Məhkəmə qərarları › İş №2(5-121)-353/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-353/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-353/2026 13.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “əqdlərin etibarsız hesab edilməsi və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5 Əlı̇ f qızına, İsmayılova Aybənı̇ z Qəşəm qızına, Cavabdeh2na, Cavabdeh1na və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 43, mənzil 29-a aid Gəncə şəhəri 6 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə X1 ilə Cavabdeh6 arasında bağlanmış alqı-satqı müqaviləsinin, Gəncə şəhəri 1 saylı Notariat ofisində xx.xx.2026-cı il tarixdə Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 43, mənzil 29-a aid Gəncə şəhəri 6 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə Cavabdeh6 ilə bağlanmış alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddiadan imtina etdiyini; tərəflərlə barışdığını və cavabdehlərin evi onun adına rəsmiləşdirdiklərini bildirdi. Hazırda notariat kontorunda bununla bağlı rəsmiləşdirmə işləri həyata keçir. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən, AR MPM ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2026, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “əqdlərin etibarsız hesab edilməsi və sair” tələblərinə dair mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2026, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərgiz Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar