Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(5-122)-233/2026 18.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 700 ABŞ dolları və ödədiyi 167,94 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçının ərizədə göstərdiyi tələblərdən biri olan “pul” tələbinə dair artıq Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-97/2012 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; Məhkəmə qeyd edir ki, göründüyü kimi pul tələbi ilə bağlı mübahisə həllini tapmış, yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi Goranboy rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə ilə bağlı artıq icra sənədi mövcud olduğundan, qeyd olunan tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrası əsasında (8 indeksi ilə) baxılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Qeyd edilənlərdən aydın olur ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə deyil, ərizə ilə Goranboy rayon İcra və Probasiya şöbəsinə müraciət edərək tərəfin onun vərəsəsi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia tələbinin mahiyyətinə görə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kazım Vəliyev
Məhkəmə qərarları › İş №2(5-122)-233/2026
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(5-122)-233/2026
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver