Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-369/2026 13.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Ağdam Su X1 İdarəsinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmənin binasında mülki işin materiallarını məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı Ağdam Su X1 İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 753.79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi və zərurət olduqda icra sənədinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Bundan əlavə «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə yenə də izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı Ağdam Su X1 İdarəsinin Cavabdeh qarşı cavabdehdən borclu olduğu 753.79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi və zərurət olduqda icra sənədinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(5-107)-369/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-369/2026
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver