Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(5-110)-12/2026 03.03.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz hərəkətləri nəticəsində təbiətə vurduğu 400 manat məbləğində pulun alınaraq 8 saylı Regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 0280 və 0281 saylı sərəncamlarına əsasən Kürdəmir rayonu Sığırlı kənd ərazisində aparılmış araşdırma zamanı qanun pozuntusu faktı aşkar edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndinin çöl ərazisində suvarma bərəsinin kənarında kökü üstə yaş halda 5 (beş) ədəd böyürtkən kolunun Cavabdeh tərəfindən JCB markalı, 06-T-494 dövlət nömrə nişanlı traktor vasitəsilə kökündən çıxarılaraq məhv edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən traktor Cavabdeh məxsusdur. Fakt cavabdehin verdiyi yazılı izahatla təsdiq olunmuşdur. Aparılmış araşdırma nəticəsində “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, nəticədə təbiətə 400 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanlıq məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə əsasında hesablanmışdır. Bundan əlavə, fakt üzrə cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə uyğun olaraq inzibati xəta işi baxılmış və 0, 2000 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh tərəfindən qanunsuz ağackəsmə nəticəsində dövlət əmlakına maddi ziyan vurulduğundan, vurulmuş ziyanın ödənilməsi qanunvericiliyə əsasən təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, elektron ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı qəbul etdiyini, tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 0280 nömrəli Sərəncamına əsasən, 8 saylı RETSİ-nin əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələri həyata keçirmək və bununla bağlı Kürdəmir rayonunda araşdırma aparmaq məqsədilə Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunu aparıcı məsləhətçi-müfəttişi X1 tapşırılmış: Kürdəmir rayonunda 05 gün müddətində araşdırma aparılsın; aparılmış araşdırma nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülsün, sənədləşmə işləri aparılsın və görülmüş işlər barədə rəhbərliyə arayış xidməti məruzə) təqdim edilsin; Sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 0281 nömrəli Sərəncamına əsasən, 8 saylı RETSİ-nin əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələri həyata keçirmək və bununla bağlı Göyçay və Kürdəmir rayonlarında araşdırma aparmaq məqsədilə Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunu məsləhətçi-müfəttişi X3 tapşırılmış: Göyçay və Kürdəmir rayonunda 05 gün müddətində araşdırma aparılsın; aparılmış araşdırma nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülsün, sənədləşmə işləri aparılsın və görülmüş işlər barədə rəhbərliyə arayış xidməti məruzə) təqdim edilsin; Sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. - Cavabdeh izahatında qeyd edilmişdir ki, onun özünə məxsus JCB markalı, 06- T-494 dövlət nömrə nişanlı traktoru var. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndinin çöl ərazisində su kanalının kənarda daşması üçün torpağı topalarkən 5 topa köküstə yaş halda olan böyürtkən kollarını kökdən çıxararaq məhv etmişdir. Bu işlə bağlı o icazə almamış və ərazidə torpaq daşmamışdır. - İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərara əsasən, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində köküstə yaş halda 5 topa böyürtkən kollarının (pay torpaq sahəsi) məhv edilməsi faktı aşkar olunmuş və Cavabdeh 2000 manat məbləğində inzibati cərimə tədbiq edilmişdir. - “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarından görünür ki, hər kol üçün dəymiş ziyanın məbləği 80 (səsksən) manatdır. - Kürdəmir rayonu Sığırlı kəndinin çöl ərazisində xx.xx.2025-ci il tarixdə köküstə yaş halda olan 5 (beş) topa böyürtikan kollarının məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 05 (beş) topa böyürtikan kollarının məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan 400 (5*80=400) manatdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndinin çöl ərazisində suvarma bərəsinin kənarında kökü üstə yaş halda 5 (beş) ədəd böyürtkən kolunun Cavabdeh tərəfindən özünə məxsus JCB markalı, 06-T-494 dövlət nömrə nişanlı traktor vasitəsilə kökündən çıxarılaraq məhv edilməsi müəyyən edilmişdir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, nəticədə təbiətə 400 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanlıq məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə əsasında hesablanmışdır. Buna görə də Cavabdeh təqsirli hərəkətləri ilə təbiətə vurduğu ziyanı ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-in 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməlidir. İddia tələbinin qanuni əsaslarından biri olan mülki hüquq pozuntusunun (delikt) yaranması üçün aşağıdakı hallar mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik); əməlin hüquqa zidd olması; təqsir. MM-in 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndinin çöl ərazisində suvarma bərəsinin kənarında kökü üstə yaş halda 5 (beş) ədəd böyürtkən kolunun Cavabdeh tərəfindən özünə məxsus JCB markalı, 06-T-494 dövlət nömrə nişanlı traktor vasitəsilə kökündən çıxarılaraq məhv edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğundan, həmçinin zərər vuran şəxsin təqsiri sübut olunduğundan iddia tələbi təmin edilməli, Cavabdeh 400 manat məbləğində pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməli, məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 manat məbləğində pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(5-110)-12/2026
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-110)-12/2026
03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver