Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-379/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Qardaşı Cavabdeh bir ünvanda onun üçün ayrılmış hissədə yaşayıdı. Bir müddət bundan qabaq qardaşı Cavabdeh ona aid yaşayış hissəsini başqa vətəndaşa satmışdır. Satmamışdan qabaq yaşadığı evi təmir etdirmək üçün ondan 1000 manat borc pul almış, sonradan həmin evi satmış və başqa yerə köçmüşdür. Ancaq ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda qalmışdır. Bir ildən çoxdur ki, qardaşına pulun geri qaytarılmasını xahiş etsə də, lakin bugünədək ödənilməmişdir. Məcbur qalıb 29 saylı polis bölməsinə müraciət etmiş, lakin polis bölməsi tərəfindən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab vermir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan: - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin iddiaçıya ünvanlanmış 03 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qardaşının borcunu qaytarmaması ilə bağlı müraciətə baxılmış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı onun qonşusudur. İradə ona bildirmişdir ki, qardaşı onun verdiyi 1000 manat borcunu qaytarmır. Mümkünsə onunla əlaqə saxlayıb xahiş etsin ki, pulu qaytarsın. O da qardaşı Cavabdeh zəng etmiş, onunla görüşmək istədiyini bildirmişdir. Ramin də qonşusu olduğundan onunla əlaqəsi var idi. Daha sonra onunla görüşmüş, Ramin ona bildirmişdir ki, bacısı İddiaçı 1000 manat borcu vardır. Lakin indi tam qaytara bilmir. Həftəsonuna kimi 400 manat qaytaracaqdır. Daha sonra qalanını hissə-hissə qaytaracaqdır. Lakin söz verdiyi vaxtda gəlmədi və zənglərinə də cavab vermədi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, borcun təmir üçün alındığını bilirdi. Sonradan evi satıb getmişdir. Ancaq əvvəl yaşadığı ünvana artıq gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2- ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 1000 (bir min) manat məbləğində borca pul vermiş, sonuncu həmin borcdan bu vaxta kimi hər hanası məbləğ geri qaytarmamışdır. Bu hal iş şahid ifadəsi ilə öz təsdiqini tapır. Cavabdeh isə məhkəməyə gəlməmiş, iddia tələbinə hər hansı etirazını və əsaslnadıran dəlillərini məhkəməyə təqdim etməmişdir. Hal-hazırda İddiaçı Cavabdeh 1000 (bir min) manat məbləğində pulun alınıb ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 1000 (bir min) manat məbləğində borcunun olması öz təsdiqini şahid ifadəsi ilə tapır. Bu baxımından məhkəmə hesab edir ki, iddia əsaslıdır və Cavabdeh 1000 (bir min) manat məbləğində pul İddiaçı xeyrinə xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(5-104)-379/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(5-104)-379/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver