Məhkəmə qərarları › İş №2(3-9)-822/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-822/2026

07.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-822/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Işin halları: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona borclu olduğu 19500 (on doqquz min beş yüz) manat pulun ona qaytarılması qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır). Iddia tələbi onunla əsaslındırılmışdır ki, ailəsinə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 6 (altı) ay müddətində təmiri və həmin mənzilin guya qeyri-yaşayış sənədinin əldə edilməsi üçün ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh ilə müqavilə bağlamış və ona 58000 (əlli səkkiz min) manat və daha sonra ##.##.2023-cü il tarixdə isə 5000 (beş min) manat olmaqla, cəmi 63000 (altmış üç min) manat məbləğində pul ödəmişdir. Cavabdeh Cavabdeh tərəfindən bir müddət təmir işləri görülsə də, sənəd işlərində heç bir nəticə əldə olunmadı. Daha sonra isə, məlum oldu ki, görülən təmir işləri tamamı ilə keyfiyyətsiz və yararsızdır. Bu barədə cavabdeh Cavabdeh iradlarını bildirmiş və ona ödədiyi pulların geri qaytarmasını tələb etmişdir. Bir müddət sonra cavabdeh Cavabdeh onun zənglərinə cavab verməmişdir. Ondan pulları geri qaytarmağını israrla tələb etdikdə, ##.##.2023-cü il tarixdə 30000 (otuz min) manat və ##.##.2023-cü il tarixində 10000 (on min) manat və bir müddət sonra isə həyat yoldaşı X3 hesabına 3500 (üç min beş yüz) manat olmaqla, cəmi 43500 (qırx üç min beş yüz) manat məbləğində pul qaytarmışdır. Geri qalan 19500 (on doqquz min beş yüz) manat məbləği isə ən yaxın vaxtda ödəməyi öhdəsinə götürsə də, bu günə qədər bu öhdəliyini hələ də yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdeh Cavabdeh ona olan borcunu məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh ilə ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus mənzildə təmir işləri görmək və qeyd olunan mənzilin sənədlərinin qeyriyaşayış sahəsinə çevrilməsi üçün aralarında razılıq olmuşdur. Qeyd oluna işlərin görülməsi üçün ümumilikdə 63000 manat məbləğində pul vəsaiti cavabdehə verilsə də, cavabdeh tərəfidnən ilkin olaraq mənzilin sənədləşmə işlərini tamamlaya bilməmişdir. Pul vəsaitlərin verilməsi müvafiq iş materialları ilə ö təsdiqini tapır. Həmçinin cavabdeh tərəfindən qeyd olunan mənzildə görülməli işlərin 60-70 faizi görülmüş, lakin təmir-tikinti işləri də onun tərəfindən tamamlanmamışdır. Bu səbəbdən ona verilmiş pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan məbləğdən ümumilikdə 43500 manat məbləğində pul vəsaiti qaytarılmışdır. Hazırda cavabdehin onlara 14500 manat məbləğində borcu qalmışdır. Iddia tələbində 19500 manat və mənəvi ziyan tələb olunsa da, həmin hissədə iddia tələbinin həcmi iddiaçı tərəfindən iradə ifadəsi ilə azaldılmışdır. Çıxışının sonunda cavabdeh tərəfindən görülmüş işlərin dəyəri nəzərə alınmaqla, 14500 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbi ilə qismən razılşaraq, bildirmişdir ki, iddiaçı ilə aralarında razılığıa əsasən ünvan 1 ünvanında yerləşən mənzildə təmirtikinti işləri onun tərəfindən icra edilməli idi. Həmçinin təmir-tikinti işləri ilə bərabər onun tərəfindən qeyd olunan mənzilin sənədlərinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi barədə iddiaçı ilə aralarında razılıq əldə olunmuşdur. Lakin iddiaçı tərəfin sonrada müvafiq qurumlara şikayətləri nəticəsində onun mənzilin sənədləşmə işləri tamamlana bilməmişdir. Həmçinin aralarında olan narazlığıa görə onun tərəfindən aparılan təmir-tikinti işləri də tamamlana bilməmişdir. Lakin onun tərərfindən qeyd olunan mənzildə iddiaçı ilə razılaşmaya əsasən görülməli işlərin 70-80 faizi başa çatmışdır. Görülməli işlərdən qeyd olunan mənzildən yola tərəf qapının açılması və müvafiq pilləkanların quraşdırılması və xırda tamamlama işləri qalmışdır. Iddiaçı tərəfindən ona verilən 58000 manat pul vəsaitindən 43500 manat məbləğində pul vəsait onun tərəfindən qaytarılmışdır. Hazırda onun iddiaçılara pul vəsaiti olaraq 14500 manat məbləğində borcu qaldığı bildirilsə də, iddiaçı tərəf qeyd olunan mənzildə görülən təmir-tikinti işlərinin dəyərini nəzərə almır. Halbu ki həmin mənzildə görülməli işlərin əksər hissəsi onun tərəfindən icra edilmişdir. Həmçinini izahatında bildirmişdir ki, mülki iş üzrə keçirilmiş ekspertizanın nəticəsi ilə razılaşmır belə ki, ekspert rəyində göstərilən məbləğlər həddən artıq azaldımışdır. Qeyd olunan mənzilin təmiri üçün o qədər pul vəsaitinin müəyyən edilməsi ağlabatan deyil. Qeyd etdiklərinin məhkəmə qətnaməsi qəbul edilərkən, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin digər tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh tərəfindən aralarında əldə olunmuş razılığıa əməl edilməmişdir. Belə ki, cavabdeh onun mülkiyyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə təmir tikinti işləri aparmaqla bərabər müvafiq sənədləşmə işləri də görməli idi, buna görə də aralarında razılaşmaya əsasən cavabdehə onun tərəfindən müvafiq sənədlərə imza etdirilməklə ümumilikdə 58000 manat pul vəsaiti verilmişdir. Daha sonra isə cavabdehə onun tərəfindən 5000 manat məbləğində olmaqla pul vəsaiti verilmişdir. Cavabdeh tərəfindən öz üzrəinə götürdüyü öhdəliklər tam icra olunmaması səbəbindən verilmiş pul vəsaitləri ondan tələb olunmuşdur. Cavabdeh tərəfrindən qeyd olunan məbləğlərdən ümumilikdə 43500 manat məbləğində pul vəsaiti onlara geri qaytarılsa da, hazırda cavabdehin onlara 14500 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmine eilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı (Hakim: Rüstəm Alıyev) qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 12125.60 (on iki min bir yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində pul vəsaiti, “Qiymətləndirmə və Consulting” Mərkəzinə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində məhkəmə xərci olmaqla, cəmi 12325.60 (on iki min üç yüz iyirmi beş manat altmış qəpik) manat pul vəsaitinin tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.2-ci maddəsinə əsasən, müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 755-ci maddəsinə əsasən, Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 760.1-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 767.2-ci maddəsinə əsasən, Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. 768.1-ci maddəsinə əsasən, Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1-ci maddəsinə əsasən, sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2-ci maddəsinə əsasən, sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3-ci maddəsinə əsasən, podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkə mə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.8 kv.m olan mənzil İddiaçı tam hüququlu xüsusi mülkiyyətindədir. Qeydiyyat nömrəsi 1119024704, Qeydiyyat tarixi ##.##.2019-cü ildir. Daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarında olan iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh tərəfindən icra edilərək, imzaları ilə təsdiq olunmuş əlyazmalardan görünür ki, “evin qeyriyaşayış sənədinin veriləsi hal hazırda çıxarışda göstərilən kvadrat metrəsi 29.8 kv.m-dir. Bunun içində çölə qapı açılması və pilləkən və için təmiri. ##.##.2022-ci il” Həmçinin qeyd olunan əlyazmada qeyd olunmuşdur ki, “biz Cavabdeh 58000 manat verdik. Bu işin əsasında və bu işin görülməsi üçün. Oxudum tanış oldum və etirazım yoxdur.##.##.2022- ci il” Qeyd olunan əl yazmanın xronoloji davamı olaraq qeyd olunmuşdur ki, “Mən Cavabdeh 30000 manat aldım. ##.##.2023-cü il. Qalan 28 min manat ##.##.2023-cü il tarixə söz verilib.” 11100 dollar aldım qalan pul manatdır. 10 min manat aldım. ##.##.2023-cü il. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu ilə daxil olmuş rəydən görünür ki, mənzildə yalnız isti döşəmənin boruları çəkilmiş və mənzilin daxilində söküntü işləri aparılmışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizasının fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləti müəyyən edilmir. Iş materiallarında olan “Qiymətləndirmə və Consulting” Mərkəzinin QCM/F ***-***-** saylı, ##.##.2026-cı il tarixli məktubu ilə mütəxəssis rəyi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış təmin işlərinin məbləği 2374.40 manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin görülməsi barədə razılığa gəlinmişdir. Həmçinin tərəflər arasında hazırki iddia tələbinin əsasını təşkil etməyən qeyd olunan mənzilin müvafiq sənədləşmə işlərinin görülməsi barədə də razılıq əldə olunmuşdur. Əldə olunmuş razılığa görə sifarişçi tərəfindən podratçıya 63000 (altmış üç min) manat məbləğində pul ödəmişdir. Cavabdeh Cavabdeh tərəfindən bir müddət təmir işləri görülsə də, sənəd işlərində heç bir nəticə əldə olunmadı. Daha sonra isə, məlum oldu ki, görülən təmir işləri tamamı ilə keyfiyyətsiz və yararsızdır. Bu barədə cavabdeh Cavabdeh iradlarını bildirmiş və ona ödədiyi pulların geri qaytarmasını tələb etmişdir. Bir müddət sonra cavabdeh Cavabdeh onun zənglərinə cavab verməmişdir. Ondan pulları geri qaytarmağını israrla tələb etdikdə, ##.##.2023-cü il tarixdə 30000 (otuz min) manat və ##.##.2023-cü il tarixində 10000 (on min) manat və bir müddət sonra isə həyat yoldaşı X3 hesabına 3500 (üç min beş yüz) manat olmaqla, cəmi 43500 (qırx üç min beş yüz) manat məbləğində pul qaytarmışdır. Geri qalan 19500 (on doqquz min beş yüz) manat məbləği isə ən yaxın vaxtda ödəməyi öhdəsinə götürsə də, bu günə qədər bu öhdəliyini hələ də yerinə yetirməmişdir. Bu səbədən də, iddiaçı hazırki iddia ilə məhkəmədə iddia qaldırmışdır. Iddiaçı məhkəmə icraatı zamanı iddia tələbinin həcminin 14500 manat həddində olmasını bildirmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı podratçı cavabdeh sifarişçinin sifarişi əsasında onun evində təmir işləri görmüş, sonradan podratçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, sifarişçi müqavilədən imtina etmiş və podrratçıya ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti formalaşmış, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılması barədə razılığıa gəlmişlər. Yəni, cavabdeh tərəflər arasında olan razılaşmaya münasibətdə görülən işlərin nəticəsi barədə iddiaçıya vəd vermişdir. Bu hal isə podrat münasibətləri olmasını göstərir. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsində təsbit olunan Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Lakin Podrat münasibətləri isə əksinə olaraq, mülki hüquq subyektləri arasında nəticənin əldə olunmasına yönələn mülki hüquqi hərəkətlər barədə qarşılıqlı razılaşmanı ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində verilmiş anlayışa görə podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini – podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsini sifarişçiyə təhvil verilməsi təşkil edir. Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin ümumi normaları olan 421 və 422-ci maddələrində müqavilənin ləğv edilməsi əsasları kimi tərəflərin razılaşması, tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, habelə Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallar göstərilmişdir. Müqavilədən birtərəfli qaydada imtina hüququ isə Mülki Məcəllənin 421.3-cü maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 759 və 760-cı maddələrində isə həm “podrat müqaviləsinin ləğv edilməsi”, həm də “müqavilədən imtina” və “müqaviləyə xitam verilməsi” anlayışlarından istifadə edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin maddələrlə eyni hüquqi nəticəyə gətirib çıxaran, yəni podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir. Mülki Məcəllənin 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə, 760-cı maddəsi isə podratçı tərəfindən podrat münasibətlərinə xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddələrin tələblərinə görə, podrat münasibətlərində həm müqavilədən birtərəfli imtinaya, həm də tərəflərdən birinin müqaviləni pozması hallarında digər tərəfin müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verilməsinə yol verilir. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina etməklə podrat münasibətlərinə xitam verə bilər. Yəni sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı xərclər), həm də əldən çıxmış fayda (müqavilə tam icra olunduğu təqdirdə əldə edə biləcəyi gəlir) aiddir. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol veribverməməsinə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Bununla yanaşı, sifarişçi Mülki Məcəllənin 443-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. Cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildə müəyyən təmir tikinti işlərinin aparması həm fotoşəkillərlə, həm də iddiaçı tərəfindən verilən izahatlarla öz təsdqini tapır. Belə ki, iddiaçı tərəf məhkəmə iclaslarında göstərmişdir ki, mənzildə aparılan təmir işləri iddiaçının öz vəsaiti hesabına həyata keçirilmişdir. Aparılan təmir işlərinin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması zaman ekspertiza keçirilmiş və müvafiq rəy ilə mənzildə aparılmış təmin işlərinin məbləğinin 2374.40 manat təşkil etməsi müəyyən olunmuşdur. Kollegiya işin faktiki hallarına məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən mənzildə təmir işləri ilə bağlı öhdəliyi tam olaraq icra etməmişdir. Mülki Məcəllənin tələbləri baxımından görülən işlərin iddiaçı olan sifarişçi tərəfindən qəbul edilməsi görülən işlərinin cavabdeh olan podratçıya ödənilməsi öhdəliyini əmələ gətirir. Mülki işin faktiki hallarını məhz bu hüquqi aspektdən qiymətləndirən kollegiya hesab edir ki, cavabdeh tərəfindən görülmüş və iddiaçı tərəfindən qəbul edilmiş işlərin dəyəri iddiaçı tərəfidnən ödənilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində görülən işlərin dəyərini mübahisələndirərək qeyd etmişdir ki, cavabdeh götürdüyü öhdəliyi tam icra etməsinə baxmayaraq barəsində iddia tələbi qismən təmin edilmişdir. Iddiaçının məhkəmə iclasında izahatı elə “Qiymətləndirmə və Consulting” Mərkəzinin rəyinin tamamilə əsassız olmasını və obyektiv olmamasını təsdiq edir. Belə ki, iddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, “Həmçinin cavabdeh tərəfindən qeyd olunan mənzildə görülməli işlərin 60-70 faizi görülmüş, lakin təmir-tikinti işləri də onun tərəfindən tamamlanmamışdır. Bu səbəbdən ona verilmiş pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan məbləğdən ümumilikdə 43500 manat məbləğində pul vəsaiti qaytarılmışdır. Hazırda cavabdehin onlara 14500 manat məbləğində borcu qalmışdır.” Sadəcə iddiaçının izahatını nəzərə alsaq bəlli olur ki, 14500 manat pulun 70 faizi elə 10500 manat edir. Yəni iddiaçı özü etiraf edir ki, cavabdeh tərəfindən 10500 manatdan artıq dəyərdə iş görülüb, amma iddiaçının məqsədi cavabdehi digər məsələlərə görə çətin vəziyyətə salmaqdır. Həmçinin cavabehin nümayəndəsi və vəkili apellyasiya icraatı zamanı vəsatət verərək yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təmir tikintiyə çəkilən xərclərin müəyyən edilməsi xüsusi bilik tələb edən ekspert tədqiqatına əsasən müəyyən edilə bilər. Hazırki işdə də birinci instansiya məhkəməsi tərəfindən müstəqil qiymətləndirici təyin edilməsi yolu ilə təmin işlərinin məbləğinin 2374.40 manat təşkil etməsi müəyyən olunmuşdur. Həmçinin cavabdeh tərəf ekspert rəyini birinci instansiya məhkəməsində mübahisləndirməmiş, yenidən ekspertiza təyin edilməsi barədə vəsatət verməmişlər. Kollegiya bununla əlaqədar aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı hakim məhkəmə iclasında həm iddiaçıya həm də cavabdehə məhkəmə tədqiqatı ilə bağlı əlavə vəsatət və ya etirazlarının olub-olmamasını soruşmuş, tərəflər isə vəsatətlərinin olmadığını bildirmişdirlər. Mülki Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak edərək ekspert rəyini mübahisələndirmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (yenidən ekspertiza təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, həmçinin vəasəti apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 12125.60 (on iki min bir yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində pul vəsaiti, “Qiymətləndirmə və Consulting” Mərkəzinə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində məhkəmə xərci olmaqla, cəmi 12325.60 (on iki min üç yüz iyirmi beş manat altmış qəpik) manat pul vəsaitinin tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçılar tərəfindən Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar