Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-405/2026 13.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iş üzrə (açar sözlər: alimentin artırılması, icraata xitam verilməsi) X2 Muxtar oğunun sədrliyi ilə, Hacılı Jalə Nüsrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay onun xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər bir uşağa 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment və müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-c il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları var. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 2(078)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, nikahları pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında qalmaları, xx.xx.2024- cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir (hakim: Gülnar Səfərəliyeva). Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh heç yerdə işləmir. Ona alimentin 1/3 hissədə tutulması müəyyən edilərkən bunlar nəzərə alınmayıb. Bunun nəticəsidir ki, о ümumiyyətlə aliment ödəmir. Hətta bir dəfə 100 manat pul göndərmiş və həmin məbləği nəzir pulu adlandırmışdır. Onun qazancı dəyişkəndir. Cavabdeh kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, könüllü şəkildə aliment verməkdən yayınır. Cavabdeh övladlarına heç bir maddi yardım göstərmir. O övladlarını təkbaşına böyüdür. Lakin hal-hazırda uşaqlar böyüdükcə onların problemləri də böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. O övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Uşaqlar onun himayəsindədir. Uşaqlarının hər ikisi də Abşeron rayon Novxanı kəndində yerləşən 2 nömrəli tam orta məktəbdə təhsil alırlar. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
b) iddia tələbinə qarşı etiraz
3. İddia tələbinə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Mülki işə xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını dedi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
8. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (8.4-1-ci bənd).
9. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (8.4-2-ci bənd).
Məhkəmənin mövqeyi
10. Göründüyü kimi, hazırkı işdə də iddia minimum əmək haqqı artımına əsaslanır və belə olan halda işə məhkəmə icraatı qaydasında baxılmasına xitam veriməlidir.
11. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya edilməsi üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etməlidir. Hazırkı iddia tələbi ilə işin məhkəmə icraatı qaydasında baxılması qanuna uyğun deyildir.
12. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinə xitam verilməli, iddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır.
13. Göstərilənləri və MPM-nin 261, 262, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli