Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-921/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1543 manat dəyərində zərərin və 35,43 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh alınıb ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, ##.##.2025-ci il tarixdə mülkiyətində olan və idarə etdiyi “Opel” Astra minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göytəpə- Qızılağac yolu ilə evinə doğru hərəkətdə olarkən onun avtomobili əks istiqamətdən gələn adını sonradan bildiyi Cavabdeh idarə etdiyi MTZ 892 markalı, dövlət qeydiyyat nişanı olmayan arxasında qoşqusu (mala) olan traktorla toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilində olan anası Şəhla Məmmədova dərəcəsi təyin olunmayan xəsarət almışdır. Qəza nəticəsində onun mülkiyyətində olan avtomobilə 1543 manat ziyan dəymişdir. Cavabdeh əməlində cinayət tərkibi olmasa da, o, AR İXM-nin 327.2, 342.7 və 342.2.2-ci maddələri ilə inzibati qaydada cərimə olunmuşdur. Yəni hadisə ilə əlaqədar Cavabdeh təqsirli bilinmişdir. Hadisə nəticəsində onun avtomobilinin qanadı, qapı kompleksi, qapının iç üzlüyü, yan güzgüsü, yan dönmə işığının alınması və ustalara verilən zəhmət haqqı ilə birlikdə avtomobilinə dəyən ümumi ziyan 1543 manat təşkil edir. Dəfələrlə cavabdehdən avtomobilinə dəymiş ziyanı tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ötmə əməliyyatını edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qoşqu kustar üsulla hazırlanıb və uzun illərdir ki, həmin qoşqu ilə traktoru idarə edir, ətraf rayonlardakı sahələrə gedir. Traktorun qoşqusuna hərəkət edən digər sürücülərə xəbərdarlıq məqsədilə qırmızı rəngli parça da bağlamışdır. Masallı Rayon Məhkəməsinin (hakim E.Abbasova) ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 1543 manat və ödənilmiş dövlət rüsumuna görə 35,43 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, o, ##.##.2025-ci il tarixdə Qızılağac-Göytəpə avtomobil yolunda idarə etdiyi MTZ 892 markalı traktor və qoşqusu ilə hərəkətdə olarkən qarşı zolaqda ötmə əməliyyatını icra edən İddiaçı idarə etdiyi Opel Astra markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobillə traktorun arxasında olan qoşqu toqquşmuş, nəticədə traktora 1485 manat maddi ziyan dəymişdir. Masallı Rayon Polis Şöbəsində təqsirkar olaraq onu müəyyən etmişlər və qanunsuz olaraq barəsində protokol və qərar qəbul edilmişdir. İdarə etdiyi traktor 15 km/saat sürətlə hərəkət etmiş, spirtli içki qəbul etməmiş. Hadisə zamanı İddiaçı sərxoş halda olmuş və 50 km/saat sürət olan yerdə 160 km/saat sürətlə hərəkət etmişdir. Hadisədə təqsiri yoxdur, manevr qaydalarını iddiaçı pozaraq həyata keçirmiş və traktorun qoşqusu ilə toqquşmuşdur. Öz yolunda hərəkətdə olmuş və hər hansı qaydanı pozmamışdır. Qərardan görünür ki, manevr qaydalarının pozulması və əks zolağa çıxma qaydalarının pozulması göstərilmişdir, halbuki o, ümumiyyətlə traktorla 15 km/saat sürətlə hərəkət etmiş və ötmə etməyi də mümkün deyildir. Ötmə əməliyyatını İddiaçı etmiş və düzgün etmədiyi üçün traktorun qoşqusu ilə toqquşmuşdur. Təhqiqatçı düzgün araşdırma aparmamış, İddiaçı avtomobilin sürət həddini aşması, toqquşma yerinin real vəziyyəti iş materillarında əks olunmamışdır. İş üzrə avto-texniki ekspertiza keçirilməmiş və yol-nəqliyyat hadisəsinin kimin təqsiri ucbatından törədilməsi müəyyən olunmamışdır. Təhqiqatçı sadəcə ehtimallar əsasında hadisəni şərh etmiş və qanunsuz qərar qəbul etmişdir. Traktor və minik avtomobilinin sürət fərqlərini, ötmə əməliyyatının digər avtomobil tərəfindən törədilməsini araşdırmamışdır. İddiaçı əgər sərxoş vəziyyətdə avtomobil idarə etməmiş olsaydı o zaman hadisənin qarşısını ala bilərdi, o avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün və yüksək sürət olduğu üçün traktorun qoşqusu ilə toqquşmuşdur. Ən əsası odur ki, iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunmamışdır və təhqiqatçı özü rəy vermişdir. Məhkəmə bir dəfə cinayət işinin başlanmasının rədd qərarını ləğv etmişdir və düzgün araşdırma aparılmadığını göstərmişdir. Lakin hazırkı təhqiqatçı məhkəmənin qərarını nəzərə almamış və yenə də ekspertiza təyin etməmişdir. Onun hadisədə günahı yoxdur, o öz yolunda traktoru idarə etmiş, İddiaçı isə əks zolaqda onun qoşqusuyla toqquşmuşdur. İddiaçı hər bir halda traktoru görürdüsə təhlükəsizlik qaydalarına riayət etməlidir. Lakin o sərxoş olduğu üçün qoşqu ilə toqquşmuşdur. O, əks yolda hərəkət etməmiş, İddiaçı əks zolaqda onu vurmuşdur. Barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd qərarından və inzibati xəta haqqında qərardan məhkəməyə şikayət etmiş və bir dəfə məhkəmə həmin qərarı ləğv etmiş, təkrarən istintaqa qaytarmış, istintaq orqanı onu təkrarən təqsirli bilmiş və yenə də həmin qərardan şikayət etmiş və iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə həmin işin nəticəsini gözləmədən hazırkı qərarı qəbul etmişdir. İzahatlar Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 2025-ci ilin #######ın #-də axşam saatlarında o Masallı rayon istiqamətində gedərkən qarşısında bir neçə maşın olmuşdur. O da öz yolu ilə traktoru idarə etmişdir. Yolun eni 6 metrdir. Lakin yolun kənarında internet xətti dirəkləri olduğu üçün yolun sağ istiqamətinə çıxmaq mümkün deyildi. Texnikaya qoşulan malanın eni 4,10 metrdir. Yolun eni 6 metr olsa da, yol polisi araşdırma zamanı yolun enini 5,50 metr qeyd etmişdir. Yol hərəkəti qaydalarını pozmamışdır. İddiaçı bir neçə maşını ötərək keçmiş, sonra onun idarə etdiyi texnikaya dəymişdir. İddiaçı içkili olmuşdur. İddiaçı hadisə yerində ondan 1000 manat pul istəmişdir, lakin qaydanı pozmadığına görə o, iddiaçı ilə razılaşmamışdır. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, atası ilə Masallıdan Viləş istiqamətində maşını idarə edib. Hadisə axşam saat 8-9 radələrində baş vermişdir. Həmin vaxt o içkili olmamışdır. Cavabdehin idarə etdiyi texnikanın bir tərəfində işıq yanmırdı, bu səbəbdəndə texnikaya qoşulmuş malanı görməmişdir. Həmin vaxt cavabdeh əks istiqamətdə hərəkət edərək, onunla toqquşmuşdur. Həmin yolda surət həddi 60 km/saat olduğundan, o surətdə də avtomobili idarə edib. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə mülkiyətində olan və idarə etdiyi “Opel” Astra minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göytəpə- Qızılağac yolu ilə evinə doğru hərəkətdə olarkən cavabdeh Cavabdehun idarə etdiyi MTZ 892 markalı, dövlət qeydiyyat nişanı olmayan arxasında qoşqusu (mala) olan traktorla toqquşmuş, nəticədə “Opel” Astra minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1543 manat məbləğində maddi zərər dəymişdir. Maddi zərərin miqdarı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Avtoservis” TXS-nin ##.##.2025-ci il tarixli, **** saylı arayışına əsasən müəyyən edilmişdir. “Avtoservis” TXS-nin ##.##.2025-ci il tarixli, **** №-li arayışdan görünür ki, “Opel” Astra minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1543 manat maddi ziyan dəymişdir. Müəyyən edilir ki, YNH zamanı iddiaçının avtomobilində olan sərnişin xəsarət almışdır. ##.##.2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci, 342.2.2-ci və 327.2ci maddələri ilə təqsirli bilinmişdir. ##.##.2025-ci il tarixli Masallı rayon prokurorunun müavini R X2 qərarından görünür ki, Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, R Ariz Səfərov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, material araşdırılması üçün Masallı RPŞ-nin TB-yə qaytarılmışdır. ##.##.2026-cı il tarixli Masallı Rayon Polis X6 R X1 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXMnin 327.2-ci, 342.7 və 342.2.2-ci maddəsinin tərkibi olmasına görə həmin maddələrlə tərtib olunmuş İXP ******* nömrəli protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın nəzərə alınması qərara alınmışdır. Hazırda iddiaçı cavabdehdən YNH zamanı avtomobilə dəymiş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiyanın qənaətinə görə, cavabdehin yol-nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində iddiaçıya ziyan vurulması, cavabdehin hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilir. Birinci instansiya məhkəməsində işin halları araşdırılarkən müəyyən edilmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Masallı Rayon Polis Şöbəsində araşdırma aparılmış, yekun olaraq ##.##.2026-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 342.7 və 342.2.2-ci maddəsinin tərkibi olmasına görə həmin maddələrlə tərtib olunmuş İXP ******* nömrəli protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın nəzərə alınması qərara alınmışdır. Cavabdeh Cavabdeh barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla sonuncunun yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olması sübuta yetirilir. Həmin qərar qanuni qüvvədədir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə cavabdeh Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 1543 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən edilir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Kollegiya hesab edir ki, iddiaçı vurulmuş ziyana görə kompensasiya tələb etməkdə haqlıdır. Vurulmuş ziyanın məbləği ilə bağlı iddiaçı müvafiq sübutları təqdim etmişdir. Vurulmuş ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kollegiya hesab edir ki, vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddiaçının tələbi haqlıdır. Cavabdeh apellyasiya şikayətində YNH zamanı iddiaçının yol hərəkəti qaydalarını pozduğunu, onun sərxoş olduğunu, özünün yol hərəkəti qaydalarını pozmadığını iddia etmişdir. Lakin cavabdeh bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdehin dəlillərini təsdiq edən hal müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(3-9)-921/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-921/2026
18.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver