Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(5-118)-37/2026 16.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz оğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 19848 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 1deh Cavabdeh qeydiyyat ünvanı ünvan 2al Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.6-cı maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Belə olan halda İddiaçı iddiasına baxılması Daşkəsən Rayon Məhkəməsinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İşə əlavə edilmiş 12 yanvar 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(5-118)-37/2026
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(5-118)-37/2026
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver