Məhkəmə qərarları › İş №2(5-104)-933/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-933/2026

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-933/2026 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdehlər 42 saylı Mənzil-istismar Sahəsinə, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə və Yasamal Rayon İcra Hakimiyyətinə qarşı yaşayış hüququnun pozulması və təhlükəli vəziyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər 42 saylı Mənzil-istismar Sahəsinə, Bakı şəhər "xxxx" MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə və Yasamal Rayon İcra Hakimiyyətinə qarşı yaşayış hüququnun pozulması və təhlükəli vəziyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından göründüyü kimi iddiaçı binanın dam örtüyünün dəyişdirilməsini xahiş etməklə, iddia tələbinin əsasını, iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış müraciətlərin cavabsız qaldığı, yəni inzibati orqanların hərəkətsizliyi təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçı, cavabdehlərin hərəkətsizliyini mübahisələndirdiyindən, həmin orqanlara müraciət etməli, inzibati orqan tərəfindən imtina edildiyi halda həmin orqanın hərəkətsizliyindəndən şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər 42 saylı Mənzil-istismar Sahəsinə, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə və Yasamal Rayon İcra Hakimiyyətinə qarşı yaşayış hüququnun pozulması və təhlükəli vəziyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, inzibati orqanın hərəkətlərindən müvafiq şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar