Məhkəmə qərarları › İş №2(3-9)-849/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-849/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-849/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Novruzzadə Səidə Fədai qızının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Novruzzadə Səidə Fədai qızına qarşı “cavabdehlərdən müştərək qaydada 8200 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Novruzzadə Səidə Fədai qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 8200 manat məbləğində pulun və ödənilmiş 102 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan evi satdıqdan sonra əlində olan pul vəsaiti ilə qızıl-zinət əşyaları alıb evə qoymuşdur. Sonradan ehtiyac olduğu üçün həmin qızılları satmaq qərarına gəlmişdir. Qonşusu X2 şahidliyi ilə digər qonşuları olan X1, onun həyat yoldaşı Novruzzadə Səidə Fədai qızı və onların bəzi qohumları iddiaçıdan 2023cü ilin iyun ayından etibarən müxtəlif qram və əyarlarda qızıl-zinət əşyaları almış və ilk aylarda normal şəkildə ödəniş edərək etibarını qazanmışlar. 2023-cü ilin sentyabr ayından X1 və həyat yoldaşı Novruzzadə Səidə Fədai qızı İmişli şəhərindən köçərək Bakı şəhərinə yerləşmiş, orda yaşamağa başlamışlar. Aralarında olan etibardan sui-istifadə edərək 2023cü ilin sentyabr və noyabr aylarında dələduzluq edərək öz aləmlərində uydurma qohumlar formalaşdırıb Aida (0510 944-89-46) və Gülnar (051-944-89-46) adlarıyla müxtəlif nömrədə vatsapp vasitəsilə iddiaçı ilə yazışaraq, iddiaçıdan qızıl-zinət əşyaları almışlar. Təbii ki, bunlar sonra bəlli olmuşdur ki, cavabdehlərin bu adlarda nə qohumları nə də, tanışları vardır. Qeyd olunan nömrələrdən elə cavabdehlərin özləri yazırmışlar. Belə ki, bundan sonra ödənişlərdə problemlər yaranmış və üzərlərinə götürdükləri aylıq ödənişlərdən dolayısıyla imtina etmişlər. Hər dəfə ödəniş etmələrini tələb etdikdə bu ay, “gələn ay edəcəyik” deyə iddiaçını aldadaraq ödənişi icra etməmişlər. Hal-hazırda cavabdehlərin iddiaçıya 8200 (səkkiz min iki yüz) manat məbləğində borcları vardır. Cavabdehlər bu borcu öz vatsaplarından göndərdiyi səsləri ilə də təsdiq edirlər. Artıq 2023-cü ilin dekabr ayından bu günədək sözükeçən pul məbləğindən heç bir ödəniş edilməmişdir. İddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər hər dəfə vaxt istəmişlər, lakin iddiaçı heç bir nəticə əldə etməmişdir. Cavabdehlər borcu ödəməkdən boyun qaçırdıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və Novruzzadə Səidə Fədai qızından 8000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 102 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 100 manat hissəsinin cavabdehlər cavabdeh1 və Novruzzadə Səidə Fədai qızından müştərək qaydada tutularaq iddiaçı İddiaçı verilməsi və məhkəmə xərcinin qalan 2 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərlə qiymət barədə razılığa gələrək onlara müxtəlif vaxtlarda qızıl-zinət əşyalarını satmış, cavabdehlər həmin qızıl-zinət əşyalarının dəyərini ilk vaxtlar ödəsələr də, sonradan yaranmış borcu ödəyə bilməmiş və borcları yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində onun iştirakı ilə iddiaçının cavabdehlərə qızıl-zinət əşyalarını verməsini göstərsə də, qızıl-zinət əşyalarının dəyəri, çəkisi və tərəflər arasında yaranmış borcun məbləği barədə məlumatlı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İşin müəyyən edilən və mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlərə iddiaçı tərəfindən qızıl-zinət əşyaları satılmışdır. Həmin hal iş materiallarına əlavə edilmiş qızıl-zinət əşyalarının fotoşəkilləri, şahid ifadəsi və cavabdeh cavabdeh1 izahatında öz təsdiqini tapmışdır. Həmin faktı təsdiq edən dəlillər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin mübahisə edilən halı tərəflər arasında qızıl-zinət əşyalarının satılması nəticəsində yaranmış borcun məbləğindən ibarətdir. Belə ki, iddiaçı cavabdehlərin 8200 manat borcu qaldığını iddia etmiş, cavabdeh cavabdeh1 isə iddia tələbini qismən etiraf edərək 7250 manat borcu ödədiyini və 1000 manat borcu qaldığını bildirmişdir. Qanunvericiliyin normalarından aydın olur ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh cavabdeh1 iddiaçıya 1000 manat borcu qaldığını bildirməsinə baxmayaraq onun tərəfindən cavabdehə həmin məbləğdə borcu qalmasını, həmçinin hansı məbləğdə ödəniş etdiyini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materialına iddiaçı tərəfindən əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş “xxxx”da olan səs yazısında cavabdeh cavabdeh1 özü etiraf etmişdir ki, “iddiaçıya 8000 manat borcu vardır, həmçinin uzun müddət borcu qaytarmadığı üçün cavabdehə əlavə olaraq 100 manat ödəyəcəkdir”. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazısında qeyd olunan halları mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən məhkəmə iclasında borcun məbləği ilə bağlı izahatı inandırıcı qəbul edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının satılmasından cavabdehlərin 8200 manat borcunun qaldığı iddia edilmiş, buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə cavabdehlərin 8000 manat borcunun qalmasını təsdiq edən sübutlar təqdim olunsa da, 200 manat borcun qalması faktını təsdiq edəcək mötəbər sübutlar təqd-im edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı qızıl-zinət əşyalarını cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlərin ödənişlər etdikdən sonra 8000 manat məbləğində borcları qalmışdır. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, 8000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1, 21.2, 385.1, 386.1, 406.1, 567, 598.1, 598.2, 598.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 107, 119.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Novruzzadə Səidə Fədai qızı apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaya heç bir münasibəti yoxdur. Sözügedən məhkəmə prosesi barədə ona heç bir məlumat verilməmişdir. Onun iştirakı olmadan işə baxan məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə isə məhkəmə onun prosesdə iştirakını təmin etmədiyi üçün o sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Novruzzadə Səidə Fədai qızının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini, qızının iddiaçıya borcunun olmadığını, səs yazısının qızına aid olduğunu bildirmiş, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək qızılları cavabdeh Səidə Şükürovaya verdiyini, bu zaman yanında keçmiş həyat yoldaşı cavabdeh1 də olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdeh cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Novruzzadə Səidə Fədai qızı apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən cavabdeh2 apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın cavabdeh cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər arasında qızılzinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, iddiaçı müxtəlif vaxtlarda cavabdehlərə müxtəlif qram və əyarlarda qızıl-zinət əşyaları vermiş, cavabdehlər isə həmin əşyaların dəyərini ilkin mərhələdə hissə-hissə ödəmişlər. Tərəflər arasında yaranmış qarşılıqlı etimad əsasında qızıl-zinət əşyalarının sonrakı satışları zamanı ödənişlərin müəyyən müddətdən sonra həyata keçirilməsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, sonrakı dövrdə cavabdehlər tərəfindən qızıl-zinət əşyalarının dəyərinin tam ödənilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında borc münasibətləri yaranmışdır. İddiaçı cavabdehlərin ona 8200 manat məbləğində borcunun qaldığını bildirmiş, birinci instansiya məhkəməsi isə iş materiallarında olan sübutları, o cümlədən tərəflərin izahatlarını, şahid ifadəsini və səs yazılarını qiymətləndirərək 8000 manat məbləğində borcun sübut olunduğu qənaətinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, onun hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur, məhkəmə iclaslarının keçirilməsi barədə ona məlumat verilməmiş, işə iştirakı olmadan baxılmaqla sübutlarını təqdim etmək imkanından məhrum edilmiş və nəticədə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində qeyd edir ki, onun iddiaçı qarşısında hər hansı borcu yoxdur və mübahisəli borc münasibətinə aidiyyəti yoxdur. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “xxxx”da olan səs yazısından görünür ki, cavabdeh cavabdeh1 iddiaçı qarşısında 8000 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Həmin cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş və qətnamənin onun barəsində müəyyən etdiyi nəticəni mübahisələndirməmişdir. Bununla yanaşı, iş materiallarında olan digər səs yazılarında cavabdeh cavabdeh2 də iddiaçı qarşısında borcun mövcudluğunu təsdiq edən, borcun ödəniləcəyini bildirən və ödəniş üçün vaxt istəyən məzmunlu ifadələri əks olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də həmin səs yazılarında danışan şəxsin cavabdeh2 olduğu bildirilmişdir. Bu hal səs yazılarının cavabdehə aidliyinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Həmçinin iddiaçı həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarında qızıl-zinət əşyalarını cavabdeh cavabdeh2 verdiyini, həmin zaman onun həyat yoldaşı cavabdeh1 də yanında olduğunu və onların birlikdə hərəkət etdiklərini bildirmişdir. İddiaçının bu izahatları iş materiallarında olan digər sübutlarla, o cümlədən şahid X2 ifadəsi və səs yazıları ilə birlikdə qiymətləndirildikdə, cavabdeh cavabdeh2 mübahisəli borc münasibətinə aidiyyətini istisna etməyə əsas verən hal yoxdur. Burada sübutetmə vəzifəsi apellyasiya şikayəti verən cavabdeh cavabdeh2 üzərinə düşür ki, o da nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı iddiaçı qarşısında mövcud olmuş nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etmişdir. Belə ki, iş materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən hər hansı ödəniş qəbzi, bank sənədi, yazışma və ya digər sübut mövcud deyildir. Cavabdeh də apellyasiya şikayətində borcun hansı tarixdə, hansı məbləğdə və hansı qaydada ödənildiyini konkret göstərməmiş, bu halları təsdiq edən hər hansı sübuta istinad etməmişdir. MPM-in 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə iclası barədə məlumatlandırılmama dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh cavabdeh2 adına məhkəmə iclasları barədə dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, lakin həmin bildirişlər cavabdehə çatdırılmamışdır. Bununla belə, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi səbəbindən sübutlarını təqdim etmək imkanından məhrum edildiyini bildirsə də, apellyasiya icraatı zamanı da həmin sübutları təqdim etmək imkanına malik olduğu halda hər hansı yeni sübut təqdim etməmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, prosessual hüquq pozuntusunun mövcudluğu özlüyündə qətnamənin ləğvi üçün kifayət edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırkı halda cavabdehə məhkəmə iclasları barədə bildirişlərin çatdırılmadığı müəyyən edilsə də, onun bu səbəbdən hansı konkret sübutları təqdim edə bilmədiyi və həmin sübutların məhkəmənin gəldiyi nəticəyə təsir göstərə biləcəyi müəyyən edilmir. Cavabdeh apellyasiya mərhələsində də həmin sübutları təqdim etməmiş, onların mövcudluğu və məzmunu barədə konkret məlumat verməmişdir. Odur ki, qeyd olunan prosessual halın birinci instansiya məhkəməsinin iş üzrə düzgün olmayan qətnamə qəbul etməsinə səbəb olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Novruzzadə Səidə Fədai qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar