliyevə verirmiş. ##.##.2024-cü il tarixdə gecə saatlarında dükanlara şirkətin mallarını paylayıb borc verən şəxslərdən pulları yığdıqdan sonra Masallı rayonu Şərəfə kəndində idarə etdiyi xxxx markalı **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman Masallı rayonu Həsənli kənd sakinləri ilə aralarında narazılıq yaranmışdır. Sonradan o, avtomobili saxlamış və aralarında olan narazılıq dava-dalaşla nəticələnmişdir. Həmin hadisə nəticəsində müəssisəyə məxsus olan borclu şəxslərdən yığdığı 3744 manat pul cibindən düşüb itmişdir. Bu barədə sonradan mühasib Əlikram Əliyevə məlumat vermişdir. Daha sonra onlar ondan pulu tələb etməyə başlamışlar. Lakin o onlara verəcək pulunun olmadığını bildirmişdir. Sonradan isə Əlikram Əliyev ona işdən növbəti ayın 1-i işdən çıxmağını demişdir. Buna görə də o, 2024-cü ilin mart ayının 21-dən özünə iş axtarmağa başlamışdır. Bu minvalla işə getməmişdir. Sonradan isə Əlikram Əliyev ona zəng edərək işə gəlib təhvil-təslim etməyini demişdir. O isə mart ayının 24-ü təhvil-təslim üçün qardaşı Orxanla birlikdə müəssisəyə getmişdir. Həmin vaxt qardaşı Orxan, müəssisənin işçiləri Samir və Orxanla birlikdə rayon ərzisində olan dükanlara verilən mallar və yığılan pullarla bağlı təhvil-təslim üçün getmişlər. Rayon ərazisində müəssisənin mal satışını həyata keçirdiyi dükanlar Masallı rayonu Ərkivan qəsəbəsindən başlayır. O, Ərkivan qəsəbəsinə çatmamış, Samir və Orxan adlı müəssisənin işçilərinə dükanları bir-bir gəzmələrinə ehtiyac olmamasını bildirib dükan sahiblərinə zəng edərək ona verdikləri pulları soruşacağını demişdir. Bundan sonra Hişkədərə kəndindən Əlimərdan və Səfail adlı şəxslərə, Qəzvinobadan Ziyafətə, Miyanküdən Raminə zəng edərək onların ona müəssisəyə çatdırmaq üçün zamanla verdikləri pulları dəqiqləşdirmiş və təhvil-təslim sənədində qırmızı yazan qələmlə ona verilən pulların qeydiyyatını aparmışdır. Belə ki, Hişkədərə kəndindən olan Əlimərdan ona 1407 manat, Raci 200 manat, Qəzvinoba kəndindən olan Ziyafət 1975 manat, Miyanküdən olan olan Ramin isə 2000 manat pul vermişdir. Bundan sonra Samirlə Orxana əraziyə getmələrinə ehtiyac olmamasını bildirib ərazidə kimdə nə qədər kəsir qalmışdırsa onların qeydiyyatını apardığını bildirmişdir. Həmin kəsir olan pullar ona hissə hissə verilən pullar imiş. Lakin o onu dəqiq bilmir ki, həmin pulları müəssisəyə vermişdir ya yox. Çünki müəssisə qaydalarına görə dükan sahibinin aylıq borcu tam bağlanıb qurtarmamış həmin dükan sahibinə növbəti ay üçün nisyə mal verilmirmiş. Buna görə də mühasib işləyən Əlikram bəzən başqa bir borclu şəxsin verdiyi pulu, digər bir borclu şəxsin borcuna ödəyib onun borcunu sıfırlayaraq növbəti ay üçün ona mal göndərirmiş. Buna görə də hesab edir ki, ona verilən və tərəfindən müəssisəyə çatdırılan borcları da Əlikram eyni qaydada etmişdir. İzahatında müəssisəyə məxsus olan və ##.##.2024-cü il tarixdə gecə saatlarında baş verən hadisə zamanı itirdiyini qeyd etdiyi 3744 manat pulun içərisində ona Hişkədərə kəndindən olan Əlimərdanın verdiyi 1407 manat, Racinin verdiyi 200 manat, Qəzvinoba kəndindən olan Ziyafətin verdiyi 1975 manat, Miyanküdən olan olan Raminin verdiyi 2000 manat pul yox imiş. İddiaçı, X1 bu barədə doğru izahatlar verməmişlər. O, müəssisəyə aid pulları mənimsəməmişdir. Həmin pulun 3744 manatı hadisə zamanı cibindən düşərək itmişdir. Qalan pullar ondan asılı olmayan səbəblərdən adında kəsir kimi qalmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş HQK-*/**** nömrəli materialın 23-cü vərəqəsində olan “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi ##.##.2024 kimi qeyd edilmiş cədvəldə “Alıcılar” qrafasında qırmızı rəngli rəngləyici maddələrlə icra olunmuş rəqəmlər (“623.51” rəqəmlərindən başqa) Cavabdeh tərəfindən icra edilmişdir.
2. Ekspertizaya təqdim edilmiş HQK-*/**** nömrəli materialın 23-cü vərəqəsində olan “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi ##.##.2024 kimi qeyd edilmiş cədvəldə “Alıcılar” qrafasında qırmızı rəngli rəngləyici maddələrlə icra olunmuş “623.51” rəqəmləri- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi ##.##.2024 kimi qeyd edilmiş cədvəldəki qeydiyyatlardan görünür ki, Hikşkədərə kəndindən Əlimərdan adlı şəxsin 1407 manat, Qəzvinoba kəndindən Ziyafət adlı şəxsin 1975 manat, Miyənkü kəndindən Ramin adlı şəxsin 2000 manat və Babaser kəndindən Raci adlı şəxsin 200 manat Cavabdeh verməsi göstərilmişdir. Müəssisə rəhbəri İddiaçı, müəssisə xəzinədarı X1 və X3 tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli aktın məzmunundan görünür ki, pərakəndə və topdan satış müəssəsində ## ###### 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixinə qədər sürücü kimi işləmiş Cavabdeh təqsiri nəticəsində 10019 manat kəsrin əmələ gəldiyi müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil xidmətləri üçün 520 manat ödəniş etmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən işçinin vəzifəsi sürücü, işə başlama tarixi ##.##.2023-cü il, aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli, ** №-li əmrdən və ##.##.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanılmış *******000100 nömrəli əmək müqaviləsinə AR ƏM–nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ##.##.2024 cü il tarixindən xitam verilmişdir. MŞM/MT***/****-***** nömrəli, ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci iddiaçı Cavabdeh tərəfindən ödənilmişdir. ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 120 manat dövlət rüsumu ödənilmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı rayonu Həsənli kəndinin sakinləri tərəfindən Cavabdeh döyülmüş, bu zaman iddiaçıya məxsus cibindəki 3744 manat pul itmişdir. Buna dair Masallı RPŞ-də araşdırma aparılmış, həmçinin cavabdehin özü tərəfindən də iddia tələbi 3744 manat maddi zərərin vurulması hissəsində etiraf edilmişdir. Bundan başqa cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onunla müəssisədəki fəaliyyətinə uyğun təhvil-təslim işləri aparılmış və mağazalara paylanılmış məhsullara dair ödənişlərdə əskiklik müəyyən edilmişdir. Buna dair cavabdehin özünün iştirakı ilə qeydiyyatlar aparılmışdır. İş materiallarında olan “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi ##.##.2024 kimi qeyd edilmiş cədvəldəki qeydiyyatlardan görünür ki, Hişkədərə kəndindən Əlimərdan adlı şəxsin 1407 manat, Qəzvinoba kəndindən Ziyafət adlı şəxsin 1975 manat, Miyənkü kəndindən Ramin adlı şəxsin 2000 manat və Babaser kəndindən Raci adlı şəxsin 200 manat Cavabdeh verməsi göstərilmişdir. Həmin məbləğlər cavabdeh tərəfindən müştərilərdən alınsa da kassaya təhvil verilməmişdir. Qeyd edilən qeydiyyatların onun tərəfindən aparılması və qalıq məbləğlərin özü tərəfindən qeyd edilməsi cavabdehin Masallı RPŞ-də verdiyi izahatlarda göstərilsə də, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında bu halı danmış, qeydiyyatların onun tərəfindən aparılmadığını, onun müəssisəyə yalnız 3744 manat borcunun olmasını bildirmişdir. Məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün xətşünaslıq ekspertizasının rəyi alınmış və ekspert tərəfindən verilmiş rəyə əsasən “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi ##.##.2024 kimi qeyd edilmiş cədvəldə “Alıcılar” qrafasında qırmızı rəngli rəngləyici maddələrlə icra edilmiş “623,51” rəqəmi xaric olmaqla digər rəqəmlərin Cavabdeh tərəfindən icra edildiyi təsdiqini tapmışdır. Bu halda məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya 3744 manat itirilmiş pula görə; 1407 manat, 1975 manat, 2000 manat və 200 manat isə müştərilərdən alınıb kassaya təhvil verilməmiş pullara görə, ümumilikdə, 9326 manat maddi zərərin vurulması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199, 200, 205, 294-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 21.1, 21.2, 21.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərar, «Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə ##.##.1993 cü il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətlərinin dəlilləri
Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Masalı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin 3744 manat məbləğində ondan tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir əsas olmadan ondan 10640 manat pul tələb etmişdir. Məhkəmənin istinad etdiyi yeganə mötəbər sübut ekspert rəyidir. İddiaçı tərəfindən məhkəməyə əlyazma cədvəl təqdim edilmiş, dükançıların adları olan siyahının qarşısında onun tərəfindən rəqəmlər yazıldığına görə həmin pul onun adına kəsilmişdir. O, ay ərzində həmin sənədlərdən yüzlərlə hazırlayır və qarşısında rəqəmlər yazır. Dükançıların şirkətə borcunu o bilmir, mühasib ona deyir, o da rəqəmləri adlarının qarşısına qeyd edir. Rəqəm yazmaq şirkətə borclu olmaq deməkdir? Məhkəmə bu hissəni araşdırmamış, iddiaçı tərəfdən 10640 manat dəyərində verilən malların qəbzlərini tələb etməmiş, mal alan dükan sahiblərini məhkəməyə çağırmadan obyektivlikdən kənar qətnamə qəbul etmişdir. Qətnamənin əsaslandırma hissəsində məhkəmə ancaq və ancaq ekspert rəyinə istinad etmişdir. Bir neçə ay məhkəmə getmiş, dəfələrlə məhkəmə iclaslarında tərəflərin izahatı alınmış, işin faktiki halları tam şəkildə üzə çıxmış, iddiaçı tərəf çox çalışsa da məhkəmə gedişatında heç bir halla sübuta yetirə bilməmişdir ki, onun tərəfindən şirkətə 10640 manat ziyan dəymişdir. Ümumiyyətlə məhkəmə işi əvvəldən və əzəldən birtərəfli aparmış, bütün vasitələrdən istifadə edərək iddianı təmin etmişdir. Həmçinin yazılarda onun xətti ilə yazıla bilər. Şirkətin aylıq dövriyyəsi milyon manatlarladır. Bu yazılarının olmağı təbiidir. Yazılarda ona görədir ki, şirkət vergidən yüz minlərlə manat yayınma edir, normal şirkətlərdə yazı yox, hamısı kompüter sistemidir. Obyektiv araşdırma belə ola bilərdi ki, məhkəmə tərəfindən 10640 manat ziyanın qəbzləri tələb olunsun, dükan sahibləri məhkəmə iclasında şahid kimi çağrılsın və ondan sonra obyektiv qərar verilsin. İddiaçı tərəfdən vəkilindən bir neçə dəfə 10640 manatın qəbzini tələb etsə də, məhkəmə qəbzin ortaya çıxarılmasında maraqlı olmamışdır. Bundan başqa bilərəkdən iddiaçı tərəfin əleyhinə olan xüsusi qərardadı çıxartmamışdır. Yəni iddiaçı məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, “Cavabdeh 2 aydan çox müddətə mənim yanımda əmək müqaviləsiz işləmiş, həmin müddətdə onu stajor kimi götürmüşəm, əməkhaqqısını vermişəm, sonradan isə rəsmi müqavilə bağlamışıq.” Bu sözlər onun yox, iddiaçının izahatıdır və bu cümlələri məhkəmə iclasında kameraların qarşısında bildirmişdir. Məhkəmə 6 ay əvvəldə bu qərarı çıxarmış idi, o, hakimin işə birtərəfli baxacağını bilmiş, ona görə hakimə etiraz etmişdir, lakin hakim etirazını da təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında xxxxlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1 və 2-ci hissələrinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində xxxx etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq xxxx etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 205-ci maddənin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda xxxxin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 294-cü maddənin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh qətnamənin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh maddi zərərə görə 9326 manat pul, ödənilmiş dövlət rüsumuna görə 120 manat, vəkil xərcinə görə ödənilmiş 520 manatın 50%-i kimi 260 manatın alınaraq, iddiaçı İddiaçı verilməsi hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdeh Cavabdeh əmək fəaliyyəti ilə əlaqədar müəssisəyə vurduğu maddi zərərin əvəzinin ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iş materiallarında olan sübutlara, o cümlədən ##.##.2024-cü il tarixli akta, “Balans” başlıqlı cədvələ, cavabdehin izahatlarına və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı ekspert rəyinə əsaslanaraq cavabdehin iddiaçıya ümumilikdə 9326 manat məbləğində maddi zərər vurmasını müəyyən etmişdir. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, “Balans” başlıqlı cədvəldəki qeydlərin onun tərəfindən aparılmasının özlüyündə həmin məbləğlərin ondan tutulması üçün əsas olmadığını, müvafiq məbləğlərə dair qəbzlərin məhkəməyə təqdim edilmədiyini və həmin pul vəsaitlərini verən şəxslərin məhkəmə iclasına dəvət olunmadığını, bununla da zərərin ona vurulmasının tam və hərtərəfli sübuta yetirilmədiyini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında əmək müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh təhvil verməli olduğu pulu iddiaçı-fiziki şəxsin müəssisəsinə qaytarmadından, iddiaçı ona qarşı ziyanın qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi təşkil edir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlilləri istiqamətində araşdırma aparan məhkəmə tərkibi aşağıdakıları qeyd edir: İş materiallarında olan, müəssisə rəhbəri İddiaçı, müəssisə xəzinədarı X1 və X3 tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli aktın məzmunundan görünür ki, pərakəndə və topdan satış müəssisəsində ## ###### 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixinədək sürücü vəzifəsində işləmiş Cavabdeh fəaliyyəti ilə əlaqədar müəssisədə 10019 manat məbləğində kəsir müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan “Balans” başlıqlı, başlanğıc tarixi 01.01.00, son tarixi ##.##.2024 kimi göstərilmiş cədvəldə Hişkədərə kəndindən Əlimərdan adlı şəxsin 1407 manat, Qəzvinoba kəndindən Ziyafət adlı şəxsin 1975 manat, Miyənkü kəndindən Ramin adlı şəxsin 2000 manat və Babaser kəndindən Raci adlı şəxsin 200 manat məbləğində pul vəsaitini Cavabdeh verməsi barədə qeydlər aparılmışdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdeh həmin cədvəldə göstərilən qeydlərin, o cümlədən müvafiq məbləğlərin onun tərəfindən yazılmadığını bildirməklə buna etiraz etmişdir. Lakin iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli, */*** saylı rəyindən müəyyən edilmişdir ki, “Balans” başlıqlı cədvəldə “Alıcılar” qrafasında qeyd edilmiş “623,51” rəqəmi istisna olmaqla digər rəqəmlər, o cümlədən müvafiq satış nöqtələri üzrə qeydlər Cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, cavabdehin birinci instansiya məhkəməsində həmin qeydlərin onun tərəfindən aparılmaması barədə irəli sürdüyü etiraz iş üzrə alınmış ekspert rəyi ilə təkzib edilmişdir. Cavabdeh apellyasiya şikayətində isə artıq həmin qeydlərin onun tərəfindən aparılmasını mübahisələndirməyərək, qeydlərin özü tərəfindən aparılmasının müəssisəyə borclu olması və həmin məbləğlərin ondan tutulması üçün əsas təşkil etmədiyini bildirmişdir. Məhkəmə tərkibi cavabdehin bu dəlili ilə də razılaşmır. Belə ki, hazırkı mübahisənin həllində yalnız ayrı-ayrı qeydlərin kim tərəfindən yazılmasının müəyyən edilməsi deyil, həmin qeydlərin iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməsi əhəmiyyət kəsb edir. İş materiallarından müəssisədə faktiki olaraq kəsirin yarandığı, həmin kəsirin ##.##.2024-cü il tarixli aktla rəsmiləşdirildiyi, habelə “Balans” cədvəlində göstərilən məbləğlər üzrə qeydlərin əhəmiyyətli hissəsinin məhz cavabdeh tərəfindən aparıldığı müəyyən edilir. Eyni zamanda, cavabdehin Masallı Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı verdiyi izahatında da müəssisədən götürdüyü və satış nöqtələrindən topladığı pul vəsaitləri ilə bağlı vəziyyəti izah etdiyi, həmin vəsaitlərin müəyyən hissəsinin itirildiyini bildirdiyi, digər məbləğlərə münasibətdə isə onları müəssisəyə təhvil verib-vermədiyini dəqiq xatırlamadığını qeyd etdiyi müəyyən olunur. Bu nöqteyi-nəzərdən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən ona məxsus müəssisədə kəsirin yaranması, həmin kəsirin cavabdehin əmək fəaliyyəti ilə əlaqəli olması və cavabdehin məsuliyyətinin yaranması üçün əsas olan hallar iş üzrə təqdim edilmiş sübutların məcmusu ilə kifayət qədər əsaslandırılmışdır. İddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirərək zərərin mövcudluğunu və onun cavabdehin fəaliyyəti ilə əlaqəsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə olan halda cavabdehin həmin məbləğləri müəssisəyə təhvil verdiyini, başqa məqsədlə istifadə edildiyini və ya onun təqsirindən asılı olmayan səbəbdən müəssisəyə qaytarılmadığını təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin cavabdeh tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində satış nöqtələrinin sahiblərinin məhkəmə iclasına şahid qismində dəvət edilməməsi və müvafiq qəbzlərin tələb olunmaması ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar hazırkı mübahisənin həlli baxımından həlledici əhəmiyyət daşımamışdır. Belə ki, məhkəmə araşdırmasının predmeti yalnız müəssisə ilə ayrı-ayrı satış nöqtələri arasında yaranmış borcların ilkin olaraq hansı səbəbdən formalaşmasının müəyyən edilməsi deyil, cavabdehin əmək funksiyalarının icrası zamanı müəssisəyə məxsus pul vəsaitlərini qəbul edib-etməməsi, həmin vəsaitlərin müəssisəyə təhvil verilibverilməməsi, nəticədə müəssisəyə zərərin vurulub-vurulmaması və vurulmuş zərərə görə cavabdehin məsuliyyət daşıyıb-daşımamasının müəyyən edilməsindən ibarətdir. Odur ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi satış nöqtələrinin sahiblərinin məhkəməyə çağırılmaması və qəbzlərin ayrıca tələb edilməməsi barədə dəlillər qətnamənin əsaslandırılmamış olmasına dəlalət edə bilməz. Çünki iş üzrə cavabdehin məsuliyyəti yalnız həmin şəxslərin ifadələri və ya ayrıca qəbzlərlə deyil, iş materiallarında olan sübutların məcmusu, o cümlədən ##.##.2024-cü il tarixli akt, “Balans” cədvəli, ekspert rəyi və cavabdehin öz izahatları əsasında müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətində işə baxmış hakimə etiraz edilməsinin təmin olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, hakimin qərəzsizliyinə dair şübhə konkret və obyektiv hallarla əsaslandırılmalıdır. Cavabdeh isə apellyasiya şikayətində hakimin şəxsi marağını, tərəflərdən hər hansı biri ilə münasibətini və ya işin nəticəsində maraqlı olduğunu göstərən, onun obyektiv və qərəzsizliyini şübhə altına alan konkret hal təqdim etməmişdir. Cavabdehin iddiaçının əmək müqaviləsi bağlanmazdan əvvəl onunla əmək müqaviləsi olmadan müəyyən müddət ərzində əmək münasibətlərində olmasını bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu hal üzrə xüsusi qərardad çıxarılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, cavabdehin əmək müqaviləsi bağlanmazdan əvvəl müəyyən müddət ərzində faktiki olaraq əmək fəaliyyətinə cəlb edilməsi barədə iddiaçının verdiyi izahat isə hazırkı mübahisənin predmetini təşkil etməmiş, cavabdeh tərəfindən həmin halın mövcudluğu ilə hazırkı mübahisə üzrə müəyyən edilmiş maddi zərər arasında hər hansı hüquqi əlaqə də əsaslandırılmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri özünümüdafiə xarakteri daşımaqla formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.