Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-102)-211/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsi üzrə olan borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsi üzrə olan borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh bank təşkilatından götürdüyü kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi ilə bağlı tələb irəli sürsə də, bununla bağlı "xxxx" ASCyə müraciət etməsini təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. Hakim qeyd edir ki, iddiaçı ilkin olaraq "xxxx" ASC-yə müraciət etməli, həmin bank təşkilatı tərəfindən onun müraciəti müsbət cavablandırılmadığı və ya imtina edildiyi təqdirdə mövcud məsələnin həlli ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməlidir. Lakin iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etmədən hazırki tələb ilə bağlı birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1 və 152.1.6-cı maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsi üzrə olan borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-211/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(5-102)-211/2026
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver