Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-114/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzi olaraq 20000 manat pul vəsaitinin və məhkəmə xərci kimi ödənilmiş 150 manat dövlət rüsumunun, cəmi 20150 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının qardaşı X8 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. İddiaçının qardaşı broxial-astma xəstəliyindən əziyyət çəkdiyindən iddiaçı onun həbsdən azad edilməsi üçün çıxış yolu axtarırdı. Bu zaman iddiaçı özünü Azərbaycan Respublikasının Ədliyyə X10 ailə sürücüsü kimi təqdim edən və Ədliyyə Nazirliyində işlədiyini bildirən Cavabdeh ilə tanış olmuşdur. O, iddiaçının qardaşının həbsdən azad edilməsi üçün lazımi əlaqələrə malik olduğunu, bu işdə iddiaçıya yardım göstərəcəyini bildirdi və bu işin həlli üçün 20.000 manat pul lazım olduğunu bildirdi. İddiaçı bu təkliflə razılaşdı. Cavabdeh 13 may 2022-ci ildə iddiaçının yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, İlqar Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin qarşısına gəldi və iddiaçı ona 20.000 manat pul verdi. Cavabdeh ilə əlaqə saxlayarkən yuxarıda qeyd edilən məsələnin həlli ilə bağlı çalışması barədə iddiaçıya dəfələrlə məlumat versə də 2023-cü ilin noyabr ayına qədər bununla bağlı heç bir müsbət nəticə əldə olunmadı və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iddiaçının qardaşı X3 7 il azadlıqdan məhrumetmə cəzası verildi. Bundan sonra iddiaçı cavabdehdən verdiyi 20.000 manat pulu tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadı və vədini yerinə yetirəcəyinə söz verməkdə davam etdi. Buna görə də iddiaçı onun barəsində şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. İddiaçının şikayəti ilə əlaqədar Cavabdeh barəsində cinayət işi başlandı və işin istintaqı yekunlaşdıqdan sonra cinayət işi baxılmaq üçün Abşeron rayon Məhkəməsinə göndərildi. Abşeron rayon Məhkəməsinin (sədrlik edən hakim: Firuzə Ş.Kərimova) 1(012)- 861/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1., 178.2.2. və 178.2.4.-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Lakin o, hazırkı vaxtadək mənə vurduğu maddi ziyanı ödəmədiyindən-aldığı 20.000 (iyirmi min) manat pulu qaytarmadığından mülki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməklə yanaşı, eyni zamanda Cavabdeh xx.xx.2025-ci il tarixli hökmlə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alaraq, Cavabdeh çatdırılması üçün 16 saylı Cəzaçəkmə Müəssisəsinə bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya dair etiraz, məhkəmə iclasında şəxsən iştirakına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin 1(012)-861/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablanması, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, X9 barəsində seçilmiş "həbs" qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmamasının nəzərə alınması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 'taq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi, X6 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan nər Vəkil Bürosunun vəkili X7 20 saat üçün nəzərdə tutulan manat və digər təqsirləndirilən şəxs Cavabdeh məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməsi hökm edilmişdir. İş materialarında olan hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə İddiaçı etibarından suiistifadə edərək sonuncunun cinayət məsuliyyətinə cəlb olunmuş qardaşı X5 azadlığa buraxılacağına kömək edəcəyinə dair bilə-bilə yalan vəd verib aldadaraq 13 may 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndi, İlqar Abdullayev küçəsi 8 nömrəli evin qarşısında İddiaçı 20000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş İddiaçı 20000 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Hökmdən görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, özünü təqsirli bilir. İddiaçının qardaşı X2 azadlığa buraxılacağına kömək edəcəyini deyərək, 13 may 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndi, İlqar Abdullayev küçəsi 8 nömrəli evin qarşısında İddiaçı 20000 manat pul almışdır. Məhkəmə, cavabdehin Cavabdeh sözügedən ifadəsini iddianın etirafı olaraq qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, İddiaçı tərəfindən Cavabdeh iddiaçının qardaşının azadlığa buraxılmasına kömək edəcəyi məqsədilə 20000 manat məbləğində pul verilmiş, lakin cavabdeh vəd etdiyi köməyi etməmiş və iddiaçının qardaşına 7 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Cavabdeh isə iddiaçı tərəfindən ona verilmiş 20000 manat məbləğində pulu qaytarmamışdır. Hal-hazırda iddiaçı cavabdehdən 20000 manat məbləğində dəymiş maddi zərərin tutulub ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı 20000 (iyirmi min) manat məbləğində ziyan vurulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (bir yüz əlli) manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (bir yüz əlli) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(5-104)-114/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-114/2026
12.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver