Məhkəmə qərarları › İş №2(3-9)-81/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-81/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-81/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 10.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2125/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 10.000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-2125/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı İmişli Rayon Məhkəməsinin 2(036)-2125/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. İşin apelyasiya baxışı zamanı İmişli Rayon Məhkəməsini tərəfindən göndərilmiş 11 fevral 2026-cı il tarixli məktubdan görünür ki İmişli Rayon Məhkəməsinin 2(036)-2125/2025 saylı, 12 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verilmişdir və ona görə də mülki iş materiallarının İmişli Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(3-9)81/2026 saylı, 16 yanvar 2026-cı il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla İmişli Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(3-9)81/2026 saylı, 16 yanvar 2026-cı il tarixli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarmaqla İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar