Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-847/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun və ödədiyi 101 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh əvvəldən tanıyır. ##.##.2024-cü il tarixində cavabdeh ona bildirmişdir ki, ailəsi xəstədir, onu müalicə etdirmək üçün pul lazımdır və ondan xahiş etmişdir ki, ona 8000 (səkkiz min) manat borca pul vermişdir. O da cavabdehi əvvəldən tanıdığı üçün və həmçinin ona inandığı üçün ##.##.2024-cü il tarixində 8000 (səkkiz min) manat məbləğində nağd pulu cavabdehə borca vermişdir. Həmin vaxtı cavabdeh ondan 8000 (səkkiz min) manat borca pul götürməsi barədə qəbz yazmışdır. Həmin qəbzdən göründüyü kimi cavabdeh ##.##.2024-cü il tarixində ondan götürdüyü 8000 min manat pulu 10 ay müddətində hissə-hissə olmaq şərti ilə ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda cavabdeh həmin pulu ona qaytarmır. Dəfələrlə cavabdehə pulunun qaytarılması üçün müraciət etsə də o ona yalan vədlər verərək borcunu ödəməkdən yayınır. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi (hakim: Orxan Mahmud) ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 101 (bir yüz bir) manat olmaqla, ümumilikdə 8101 (səkkiz min yüz bir) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, qəbzdə yazmışdır ki, “Cavabdeh izahat verirəm ona görə ki, ailəmin xəstə olduğuna görə İddiaçı 8000 manat borc pul aldım. Həmin pulu 10 ay müddətinə hissə-hissə olmaqla qaytaracam. Dediyim vaxta qaytara bilməsəm qanun çərçivəsində həll edilsin. İzahatı özüm yazdım və imzamla təsdiq edirəm.” Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1954-cü il tarixdə anadan olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 8000 (səkkiz min) manat borca pul almışdır. Həmin pulu on ay müddətinə qaytarmağı öhdəliyini üzərinə götürmüşdür. Bu barədə izahat yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. Bu fakt cavabdeh tərəfindən imza edilmiş qəbzlə öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh özü də həmin qəbzi verdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin, iş materiallarına əlavə olunmuş əlyazma yazılı müqavilənin tələblərinə cavab vermədiyi üçün müqavilə hesab edilə bilməz. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisəyə borc müqaviləsinə aid normalar deyil, əsassız varlanma instituna adi normalar tətbiq edilməlidir. Buna görə də, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh yazılı qaydada borc aldığı 8000 manat pul vəsaiti iddiaçıya qaytarmalıdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 385.1, 386 , 1091, 1092.1, 1092.2-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 106.3, 88, 217.4, 119.1, 119.4, 124.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan 8000 manat pul borca pul almamışdır. 2018-ci ildə onun təcili pula ehtiyacı olduğu üçün iddiaçıya müraciət etmiş və iddiaçı ona cəmi 2000 manat sələmə pul vermişdir. Həmin vaxtdan 2025-ci ilə qədər o, hissəhissə iddiaçının pulunu artıqlaması ilə qaytarmışdır. Hazırda o, iddiaçıdan götürdüyü 2000 manat borc pulu tam ödəmiş və onun iddiaçıya heç bir borcu yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim olunan qəbz saxtadır, belə ki, iddiaçı sələmə pul verməklə məşğul olduğu üçün yalandan ondan pul götürən şəxslərə həmin qəbzlərdə yazılan yüksək məbləğlərə qol çəkdirib özündə saxlayır. Hazırkı iş üzrə məhkəmə bütün bu haları nəzərə almamış, aydınlaşdırmamış yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus 8000 vəsaiti nağd formada götürmüş, qəbzlə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdehin pulu bankomat vasitəsilə qaytarması isə tamamilə əsassızdır və heç bir sübutla təsdiq olunmur. Apellyasiya şikayəti sadəcə vaxtı uzatmaq və qanuni borcu ödəməkdən yayınmaq məqsədi güdür. Odur ki, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, 2000 borc götürmüş, onlara məxsus kartı iddiaçıya vermiş və iddiaçı borcun hər ay kartdan çıxarmışdır. Ona borcu yoxdur. Odur ki, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayayaq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-cavabdeh Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 101 (bir yüz bir) manat olmaqla, ümumilikdə 8101 (səkkiz min yüz bir) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmaqla, mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasının dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin dəlili ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 8000 manat borc almamış, 2018ci ildə ondan cəmi 2000 manat məbləğində pul götürmüş və həmin vəsaiti 2025-ci ilədək hissəhissə qaytarmışdır. Həmçinin cavabdeh iş materiallarına əlavə edilmiş qəbzin saxta olduğunu, iddiaçının sələmə pul verməklə məşğul olduğunu və yüksək məbləğlər göstərilməklə qəbzlərə imza alaraq onları özündə saxladığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, qəbzdə yazmışdır ki, “Cavabdeh izahat verirəm ona görə ki, ailəmin xəstə olduğuna görə İddiaçı 8000 manat borc pul aldım. Həmin pulu 10 ay müddətinə hissə-hissə olmaqla qaytaracam. Dediyim vaxta qaytara bilməsəm qanun çərçivəsində həll edilsin. İzahatı özüm yazdım və imzamla təsdiq edirəm.” Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı pul vəsaitinin cavabdehə verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə aldığı pul vəsaitini qaytardığını təsdiq edən hər hansı yazılı sənəd, bank köçürməsi, qəbz, yazışma və ya digər mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər də yalnız formal mülahizələrdən ibarət olmuşdur. Cavabdeh apellyasiya şikayətində iddianın təmin edilməsinə əsas olmuş qəbzin saxta olduğunu bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatından müəyyən olunur ki, həmin qəbzin məhz onun tərəfindən imzalandığını etiraf etmiş, eyni zamanda qəbzin məzmunu ilə tanış olduğunu, lakin məcburiyyət qarşısında qalaraq onu imzaladığını bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, şəxs tərəfindən öz əleyhinə hüquqi nəticə doğura biləcək, onun tərəfindən 8000 manat məbləğində pul vəsaitinin borc alındığını təsdiq edən sənədin imzalanmasının səbəbi kimi “məcburiyyət” halına istinad edilməsi həmin halı təsdiq edən konkret və mötəbər sübutlarla əsaslandırılmalıdır. Lakin cavabdeh qəbzi hansı şəraitdə, kimin təsiri və ya təzyiqi altında imzaladığını konkretləşdirməmiş, belə bir məcburiyyətin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin qəbzi imzaladıqdan sonra bununla bağlı hüquq-mühafizə orqanlarına və ya digər səlahiyyətli orqana müraciət etməsi barədə də iş materiallarında hər hansı məlumat yoxdur. Digər tərəfdən, əgər cavabdeh həqiqətən 8000 manat məbləğində pul almadığını bildiyi halda həmin məbləği aldığını təsdiq edən qəbzi imzalamışdırsa, belə davranışın səbəbini və onu şərtləndirən konkret halları izah etmək və həmin halları sübut etmək cavabdehin üzərinə düşür. Lakin cavabdehin bu barədə verdiyi izahatlar hər hansı obyektiv sübutla təsdiq olunmadığından, məhkəmə tərkibi həmin dəlilləri qəbzin məzmununu və əhəmiyyətini aradan qaldıran mötəbər sübut kimi qəbul edə bilməz. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçıdan 8000 manat deyil, cəmi 2000 manat məbləğində pul götürdüyünü və həmin vəsaiti sonradan hissə-hissə qaytardığını bildirmişdir. Lakin cavabdeh tərəfindən 2000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı yazılı sənəd, bank köçürməsi barədə məlumat, ödəniş qəbzi, yazışma və ya digər mötəbər sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya mərhələsində təqdim edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qəbzin saxta olması, onun məcburiyyət altında imzalanması, faktiki olaraq 8000 manat deyil, 2000 manat məbləğində vəsait alınması və sonuncu məbləğin tam şəkildə qaytarılması barədə hallara istinad edən cavabdeh həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qüvvədə olan hüquqi tənzimləməni və həmin dövr üçün formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsini tətbiq etmişdir. Lakin qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı qəbul edilmiş, Həmin Qərarda göstərilmişdir ki: Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən edilmiş hüquqi mövqenin Qərar qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan işlərə də şamil ediləcəyi nəzərə alınaraq, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan həmin hüquqi mövqe bu mübahisəyə də tətbiq edilməlidir. Odur ki, Mülki Məcəllənin 739-cu maddəsi hazırkı mübahisəyə tətbiq edilməklə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, 101 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 101 (bir yüz bir) manat olmaqla, ümumilikdə 8101 (səkkiz min yüz bir) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 101 (bir yüz bir) manat olmaqla, ümumilikdə 8101 (səkkiz min yüz bir) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-847/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-847/2026
17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver