Məhkəmə qərarları › İş №2(5-122)-66/2026

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(5-122)-66/2026

24.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(5-122)-66/2026 24.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vavabdeh Cavabdeh iddia ərizəsində göstərilmiş pandora dəsti, sep, üzük, tana 585 əyyar, 35 qram 5000 manat, bilərzik 585 əyyar, 7 qram, qiyməti 1000 manat, nişan üzüyü 585 əyyar, 5 qram 800 manat, uşaq üçün sep, anam gil tərəfdən uşağıma ad günündə hədiyyə edilmiş 585 əyyar 7 qram, 1000 manat və toyda bəy üçün alınmış nişan üzüyü 585 əyyar, 5 qram 500 manat, qızıl-zinət əşyası olmadıqda isə cəmi dəyəri olan 8300 manat pulun, dövlət rüsumu kimi ödədiyi 103 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh tərəfindən ona olan qızıl-zinət əşyalarının təhvil aldığını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan 18789 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi verilməsinə görə 104 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə işin hallarını, tərtib edilmiş aktı və tərəflərin qanunala qorunan mənafelərini nəzərə alaraq, eyni zamanda iddiaçı tərəfə imtinanın nəticəsini izah edərək hesab edir ki, iddiadan imtina edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı və qanuna zidd olmadığı üçün imtina məhkəmə tərəfindən təsdiq olunmalı və icraata xitam verilməklə, ödənilmiş 104 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən MPM-in 262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 104 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar