Məhkəmə qərarları › İş №2(5-121)-901/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-901/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-901/2026 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə, müəyyən etdim: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5710 (beş min yeddi yüz on) manat məbləğində pulun və ödədiyi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. 2.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi. 3.İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. 4.Belə ki, EMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. 5.Son olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək üçün 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

6. Həmçinin, iddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Kəlbəcər Rayon Məhkəməsinə) müraciət edə bilər. 7.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldım: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Kəlbəcər Rayon Məhkəməsinə) müraciət edə bilər. Ödənilmiş 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbz) İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar