Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-529/2026 19.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi tələbi barədə iddia ərizəsinə 19 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı rayon məhkəməsində cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia qaldıraraq Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun adına xx.xx.2025-ci ildə tərtib olunmuş MN ******* saylı qərarın etibarsız hesab edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli və əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə şikayət vermək hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi tələbi barədə iddia ərizəsi qəbul edilməkdən imtina edilsin və əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(5-107)-529/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-529/2026
19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver