Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-207/2026 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3551/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair 2(003)-3551/2025 saylı mülki işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadında göstərilmişdir ki, hazırkı mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə iclasları keçirilmişdir. Daha sonra hakim başqa məhkəməyə təyin edildiyi üçün mülki iş təqrirlə başqa hakimin icraatına verilmişdir. İşə məhkəmə iclasında baxılan zaman mülki işin ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, mülki mübahisənin mahiyyəti “Torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması”, başqa sözlə mülkiyyətçinin və yaxud başqa qanuni sahibin mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia tələbi ilə bağlıdır. MPM-in 39.1-ci maddəsinə əsasən, belə iddialara müstəsna olaraq daşınmaz əşyanın olduğu yer üzrə məkəmədə baxılmalıdır. İddia ərizəsinin dəlilləri, tərəflərin izahatları və iş materialları əsasında müəyyən edilir ki, barəsində mübahisə olunan torpaq sahəsi (daşınmaz əmlak) Abşeron rayonunun ərazisinə aiddir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 368 №-li sərəcamla X4 Həmkarlar İttifaqının və Əmək kollektivi şurasının 16 iyul 1992-ci il tarixli 19 №-li protokolu əsasında 0.02 torpaq sahəsi İddiaçı verilmişdir. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 368 №-li sərəcamla X4 Həmkarlar İttifaqının və Əmək kollektivi şurasının 16 iyul 1992-ci il tarixli 19 №-li protokolu əsasında 0.08 ha torpaq sahəsi Cavabdeh verilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsindən maneəsiz istifadə etmək, orda tikinti işləri aparmaq istəsə də cavabdeh ona imkan vermir. İddia ərizəsinə əlavə edilmiş Abşeron rayon X5 üzrə 18 iyul 1992-ci il tarixli 85 №-li əmrdən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 368 №-li sərəcamı, X4 həmkarlar ittifaqı komitəsi və Əmək kollektivi şurasının 16 iyul 1992-ci il tarixli 19 №-li protokoluna əsasən X2 0,02 hektar torpaq sahəsi ayrılsın. Həmçinin məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə Cavabdehnın onun qardaşı olduğunu, hazırda ona məxsus torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr yaradıldığını, həmin torpaq sahəsinin ona Abşeron rayon X3 xx.xx.1992-ci il tarixli 85 nömrəli qərarı ilə verildiyini, həmin ərazinin əvvələr Abşeron rayon ərazisi olduğunu, hazırda isə Xəzər rayonun ərazisi hesab olunduğunu, lakin bunu təsdiq edəcək hər hansı sübutunun olmadığını qeyd etmişdir. O, həmçinin mülki işin Abşeron Rayon Məkhəməsinə göndərilməsinə etiraz etmdəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında mübahisəli torpaq sahəsinin əvvəllər Abşeron rayonunun ərazisi olduğunu, indi isə həmin ərazinin Abşeron rayonu, yoxsa Xəzər rayonuna aid olmasına dair hər hansı sənədinin olmadığını, işin Abşeron Rayon Məhkəməsinə gönədrilməsinə razı olduğunu bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi baxımından müəyyən edilir ki, hazırki iddia ərizəsi müstəsna aidiyyət qaydalarına uyğun olaraq məhz daşınmaz əmlakın yerləşdiyi ərazinin aid olduğu yerin məhkəməsinə, yəni Abşeron Rayon Məhkəməsinə verilməlidir. Ona görə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iş artıq məhkəmənin icraatına qəbul edildiyi üçün iddia ərizəsi geri qaytarılmamalı, ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə baxılmağa verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi icraatında olan 2(003)-3551/2025 saylı mülki işi Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, iddiaçı X1 adına olan 0,02 ha torpaq sahəsinin yerləşdiyi X5 ərazisinin hazırda inzibati ərazi üzrə hansı rayona aid olması barədə rəsmi məlumatın təqdim edilməsi barədə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə 16 yanvar 2026-cı il tarixdə sorğu göndərilmiş, sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda sözügedən torpaq sahəsinin idarənin istifadəsində olan elektron baza məlumatlarında hazırda Bakı inzibati ərazisinin (Xəzər rayonunun) hüdudlarında yerləşdiyi qeyd edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlak inzibati olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisindən yerləşdiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə tənzimlənən müstəsna aidiyyət qaydasının təsiri altına düşdüyündən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi əsassız olaraq işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir ki, bu da məhkəmələr arasında fikir ayrılığı yaradır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Hazırkı iş ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə istinad edərək məhkəmə hesab edir ki, ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(5-105)-207/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(5-105)-207/2026
19.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver