Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(5-117)-103/2026 19.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad Rayon Məhkəməsinin hakimi Vəliyev Osman Akif oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun müştərək qaydada tutulması, maddi zərərin iddiaçıdan tutulmasının qanunsuz hesab edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun müştərək qaydada tutulması, maddi zərərin iddiaçıdan tutulmasının qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3361.60 manat maddi zərərin Cavabdeh1 və İddiaçı tərəfindən müştərək qaydada tutulması, maddi zərərin yalnız İddiaçı sosial pensiyasından tutulmasının qanunsuz hesab edilməsi, icra orqanlarına icra sənədlərinin müştərək məsuliyyət prinsipi ilə icrası barədə göstəriş verilməsini və qanuna uyğun digər tədbirlərin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir icraatda birləşdirdiyi üçün, habelə iddia ərizəsinin məzmunu və tələb aydın olmadığı üçün iddia ərizəsi geri qaytarılmalıdır. Azərbayan Respublikası MPM-nin 152.1.7 -ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehlərdən borcun müştərək qaydada tutulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir, lakin həmin borcun yalnız iddiaçıdan tutulması isə icra mərhələsinə aid məsələ olduğundan iddiaçı icra icraatı qaydasında icra məmurunun hərəkətlərini mübahisələndirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, habelə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun müştərək qaydada tutulması, maddi zərərin iddiaçıdan tutulmasının qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (xx.xx.2026-cı il tarixli ********** saylı mədaxil qəbzi) tam şəkildə iddiaçıya qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(5-117)-103/2026
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-117)-103/2026
19.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver