Məhkəmə qərarları › İş №2(5-103)-112/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-112/2026

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-112/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi İddiaçı "320 manat məbləğində pul vəsaitinin cavabdeh şəxs tərəfindən ona geri qaytarılması" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı "320 manat məbləğində pul vəsaitinin cavabdeh şəxs tərəfindən ona geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Ərizəçi İddiaçı ərizə tələbində ona məxsus 320 manat məbləğində pul vəsaitinin cavabdeh şəxs tərəfindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh şəxsin adını ata adını və soyadını qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun şəxsinin (əgər iddia ərizəsini təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidi və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda- iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə əməliyyatı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ərizənin forma və məzmunu düzgün tərtib edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalılır. Məhkəmə ərizəçiyə izah edir ki, AR MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı "320 manat məbləğində pul vəsaitinin cavabdeh şəxs tərəfindən ona geri qaytarılması" tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar