Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-820/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Sur ət Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı X5 iştirakı ilə, Işin halları: Iddiaçı X5 cavabdeh Cavabdehal “ASAN Xidmət” Mərkəzinə qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehal “ASAN Xidmət” Mərkəzinin ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edillməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın ##.##.2025-ci il tarixli icra qeydinə əsasən ondan 29146,25 manat tutularaq, "xxxx" ASC-nin xeyrinə verilməsi barərə icra qeydi aparılmışdır. Notarius icra qeydi apararkən, onu notariat orqana dəvət etməmiş, onun fikrini öyrənmədən ziyanıma icra qeydi vermiş və icra qeydini icra olunması üçün Salyan rayon Icra Bölməsinə göndərmişdir. Hazırki tələbə məhkəmə qaydasında baxılaraq, müvafiq araşdırmalar aparılmalıdır. Odur ki, sözügedən icra qeydinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Bundan əlavə, onun icra qeydimdən xəbəri olmamış, ona təqdim olunmamışdır. O, icra qeydini ##.##.2025-ci ildə əldə etmişdir. Bundan əlavə, icra qeydindən şikayət vermək qaydasının və müddəti barədə heç bir məlumatı olmadığından, məhkəmə müdafiəsi hüququmdan məhrum olmuşdur. Məhkəmənin iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, onunla “xxxx” ASC ilə aralarında olan kredit müqaviləsi bağlanmış və ona istehlak məqsədi ilə 30000 manat miqdarında kredit verilmişdir. Ailəsində xəstə olması səbəbindən kredit müqaviləsi üzrə ödənişləri vaxtında edə bilməmişdir. Həmçinin bildirmişdir ki, kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhlədiyi icra etməkdən yayınmır, lakin hazırda icra qeydi Salyan Rayon Icra və Probasiya Şöbəsinə yönəldilmiş və hazırda icra olunaraq, onun aylıq əmək haqqının 50 faizi miqdarında tutulmalar aparılır. O, bu barədə bankın problemli kreditlər şöbəsi ilə danışmış və aylıq ödənişlər barədə razılığıa gəlmişlər. Bank tərəfindən onun ünvanına göndərilmiş bildiriş ona çatmamışdır. Izahatının sonun da bir daha qeyd etmişdir ki, icra qeydi aparılmış kredit müqaviləsi üzrə öhdəliyi icra etməkdən yayınmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehal “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlıdırlar, lakin iş yükünün çoxluğu ilə əlaqədar olaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Məhkəmə prosesinin onların iştirakı olmadan davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (Hakim: Rüstəm Alıyev) ilə, iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X5 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apelyasiya şikayətinə eyni məzmunlu etiraz göndərmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı X5 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdehal “ASAN Xidmət” Mərkəzində notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı X5 apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (MM maddə 739.1,739.2). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPMnin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Iş materiallarına əlavə edilmiş Cavabdehal “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış *İ-***** saylı, ##.##.2025-ci il tarixli Icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı 11-Y-1- *-****-** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 29121.14 (iyirmi min doqquz min yüz iyirmi bir manat on dörd qəpik) manat tutulmuşdur. Bundan əlavə, borclu İddiaçı 0.85 (sıfır manat 85 qəpik) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 29146.99 (iyirmi doqquz min yüz qırx altı manat doxsan doqquz qəpik) manat pul tutulmuşdur. Iş materiallarına əlavə edilmiş Salyan Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul eidlmiş ##.##.2025-ci il tarixli qərarından görünür ki, böyük icra məmuru X3 tərəfindən *İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bu barədə borcluya ##.##.2025-ci il tarixli e******/****-**-* saylı “tələbin könüllü icrası haqqında” Bildiriş göndərilmiş və borclu İddiaçı tərəfindən bildiriş imza edilməklə qəbul edilmişdir. Iş materiallarına əlavə edilmiş “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2025- ci il tarixli, *-Y-*-*-****-** nömrəli istehlak kredit müqaviləsinə əsasən Müşviq Inqilab oğluna 48 ay müddətinə illik 16.9% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2025-cü il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı “xxxx” ASC-yə 28447.15 manat əsas borcu, 673.99 manat faiz borcu, 0.85 manat cərimə borcu olmaqla, cəmi 29121.99 manat vardır. Iş materiallarına əlavə edilmiş Tələbkar “xxxx” ASC İddiaçı borclu qismində göstərməklə ##.##.2025-ci il tarixində Notariat icra qeydini haqqında ərizə ilə Cavabdehal “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusuna elektron qaydada müraciət etmişdir. Iş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-cü il tarixli bildirişdən görünür ki, Borclu İddiaçı, Sizin barənizdə ##.##.2025-cü il tarixli, **-Y-*-*-****-** saylı, borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)-Kredit müqaviləsi mövcuddur. Həmin sənədə görə 30000 AZN məbləğində illik 16.9% olmaqla 48 ay müddətində öhdəliyiniz yaranmışdır. ##.##.2025-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində ##.##.2025-ci il tarixinə ##.##.2025-cü il tarixli, **-Y-*-*-****-** saylı sənəddən irəli gələrək 28447.15 AZN məbləğində əsas borc, 673.99 AZN məbləğində çatası faiz, 0.85 AZN məbləğində dəbbə pulu və 0 AZN məbləğində əldən çıxmış fayda (Əsas borca hesablanmış 5%) ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Iş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış sürətli poçt daşıma xidmətinin poçt qəbzindən görünür ki, ##.##.2025-ci il tarixli bildiriş Salyan şəhəri, E.Hüseynov küçəsi ev 17 ünvanı qeyd olunmaqla İddiaçı göndərilsə də, “bu ünvanda yaşamır” əsası ilə geri qayıtmışdır. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (MM maddə 739.1,739.2). 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖENi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. AR Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci maddəsinə görə pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2025- ci il tarixli, *-Y-*-*-****-** nömrəli istehlak kredit müqaviləsinə əsasən Müşviq Inqilab oğluna 48 ay müddətinə illik 16.9% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin müraciəti əsasında yuxarıda qeyd olunan “kredit sazişin” üzrə Cavabdehal “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu 8I-***** reyestr nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi aparmışdır. Həmin icra qeydinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı 11-Y-1- *-****-** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 29121.14 (iyirmi min doqquz min yüz iyirmi bir manat on dörd qəpik) manat tutulmuşdur. Bundan əlavə, borclu İddiaçı 0.85 (sıfır manat 85 qəpik) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 29146.99 (iyirmi doqquz min yüz qırx altı manat doxsan doqquz qəpik) manat pul tutulmuşdur. Iş materiallarından görünür ki, tələbkar tərəfindən borcluya bildiriş göndərilmiş olsa da, həmin bildiriş müvafiq qeyd aparılmaqla geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı tələbkar olan bank tərəfindən ##.##.2025-ci il tarixində borclu İddiaçı bildirişin göndərildiyi ünvan iddiaçının iddia ərizəsində ünvanı kimi qeyd etdiyi Salyan şəhəri, E.Hüseynov küçəsi ev 17 ünvanı olmuşdur. Iddiaçının şəxsiyyət vəsiqəsi barədə elektron informasiya sisteminə inteqrasiya edilmiş məlumatlardan da görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan ünvan 1axımından belə qiymət verir ki, Notariat haqqında Qanunun 76-cı maddəsi ilə tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsini öhdəliyini imperativ şəkildə qoymuşdur. Lakin həmin bildirişin çatıb-çatmaması və ya başqa formada ifadə etsək borcu tərəfindən qeyd olunan bildirişin alınıb-alınmaması müvafiq icra qeydinin aparılması ilə bağlı tələbkarın ərizə ilə müraciət edə bilməsini və ya notariusun icra qeydibarədə notariat hərəkətlərini aparmasını istisna edən hal kimi göstərilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının ona müvafiq bildirişin çatdırılmamasına görə (bu səbəbdən məlumatsız olmasını bildirdiyinə görə) icra qeydinin ləğv edilməsi əsaslı hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında“ Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın 161-ci maddəsinə görə tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Iddiaçı apelyasiya şikayətinin dəlillərində icra qeydindən yalnız icra sənədi üzrə icraata başlandıqdan sonra xəbər tutduğunu, tələb edilən borcun mübahisəli olduğunu göstərmişdir. Kollegiya şikayətin bu dəlilini əsası hesab etmir çünki icra qeydlərinin aparılmasından əvvəl tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Belə ki, tələbkar tərəfindən iddiaçıya müvafiq bildiriş göndərilmiş, bununla da bank öz üzərinə düşən öhdəliyi icra etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Bundan əlavə məhkəmə iclaslarında iştirak edərərk, izahat vermiş iddiaçı bildirmişdir ki, qeyd olunan borcun olmasını inkar etmir və həmin borcun ödənilməsindən yayınmaq istəmir. Lakin hazırda icra qeydinin ləğv edilməsi üçün müraciətinə səbəb icra mərhələsində məhz həmin icra sənədinə görə əmək haqqının 50 faizi məbləğində məcburi tutulmaların icrasının dayandırılmasıdır. Həm qeyd olunan bu hal, həm də müvafiq sorğu ilə əldə olunmuş icra işinə əlavə edilmiş sənədlər İddiaçı tələbkar olan “xxxx” ASC-yə olan borcunun mübahisəsiz olduğunu təsdiq edir. Notariusun borcun mübahisəsiz olduğu halda icra qeydi aparılması hazırki mülki işin halları təsdiq olunmaqla bərabər, onun icra qeydi barədə həyata keçirdiyi notariat hərəkətlərinin qanuniliyinə xidmət edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı № *****/**, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-820/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-820/2026
14.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver