Məhkəmə qərarları › İş №2(5-107)-374/2026

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-374/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-374/2026 02.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı Ağdam Su X1 İdarəsinin Cavabdeh qarşı su təhcizatı xidmətinə görə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ağdam SMSİİ iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 882,68 manat əsas borcun iddiaçının xeyrinə tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Ağdam SMSİ İdarəsi məhkəməyə 16 fevral 2026-cı il tarixli ərizə ünvanlayaraq dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Ağdam Su X1 İdarəsinin Cavabdeh qarşı su təhcizatı xidmətinə görə yaranmış borcun tutulması tələbinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar