Məhkəmə qərarları › İş №2(5-104)-66/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-66/2026

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-66/2026 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “su sızıntısının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “su sızıntısının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 14, 23 saylı mənzildən axan su sızıntısının qarşısını alınması öhdəliyini onun üzərinə qoyulması və onun mənzilinə vurulmuş maddi zərərin əvəzi olaraq 900 manat, su sızmanın müəyyən etmək üçün ustaya verilmiş 70 manat pul məbləği və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “su sızıntısının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan imzanın ona məxsus olmadığını, ərizənin baxılmamış saxlanmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs, cavabdeh tərəfindən (Cavabdeh) imzalandığı qeyd edilmiş, həmçinin məhkəmənin sualına cavab olaraq iddiaçı da imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsinin sonunda imza qrafasının qarşısında cavabdehin adı soyadı və ata adı texniki səhv olaraq qeyd edilmiş olsa belə, imza qrafasının qarşısında imzalanmış imza iddiaçıya məxsus deyildir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi Cavabdeh olmaqla, ümumiyyətlə iddia ərizəsini imzalamalı olan şəxs deyildir. Belə olan təqdirdə məhkəm hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “su sızıntısının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “su sızıntısının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar