Məhkəmə qərarları › İş №2(3-9)-962/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-962/2026

10.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-962/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi, Əsәdov İlham Qoşunәli oğlu vә Novruzova Aytәn Nazim qızından ibarәt tәrkibdә, Saatlı Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadından verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Şiriyev İlqar Ataxan oğlu Saatlı rayon Notariat ofisinә vә Bank “xxxx” ASC-yә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ipoteka predmeti olan ünvan 1 ünvanda yerlәşәn 0,11 ha torpaq sahәsi vә onun üzәrindә olan fәrdi yaşayış evinә dair verilmiş ## ###### 2025-ci il tarixli tutmanın yönәldilmәsi barәdә İcra qeydi lәğv olunmasını, ona şişirdilәrәk cavabdehlәr tәrәfindәn qanunsuz hesablamaqla artıq mәblәğ olaraq yazılmış 67397,46 manat әsas borc, faiz borcu vә 3369,87 manat dәbbә pulu, ümumilikdә 70767,33 manat borc mәblәği düzgün hesablanıb, banka ödәdiyi mәblәğlәr әsas mәblәğdәn düzgün çıxılmaqla, ilkin müqavilә şәrtlәrinin bәrpa edilmәsini xahiş etmişdir. Saatlı Rayon Mәhkәmәnin ## ### 2026-cı il tarixli qәrardadı ilә iddia әrizәsi baxılmamış saxlanılmış vә Şiriyev İlqar Ataxan oğlu tәrәfindәn ##.##.2026-cı il tarixindә Saatlı Rayon Mәhkәmәsinә ödәnilmiş 100 manat dövlәt rüsumunun geri qaytarılması qәrara alınmışdır. Şiriyev İlqar Ataxan oğlu qәrardaddan şikayәt vermişdir. Saatlı Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli qәraradı ilә şikayәt vә ona әlavә edilmiş sәnәdlәr qaytarılmışdır. Şiriyev İlqar Ataxan oğlu әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Saatlı Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrardadından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpa olunmasını xahiş etmişdir. Ərizә onunla әsaslandırılmışdır ki, Saatlı Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli saylı qәrardadını iddiaçı almadığından vә asan imzası olmadığından vaxtında mәlumatlı olmamışdır. O, isә nümayәndәsi vә vәkili olaraq elektron mәhkәmә sistemi vasitәsilә qәrardadla # #### 2026-cı il tarixindә tanış olub, şikayәt ilә müraciәt etmişdir. Ona görә dә şikayәt vermә müddәtini ötürmәmişlәr. Saatlı Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli qәrardadı ilә әrizә tәmin edilmәyәrәk, Saatlı Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrardadından şikayәt vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması qәrara alınmışdır. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, Saatlı Rayon Mәhkәmәsinin ## ### 2026cı il tarixli qәrardadı, hәmin tarixdә Şiriyev İlqar Ataxan oğlunun ünvanına göndәrilmişdir. “xxxx” MMC-nin Göndәrişlәrin izlәnmәsi haqqında çıxarışdan görünür ki, Saatlı Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrardadı Şiriyev İlqar Ataxan oğluna ## #### 2026-cı il tarixdә çatdırılmışdır. İddiaçının nümayәndәsi vәkil Vәkil/Nümayәndә tәrәfindәn şikayәt elektron formada # #### 2026cı il tarixdә, yәni şikayәt vermәk üçün qanunla müәyyәn edilmiş 10 günlük müddәt bitdikdәn 13 gün sonra verilmişdir. Qәrardaddan Şiriyev İlqar Ataxan oğlu şikayәt verәrәk onun lәğv olunmasını, iddia әrizәsinә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, qәrardad ilә razı deyildir. İddiaçı mәhkәmә hazırlıq iclasına sәhhәti ilә әlaqәdar gәlә bilmәdiyinә görә mәhkәmәyә әvvәlcәdәn teleqram göndәrәrәk xәbәrdar etmişdir. Mәhkәmә isә bu mәlumatı heçә sayaraq iddia tәlәbini baxılmamış saxlamışdır. Bu hallara mәhkәmә tәrәfindәn düzgün qiymәt verilmәlidir. Onsuz cavabdeh tәşkilatlar iddiaçının tәlәbinә vә әmlakına etinasız davranmışlar. Saatlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. MPM-in 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Mәhkәmә tәrkibi hesab edir ki, birinci instansiya mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrardadı ilә MPM-in 259.0.12-ci maddәsinә istinad etmәklә iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri qaytarsa da, hәmin nöqsanların aradan qaldırılması üçün iddiaçıya müddәt verilmәli idi. Belә ki, MPM-in 259.0.12-ci maddәsinә әsasәn әrizә bu Mәcәllәnin 149-cu maddәsindә nәzәrdә tutulmuş tәlәblәrә әmәl edilmәdәn, habelә 150.1.2-ci vә ya 150.1.3-cü maddәlәrindә göstәrilәn sәnәdlәr әlavә edilmәdәn verildikdә, iddiaçı hakim tәrәfindәn müәyyәn edilmiş müddәtdә işә mahiyyәti üzrә baxılmasına vә hәll edilmәsinә maneçilik törәdәn hәmin nöqsanları aradan qaldırmadıqda әrizә mәhkәmә tәrәfindәn baxılmamış saxlanılır. İş materiallarından görünür ki, iddiaçı mәhkәmә hazırlıq iclasına sәhhәti ilә әlaqәdar gәlә bilmәdiyini bildirmişdir. Bu barәdә mәhkәmәyә әvvәlcәdәn teleqram da göndәrmişdir. Bütün bunlara görә müddәtin ötürülmәsi mәsәlәsinә şәxsin özünün iştirakı ilә baxılması zamanı iş üzrә daha doğru qәrar qәbul etmәk mümkündür. Hәmçinin birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia әrizәsindә mövcud olduğu hesab edilәn nöqsanların aradan qaldırılması üçün iddiaçıya möhlәt verilmәmiş vә MPM-in 259.0.12-ci maddәsinin tәlәblәri gözlәnilmәdәn iddia әrizәsi baxılmamış saxlanılmışdır. Bu isә qeyd olunan prosessual normanın tәlәblәrinә uyğun hesab edilә bilmәz. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasının Konstitusiyası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi kimi tәsbit etmәklә yanaşı, mәhkәmәlәr tәrәfindәn onların müdafiәsinә dә tәminat vermişdir. Belә ki, Konstitusiyanın 60-cı maddәsi ilә hәr kәsin hәm Konstitusiya ilә tәsbit edilmiş, hәm dә Azәrbaycan Respublikasının qanunlarında vә digәr normativ hüquqi aktlarında nәzәrdә tutulmuş hüquqlarının vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir. Habelә “Mәhkәmәlәr vә hakimlәr haqqında” Qanunun 10-cu maddәsinә görә Azәrbaycan Respublikası vәtәndaşlarının, onun әrazisindә yaşayan xarici vәtәndaşların, habelә vәtәndaşlığı olmayan şәxslәrin Azәrbaycan Respublikasının Konstitusiyasında vә digәr qanunlarda nәzәrdә tutulmuş hüquq vә azadlıqlarının, hüquqi şәxslәrin qanuni mәnafelәrinin hәr cür qәsdlәrdәn vә qanun pozuntularından mәhkәmә icraatının istәnilәn mәrhәlәsindә mәhkәmә müdafiәsi hüququ tәmin olunur. Heç kәs mәhkәmә müdafiәsi hüququndan mәhrum edilә bilmәz. Mәhkәmә tәminatı bir tәrәfdәn hәr kәsin pozulmuş hüquqlarının vә azadlıqlarının bәrpası mәqsәdilә mәhkәmәyә müraciәt etmә hüququnu, digәr tәrәfdәn isә mәhkәmәlәrin hәmin müraciәtlәrә baxmaq vә onlara dair әdalәtli qәrar qәbul etmәk vәzifәsini müәyyәn edir. Mәhkәmәyә müraciәt etmәk hüququnun pozulması bütövlükdә mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini әhәmiyyәtsiz edir. Bu hüquq işdә iştirak edәn şәxslәrin mәhkәmә müdafiәsi vasitәlәrinә çıxışını tәmin etmәklә onların öz hüquqlarının müdafiәsi üçün effektiv vә real imkanlarının olmasını nәzәrdә tutur. Belәliklә, mәhkәmә tәrkibi yuxarıda qeyd edilәnlәri nәzәrә alaraq şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Saatlı Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, yenidәn baxılması üçün iş materialları Saatlı Rayon Mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. MPM-in 399-cu maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә tәrkibi şәrh olunanlara әsasәn vә MPM-in 263, 264, 397.2, 398, 400 vә 402-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt qismәn tәmin edilsin. Saatlı Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı lәğv edilsin vә yenidәn baxılması üçün iş materialları Saatlı Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar