Məhkəmə qərarları › İş №2(5-125)-108/2026

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(5-125)-108/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(5-125)-108/2026 11.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıların xeyrinə ümumilikdə 4135 manat borclu olduğu pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 62 manat pulun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində müvafiq olaraq VÖEN ********** və VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bundan başqa iş üzrə Cavabdeh da dövlət reyestrində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən irəli gələn mübahisə olduğundan, bununla da iddiaçının iddia tələbi kommersiya xarakterli olmaqla verilmiş iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan, yəni hazırki işə aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki işin materiallarından müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.3-cü maddəsinin tələbini pozulmuşdur. Ona görə də, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 49,60 (qırx doqquz manat altmış qəpik) manat və xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən isə ödənilmiş 11,60 (on bir manat altmış qəpik) məbləğində dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar