Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(5-123)-79/2026 19.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərişıq ASC-nin X3 Enerji Təchizatı və Satış İdarəsi X1rşı ziyan tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri, N.Tusi küçəsi ev 2 ünvnda yerləşən ona məxsus fərdi yaşayış evinin yanması X2 balansında olan ******* saylı kVA transfarmatorun texniki çəhətdən nasaz olması (istismar müddətinin keçməsi ((10kV-luq qoruyucunun qeyri-standart olduğu, 10 kV-luq ayrıcının işləmədiyi, yarımstansiyada cari təmir, sınaq –sazlama işlərinin aparılmaması və s.) nəticəsində baş verdiyi üçün (cabvabdehin kobud ehtiyyatsızlıq və səhlənkarlıq) ona dəymiş zərər (maddi ziyan) məhkəmə qaydasında müəyyən edilərək cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmiş, əmlakına cavabdeh tərəfindən ziyan vurulduğunu qeyd etsə də iddia ərizəsində və iddia ərizəsinin xahiş etdi hissəsində ziyanın məbləğini qeyd etməmiş, ziyanın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddia ərizəsində Azərişıq ASC tərəfindən ona ziyan vurulduğunu qeyd etsə də iddiada cavabdeh qismində Azərişıq ASC-nin X3 Enerji Təchizatı və Satış İdarəsi Göyçay Elektrik Şəbəkəsini qeyd etmişdir. Bundan başqa İddiaçı ərizəsinə qanunla müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumunu təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçı qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra və qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçı cavabdeh Azərişıq ASC-nin X3 Enerji Təchizatı və Satış İdarəsi X1rşı ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan və qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(5-123)-79/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(5-123)-79/2026
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver