Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-184/2026 16.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi SüleymanovAnar Xəlil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun adına MN ******* saylı AKTda qeyd olunmuş 600 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə hazırlıq iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh Azərbaycan Respublikası Ekologiyi və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi SüleymanovAnar Xəlil oğlu iddia tələblərinə etiraz etdi, iddiaçı tərəfindən əsası olmayan tələb irəli sürüldüyünü, həmçinin onun tərəfindən müddətin ötürülməsini bildirdi. Məhkəmə iddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab etdi ki, hazırkı vəziyyətdə ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.1-ci maddəsinə görə hakim çəkişmə prinsipinə əməl etməklə işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir : /167.1.1/ işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir və s. Həmin Məcəllənin 261.0.1-ci maddəsinin mənasına görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi iddiaçı inzibati qərardan şikayət verməli olduğu halda bunu etməmiş, mülki icraat qaydasında məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəyə iddia icraatı qaydasında baxıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-269 -cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiyi və Təbii Sərvətlər İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə hazırkı mülki işin icraatına xitam verilsin. Tərəfə inzibati qərardan şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(5-107)-184/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-184/2026
16.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver